anam sözü azərbaycan dilində

anam

Yazılış

  • anam • 53.7651%
  • Anam • 46.1596%
  • ANAM • 0.0753%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anam (teleserial, 2018)
Anam (fars. آنام‎, az.-əbcəd آنام‎) — 2018-ci ildə Şəbəkə 3 kanalında yayımlanmağa başlayan İran istehsalı dram serialı. Serial İranın Şərqi Azərbaycan əyalətinin Kəleybər şəhərində, Nüvədi kəndində və Tehranda çəkilib. == Məzmun == Macəralı və çətin bir həyat yaşayan, iradəsinə arxalanaraq özünə və ailəsinə sülh və rahatlıq gətirməyi bacaran Maral adlı orta yaşlı qadının həyat hekayəsidir. Lakin onun sirrinin üstünün açılması onu bu rahatlıqdan məhrum edir və həyatını yenidən çox çətinləşdirir. Başa düşür ki, onu sevən hər kəs ona dəfələrlə xəyanət edib. Ona görə də ondan haqsız yerə alınan hər şey üçün mübarizə aparmağa qərar verir.
Anam Azərbaycan (albom)
Anam Azərbaycan – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın beşinci studiya albomu.
Anam Kür (film, 1993)
Anam Kür qısametrajlı sənədli filmi rejissor Şərif Şərifov tərəfindən 1993-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın ən nəhəng təbii sərvətlərindən bir olan ana Kürün bu günündən, illər boyu onun başına gətirilən bəlalardan, çayla bağlı problemlərdən və ümidli gələcəyindən danışır. == Məzmun == Film Azərbaycanın ən nəhəng təbii sərvətlərindən bir olan ana Kürün bu günündən, illər boyu onun başına gətirilən bəlalardan, çayla bağlı problemlərdən və ümidli gələcəyindən danışır. == Festivallar və mükafatlar == 1996-cı ildə ssenari müəllifi Svetlana İsmayılova, Ərzuman Məmmədov, rejissor və operator Şərif Şərifov, məsləhətçi Fyodor Tırin 1994-1995-ci illər ərzində Azərbaycan Respublikasının ekologiya sahəsindəki aktual məsələlərinin, problemlərinin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasına və fəal təbliğinə görə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin akademik Həsən Əliyev adına Mükafatına layiq görülmüşlər. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Svetlana İsmayılova, Ərzuman Məmmədov Rejissor: Şərif Şərifov Operator: Şərif Şərifov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Mənim anam bir mələk
Anam ağaca çıxıb (film, 1986)
Anam ağaca çıxıb qısametrajlı cizgi filmi rejissor Firəngiz Qurbanova tərəfindən 1986-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Animasiya filmində göstərilir ki, ana balaca qızına sıyıq yedirtmək üçün ona sehrli nağıllar danışmalı olur. == Məzmun == Animasiya filmində göstərilir ki, ana balaca qızına sıyıq yedirtmək üçün ona sehrli nağıllar danışmalı olur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: D. Seyidova Rejissor: Firəngiz Qurbanova Operator: Antonina Korotnitskaya Rəssam: Firəngiz Qurbanova, Elman Mirzəyev Bəstəkar: Cahangir Qarayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Sehrli Anam (internet serialı, 2021)
Sehrli Anam — 2003–2012-ci illər arasında Türkiyə televiziyasında yayımlanan eyni adlı serialın yeni istehsalıdır. Bir veb serialı olaraq, 2021-ci ildə Exxen adlı rəqəmsal platformada yer alır. Yeni serialın ilk heyəti tamamilə dəyişdirildi və 30 seriyanın 3 mövsüm yayımlanması sifariş edildi. == Rollarda == Açelya Topaloğlu — Betüş Əmrə Altuğ — Sadiq Nərgiz Qumbasar — Pərihan Lalə Başar — Dudu Hande Katipoğlu — Suzan Bülənt Seyran — Avni Tara MakMillen — Eda Oqedey Girişkən — Yavuz Əyləm Yıldız — Firuzə Çiçək Acar — Periliçe Egemən Uysal — Cem Cəmrə Dəmircan — Cərən Eylül Uqan — Çilək Nisa Sofiya Aksonqur — Tuğçə Aras Özdoyran — Yankı Nisa Bölükbaşı — Avokado Pərisi Venera Kemal Başar — (Köpək Taci Səsləndirmə) == Rəylər == Serialın yenidən çəkiləcəyi elan edildikdən sonra İnci Türkay, Gizəm Güvən, Şahap Sayılqan, Cess Molho, Miçel Çedolini, Zeynəb Özqaya və Cennifer Boyner, ortaq bir açıqlama ilə "onlarla əlaqə yaradıldığı və fikirlərinin alındığı" xəbərini təkzib etdilər; "Sədaqət və etikanın itdiyini" tənqid etdilər.
