Ander sözü azərbaycan dilində

Ander

Yazılış

  • Ander • 86.6667%
  • ander • 13.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ander Herrera
Ander Herrera (14 avqust 1989[…], Bilbao, Basklar ölkəsi) İngiltərənin Mançester Yunayted klubunda və İspaniya milli yığmasında çıxış edən ispan yarımmüdafiəçidir. O, peşəkar futbolçu karyerasına İspaniyanın Real Zaraqoza klubunda başlamış, 2011-ci ildə Atletik Bilbao klubuna və sonradan 2014-cü ildə isə 36 milyon avro qarşılığında Mançester Yunayted klubuna transfer olmuşdur. Ander Herrera 2016-17 sezonunda möhtəşəm çıxışına görə Mançester Yunayted klubunda ilin futbolçusu mükafatına layiq görülmüşdür. O, İspaniya milli yığmasının aşağı yaş qruplarında bir sıra müsabiqələrdə qalib olmuş və Londonda keçirilən 2012-ci il Yay Olimpiya Oyunlarında ölkəsini təmsil etmişdir. Milli yığmada isə ilk oyununa 2016-cı ilin noyabr ayında Uembli Stadionunda İngiltərə millisinə qarşı çıxmışdır. == Şəxsi həyatı == Ander Herreranın atası Pedro Maria da futbolda yarımmüdafiəçi mövqeyində çıxış etmişdir. O, Real Zaraqoza və Selta Viqo klublarında çıxış etmiş, futbolçu karyerasını bitirdikdən sonra isə hər iki klubda da baş menecer vəzifəsində xidmət etmişdir.
Ander-e-Kondon
Ander-e-Kondon (fr. Andert-et-Condon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01009. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 340 nəfər təşkil edirdi.
Aechmea andersonii
Aechmea andersonii (lat. Aechmea andersonii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Amblyseius andersoni
Amblyseius andersoni (lat. Amblyseius andersoni) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius andersoni Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Anderbergia
Anderbergia (lat. Anderbergia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Anderbergia elsiae B.Nord. Anderbergia epaleata (Hilliard & B.L.Burtt) B.Nord. Anderbergia fallax B.Nord. Anderbergia rooibergensis B.Nord. Anderbergia ustulata B.Nord. Anderbergia vlokii (Hilliard) B.Nord.
Anderlext
Anderlext — Brüssel paytaxt bölgəsinin (Belçika) 19 bələdiyyəsindən biridir. Bölgənin cənub-qərbində yerləşən bölgə Brüssel şəhəri, Meşə, Molenbik-Saint-Jean və Saint-Gilles, habelə Dilbik və Sint-Pyoters-Leeuv Flamandiya bələdiyyələri ilə həmsərhəddir. Brüsselin bütün bələdiyyələri ilə ortaq olaraq, burada da rəsmi olaraq iki dil (fransız-holland) keçərlidir. Anderlext daxilində tarixən və memarlıq baxımından bir neçə fərqli bölgə var. 1 fevral 2015-ci ildəki siyahıyalmaya görə bələdiyyənin əhalisi 118.414 nəfərdir. Ümumi sahəsi 17.74 km², əhalinin sıxlığı isə 6.10 nəfər/km² təşkil edir. Yuxarı hissələri daha yaşıl və zəif məskunlaşmışdır.
Anderlext FK
Anderlext – Belçikanın Anderlext şəhərində yaranmış klubdur.Belçika 1. liqasında ən çox çempion olmuş klubdur (34 dəfə).Klubun 1908-ci ildə yaranmasına baxmayaraq ilk çempionluğunu ikinci dünya müharibəsindən sonra qazanmışdır (1947). == Tarixi == Tarixi boyu bir çox uğurlara imza atan Anderlext, Belçikanın ən yaxşılarındandır.Anderlext Belçika liqasında ən çox çempion olmuş klubdur. == Rəngləri == Klubun əsas rəngləri bənövşəyi və ağ hesab olunur. == Stadionu == Anderlext oyunlarını 26.362 nəfərlik tutuma malik Konstant Vanden Stok stadionunda oynayır. == Anderlext avrokuboklarda == Anderlext 2 dəfə UEFA Kuboklar Kuboku (1975/1976, 1977/1978) və UEFA Superkubokunun (1976, 1978) çempionu olmuşdur.Belçika təmsilçisi bir dəfə də UEFA Kubokunun (1982/1983) qalibi adını qazanmışdır.
Anderraytinq
Anders
Anders — ad. Anders Sandberg — İsveç musiqiçisi. Anders Aberq — isveçli heykəltaraş, rəssam və karikaturaçı. Anders Foq Rasmussen — Danimarka siyasətçisi, 2009-2014-cü illərdə NATO-nun baş katibi. Anders Selsi — İsveç astronomu və fiziki. Anders Hunsballe — Qrev Fodbold klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçu Anders Berinq Breyvik — Norveçli ekstremist və terrorçu.
