Anatoli sözü azərbaycan dilində

Anatoli

Yazılış

  • Anatoli • 99.5906%
  • ANATOLİ • 0.3412%
  • anatoli • 0.0682%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anatoli
Anatoli Banişevski — Azərbaycan futbolçusu və məşqçisi. Anatoli Torkunov — Rusiya diplomatı, tarixçisi, akademik. Anatoli Davidoviç - Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Lukyanov - Sovet partiya və dövlət xadimi Anatoli Karpov - şahmat üzrə 12-ci dünya çempionu Anatoli Lunaçarski - rus-sovet yazıçısı, tərcüməçi, akademik Anatoli Lyadov - rus bəstəkarı, dirijor, pedaqoq, Anatoli Papanov - sovet teatr və kino aktyoru Anatoli Rıbakov - Rusiya yazıçısı. Anatoli Kotenyov - Aktyor Anatoli Falkoviç - Aktyor Anatoli Smiranin — Aktyor Anatoli Ponomaryov - İsveç və Azərbaycan futbolçusu. Anatoli Aleksandrov - böyük sovet fiziki, üçqat Sosialist Əməyi Qəhrəmanı Anatoli Solovyov - Aktyor. Anatoli Yabbarov — Aktyor Anatoli Tebloyev - Rusiya futbolçusu, Anatoli Yeqorov - Aktyor Anatoli Terpitski — Belarus aktyoru, Belarusun əməkdar artisti. Anatoli Solovyanenko — Dünya şöhrətli tenor. Anatoli Strekov - texnika elmləri doktoru Anatoli Miller — rus türkoloqu. Anatoli Ravikoviç - SSRİ və Rusiya teatr və kino aktyoru. Anatoli Quskov — Azərbaycan SSR daxili işlər naziri (1953-1954), Anatoli Novoseltsev – Sovet şərqşünası.
Anatoli Anatoli oğlu Nuriyev
Anatoli Anatoli oğlu Nuriyev (ukr. Анатолій Анатолійович Нурієв; 20 may 1996, Mukaçevo[d], Zakarpattya vilayəti) — Azərbaycanlı peşəkar futbolçu. Bakının "Sabah" klubunda hücumameyilli yarımmüdafiəçi və mərkəz hücumçusu kimi çıxış edir. Ukraynada anadan olub, Azərbaycan millisində çıxış edir. Atası əslən azərbaycanlı, anası isə ukraynalıdır. == Karyerası == === Klub === Anatoli futbolda ilk addımlarını 13 yaşında olarkən doğulduğu Mukaçevo şəhərinin uşaq idman məktəbində atıb. Bir müddət bir neçə əyalət turnirlərində iştirak edən komandalarda oynadıqdan sonra, 2016-cı ildə "Stal" klubuna qoşulur. Burada bir mövsum keçirtdikdən sonra, 2018-ci ildə "Minay" klubuna transfer edilir. 2021-ci ilin aprelində futbolçu klubla müqaviləsini daha bir il müddətinə uzadır. Ancaq mövsüm sonunda "Minay" klubunun Ukrayna yüksək Liqasını tərk etməsindən sonra klubla müqaviləsini pozur.
Anatoli Ado
Anatoli Vasilyeviç Ado (rus. Анато́лий Васи́льевич Адо́; 8 yanvar 1928, Kazan – 14 may 1995, Moskva) — SSRİ və Rusiya tarixçisi, Fransa tarixi üzrə mütəxəssis. == Həyatı == Anatoli Vasilyeviç Ado 8 yanvar 1928-ci ildə Kazanda anadan olmuşdur. Atası Vasili Ado, Kazan Universitetlərində tarix fənnindən dərs demişdir. O, Fransanın müasir tarixi üzrə mütəxəssisdir. Ado 1970-ci ildən Moskva Dövlət Universitetinin professorudur. O, ilk dəfə olaraq Fransa arxivlərinin sənədləri əsasında XVIII əsrin sonlarında Fransa inqilabı dövrünün kəndli üsyanlarının ümumi mənzərəsini vermiş, kəndliliyi inqilabın ən mühüm hərəkətverici qüvvəsi kimi göstərmişdir. Əsas əsərləri: "XVIII əsrin sonlarında Böyük burjua inqilabı zamanı Fransada kəndli hərəkatı", (1971), "Kəndlilər və Böyük Fransa inqilabı. 1789–1794-cü illərdə Kəndli Hərəkatı" (1987; fransızca nəşr – 1996). == İstinadlar == == Əlavə ədəbiyyat == Бовыкин Д. Ю. А. В. Адо, профессор Московского университета // Французский ежегодник 2002.
