Ancelo sözü azərbaycan dilində

Ancelo

Yazılış

  • Ancelo • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ancelo Buono
Ancelo Entoni Buono (5 oktyabr 1934, Nyu-York, Roçester – 21 sentyabr 2002, Kaliforniya, Kalipatriya) – qohumu Kennet Biançi ilə birlikdə “Hillside Stranglers” kimi tanınan və Kaliforniya, Los-Ancelesdə 1977-ci ilin oktyabr və 1978-ci ilin fevral ayları arasında 10 gənc qadını öldürməkdə günahkar bilinən amerikalı seriyalı qatil, oğru, təcavüzkar. == Uşaqlıq və gənclik illəri == Ancelo Buono San-Buonodan olan birinci nəsil italyan mühacir kimi 5 oktyabr 1934-cü ildə Nyu-York, Roçesterdə anadan olub. Buono aliment ödəməməkdən tutmuş, avtomaşın oğurluğu, təcavüz, zorlamaya qədər geniş cinayət tarixinə sahibdir. 1975-ci ildə Buono 41 yaşında olanda qohumu Kennet Biançi ilə əlaqə saxladı. Buono Biançini virtual dustaq kimi saxladığı iki qadının fahişəliyində ona qoşulmasına inandırdı. == Cinayətlər == 1977-ci ilin oktyabrında Buono və Biançi Kaliforniya, Los-Ancelesdə səyahət edərkən Buononun maşınında saxta nişanlardan istifadə edərək qadınları gizli polis olduqlarına inandırıb öldürməyə başladılar. Onlar daha sonra qurbanları polis maşını olduğunu iddia etdikləri Buononun avtomobilinə mindirdilər və işgəncə verərək öldürmək üçün Buononun evinə apardılar. Qızlar və qadınlar 12 və 28 yaş aralığında idilər. Qurbanlar: Yolanda Vaşinqton, 19 yaş – 17 oktyabr 1977-ci il Cudit Linn Miller, 15 yaş – 31 oktyabr 1977-ci il Lissa Kastin, 21 yaş – 6 noyabr 1977-ci il Ceyn Kinq, 28 yaş – 10 noyabr 1977-ci il Dolores Sepeda, 12 yaş – 13 noyabr 1977-ci il Sonya Conson, 14 yaş – 13 noyabr 1977-ci il Kristina Vekler, 20 yaş – 20 noyabr 1977-ci il Loren Vaqner, 18 yaş – 29 noyabr 1977-ci il Kimbereli Martin, 17 yaş – 9 dekabr, 1977-ci il Sindi Li Hadslet, 20 yaş – 16 fevral 1978-ci ilBuono və Biançi qurbanlarını boğaraq öldürməzdən əvvəl təcavüz edirdilər. Onlar ölümcül inyeksiya, elektrik vurması və karbonmonoksit zəhərlənməsi kimi digər öldürmə üsullarını sınaqdan keçirirdilər.
Ancelo Kavallaro
Angelo Cavallaro (it. Angelo Cavallaro; 11 aprel 1967, Kataniya, Siciliya) — İtalyan müğənni və musiqiçi. == Həyatı == 1981-ci ildə musiqiyə qədəm qoyan müğənninin 1998-ci ildə çıxardığı "Love Me" albomu 250.000-dən çox satışa imza ataraq beynəlxalq şöhrət qazanıb. Özünəməxsus təfsiri ilə italyan dilində xüsusilə latın melodiyalarını ifa edən müğənninin "Danzando Lambada" mahnısı səs-küyə səbəb olub.
Yaramaz Ancelo
Yaramaz Ancelo (fr. Angelo la Débrouille) — Chloé Miller və Franz Kirchner-in rejissorluğu ilə çəkilmiş, "Teletoon", "TeamTO" və "Cake Entertainment" tərəfindən hazırlanmış Fransa istehsalı animasiya serialı. Serial Sylvie De Mathuisieulx və Sebastien Diologent-in yazdığı "Comment Faire Enrager..." kitabı əsasında çəkilib. Serialın beşinci mövsümü 2022-ci ildə işıq üzü görmüşdür. == Məzmun == Ancelo sürətli düşüncəsi və ağıllı fikirləri ilə həmişə bir addım öndədir. O, ev işlərindən qaçmağın yollarını tapmağı və məktəb tapşırıqları üçün yaradıcı həllər tapmağı sevir. Bəzən valideynləri və müəllimləri ilə arasında problem yaranır, amma o, hər şeyi öz xeyrinə çevirməyi bacarır. Dostu Şervud ona hər bir detalı planlaşdırmağa kömək edir. Lola onların qrupuna həvəs və yaradıcılıq gətirir. Onlar cinayət ortaqları kimi birlikdə işləyirlər və qarşılarına çıxan hər hansı bir problemin öhdəsindən gəlirlər.