Anders Aberq
Anders Aberq (16 aprel 1945 – 23 yanvar 2018, Nordinqra[d], Verternorrland[d]) — isveçli heykəltaraş, rəssam və karikaturaçı. Anders əsasən taxtadan inşa etdiyi bina modellərinə görə tanınır. 1970-ci illərdə Stokholmdakı Solna Centrum metro stansiyasını inşa etmişdir. 1980-ci ildə Anders İsveçin Nordinqra şəhərində açıq incəsənət muzeyi olan Mannaminne muzeyinin əsasını qoydu.
Anders Bagge
Anders Bagge isveçli prodüser, söz yazarı, bəstəkar və aranjimançıdır. Həmçinin Stefan Örn ilə birlikdə "Drip Drop" mahnısını arnjiman etmişdir. "Drip Drop" mahnısı 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Səfurə Əlizadə tərəfindən ifa edilmişdir və 5-ci yerə layiq görülmüşdür.
Anders Berinq Breyvik
Anders Berinq Breyvik (norv. Anders Behring Breivik; 13 fevral 1979) — Norveçli ekstremist və terrorçu. 22 iyul 2011-ci ildə Norveçin paytaxtı Osloda bomba partlayışı və hakimiyyətdəki Əmək partiyasının Ütöya adasında təşkil etdiyi gənclər düşərgəsinin iştirakçılarına qarşı həyata keçirdiyi silahlı hücum nəticəsində 77 nəfəri öldürməkdə və 97 nəfəri yaralamaqda ittiham edilir. Cinayətləri etiraf etsə də, özünü təqsirkar kimi qəbul etmir. Xristianlığın lüteran cərəyanına etiqad edir.
Anders Fonss
Anders Fonss (20 iyun 1988-ci ildə Danimarkada anadan olub) — Tarup-Paarup klubunda hücumçu kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Fonns 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir. == Milli karyerası == 2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyası və futbolçular birliyi UEFA Millətlər Liqasında Uels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər. Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər. Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur. Yeni heyət Danimarka 2-ci divizionu və Danimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur.4 sentyabr 2018-ci ildə Fonss 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir. O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir. O, 71-ci dəqiqədə Mads Bertelseni əvəz etmişdir.
Anders Foq Rasmussen
Anders Foq Rasmussen (dan. Anders Fogh Rasmussen, 26.1.1953, Ginnerup, Danimarka) — Danimarka siyasətçisi, 2009-2014-cü illərdə NATO-nun baş katibi. 27 noyabr 2001-ci ildən 5 aprel 2009-cu ilədək Danimarkanın 48-ci baş naziri, 1987-1992-ci illərdə Poul Şlüterin kabinetində vergilər naziri. 1998-ci ildən Danimarka Liberal Partiyası — "Venstre"nin üzvü və 2001-2009-cu illərdə partiyanın sədri.
Anders Hunsballe
Anders Hunsballe (12 sentyabr 1992-ci ildə Danimarkada anadan olub) — Qrev Fodbold klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Anders Fonss 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir. == Milli karyerası == 2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyası və futbolçular birliyi UEFA Millətlər Liqasında Uels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər. Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər. Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur. Yeni heyət Danimarka 2-ci divizionu və Danimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur.4 sentyabr 2018-ci ildə Hunsballe 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir. O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir. O, 46-cı dəqiqədə Kristian Bannisi əvəz etmişdir.
Anders Jahan Retzius
Anders Yahan Retzius (isv. Anders Jahan Retzius, 3 oktyabr 1742, Kristianstad[d] – 6 oktyabr 1821) — İsveç botaniki, zooloq, təbiətşünaslıq üzrə professor, kimyaçı və əczaçısı. == Elmi əsərləri == Inledning till djurriket (1772). Observationes botanicae (fol.; tr. i Leipzig 1778—1791). Florae Scandinaviae prodromus (2 bd, 1779; 2:a uppl. 1795). Lectiones publicae de vermibus intestinalibus (1784). Försök till mineralrikets uppställning (1795; tysk översättning. 1798).
Anders Sandberg
Anders Sandberg (3 may 1968) — İsveç musiqiçisi.
Anders Selsi
Anders Selsi (isv. Andres Celcius; 27 noyabr (8 dekabr) 1701[…], Uppsala[d] – 25 aprel (6 may) 1744[…], Uppsala[d]) — İsveç astronomu və fiziki, İsveç Elmlər Akademiyasının üzvü. Elmi tədqiqatları astronomiyaya, fizikaya və geofizikaya həsr olunmuşdur. Temperatur vahidi onun şərəfinə adlandırılıb.
Anders Yahan Retzius
Anders Yahan Retzius (isv. Anders Jahan Retzius, 3 oktyabr 1742, Kristianstad[d] – 6 oktyabr 1821) — İsveç botaniki, zooloq, təbiətşünaslıq üzrə professor, kimyaçı və əczaçısı. == Elmi əsərləri == Inledning till djurriket (1772). Observationes botanicae (fol.; tr. i Leipzig 1778—1791). Florae Scandinaviae prodromus (2 bd, 1779; 2:a uppl. 1795). Lectiones publicae de vermibus intestinalibus (1784). Försök till mineralrikets uppställning (1795; tysk översättning. 1798).
