anaplazmoz sözü azərbaycan dilində

anaplazmoz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • anaplazmoz • 66.6667%
  • Anaplazmoz • 16.6667%
  • ANAPLAZMOZ • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anaplazmoz
Anaplazmoz – anaplazmalar cinsindən olan ibtidailərin törətdiyi heyvan xəstəliyi. Törədicisi eritrositlərdə olan hüceyrədaxili qan parazitləridir. Anaplazmoz yazda və payızda hər yerdə qeydə alınır və yoluxma, əsasən, iksod gənələrinin, həşəratların (göyün, qaşqaçıbin, mığmığa, ağcaqanad) dişləməsindən, həmçinin inyeksiya və cərrahi əməliyyatlar zamanı baş verir. Anaplazmoza ən çox qaramal və davar yoluxur. İnkubasiya dövrü 4–6 həftə çəkir. Anaplazmoz kəskin və xroniki ola bilər. Kəskin Anaplazmozda titrətmə-qızdırma, əzginlik, tənəffüsün tezləşməsi, limfa düyünlərinin böyüməsi, ödemlər, zəiflik, susuzluq, sarılıq, selikli qişanın solğunluğu, süd məhsuldarlığının kəskin azalması müşahidə edilir. Xroniki Anaplazmoz üçün qanın tərkibi, mədə-bağırsaq traktı, ürək-damar sistemi, tənəffüs orqanları funksiyalarının pozulması xarakterikdir. Ölümlə nəticələnən hallar 30–40% təşkil edir. Diaqnoz qan yaxmasında anaplazmaların, yaxud qanda və digər toxumalarda anticismlərin və antigenlərin olması ilə təsdiqlənir.

Oxşar sözlər

#anaplazmoz nədir? #anaplazmoz sözünün mənası #anaplazmoz nə deməkdir? #anaplazmoz sözünün izahı #anaplazmoz sözünün yazılışı #anaplazmoz necə yazılır? #anaplazmoz sözünün düzgün yazılışı #anaplazmoz leksik mənası #anaplazmoz sözünün sinonimi #anaplazmoz sözünün yaxın mənalı sözlər #anaplazmoz sözünün əks mənası #anaplazmoz sözünün etimologiyası #anaplazmoz sözünün orfoqrafiyası #anaplazmoz rusca #anaplazmoz inglisça #anaplazmoz fransızca #anaplazmoz sözünün istifadəsi #sözlük