anarxo-sindikalist sözü azərbaycan dilində

anarxo-sindikalist

Yazılış

  • anarxo-sindikalist • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anarxo-Feminizm
Anarxo-kapitalizm
Anarxo-kapitalizm — sərbəst(azad) bazar şəraitində fərdi suverenliyin lehinə dövlətin və digər məcburi sosial qurumların ləğv edilməsini müdafiə edən bir siyasi ideologiyadır. Bu ideologiyanın əsas prinsipi təcavüzkarlıq prinsipidir. Bu ideologiya əsasən, bütün sosial problemlər və ehtiyaclar bazar tərəfindən həll edilməlidir. Anarxo-kapitalizm dövlət institutunun və vergi yolu ilə onun maliyyələşdirilməsinin əleyhinə çıxır. Ideologiyanın tərəfdarları, fəaliyyətlərini mənfəət motivi üzərində quran fərdi sahibkarların və təşkilatların köməyi ilə dövlətin iştirakı olmadan şəxsi azadlıqların və özəl mülkiyyətin qorunmasının təmin edilməsi üçün çalışırlar. İlk dəfə "Anarxo-kapitalizm" termini, altmışıncı illərdə Avstriya İqtisadiyyat Məktəbinin, klassik liberalizmin və XIX əsr Amerika fərdi anarxist Lisandre Spuner və Benjamin Takerin müddəalarını sintez edən Mürrey Rotbard tərəfindən 1940-cı illərdə istifadə edilib. Anarxo-kapitalizm ideologiyası Molinari, Frederik Bastia və Robert Nozik kimi bazar tərəfdarı nəzəriyyəçilərdən, Benjamin Taker və Lysander Spuner kimi amerikalı fərdiyyətçi nəzəriyyəçilərdən təsirləndi. Anarxo-kapitalizm, minarxizmlə yanaşı, libertarianizmin bir qoludur, yəni ideoloji bir istinaddır, minarxizm isə dövlət İnstitutunun mövcudluğu kontekstində libertarianizm təcrübəsidi. Fəlsəfə Anarxo-kapitalizm, şəxsi azadlığı və firavanlığı maksimum dərəcədə artırarkən münaqişələri minimuma endirmək məqsədi ilə xüsusi mülkiyyət və xidmətlərin könüllü ticarətinə (ümumiyyətlə, təhdid və ya zorakılığın səbəb olmadığı bütün münasibətlər, o cümlədən pul, istehlak malları, torpaq və kapital malları mübadiləsi) əsaslanan bir cəmiyyətin tərəfdarıdır. Bununla birlikdə, anarxo-kapitalistlər xeyriyyəçilik və icma tədbirlərini könüllü etikanın bir hissəsi kimi tanıyırlar.
Anarxo-kommunizm
Anarxo-kommunizm — ictimai həyatın dövlətin müdaxiləsi olmadan inkişaf etməsi mümkünlüyünü qəbul edən nəzəriyyə. Anarxo-kommunizmə görə müasir totalitar dünya dövləti ədalətsizliyə, nemətlərin ölkələr və insanlar arasında qeyri-bərabər bölünməsinə, təbiətin məhv olunmasına, epidemiyalara, mənəviyatsızlığa aparan içtimai və sosial-iqtisadi quruluşun zaminidir. Klassik kommunistlərdən fərqli olaraq anarxo-kommunistlər dövlətin müasir dövrdə mütərəqqi roluna inanmır. Libertarianlardan fərqli olaraq isə onlar həddindən artıq fərdiçiyliyin ziyanlı olduğunu düşünür. Qurtuluş, və bərabərlik həm siyasi həm də iqtisadi olmalıdır. Siyasi azadlıqlar hələ azadlıq demək deyil,gərək iqtisadi azadlıqlar da olsun bu isə nemətlərin bərabər paylanması olmadan mümkün deyil. Eyni zamanda dövlətin fərdi azadlıq təminatçısı kimi çıxış etməsi də mümkün deyil, çünki dövlət hamının deyil, müəyyən bir qismin dövlətidir.
Anarxo-sindikalizm