Anatoli Adoskin
Anatoli Mixayloviç Adoskin (rus. Анатолий Михайлович Адоскин; 23 noyabr 1927, Moskva – 20 mart 2019, Moskva) — SSRİ və Rusiya aktyoru, Rusiyanın xalq artisti (1996). == Həyatı == Anatoli Mixayloviç Adoskin 23 noyabr 1927-ci ildə Moskva şəhərində anadan olmuşdur. O, 1942–1943-cü illərdə avtonəqliyyat texnikumunda təhsil almışdır. Adoskin 1948-ci ildə Mossovet adına teatrın nəzdində teatr studiyasını bitirmiş, 1961-ci ilə kimi burada çalışmışdır. O, 1961–1965-ci illərdə "Sovremennik" teatr studiyasında (baş rejissor Oleq Yefremov), 1965–1968-ci illərdə Lenin Komsomol teatrında aktyor olmuşdur (baş rejissor Anatoli Efros). Adoskin 1968-ci ildən yenidən Mossovet teatrının aparıcı aktyoru olmuş və Yuri Zavadskinin quruluşunda tamaşalarda iştirak etmişdir.Anatoli Adoskin filmlərdə əsasən ikinci plan rollarında çəkilmişdir: "Qızlar" filmində (1961) Dementyev, "TREST əməliyyatı" teleserialında (1967) Radkeviç, "Yeddi qoca və bir qız" komediyasında (1968) Sidorov, "Doktor Cekill və Cənab Haydin qəribə hekayəsi" filmində (1985) Atterson, "Axmaqlar evi" filmində qoca (2002) və başqaları.Anatoli Adoskin 20 mart 2019-cu ildə Moskva şəhərində vəfat etmişdir.
Anatoli Aleksandrov
Anatoli Aleksandrov (aktyor) — SSRİ və Rusiya aktyoru. Anatoli Aleksandrov (fizik) — SSRİ və Rusiya fiziki.
Anatoli Azolski
Anatoli Alekseeviç Azolski (rus. Анатолий Алексеевич Азольский; 27 iyul 1930, Vyazma, Qərb vilayəti[d] – 26 mart 2008, Moskva) — SSRİ və Rusiya yazıçısı. O, "Qəfəs" romanına görə Rusiyanın "Buker" mükafatına layiq görülmüşdür. == Həyatı == Anatoli Alekseeviç Azolski 27 iyul 1930-cu ildə Rusiya SFSR-nin Qərb vilayətinin Vyazma şəhərində hərbçi Aleksey Fyodoroviç Azolskinin ailəsində anadan olmuşdur. O, M. V. Frunze adına Ali Hərbi Dənizçilik Məktəbini (indiki Sankt-Peterburq Hərbi Dəniz İnstitutu) bitirmişdir. Azolski 1952–1954-cü illərdə hərbi dəniz qüvvələrində zabit olmuş, ardınca dəniz topçusu kimi xidmət etmiş və "Rusiya Ordusuna, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinə Yardım" Könüllü Cəmiyyətinin Kuntsevo Dəniz Klubunda işləmişdir. O, Moskva çayındakı xilasetmə məntəqəsində minaaxtaran komandir, daha sonra 1965-ci ilə qədər Moskva müəssisələrində mühəndis kimi xidmət etmişdir.Anatoli Azolski 26 mart 2008-ci ildə vəfat etmişdir. O, Moskvada, Xovanski qəbiristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Anatoli Azolskinin əsərləri 1987-ci ildən nəşr olunur. Buna baxmayaraq, o, daha əvvəl bir çox əsər yazmışdır.
Anatoli Banişevski
Anatoli Andreyeviç Banişevski (23 fevral 1946, Bakı – 10 dekabr 1997, Bakı) — Ukrayna əsilli Azərbaycan futbolçusu və məşqçisi. Anatoli Banişevski UEFA-nın versiyasına görə 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib. == Həyatı == === Erkən illəri === Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya gedib-çıxan ukraynalı ailəsində anadan olub. === Futbolçu karyerası === ==== Klub karyerası ==== Uşaq futboluna Bakının "Lokomotiv" klubunda başlayıb. Razində (indiki Bakıxanov qəsəbəsi) "Lenin komsomolu" adına stadionda "Lokomotiv"lə "Spartak"ın oyunu keçirilirdi. "Neftyanik" (indiki "Neftçi") baş məşqçisi Boris Arkadyev və Ələkbər Məmmədov da oyuna baxır, ən perspektivli oyunçuları seçirdilər. Lokomotiv 4:3 hesabı ilə qalib gəlsə də, rəqibin qapısına vurulan topun üçünü də Banişevski vurmuşdu. Banişevskinin böyük futbola sıçrayışı bax, həmin oyundan başladı. 16 yaşında "Neftyanik"ə cəlb olunan Banişevski 1963-cü ildə komandanın əsas heyətində debüt edib. O, peşəkar karyerası ərzində - 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib.
