Angellore
Angellore — Fransadan olan Gothic/Doom Metal qrupu. Qrupunun adı məşhur Norveç Tristania qrupunun trekindən götürülmüşdür.
== Haqqında və yaranışı ==
Qrupun yaradılması internet vasitəsilə baş verib. 2007-ci ildə Rosarius və Walran görüşüb tanış olduqdan sonra onlar Angellore qrupunu yaratdılar. Həmən ilin avqust ayında onlar ilk demo “Ambrosia” adlı albomlarını nəşr etdilər. Bu demo-dan sonra onlar, 2008-ci ildə “Les promesses de l'aube” adlı ilk EP albomlarını daha sonra 2009-cu ildə “Elégies aux âmes perdues” adlı ikinci EP-lərini nəşr etdilər. Bu demo və ep albomlardan olan trekləri MySpace platformasında yərləşdirdilər və tanıtım etdilər. Daha sonra onlar portuqaliyalı musiqiçilər Markos və Maradonun yaratdığı Merankorii qrupu ilə birlikdə 2009-cu ildə split albom nəşr etdilər. Həmin ildə qrupa barabançı Ronnie daxil olmuşdur.
2012-ci ildə onlar ilk debüt “Errances” adlı albomlarını nəşr etdilər.