Anarxo-sindikalizm - sindikalizmi və ya inqilabi sənaye birliyini işçilərə kapitalist iqtisadiyyatda və beləliklə, daha geniş şəkildə cəmiyyətdə idarəni ələ alma metodu kimi görən anarxist düşüncə məktəbi və siyasi fəlsəfə. Sindikalizmin son hədəfi maaş köləliyi kimi gördükləri maaş sistemini ləğv etməkdir. Buna görə də, anarxo-sindikalist nəzəriyyə ümumi olaraq işçi hərəkatına yönəlir.Anarxo-sindikalizmin təməl prinsipləri həmrəylik, birbaşa hərəkətə keçmə (siyasətçi, bürokrat və hakim kimi üçüncü tərəfin qarışmadığı hərəkətə keçmə) və birbaşa demokratiya və ya işçilərin özünüidarəetməsidir. Anarxo-sindikalistlər iqtisadi nəzəriyyələrinin proletarın öz fəaliyyətini asanlaşdırmaq və insan ehtiyaclarını ödəməyə yönəlmiş demokratik dəyərlər və istehsal ilə alternativ bir kooperativ iqtisadi sistem yaratmaq üçün bir strategiya təşkil etdiyinə inanırlar. Onlar dövlətin əsas məqsədini kapital malları şəklində özəl mülkiyyətin müdafiəsi və bu səbəbdən iqtisadi, sosial və siyasi imtiyaz kimi qiymətləndirirlər. Dövlət bu status-kvonu qoruyarkən öz vətəndaşlarının əksəriyyətini maddi müstəqillik və ondan qaynaqlanan sosial muxtariyyətdən istifadə etmək qabiliyyətini əllərindən alır.İlkin ilhamını aldığı anarxist fəlsəfəni əks etdirən anarxo-sindikalizm gücün korlandığı və etik cəhətdən əsaslandırıla bilməyən hər hansı bir iyerarxiyanın ya dağıdılmalı, ya da mərkəzləşdirilməmiş bərabərlik nəzarəti ilə əvəz olunmalı olduğu fikrinə əsaslanır. == İstinadlar == == Xarici keçidlər == A comprehensive list of Anarcho-syndicalist organisations What is revolutionary syndicalism?
Anarxo-primitivizm
Anarxo-primitivizm — sivilizasiyanın mənşəyi və nailiyyətlərinin anarxist tənqididir. Primitivistlər iddia edirlər ki, ovçuluq və yığıcılıqdan əkinçiliyə keçid məcburiyyət, sosial yadlaşma və sosial təbəqələşmə ilə nəticələndi. Onlar deindustrializasiya, əmək bölgüsü və genişmiqyaslı texnologiyaların ləğv edilməsi yolu ilə sivilizasiyanın rədd edilməsinin tərəfdarıdırlar. Anarxo-primitivizmlə yanaşı, primitivizmin bir çox başqa istiqamətləri də var. Teodor Kaçinski kimi bəzi primitivistlər problemin kökünü Sənaye inqilabında görürlər. Digərləri tövhid, yazı, metal alətlərdən istifadənin başlanğıcı kimi sivilizasiyanın müxtəlif qədim nailiyyətlərində görürlər. == Konsepsiyalar == Primitivistlər kənd təsərrüfatının gəlişindən əvvəl insanların sosial, siyasi və iqtisadi bərabərliyin mövcud olduğu kiçik, köçəri kollektivlərdə yaşadıqlarını iddia edirlər. Onların fikrincə, bu kollektivlərdə iyerarxiya yox idi. Primitivistlər hesab edirlər ki, kənd təsərrüfatı bəşəriyyətin əmək bölgüsü və iyerarxiya əsasında yaranan texnoloji proseslərə və mücərrəd güc strukturlarına əbədi bağlı olmasına səbəb oldu. Bəzi alimlər indi qədim insanın nisbi sülh və firavanlıq içində yaşadığına inanırlar.

anarxo-sindikalist sözünün leksik mənası və izahı

anarxo-sindikalist sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#anarxo-sindikalist nədir? #anarxo-sindikalist sözünün mənası #anarxo-sindikalist nə deməkdir? #anarxo-sindikalist sözünün izahı #anarxo-sindikalist sözünün yazılışı #anarxo-sindikalist necə yazılır? #anarxo-sindikalist sözünün düzgün yazılışı #anarxo-sindikalist leksik mənası #anarxo-sindikalist sözünün sinonimi #anarxo-sindikalist sözünün yaxın mənalı sözlər #anarxo-sindikalist sözünün əks mənası #anarxo-sindikalist sözünün etimologiyası #anarxo-sindikalist sözünün orfoqrafiyası #anarxo-sindikalist rusca #anarxo-sindikalist inglisça #anarxo-sindikalist fransızca #anarxo-sindikalist sözünün istifadəsi #sözlük