Qarabağda yanacaq anbarında partlayış
Qarabağda yanacaq anbarında partlayış — 25 sentyabr 2023-cü ildə Azərbaycanın Xankəndi şəhəri yaxınlığında yerləşən Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbənin yanacaqdoldurma məntəqəsində baş verən partlayış. Hadisə nəticəsində ən azı 125 nəfər həlak olmuş və 300 nəfər yaralanmışdır.
Partlayışdan bir həftə əvvəl Azərbaycan separatçı Dağlıq Qarabağ Respublikasına qarşı genişmiqyaslı hərbi hücum başlatmışdı. Bu zaman 28 mindən çox etnik erməni regionu tərk etməyə başlamışdı. Regionu tərk etmək istəyən insanların yanacaqdoldurma məntəqələrinə axın etmişdi. Partlayış anında stansiyada yüzlərlə insan toplaşmışdı.
Partlayışdan sonra Azərbaycanda yerli xəstəxanalar hazır vəziyyətə salınmış, yaralıların təxliyəsi üçün danışıqlara başlanılmışdır. Qarabağın erməni sakinlərinin nümayəndələri bu təklifdən imtina etmişdilər.
Birləşmiş Ştatların Milli Təhlükəsizlik Şurasının sözçüsü Edriyenn Votson zərərçəkənlər üçün başsağlığı vermiş və regiona humanitar yardımın çatdırılmasına ehtiyac olduğunu söyləmişdir.