Mənim anam bir mələk (teleserial, 2008)
Mənim anam bir mələk — 2008-2010-cu illər arasında 3 sezon yayımlanmış türk komediya teleserialı.2008-ci ilin yazında başrol aktyorlarından olan Əli Sunalın əskərə getməsiylə teleserialın birinci mövsümü başa çatdı. 2008-2009 yayım dönəmində teleserialın ikinci mövsümü ATV-də yayımlandı. == Mövzu == Teleserialda ailənin anası Nəriman (Oya Başar), pessioner avtobus sürücüsü ata Cahid (Tarik Ünlüoğlu), ata işini davam etdirən və hələ də ailəsiylə birlikdə yaşayan oğul Mətin (Şahsuvar Ağdaş), Mətinin arvadı Nalan (Ayçin İnci), qarşı evdə yaşayan kiçik oğul Çətin (Əli Sunal) və Çətinin arvadı Ecenin (Dolunay Soysert) çox əyləncəli həyatlarından bəhs olunur.
ANAMA
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). == Tarixi == Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. == Fəaliyyəti == ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.
Anamaq (Mərənd)
Anamaq (fars. انامق‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,494 nəfər yaşayır (389 ailə).
Anambra ştatı
Anambra ştatı (ing. Anambra Ibom) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Britaniya kolonial ofiserləri tərəfindən işlənilən Anam branch ifadəsindən gəlir. Anam yerli bir klan adıdır, branch isə ingiliscə budaq demək.
Anamnez
Anamnez (yun. άνάμνησις; azərb. yada salma‎) - Xəstənin həyat şəraiti yaşayış tərzi, xəstəliyinin inkişaf tarixi və s. haqqında özündən və ya onun yaxın adamlarından toplanan məlumat; diaqnozun, proqnozun və müalicə taktikasının düzgün müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.Anamnezin toplanması müəyyən plan üzrə həyata keçirilir. Əvvəlcə xəstəliyin əsas inkişaf mərhələlərinin analizi, müayinə nəticələrinin qiymətləndirilməsi və tətbiq olunan müalicə üsulunun (farmakoloji anamnez) effektivliyi aydınlaşdırılır. Sonra xəstənin fiziki və psixi inkişafını səciyyələndirən əmək və məişət şəraiti (sosial anamnez), zərərli adətləri, həyatının müxtəlif dövrlərində keçirdiyi xəstəliklər, cərrahi əməliyyatlar, aldığı travmalar haqqında ətraflı həyat Anamnezi toplanır. Ailə (irsi) anamnezi, peşə anamnezi, aller qoloji anamnez həyat Anamnezinin tərkib hissələridir. Yoluxucu xəstəlik haqqında şübhə olduqda epidemioloji anamnezin toplanması vacibdir. Kliniki təbabətin bəzi sahələri xüsusi anamnez növlərə ayırmağı nəzərdə tutur. Anam nestik məlumatların diaqnostik və proqnostik əhəmiyyəti onların toplan masının tamlığından və dəqiq liyindən asılıdır.
Anamur
Anamur (türk. Anamur) — Mersin ilinin ilçəsi.
Anamın duaları (film, 2007)
Anamın duaları tammetrajlı sənədli-bədii televiziya filmi rejissor Ələkbər Muradov tərəfindən 2007-ci ildə çəkilmişdir. Lider Televiziyasında istehsal edilmişdir. Film Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin həyat və yaradıcılığını əks etdirir. Rolları İbrahim Quliyev və Musabek Saleyev ifa edirlər. == Məzmun == Film Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin həyat və yaradıcılığını əks etdirir.Filmdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini icmaların rəhbərləri ilə yanaşı, Buxaranın dini müşaviri, Özbəkistanın baş müftisinin çıxışları da yer alıb.