Anatoli Boqdanov
Anatoli Boqdanov (1896 – 20 sentyabr 1918) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında xidmətçi. Anatoli Boqdanov 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Anatoli Davidoviç
Anatoli Nikolayeviç Davidoviç (belar. Анато́ль Мікала́евіч Давідо́віч; 28 mart 1965, Skabin[d], Minsk vilayəti – 13 iyun 1992, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anatoli Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Minsk vilayətinin Kapıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açmışdır. Sonra ailələri ilə birlikdə Slutsk şəhərinə köçən Anatoli burada 10 saylı orta məktəbi bitirib. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib. 1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır. == Döyüşlərdə iştirakı == "N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük töhfələr verir. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi.
Anatoli Demyanenko
Anatoli Vasilyoviç Demyanenko (ukr. Анатолiй Васильович Дем'яненко, 19 fevral 1959, Dnepropetrovsk, Ukrayna SSR, SSRİ) — keçmiş ukraynalı futbolçu və futbol məşqçisi. SSRİ milli futbol komandasında çıxış etmiş, Kiyev "Dinamo"sunun uzun müddət kapitanı olmuşdur. Beynəlxalq İdman Ustası (1980), SSRİ-nin Əməkdar İdman Ustasıdır (1986). Kiyev Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. == Bioqrafiya == 19 fevral 1959-cu ildə Dnepropetrovskda anadan olmuşdur. Uşaq ikən xokkey və futbolu eyni dərəcədə yaxşı oynayıb. Dnepr məktəbinin şagirdi olub (1971—1975). İlk məşqçiləri Mixail Kolomoets və Volodimir Anufrienko olub. "Mulya" ləqəbi Demyanenkoya uşaqlıqda qoyulub — yuxarı mərtəbədə yaşayan, soyadı Muravski və həyətdəki ləqəbi Murik olan qonşu, Anatolinin böyük qardaşını ziyarətə gəlib.
Anatoli Falkoviç
Anatoli Solomonoviç Falkoviç (4 oktyabr 1923, Bakı – 1 noyabr 1994, Hayfa) — sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1972). == Həyatı == Anatoli Falkoviç 4 oktyabr 1923-cü ildə Bakıda anadan olub. Bakı Teatr Məktəbində (1943) təhsil alıb. S.Vurğun adına Rus Dram Teatrında (1941–1942, 1945–1968, 1970–1994), Rostov-na-Donu M.Qorki adına Teatrda (1968–1970) çalışıb. Kinoda 1957-ci ildən çəkilməyə başlayıb. 8 filmdə F.Dzerjinskinin rolunu canlandırıb (1965–1975). Dövlət mükafatı laureatı (1972), xalq artisti (1972) Anatoli Falkoviç İsrail 1 noyabr 1994 tarixində qastrol zamanı səhnədə vəfat edib . Anatoli Falkoviçin "Azərbaycanfilm" kinostudiyasında ilk və ən yaddaqalan uğuru "Sehirli xalat" filmindəki İo-Kio adlı sehirbaz obrazıdır. Feliks Dzerjınski obrazının yaratması isə Falkoviçə SSRİ-də ümumittifaq tanınmasınıa səbəb oldu.
