androgen sözü azərbaycan dilində

androgen

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • androgen • 66.6667%
  • Androgen • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Androgenez
Androgenez (yun. νήράνδρός – kişi + … genez) – orqanizmin mayalanma prosesində yalnız spermatozoidlə yumurtahüceyrəyə düşən erkək nüvə hesabına inkişaf etməsi; dişi nüvə erkək nüvə ilə birləşmədiyinə və inkişaf prosesində iştirak etmədiyinə görə məhv olur. Bu halda yalançı mayalanma baş verir. Androgenez nəticəsində əmələ gələn nəsillər yalnız ata irsinin əlamətlərini saxlayır. Yumurtanın inkişafı bir erkək xromosom dəstinin, yaxud iki erkək xromosom dəstinin iştirakı ilə baş verir. Dişi nüvəsini itirmiş mayalanmış yumurta fraqmentinin inkişafı–meroqoniya androgenezin xüsusi bir halıdır. Təbiətdə androgenez müstəsna hallarda bəzi həşəratlarda və bitkilərdə müşahidə edilir. Androgenezi süni surətdə yaratmaq mümkündür. Bunun üçün yumurtanın nüvəsi mayalanmada iştirakdan mexaniki, fiziki və kimyəvi təsirlərlə təcrid edilməlidir. Süni androgenez bitkilərdə (buğda, qarğıdalı, arpa, kartof) və heyvanlarda seleksiya prosesini sürətləndirmək üçün tətbiq edilir.
Androgenlərə həssaslıq sindromu
Androgenlərə həssaslıq sindromu ing. Androgen insensitivity syndrome — AIS (androgen müqavimət sindromu, Morris sindromu, testikulyar feminizasiya sindromu) androgen reseptorları vasitəsilə gendə baş verən mutasiyalar nəticəsində, cinsi inkişaf dövründə yaranan anadangəlmə endokrinologiya variasiyadır. Belə sindromlar anormal reseptorun strukturundan və həssaslığından asılı olaraq dəyişir. Bu sindromdan əziyyət çəkən şəxslərin bədənləri müəyyən kişi cinsi hormonlarına (androgenlər adlanır) cavab verə bilmədiklərindən, onlar tez-tez qadın cinsi xüsusiyyətlərinə malikdirlər və ya həm kişi, həm də qadın cinsi inkişafının əlamətlərini göstərirlər. Androgenə qarşı həssaslıq sindromu yalnız Y xromosomuna sahib şəxslərdə qeydə alınır. Sindroma xas olan xüsusiyyətlərdən biri də X xromosomunun resessiv irsilik ilə əlaqəli olmasıdır. Androgenə həssaslıq sindromunun cinsiyyət orqanlarının kişiləşmə dərəcəsinə görə üç növü ayırd edilir: tam androgenə həssaslıq sindromu (xarici cinsiyyət orqanının qadın fenotipinə malik olduğu); yüngül androgenə həssaslıq sindromu (xarici cinsiyyət orqanında kişi fenotipi olduqda) ; qismən androgenə həssaslıq sindromu (xarici cinsiyyət orqanları qismən kişiləşdikdə). Bu vəziyyətdə olan xəstələrə kömək etmək üçün simptomatik üsullardan istifadə edilir. Müasir dövrdə AR genindəki mutasiyalar nəticəsində yaranan, anormal fəaliyyət göstərən androgen reseptor zülalların fəaliyyətini düzəltmək üçün heç bir üsul yoxdur. Tibbi yardım üsullarına isə genitoplastika (xəstənin istəyi ilə), gonadektomiya (şiş riskinin inkişafı hallarında), hormon əvəzedici terapiya, genetik məsləhət və psixoloji dəstək kimi üsullar aid edilir.

"androgen" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#androgen nədir? #androgen sözünün mənası #androgen nə deməkdir? #androgen sözünün izahı #androgen sözünün yazılışı #androgen necə yazılır? #androgen sözünün düzgün yazılışı #androgen leksik mənası #androgen sözünün sinonimi #androgen sözünün yaxın mənalı sözlər #androgen sözünün əks mənası #androgen sözünün etimologiyası #androgen sözünün orfoqrafiyası #androgen rusca #androgen inglisça #androgen fransızca #androgen sözünün istifadəsi #sözlük