Anamın kitabı
Anamın kitabı — Cəlil Məmmədquluzadənin 4 məclisli dramı. 1920-ci ildə Şuşa şəhərində tamamlanmışdır. Əlyazma nüsxələri AMEA-nın Əlyazmalar İnstitutunun arxivində saxlanılır.Əsər ilk dəfə 15 yanvar 1923-cü ildə Bakıda, Dadaş Bünyadzadə adına Dram Teatrında tamaşaya (rej. A.Şərifzadə, Səməd Vahid - K.Ziya, Məmmədəli - İ.Talıblı, Gülbahar - Y.Olenskaya) qoyulmuşdur. == Əsərin təhlili == İyirminci yüzilliyin əvvəllərində Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət vətənpərvər yazıçını dərindən düşündürürdü. “Xalqın və ölkənin qarşılaşdığı problemləri necə həll etmək olar? Çıxış yolu nədədir?” qəbildən suallara Cəlil Məmmədquluzadə həm publisistik, həm də bədii əsərlərində cavab verməyə çalışır, müasirlərinin diqqətini taleyüklü məsələlərə cəlb edirdi. “Anamın kitabı”nda (1920) məhz belə bir ziddiyyətli dövrün problemləri təsvir edilmişdir.İdeyaca zəngin olan “Anamın kitabı” tragikomediyası bədii həlli verilən problemlərin çoxluğu ilə də fərqlənir : xalqa yadlaşmış ziyalıların məslək ayrılığı, soykökündən uzaqlaşmağın acınacaqlı nəticələri, milli müstəqillik və milli birliyin vacib olması və s. Qardaşların yaşadıqları evdə baş verənlər, cəmiyyəti-xeyriyyənin iclasındakı danışıqlar, eləcə də digər təsvirlər əsərdə qaldırılmış problemləri hərtərəfli əks etdirir. Təhsil aldıqları ölkələrin düşüncə,davranış tərzini, dilini mənimsəyən qardaşlar nəinki vətənləri, həm də doğma adamları və bir-biri üçün yad adama çevrilmişlər.
Anamın kitabı (film, 1994)
Anamın kitabı televiziya tamaşası rejissor Rövşən Almuradlı tərəfindən 1994-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası əsas etibarilə digər mədəniyyətlərin tariximizə dilimizə mədəniyyətimizə etdikləri təsirləri özündə əks etdirir. Əsas rolları Lətifə Əliyeva, Hüsniyyə Mürvətova, Cəfər Namiq Kamaloğlu, Kazım Abdullayev və Fikrət Vəliyev ifa edirlər. == Məzmun == Ananın üç oğlu və bir qızı var. Oğlanların hər biri başqa — başqa ölkələrdə təhsil görüblər. Biri Rusiyada, o biri Türkiyədə üçüncüsü İranda islam məktəbi keçib. Qardaşlar təhsil aldığı ölkələrin mədəniyətlərinə inteqrasiya etdikləri üçün heç vaxt ortaq məxrəcə gələ bilmirlər, hətta bacılarını ərə vermək fikri olduğunda belə. Televiziya tamaşası əsas etibarilə digər mədəniyyətlərin tariximizə dilimizə mədəniyyətimizə etdikləri təsirləri özündə əks etdirir. == Film haqqında == Film Cəlil Məmmədquluzadənin "Anamın kitabı" dramının motivləri əsasında çəkilib.
Bothriochloa anamitica
Bothriochloa bladhii (lat. Bothriochloa bladhii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin bothriochloa cinsinə aid bitki növü. == Arealı == Seneqal və Efiopiyadan Cənubi Afrikaya qədərki Afrika torpaqları, Orta şərq, cənub və şərqi Asiya və Avstraliya üçün endemikdir. == Sinonimləri == Amphilophis glabra (Roxb.) Stapf Amphilophis glabra var. haenkei (J. Presl) E.G. Camus & A. Camus Amphilophis haenkei (J.Presl) Haines Amphilophis insculpta var. vegetior (Hack.) Stapf Amphilophis intermedia (R.Br.) Stapf Amphilophis intermedia var. acidula (Stapf) Stapf Amphilophis odorata (Lisboa) A.Camus Anatherum glabrum (Roxb.) Schult. Anatherum montanum (Roxb.) Schult. Andropogon annulatus var. bladhii (Retz.) Hack.
Crataegus anamesa
Crataegus anamesa (lat. Crataegus anamesa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 9.99 dəfə / 1 mln.
2003 •• 3.15
2004 0.34
2005 •••••• 10.12
2006 •• 2.48
2007 •• 2.11
2008 •• 2.19
2009 •••••••••• 17.44
2010 •••••••••••••••••••• 35.76
2011 •••••• 10.12
2012 ••••• 7.66
2013 •••••••••••• 19.84
2014 •••••••• 12.70
2015 ••• 4.59
2016 ••• 3.64
2017 •• 2.76
2018 •• 3.15
2019 •• 3.34
2020 •••• 5.97

"anam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#anam nədir? #anam sözünün mənası #anam nə deməkdir? #anam sözünün izahı #anam sözünün yazılışı #anam necə yazılır? #anam sözünün düzgün yazılışı #anam leksik mənası #anam sözünün sinonimi #anam sözünün yaxın mənalı sözlər #anam sözünün əks mənası #anam sözünün etimologiyası #anam sözünün orfoqrafiyası #anam rusca #anam inglisça #anam fransızca #anam sözünün istifadəsi #sözlük