Anatoli Karpov
Anatoli Yevgenyeviç Karpov (rus. Анатолий Евгеньевич Карпов 23 may 1951, Zlatoust, Çelyabinsk vilayəti, SSRİ) — şahmat üzrə 12-ci dünya çempionu, PhD, Rus şahmat qrosmeysteridir. O, Harri Kasparov tərəfindən məğlub edilənədək 1975-ci ildən 1985-ci ilə qədər rəsmi olaraq dünya çempionu sayılıb. O, 1993-cü ildə Kasparova qalib gələrək yeniden FİDE dünya çempionu olmazdan öncə 1986–1990-cı illər arasında Kasparova qarşı 3 oyun oynayib. O, FİDE-nin yeni dünya çempionluğu qaydalarına etiraz edərək çempionluq adından imtina etdiyi üçün bu adı 1999-cu ilə qədər əlində saxlaya bilib. Karpov dünya şahmat elitası arasinda çempion adını 10 il qoruya bildiyi üçün tarixin ən böyük şahmatçılarından biri sayılır. Onun turnir uğurları 160-dan çox birinci yer ilə bitirməkdən ibarətdir. Karyerasının ən yüksək dövründə Karpov 2780 Elo reytinqi ilə FİDE-nin sıralamasında 1970-ci ildəki acıqlamadan sonra 90 ay boyunca birinci pillədə olub. Karpov 2005-ci ildən Rusiya İcimai Palatasının üzvüdür. O, son zamanlar humanitar layihələrin, eləcə də yodlaşdırılmış duzun istifadəsini müdafiə edib.
Anatoli Katenyov
Anatoli Kotenyov — Aktyor == Həyatı == Anatoli Vladimiroviç Katenyov 25 sentyabr 1958-ci ildə anadan olub. MXAT məktəb-studiyasında təhsil alıb. Minsk Kinoaktyor Teatr-Studiyasında çalışıb.
Anatoli Yabbarov
Anatoli Əhmədoviç Yabbarov — aktyor == Həyatı == Anatoli Yabbarov 24 avqust 1937-ci ildə Bakıda anadan olub. Kinoaktyor Teatrının quruluşçu rejissorudur. Rusiyanın əməkdar artistidir.
Anatoli Yaqudayev
Anatoli Mixayloviç Yaqudayev (11 mart 1935, Mahaçqala, Dağıstan MSSR, RSFSR - 10 oktyabr 2014, Mahaçqala, Dağıstan, Rusiya Federasiyası) — Sovet və Rusiya və Dağıstan heykəltaraşı, Rusiya Federasiyasının əməkdar rəssamı (2002). == Həyatı == Anatoli Mixayloviç Yaqudaev 11 mart 1935-ci ildə Mahaçqalada anadan olub. Gələcək heykəltaraşın əcdadları Temir-Xan-Şuradan (indiki Dağıstan Respublikası, Buynaksk şəhəri) idi. Milliyətcə qumuq idi. Sadiq kommunist olan atası, 1933-cü ildə vəfat edən Xalq Maarif Komissarı Anatoli Vasilyeviç Lunaçarskinin şərəfinə oğluna Anatoli adını vermişdi. Anatoli Yaqudayev uşaq ikən Mahaçqala Pionerlər Evindəki təsviri sənət dərnəyində müəllim Y.İ.Laşkeviçlə birlikdə və D.A.Kapanitsının rəhbərliyi altında Xalq Yaradıcılığı Evinin sənət studiyasında oxuyurdu. 1949-cu ildə məşhur sovet heykəltaraşı Mixail Anikuşinin istehsal və heykəltaraşlıq emalatxanasında işləməyə başladı. Orada o əvvəlcə şagird olaraq, sonra isə heykəltaraş-formator kimi çalışmışdır. Yaqudayev 1953-1956-cı illərdə Sovet ordusunda xidmət edərkən ağır atletika üzrə Uzaq Şərq Hərbi Dairəsinin çempionu idi. 1963-cü ildə Serov adına Leninqrad Rəssamlıq Məktəbinin heykəltaraşlıq fakültəsini bitirib.
Anatoli Zöhrabbəyov
Zöhrabbəyov Anatoli Həsən oğlu (14.05.1909 - 1946) — şair, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1909-cu il mayın 14-də Bakıda dəmiryolçu ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirmişdir. APİ-nin kimya fakültəsində təhsil almışdır (1931). Bir neçə il Azərbaycan SSR Neft sənayesi Elmi-Tədqiqat neft-kimya institutunda laborant, kiçik elmi işçi vəzifələrində çalışmışdır (1932-1933). Ədəbi fəaliyyətə 1940-cı ildən başlamışdır: dövri mətbuatda lirik şerlər, mahnı mətnləri çap etdirmişdir. Poetik yaradıcılığında Nizami Gəncəvidən tərcümələr başlıca yer tutur. Şairin "İsgəndərnamə" mənzum romanından rus dilinə etdiyi tərcümələr rəğbətlə qarşılanmışdır Əsərlərini rus dilində yazmışdır. "Odlu diyar" tarixi* romanı "Drujba narodov" almanaxında, "Vətən uğrunda" jurnalında, sonra isə ayrıca kitab Halında buraxılmışdır (1945). Burada XII əsr Azərbaycan ictimai-siyasi Hadisələri, xalq Həyatı, onun mübarizəsi maraqlı lövhələrlə təsvir edilmişdir.
