Anjulu sözü azərbaycan dilində

Anjulu

Yazılış

  • Anjulu • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anjulu Marqarit
Anjulu Marqarit (fr. Marguerite d'Anjou) (23 mart 1430 – 25 avqust 1482) — İngiltərə kralı VI Henrinin xanımı olması səbəbilə İngiltərə və Fransa (de-yure) kraliçası. Neapol kralı I Rene və Lotaringiyalı hersoqinası İzabellanın qızı olaraq Lotaringiya torpaqlarında dünyaya gəldi. Gül müharibəsi olaraq bilinən taxt mübarizəsinin ilk illərində mühüm rol oynadı və bir müddət Lankaster fraksiyasına da rəhbərlik etdi. Bir çox mənbələrdə kişi kimi mərd və cəsur olduğu qeyd olunur. Ərinin əqli xəstəliyi səbəbilə Marqarit uzun müddət onun yerinə dövləti idarə etdi. 1455-ci ilin mayında çağırdığı yeni məclislə, başda Yorklu Riçard olmaqla, bütün York ailəsinin mənsublarını dövlət idarəsindən uzaqlaşdırdı. Onun bu hərəkəti York və Lankaster ailələri arasında düşmənliyə səbəb oldu və yeganə oğlu olan Eduardın 1471-ci ildə ölməsi ilə nəticələndi. 1471-ci ildə Lankasterlərin məğlubiyyətinin ardından Marqarit əsir alındı və 4 illik əsarətin ardından bibisi oğlu olan Fransa kralı XI Lüdoviqin pul ödəməsiylə bağışlanaraq Fransaya göndərildi. Burada kralın kasıb qohumu olaraq yaşadı və 52 yaşında burada vəfat etdi.
Anjulu Marqarit (Anju qrafinyası)
Anjulu Marqarit (fr. Marguerite d'Anjou; 1273 – 31 dekabr 1299, Paris) — Fransa kralı VI Filippin anası, Anju və Valua qrafinyası.Marqarit 1273-cü ildə Neapol kralı II Karlın qızı olaraq dünyaya gəldi. 1290-cı ilin avqustunda Fransa kralı III Filippin oğlu Valua qrafı Karlla evləndirildi. Atası cehiz olaraq qızına Anju qraflığını hədiyyə etdi. Beləcə, bu tarixdən etibarən Marqarit həm Anju, həm də Valua qrafinyası oldu. Cütlüyün bu nigahdan 5 övladı dünyaya gəldi: İzabella (1292-1309) VI Filipp Valualı Janna (1294-1352) Valualı Marqarit (1295-1342) II Karl (1297-1346) == Mənbə == Topping, Peter (1975). "The Morea, 1311–1364". In Setton, Kenneth M.; Hazard, Harry W. (eds.). A History of the Crusades, Volume III: The Fourteenth and Fifteenth Centuries. Madison and London: University of Wisconsin Press.

Oxşar sözlər

#anjulu nədir? #anjulu sözünün mənası #anjulu nə deməkdir? #anjulu sözünün izahı #anjulu sözünün yazılışı #anjulu necə yazılır? #anjulu sözünün düzgün yazılışı #anjulu leksik mənası #anjulu sözünün sinonimi #anjulu sözünün yaxın mənalı sözlər #anjulu sözünün əks mənası #anjulu sözünün etimologiyası #anjulu sözünün orfoqrafiyası #anjulu rusca #anjulu inglisça #anjulu fransızca #anjulu sözünün istifadəsi #sözlük