anhidrid sözü azərbaycan dilində

anhidrid

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • anhidrid • 77.7778%
  • Anhidrid • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ftal anhidridi
Ftal anhidridi — Ftal anhidridi C6H4 (CO)2 O formulu olan üzvi birləşmədir. Ftal turşusunun anhidrididir. Ftal anhidridi ftal turşusunun əsas ticarət formasıdır. Ticarətdə istifadə olunan dikarboksil turşusunun ilk anhidridi idi. Genişmiqyaslı plastikləşdiricilərin istehsalı üçün əhəmiyyətli sənaye kimyəvi maddəsidir. 2000-ci ildə dünyada istehsal həcminin ildə təxminən 3 milyon ton olduğu təxmin edildi.[2] == Alınması == Ftal anhidrid ilk dəfə 1836-cı ildə Auguste Laurent tərəfindən bildirilmişdir. Ftal anhidridi naftalin və o-ksilolun qaz fazasında hava ilə katalitik oksidləşməsi yolu ilə əldə edilir.[3] Müasir sənaye variantında isə — molekulyar oksigendən istifadə edərək naftalinlə qaz fazalı reaksiyada katalizator olaraq vanadium (V) oksiddən (V2O5) istifadə edilir.[2] Alternativ bir proses o-ksilolun iki metil qrupunun oksidləşməsini əhatə edir daha çox atom-iqtisadi prosesdir. Bu reaksiya təxminən 320–400 °C -də aparılır və aşağıdakı tənliyə malikdir: C6H4(CH3)2 + 3 O2 → C6H4(CO)2O + 3 H2O Reaksiya təxminən 70% seçiciliklə gedir. Təxminən 10% malein anhidridi istehsal olunur: C6H4(CH3)2 + 71/2 O2 → C4H2O3 + 4 H2O + 4 CO2 Ftal anhidridi və malein anhidridi, bir sıra keçid kondensatorları ilə distillə yolu ilə alınır. Naftalin yolu (Gibbs ftal anhidridi prosesi və ya Gibbs-Wohg naftalin oksidləşmə reaksiyası) o-ksilol marşrutu ilə müqayisədə azalmışdır.
Malein anhidridi
Malein anhidridi (sis-etilen-1,2-dikarbon turşusunun anhidridi) – formulu C4H2O3 olan üzvi birləşmədir. Təmiz halda ağ rəngli, romb şəkilli şəbəkəli, kristal maddədir. == Sintezi == Benzolun və digər aromatik birləşmələrin, həmçinin butanın oksidləşməsindən alınır. 2 CH3CH2CH2CH3 + 7 O2 → 2 °C2H2(CO)2O + 8 H2O == Fiziki xassələri == Malein anhidridinin ərimə temperaturu 325.85 K, qaynama temperaturu 475 K-dır. Suda malein turşusunun alınması ilə, asetonda, benzolda, toluolda, xloroformda və s. həlledicilərdə həll olur. == Alınması == 1970-ci ildə malein anhidridinin 90% benzoldan, qalan hissəsi əsasən neftin butan-butilen fraksiaysından istehsal olunmuşdur. 1980-ci il üçün benzoldan alınan malein anhidridinin miqdarı 81,3%-ə təşkil etmişdir. Malein anhidridinin istehsalında benzolun sərfinin azalması əsasən onun zəhərli (kanserogen) olması, istehsal həcminin azalması və qiymətinin artması ilə bağlıdır. Malein anhidridinin istehsal texnologiyasının əsasında benzolun, n-butan və ya n-butenlrəin qaz fazada oksidləşməsi prosesi durur.
Sirkə anhidridi
Sirkə anhidridi (CH3CO)2O – rəngsiz sərt iyə malik mayedir. Benzolda, dietil efirində və başqa üzvü həlledicilərdə həll olur. == Alınması == Sənayedə sirkə anhidridi asetaldehidin katalitik oksidləşməsi nəticəsində kobalt və mis asetatlarının iştiraki ilə alınır. Sirkə turşusundan su ayıran maddələrin vasitəsi ilə: 2CH3COOH→(CH3CO)2+H2O Natrium asetatın xloranhidridlə dəyişmə reaksiyası nəticəsində: 2CH3COONa+ClCOCH3→(CH3CO)2O+NaCl == Xassələri. == Spirtlərlə mürəkkəb efirlər əmələ gətirir: (CH3CO)2O+2HOC2H5→2CH3COOC2H5+H2O Aminlərlə reaksiya zamanı amidlər alınır: (CH3CO2O+2C2H5NH2→CH3CONHC2H5+CH3COOH· C2H5NH2 Sirkə anhidridini su ilə qızdırdığda sirkə turşusu alınır: (CH3CO)2O+H2O→2CH3COOH == Tətbiqi == Sirkə anhidridi ətirli maddələrin, dərman preparatlarının, süni liflərin və foto və kinoplyonkaların istehsalında istifadə olunur. == Mənbə == Большая Советская Энциклопедия Химическая энциклопедия.М:Большая Российская энциклопедия,1992. Т. 5.
Sulfat anhidridi
Sulfat anhidridi, kükürd 6-oksid, SO3—otaq temperaturunda rəngsiz qazdır. Bərk sulfat anhidridi alfa-, beta-, qamma- və delta- modifikasiyalarında olur. Onların ərimə temperaturları müvafiq olaraq 16.8, 32.5, 62.3 və 95 °C-dir. Həmin modifikasiyalar bir-birindən SO3 kristallarının forması və polimerləşmə dərəcələri ilə fərqlənir. Rütubətli havada SO3 tüstülənir (buxarlanaraq havada H2SO4 damcıları əmələ gətirir). Sulfat anhidridi sənayedə kükürd qazını katalitik oksidləşdirmə yolu ilə alınır. Ondan sulfat turşusu, oleum, susuz HNO3 və s. hazırlanmasında istifadə olunur.
Sulfit anhidridi
Sulfat anhidridi, kükürd 6-oksid, SO3—otaq temperaturunda rəngsiz qazdır. Bərk sulfat anhidridi alfa-, beta-, qamma- və delta- modifikasiyalarında olur. Onların ərimə temperaturları müvafiq olaraq 16.8, 32.5, 62.3 və 95 °C-dir. Həmin modifikasiyalar bir-birindən SO3 kristallarının forması və polimerləşmə dərəcələri ilə fərqlənir. Rütubətli havada SO3 tüstülənir (buxarlanaraq havada H2SO4 damcıları əmələ gətirir). Sulfat anhidridi sənayedə kükürd qazını katalitik oksidləşdirmə yolu ilə alınır. Ondan sulfat turşusu, oleum, susuz HNO3 və s. hazırlanmasında istifadə olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2004 •••••••••• 0.34
2005 •••••••••••••••••••• 0.67

anhidrid sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#anhidrid nədir? #anhidrid sözünün mənası #anhidrid nə deməkdir? #anhidrid sözünün izahı #anhidrid sözünün yazılışı #anhidrid necə yazılır? #anhidrid sözünün düzgün yazılışı #anhidrid leksik mənası #anhidrid sözünün sinonimi #anhidrid sözünün yaxın mənalı sözlər #anhidrid sözünün əks mənası #anhidrid sözünün etimologiyası #anhidrid sözünün orfoqrafiyası #anhidrid rusca #anhidrid inglisça #anhidrid fransızca #anhidrid sözünün istifadəsi #sözlük