Anatoli Koni
Koni Anatoli Fyodoroviç (1844–1927) — məşhur rus hüquqşünası, ictimai xadim və ədəbiyyatçı, həqiqi məxfi müşavir. == Həyatı == 1865-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Məhkəmə islahatları keçirilən zaman Sankt-Peterburq məhkəmə palatasına katib köməkçisi vəzifəsinə keçmişdir, 1867-ci ildə Moskva məhkəmə palatasının Rovin dairə məhkəməsinin prokurorun katibi olmuş, həmin ildə Sum dairə məhkəməsinin prokurorun yoldaşı (tovariş) sonra da Xarkov dairə məhkəməsində çalışmışdır. 1870-ci ildə Kazan dairə məhkəməsinin prokuroru olmuşdur. 1875-ci ildə Ədliyyə Nazirliyi departamentinin vise-direktoru, 1877-ci ildə Sankt-Peterburqun dairə məhkəməsinin sədri, 1891-ci ildə cinayət-kassasiya senat departamentinin senatoru. Koni görkəmli məhkəmə natiqi olmuşdur. Dövlət şurasının üzvü. Peterburq EA-nın fəxri üzvü. 1878-ci ildə Vera Zasuliç işində Koni (məhkəmə sədri) bəraət hökmü çıxartmışdır. Oçerk və xatrələr "Həyat yolunda".
Anatoli Kotenyov
Anatoli Kotenyov — Aktyor == Həyatı == Anatoli Vladimiroviç Katenyov 25 sentyabr 1958-ci ildə anadan olub. MXAT məktəb-studiyasında təhsil alıb. Minsk Kinoaktyor Teatr-Studiyasında çalışıb.
Anatoli Kuleşov
Anatoli Niloviç Kuleşov (belar. Анатоль Куляшоȳ; təvvəlüdü 1959-cu il, Əli Bayramlı, Azərbaycan SSR) — Belarusun dövlət və ictimai xadimi, milis general-leytenantı. 2009-cu il iyunun 2-dən 2012-ci il mayın 11-dək Belarusun daxili işlər naziri olmuşdur. == Həyatı == 1977-1979-cu illərdə Silahlı Qüvvələrdə xidmət etmişdir. Milis idarəsində 1980-ci ildən Minskdə binaların, obyektlərin, Dövlət Bankı müəssisələrin mühafizəsi alayının milisioneri kimi xidmətə başlamışdır. 1986-cı ildə SSRİ DİN-in Minsk ali məktəbini, 1992-ci ildə SSRİ DİN Akademiyasını (indiki Belarus Respublikası DİN-in Akademiyası). Hüquq-mühafizə fəaliyyətinin təşkili, hüquqşünaslıq ixtisası üzrə təhsil.alıb. SSRİ DİN-in Minsk ali məktəbini bitirdikdən sonra Minskin Lenin rayonunun yetkinlik yaşına çatmayanların işləri üzrə müvəkkili işlədi. 1992-ci ilin noyabrından kriminal milis şöbəsinə rəhbərlik edib. 1995-ci ilin mart ayında Minsk şəhəri Daxili İşlər İdarəsinin cinayət axtarışı idarəsinin rəis müavini təyin edilib.
Anatoli Lapidevski
Anatoli Vasilyeviç Lapidevski — (23 mart 1908–29 aprel 1983) — Sovet pilotu, aviasiya general-mayoru (1946), ilk Sovet İttifaqı Qəhrəmanı (1934). == Tərcümeyi-halı == 10 (23) Mart 1908-ci ildə Stavropol quberniyasının (indiki Krasnodar bölgəsi) Belaya Qlina kəndində keşiş ailəsində anadan olmuşdur. Ailə Tula quberniyasının ruhanilər sülaləsindən idi. Uşaqlığı Staroşerbinovsk kəndində və Kuban bölgəsinin Yeysk şəhərində keçirmişdir. O, dəmirçi yanında köməkçi, çilingər yanında tələbə, biçin maşını ustası, yağ dəyirmanında sürücü köməkçisi işləmişdir. 1926-cı ildən Qırmızı Orduda xidmətə başlamışdır. 1927-ci ildə Leninqrad Hərbi Hava Qüvvələrinin Hərbi-Nəzəri Məktəbini, 1928-ci ildə — Sevastopol Dəniz Pilotları Məktəbini bitirib. Qırmızı Bayraq Ordenli Baltik donanmasının hava qüvvələrinin döyüş vahidində, daha sonra Yeysk dəniz pilotları məktəbində təlimatçı-pilot kimi xidmət etmişdir. 1933-cü ildən — ehtiyatdadır. Mülki Hava Donanmasının uzaq şərq şöbəsində pilot vəzifəsində çalışmışdır.
