Anapa sözü azərbaycan dilində

Anapa

Yazılış

  • Anapa • 98.8024%
  • anapa • 1.1976%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anapa
Anapa — Rusiya Federasiyasının Krasnodar diyarında şəhər. == Tarixi == Anapa – müasir Krasnodar ölkəsində liman şəhəridir. Qara dənizin şimal qərb sahilində yerləşir. 1475-ci ildə artıq güclü türk hərb qalası kimi məşhur idi. "Qala hünərli mühəndis əlindən çıxmışdır,"- deyə Övliya Çələbi qürurla qeyd edir. Tarixən ilk adı Buğurqala (Buğur çayı üzərində salındığına görə) olmuşdur. 1. Bir neçə dəfə Anapada olmuş Övliya Çələbi bu qədim torpağın öz dürrü-gövhəri ilə məşhur olduğu barədə yazır.: Anapa limanında bir çeşid incilər çıxarılırmış; geniş bir təpə üzərindəki bu qalanı sarayının divarı, döşəməsi buradan çıxan ləl, yaqut, sədəf, əqiqlərlə bəzəndiyinə görə qalaya "Qalayi-gövhər" deyərmişlər. Tarixdə də bu şəkildə yazılmışdır. Qala Abaza ilə Çərkəz torpaqlarının hüdudunda sərt bir qaya üzərində yerləşir.
Anapa buxtası
Anapa buxtası — Qara dənizin şimal-şərq hissəsində buxta. Cənub-qərbdən Anapa burnu ilə həmsərhəddir. Körfəz müasir Anapa şəhərinin Qara dəniz sahil xəttini formalaşdırır. Buxta vaxt ilə geniş olan Anapa körfəzinin qalığıdır. 19-cu əsrin sonlarında dağətəyi çayların allüvial fəaliyyəti nəticəsində ərazisinin çox hissəsinin lilləndirmiş. Keçmiş körfəzin çox hissəsini indiki Anapa düzənliyi tutur. Kiçik su axını Anapa buxtası yaxınlığında olan Anapa dilini kəsir. == Coğrafiyası == Anapa buxtasının sahil zolağı şimaldan cənuba doğru hərəkət etdikcə tədricən yüksəlir. Hündürlüyü 2–3 m olan alçaq qumlu çimərliklər tədricən çınqıl çöküntülü və hündürlüyə 23 metrə qədər olan yüksəkliyə çevrilir. Şimaldan cənuba doğru hərəkət edərkən suyun şəffaflığı da artır.
Anapa dili
Аnapa dili — qumdan təşkil dil. Taman yarımadasında Anapa şəhərindən Dəmir Buynuz burnuna qədər 43 km məsafədə uzanır. Qərbdən Qara dəniz, şərqdən isə duzlu limanlarla əhatələnir. Qafqaz ərazisində yayılmış molyusklardan ibarət olan kvars qumlarından təşkil olunmuşdur. Dilin eni 600-2000 metr arasında dəyişir. İnzibati cəhətdən Krasnodar diyarının Anapa rayonuna daxildir. == Tarix == Anapa dili Kuban çayı sayəsində formalaşmışdır. ХIХ əsrin sonunda çay öz deltasını dəyişmişdir. Üstəlik dəniz axınları qumların bir yerə toplanması sayəsinsə dil tədricən formalaşmağa başlamışdır. Bununla belə dilin təməlini çayın dənizə Qafqaz dağlarından gətirdiyi lil olmuşdur.
Anapa subasarı
Anapa subasarı — müasir Anapa şəhərinin şimalını tutan bataqlıqlaşmış düzənlik. Bir çox köçəri su quşları üçün yuva qurma yeridir. Anapa su basar ərazisi əvvəllər burada mövcud olmuş Qara dənizin Anapa körfəzinə dağ çaylarının gətirmə məhsulları hesabın yaranmış konus şəkilli çıxıntının bataqlaşması nəticəsində formalaşıb. == Tarixi == Anapa su basar ərazisi nisbətən yaxın zamanlarda meydana gəlib. XVII əsrin sonlarında səyahətçilərin yazdığı qeydlərə əsaslansaq bu nəticəyə gəlmək mümkündür: Bu ərazidə Anapa körfəzinin suları dalğalanırdı. Məhs bu ərazidə antik və orta əsrlərdə belə mövcud olmuş Qorqippi şəhəri var idi. Şəhər önəmli ticarət mərkəzi hesab olunurdu. Daşqın sahələrinin dibində gəmi qalıqları aşkar edilib. Müasir təmizləyici avadanlıqların olmaması səbəbindən Kuban çayının allüvial fəaliyyəti buxtanın şimal hissəsinin lillənməsinə səbəb olmuşdur. Cənubdan və şərqdən bu proses kiçik dağ çayları olan Maskaqa və Kumatırın tərəfindən daha da sürrətlənir.
Anapanın iqlimi
Anapa ərazisində aralıq dənizi iqlimi hakimdir. Qara dənizin 44-cü paralelə qədər olan bütün bölgələri kimi, Anapanın iqlimi yayda rütubət çatışmazlığı ilə xarakterizə olunur. Orta illik yağıntının az olması (450 mm) səbəbindən quru subarid xüsusiyyətləri özünü göstərir. Ancaq yağıntılar il boyu demək olar ki bərabər paylaşılıb. Anapada maksimum yağıntı qışda düşür. Subtropiklərin şimal sərhədində yerləşdiyinə görə, təxminən on ildə bir dəfə Anapada şiddətli şaxtalar və qar yağışları baş verir. İl əslində iki iqlim fəslinə (isti — apreldən oktyabra qədər) və sərin (noyabrdan mart ayına qədər) bölünür. Dəniz kənarında yerləşdiyinə görə burada payız həmişə yazdan daha quru və isti olur. == Günəş radiasiyası == Anapa ildə aydın günəşli günlərin sayına görə Rusiyada rekord göstəriciyə malikdir. Aydın, günəşli havaların sayı burada 286-ya çatır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.51 dəfə / 1 mln.
2003 •••••• 0.39
2006 •••••••••• 0.68
2007 ••••••• 0.42
2008 •••• 0.24
2009 •••••••••••• 0.80
2010 ••••••••••• 0.73
2011 ••••• 0.34
2012 •••••••••••••••••••• 1.38
2013 ••••••••••• 0.73
2014 ••••••••••••• 0.86
2015 ••• 0.17
2016 •••••• 0.35
2018 ••••••• 0.45
2019 ••••• 0.28

Oxşar sözlər

#anapa nədir? #anapa sözünün mənası #anapa nə deməkdir? #anapa sözünün izahı #anapa sözünün yazılışı #anapa necə yazılır? #anapa sözünün düzgün yazılışı #anapa leksik mənası #anapa sözünün sinonimi #anapa sözünün yaxın mənalı sözlər #anapa sözünün əks mənası #anapa sözünün etimologiyası #anapa sözünün orfoqrafiyası #anapa rusca #anapa inglisça #anapa fransızca #anapa sözünün istifadəsi #sözlük