Ancelo Doninin portreti
Ancelo Doninin portreti (it. Ritratto di Agnolo Doni) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Ancelo Doninin portreti" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərində saxlanılır.
Müqəddəs Ancelo qəsri
Müqəddəs Mələk qəsri (ital. Castel Sant'Angelo - "Müqəddəs Mələk qəsri") - Romada yerləşən memarlıq abidəsi. Sərdabə kimi tikilmiş qəsrdən Roma papasının iqamətgahı, həbsxana kimi istifadə olunmuş, hazırda isə muzeyə çevrilmişdir. == Tarixçəsi == İmperator Adrian özü və ailəsi üçün sərdabə kimi 135-ci ildə tikintisinə başlamış, ölümündən sonra xələfi Antonin Piy tərəfindən 139-cu ildə bitirilmişdir. Sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 m olan silindrik formada inşa edilmişdir. Burada Adriandan Septimemə qədər bütün imperatorların qəbirləri yerləşmişdir. Romada Avreli divarları tikildikdən sonra ondan hərbi istehkam kimi istifadə olunmuşdur. Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori qəsrinin üzərində Mələk Mikayılı qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır. Orta əsrlərdə qəsr Vatikanla 800 metrlik dəhliz (ital. Passetto) vasitəsilə əlaqələndirilmişdir.
Sant-Ancelo-Muksaro
Sant-Ancelo-Muksaro (it. Sant'Angelo Muxaro, [sanˈtanʤelo muʃˈʃaro] ) — İtaliyada, Siciliyanın Aqricento əyalətində kommuna. Müasir arxeoloqlara görə, Tunc dövründə burada sikanların paytaxtı olan əfsanəvi Kamik şəhəri yerləşirdi. Qəsəbənin himayədarı müqəddəs Angel Karmelitdir.
Sant-Ancelo Lodicano
Sant-Ancelo Lodicano (it. Sant'Angelo Lodigiano) — İtaliyanın Lombardiya regionunda şəhər. Əhalisi 13.313 nəfərdir. Milan şəhərindən 30 km cənub-cənub-qərb istiqamətində yerləşir. == Tanınmış şəxsləri == Mario Bekkaria – siyasətçi.
Miçela Anceloni
Miçela Anceloni (d. 25 sentyabr 1984; Berqamo, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Miçela Anceloni İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.52 dəfə / 1 mln.
2004 ••••••••••••••••• 1.35
2005 ••••••••••••••••• 1.35
2006 ••••••••••••••••• 1.35
2007 ••• 0.21
2010 •••• 0.27
2011 ••••••••••••••• 1.12
2012 ••••••••• 0.69
2013 •••••••• 0.58
2014 ••• 0.17
2016 ••• 0.17
2018 •••••• 0.45
2019 •• 0.14
2020 •••••••••••••••••••• 1.59

Oxşar sözlər

#ancelo nədir? #ancelo sözünün mənası #ancelo nə deməkdir? #ancelo sözünün izahı #ancelo sözünün yazılışı #ancelo necə yazılır? #ancelo sözünün düzgün yazılışı #ancelo leksik mənası #ancelo sözünün sinonimi #ancelo sözünün yaxın mənalı sözlər #ancelo sözünün əks mənası #ancelo sözünün etimologiyası #ancelo sözünün orfoqrafiyası #ancelo rusca #ancelo inglisça #ancelo fransızca #ancelo sözünün istifadəsi #sözlük