Anatoli Lukyanov
Anatoli Lukyanov(rus. Анатолий Иванович Лукьянов; 7 may 1930, Smolensk – 9 yanvar 2019, Moskva) — Sovet partiya və dövlət lideri, Rus siyasətçi. Sovet Ittifaqi KP Mərkəzi Komitəsinin katibi (1987–1988), Sovet İttifaqı KP Mərkəzi Komitəsinin Siyasi Bürosunun namizədi(1988–1990).1993-cü ildən 2003-cü ilədək Rusiya Federasiyası Kommunist Partiyasının üzvü kimi Rusiya Dumasının deputatı. Şair. Rusiya Federasiyasının Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinin üzvü (1994–2000). SSRİ Ali Sovetinin sonuncu sədri (mart 1990 — sentyabr 1991), onun rəqibi olan ilk və son SSRİ prezidenti Mixail Qorbaçovun birinci köməkçisi. 1991-ci ilin avqust ayından 1992-ci ilin dekabrına qədər Fövqəladə Komitə iddiasında saxlanılaraq, hakimiyyəti ələ keçirmək üçün sui-qəsd edilib, sonra isə digər şübhəlilərlə birgə əfv verildi. Hüquq elmləri doktoru (1979), Moskva Dövlət Universitetinin professoru, Lomonosov (2004). Rusiya Federasiyasının əməkdar hüquqşünası (2012). == Həyatı == Bir əsgər ailəsində anadan olmuşdur.
Anatoli Lunaçarski
Anatoli Vasilyeviç Lunaçarski (11 (23) noyabr 1875, Poltava – 26 dekabr 1933[…], Mentona) — rus-sovet yazıçısı, tərcüməçi, publisist, sənətşünas, akademik, maarif naziri, siyasi xadim. == Həyatı == Anatoli Vasilyeviç Lunaçarski 23 noyabr 1875-ci ildə Rusiya imperiyasının Poltava şəhərində anadan olmuşdu. Anatoli Lunaçarski 26 dekabr 1933-cü ildə Fransada vəfat edib. == Yaradıcılığı == SSRİ-nin yaradılmasından (1922, 30 dekabr) sonra isə imperiya tərkibinə daхil edilmiş хalqlar ədəbi prosesdə bir ideologiya ətrafında birləşdirildilər. Əsasən, "Sovet ədəbiyyatı" adı ilə təqdim olunan bu ədəbi inkişaf mərhələsinə "beynəlmiləlçilik" donu geydirən yazıçı-tənqidçi A.Lunaçarski (1875–1933) pafosla yazırdı: "Ədəbiyyat haqqında söhbət gedəndə biz, ümumiyyətlə, Lenin milli siyasəti nəticəsində yüksək çiçəklənmə mərhələsinə çatan bütün sovet хalqları ədəbiyyatını nəzərdə tuturuq".
Anatoli Lyadov
Anatoli Konstantinoviç Lyadov (11 may 1855, Sankt-Peterburq – 28 avqust 1914, Boroviçi, Novqorod quberniyası[d]) — XIX əsrin II yarısında fəaliyyət göstərən görkəmli rus bəstəkarlarından biridir. O, özünü həmçinin istedadlı dirijor, pedaqoq, musiqili – ictimai xadim kimi də doğrultmuşdur. Lyadov yaradıcılığının əsasını rus eposunun və folklor musiqisinin nağıl fantastik obrazları təşkil edir. Onun əsərləri üçün dolğun lirika, təbiətin incə təsviri xarakterikdir. == Həyatı == Anatoli Konstantinoviç Lyadov 12 may 1855 -ci ildə Sankt-Peterburq şəhərində musiqiçi ailəsində anadan olmuşdur. 11 yaşında ikən Peterburq Konservatoriyasının daxil olaraq burada Rimski-Korsakovdan praktiki bəstəkarlıq dərsləri almışdır. Lakin dərsləri ötürdüyünə görə 1876-cı ildə təhsil ocağından xaric olunmuşdur. 1878-ci ildə Lyadov yenidən konservatoriyaya daxil olaraq buranı uğurla bitirir. Diplom işi F.Şillerin “Messinskaya nevesta” əsərinin sonuncu səhnəsinə bəstələdiyi musiqi olur. 70-ci illərin ortalarında Lyadovun “Qüdrətli dəstə” üzvləri ilə tanışlığı baş verir və görkəmli sənətkarlarla ünsiyyət onun yaradıcılığının formalaşmasında xüsusi amilə çevrilir.