Anderson
Anderson (Texas)
Anderson (Texas)
Anderson County — ABŞ-nin Texas əyalətindədir. 2010-cu ildə ABŞ-də əhalinin siyahıya alınmasına əsasən, əhali 58,458 nəfərdir. Ən böyük şəhəri Palestindir. Anderson rayonu 1846-cı ildə yaranmış və 1845-ci ildə vəfat etmiş Texas Ştatının Baş vitse-prezidenti olmuş Kenneth L. Andersonun şərəfinə adlandırılmışdır. Rayon tamamilə 430 – 903 bölgə kodları daxilində yerləşir. == Coğrafiyası == === Əsas avtobanlar === === Göllər === == Hökumət, məhkəmə və siyasət == === Hökumət === Anderson rayonu komissiya heyəti tərəfindən idarə edilir. Komissiya heyəti, dörd komissardan ibarət bir heyətdir. ==== Rayon komissiya heyəti ==== ==== Ştat həbsxanaları ==== Texas Cəza Ədliyyə İdarəsi mahalda kişilər üçün dövlət həbsxanaları fəaliyyət göstərir. Beto, Coffield, Michael və Powledge birimləri və Gurney vahidi köçürmə təsisi Fələstinin 7 mil qərbindəki etibarsız ərazidə yerləşir. Beto Vahidi Təşkilat İdarəsi Bölməsinin Region II xidmət mərkəzinə malikdir.
Anderson (ad)
Anderson — ad.
Anderson Arroyo
Anderson Arroyo Kordoba (isp. Anderson Arroyo Córdoba; 27 sentyabr 1999, Kibdo, Kolumbiya) — Liverpul klubundan icarə əsasında Malyorka klubunda müdafiəçi kimi çıxış edən peşəkar Kolumbiya futbolçusudur. == Klub karyerası == Arroyo peşəkar karyerasına Fortaleza Sipakira klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 19 noyabr 2015-ci ildə 16 yaşı olarkən B Primyerasında Deportivo Pereyra klubuna qarşı oyunda etmişdir. O, komandasının elitaya yüksəlməsində böyük pay sahibi olmuşdur. O, Mustanq Kubokunda debütünü 18 fevral 2016-cı ildə Deportivo Kali klubuna qarşı oyunda etmişdir.2018-ci ilin fevral ayında Arroyo Liverpul klubu ilə müqavilə imzalamış və 18 aylığına Malyorka klubuna icarəyə verilmişdir. == Milli karyerası == 2015-ci ildə Arroyo Kolumbiyanın gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Arroyo Peru, Uruqvay, Argentina, Ekvador, Paraqvay, Venesuela və iki dəfə Braziliya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. 2017-ci ildə Arroyo Kolumbiyanın gənclərdən ibarət milli komandası ilə Ekvadorun ev sahibliyi ilə keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Arroyo Paraqvay, Çili, Argentina, Venesuela, Uruqvay, Ekvador və iki dəfə Braziliya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Anderson Ezekiel De Souza Filyo
Anderson Ezekiel De Souza Filyo (3 mart 1996) — Braziliyalı peşəkar kişi BMX velosipedçisi. Anderson Ezekiel De Souza Filyo Braziliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Anderson Ezekiel De Souza Filyo 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.032 saniyəlik nəticəsi ilə 73-cü yeri tutdu.
Anderson Nianqbo
Anderson Deqbole Nianqbo (6 oktyabr 1999-cu ildə Kot-d'İvuarda anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda hücumçu kimi çıxış edən peşəkar Kot-d'İvuarlı futbolçudur. == Klub karyerası == === Liferinq === Nianqbo Olimpik Sport d’Abobo akademiyası vasitəsilə inkişaf etmişdir. Nianqbo öz peşəkar karyerasında debütünü 3 mart 2018-ci ildə Ried klubuna qarşı oyunda etmişdir. O, 93-cü dəqiqədə Aldin Ağanoviçi ilə əvəz olunmuşdur. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 12 mart 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir. == Xarici keçidlər == Soccerway.com saytında profili (ing.) Anderson Nianqbo at WorldFootball.net Anderson Nianqbo — transfermarkt.com saytında.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.17
2016 •••••••••••••••••••• 0.17
2019 ••••••••••••••••• 0.14
2020 •••••••••••••••• 0.13

"ander" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ander nədir? #ander sözünün mənası #ander nə deməkdir? #ander sözünün izahı #ander sözünün yazılışı #ander necə yazılır? #ander sözünün düzgün yazılışı #ander leksik mənası #ander sözünün sinonimi #ander sözünün yaxın mənalı sözlər #ander sözünün əks mənası #ander sözünün etimologiyası #ander sözünün orfoqrafiyası #ander rusca #ander inglisça #ander fransızca #ander sözünün istifadəsi #sözlük