anemometr sözü azərbaycan dilində

anemometr

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • anemometr • 55.5556%
  • Anemometr • 22.2222%
  • ANEMOMETR • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anemometr
ANEMOMETR – küləyin və qaz axınlarının sürətini ölçən cihaz. Küləyin sürəti fırlanğıcın dövrlər sayı ilə (Fuss Anemometri), manometrik (Pito borusu) və termoelektrik üsulla ölçülür. Əl Anemometrindən, anemoqrafdan və anemorumbometrdən daha cox istifadə edilir. Anemoqraf küləyin sürətini fasiləsiz qeyd etmək, anerorumbometr isə küləyin istiqamətini təyin etmək üçundur. Anemometrin əsas növləri qanadlı, fincanlı və manometrik Anemometrdir. Qanadlı Anemometr ventilyasiya sisteminin boru və kanallarında havanın istiqamətlənmiş axın sürətini; fincanlı Anemometr küləyin orta (müəyyən zaman intervalında) sürətini; manometrik Anemometr küləyin ani sürətini təyin etmək üçündür. Külək sürətinin təhlükəli təsirini və ani şiddətinin davametmə müddətini müəyyənləşdirmək və bununla əlaqədar gözlənilən qəzaya qarşı uyğun qurğuları işə salmaq üçün siqnal qurğulu avtomatik Anemometrlərdən də istifadə edilir. Ölçmə xətası 0,05–0,1 m/saniyyədir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.).

anemometr sözünün etimologiyası

anemometr sözünün rus dilinə tərcüməsi

"anemometr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#anemometr nədir? #anemometr sözünün mənası #anemometr nə deməkdir? #anemometr sözünün izahı #anemometr sözünün yazılışı #anemometr necə yazılır? #anemometr sözünün düzgün yazılışı #anemometr leksik mənası #anemometr sözünün sinonimi #anemometr sözünün yaxın mənalı sözlər #anemometr sözünün əks mənası #anemometr sözünün etimologiyası #anemometr sözünün orfoqrafiyası #anemometr rusca #anemometr inglisça #anemometr fransızca #anemometr sözünün istifadəsi #sözlük