Anatoli Miller
Anatoli Filippoviç Miller (1 mart 1901 -3 oktyabr 1973) — rus türkoloqu. == Həyatı == Anatoli Filippoviç Miller 1 mart 1901-ci ildə Novorossiysk şəhərində anadan olmuşdu. 1926-cı ildə Moskva Şərqşünaslıq institutunun türk şöbəsini bitirmişdi. 1943-cü ildə "Mustafa paşa Bayraktar. XIX əsrin birinci yarısında Osmanlı imperiyası" adlı doktorluq dissertasiyasını müdafiə etmişdi. Elə həmin ildə də professor adı almışdı. Anatoli Miller 3 oktyabr 1973-cü ildə Moskva şəhərində vəfat edib. == Əsərləri == Турция. М., 1937 (A. Melnik təxəllüsü ilə). Мустафа паша Байрактар.
Anatoli Məsimov
Anatoli Qurban oğlu Məsimov — Həvəskarlar arasında bodibildinq üzrə Dünya, Avropa, Azərbaycan və Rusiya çempionu. == Həyatı == Anatoli Qurban oğlu Məsimov 17 yanvar 1974–cü ildə Borçalıda Bolnisi rayon Abdallı kəndində anadan olub. 1991-ci ildən etibarən Rusiya FR-nın Krasnoyarsk şəhərində yaşayır.2001-ci ildə Myanma Birliyi Respublikasının Yanqun şəhərində həvəskarlar arasında keçirilən bodibildinq üzrə dünya birinciliyində 65 kq çəkiyədək kateqoriyasında 4-cü yerə layiq görülmüşdür.17-20 may 2002-ci il tarixində Belorusiyanın paytaxtı Minsk şəhərində həvəskarlar arasında keçirilən bodibildinq üzrə Avropa birinciliyində 65 kq çəkiyədək kateqoriyasında 3-cü yerə layiq görülmüşdür.7-9 may 2005-ci il tarixində Rumıniyada həvəskarlar arasında keçirilən bodibildinq üzrə Avropa birinciliyinin gümüş mükafatçı olmuşdur.. 3 qat Azərbaycan çempionu və bir çox beynəlxlaq turnirlərin qalibidir. Hal-hazırda "Krasnoyarsk Bodibildinq və Fitnes Federasiyası"nın prezidenti olaraq fəaliyyət göstərir və Krasnoyarsk şəhərində yaşayır.
Acanthorutilus anatolicus
Pseudophoxinus anatolicus (lat. Pseudophoxinus anatolicus) — Çəkilər fəsiləsinin külmə cinsinə aid balıq növü. Türkiyə üçün endemik növdür.
Anatoli Abramov (ədəbiyyatşünas)
Anatoli Mixayloviç Abramov (rus. Анатолий Михайлович Абрамов; 5 dekabr 1917, Kaçalinskaya[d] – 17 fevral 2005, Voronej) — SSRİ və Rusiya ədəbiyyatşünası. O, 1970-ci ildən filologiya elmləri doktoru, 1991-ci ildən professor olmuşdur. Abramov Rusiya Federasiyasının əməkdar elm xadimi, Rusiya Yazıçılar İttifaqının üzvü, "Podyom" jurnalının redaksiya heyətinin üzvü, Paris şəhərində yerləşən Beynəlxalq Ədəbiyyat Tənqidçiləri Assosiasiyasının üzvü idi. Əsas maraq dairəsi sovet dövrünün rus ədəbiyyatıdır. == Əsərləri == Абрамов А. М. «И я вступаю в диалог». Сборник стихотворений. — 2001. — ??? с.
