Anaksaqor
Anaksaqor ya da Anaksaqoras (yun. Ἀναξαγόρας, təxminən e.ə 500 – 428) — qədim yunan filosofu. O, Klazomenai şəhərindən idi. Afina hökmdarı Periklesin yaxın adamı olub. Ancaq, sonra onun düşmənləri Anaksaqorası tanrılara inanmamağda günahlandırmışdılar. Səbəbsə bu idi ki, o Günəşi tanrı deyil, adi planet hesab edirdi. Hətta o bundan sonra sürgün edildi. Ümumiyyətlə Anaksaqorasın fikrinə görə yunan əsatirlərini hərfi deyil, məcazi mənada başa düşmək lazımdır. Bu məsələdə onun mövqeyi Ksenofaneslə üst-üstə düşmüşdür.
Anaksaqorasa görə yer yastı olaraq hava üzərində durmuşdur.