Anatoli Aleksandrov (bəstəkar)
Anatoli Aleksandrov (fizik)
Anatoli Petroviç Aleksandrov (rus. Анатолий Петрович Александров, 13 fevral 1903 - 3 fevral 1994) — böyük sovet fiziki. Üçqat Sosialist Əməyi Qəhrəmanı, fiziki-riyaziyyat elmləri doktoru. AMEA-nın Fəxri üzvü. == Həyatı == Aleksandrov Anatoli Petroviç 12 mart 1903-cü ildə Ukraynanın Taraşa şəhərində anadan olmuşdur. 1930-cu ildə Kiyev Universitetini bitirmiş, SSRİ EA Fizika-Texnika İnstitutunda işə başlamışdır. Sovet fizikidir. Macarıstan EA-nın və İsveç Kral Mühəndislik Akademiyasının üzvü, 1943-cü ildə SSRİ EA-nın müxbir üzvü, 1953-cü ildə isə həqiqi üzvü seçilmişdir. 3 dəfə Sosialist Əməyi Qəhrəmanı (1954, 1960,1973), 4 dəfə SSRİ Dövlət mükafatı laureatı (1942,1949, 1951,1953) və Lenin mükafatı laureatı (1959) adına layiq görülmüşdür. 7 dəfə Lenin ordeni və başqa medallarla təltif olunmuşdur.
Anatoli Banişevski adına stadion
Anatoli Banişevski adına stadion — Masallı şəhərində fəaliyyət göstərən idman obyekti. Tutumu 7,500 nəfərdir. "Viləş Masallı" FK ev oyunlarını bu stadionda keçirir.
Anatoliy
Anatoliy Lukyanov
Anatoli Lukyanov(rus. Анатолий Иванович Лукьянов; 7 may 1930, Smolensk – 9 yanvar 2019, Moskva) — Sovet partiya və dövlət lideri, Rus siyasətçi. Sovet Ittifaqi KP Mərkəzi Komitəsinin katibi (1987–1988), Sovet İttifaqı KP Mərkəzi Komitəsinin Siyasi Bürosunun namizədi(1988–1990).1993-cü ildən 2003-cü ilədək Rusiya Federasiyası Kommunist Partiyasının üzvü kimi Rusiya Dumasının deputatı. Şair. Rusiya Federasiyasının Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinin üzvü (1994–2000). SSRİ Ali Sovetinin sonuncu sədri (mart 1990 — sentyabr 1991), onun rəqibi olan ilk və son SSRİ prezidenti Mixail Qorbaçovun birinci köməkçisi. 1991-ci ilin avqust ayından 1992-ci ilin dekabrına qədər Fövqəladə Komitə iddiasında saxlanılaraq, hakimiyyəti ələ keçirmək üçün sui-qəsd edilib, sonra isə digər şübhəlilərlə birgə əfv verildi. Hüquq elmləri doktoru (1979), Moskva Dövlət Universitetinin professoru, Lomonosov (2004). Rusiya Federasiyasının əməkdar hüquqşünası (2012). == Həyatı == Bir əsgər ailəsində anadan olmuşdur.
Anatoliy Rafailov
Rafailov Anatoliy Xaimoviç (5 fevral 1953, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == 1953-cü il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus, ingilis və fars dillərini bilir. 1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1981-ci illərdə ali məktəbdə təhsil almışdır. 1981–1982-ci illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının internaturasında çalışmış, 1982–2001-ci illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının həkim-travmatoloqu, 2001– 2010-cu illərdə "Hesed Qerson" Yəhudi Xeyriyyə Cəmiyyətinin Tibb Mərkəzinin direktoru olmuşdur. 2015-ci ildən "Sağlam ailə" MMC-nin səyyar tibbi xidmət üzrə müdiridir. 4 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
Anatoliya moruğu

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.74 dəfə / 1 mln.
2002 ••••• 6.85
2003 •••••••••••••• 21.65
2004 •••••••••••••••••••• 33.01
2005 ••••••••••• 17.54
2006 •••••••••••••• 22.07
2007 ••••••••••• 16.70
2008 •••••••••••• 18.76
2009 •••••••• 12.96
2010 ••••••••••• 17.52
2011 ••••••••• 14.76
2012 ••••• 7.57
2013 •••••• 9.34
2014 •••••• 8.75
2015 ••••• 7.32
2016 ••• 4.34
2017 •• 2.28
2018 •• 2.70
2019 ••• 3.34
2020 0.66

"anatoli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#anatoli nədir? #anatoli sözünün mənası #anatoli nə deməkdir? #anatoli sözünün izahı #anatoli sözünün yazılışı #anatoli necə yazılır? #anatoli sözünün düzgün yazılışı #anatoli leksik mənası #anatoli sözünün sinonimi #anatoli sözünün yaxın mənalı sözlər #anatoli sözünün əks mənası #anatoli sözünün etimologiyası #anatoli sözünün orfoqrafiyası #anatoli rusca #anatoli inglisça #anatoli fransızca #anatoli sözünün istifadəsi #sözlük