anlaşılmaz sözü azərbaycan dilində

anlaşılmaz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • anlaşılmaz • 94.2857%
  • Anlaşılmaz • 5.5357%
  • ANLAŞILMAZ • 0.1786%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

anlaşılmaz sözünün leksik mənası və izahı

  • 1 sif. Başa düşülməyən və ya başa düşülməsi çətin olan, mənası aydın olmayan. Anlaşılmaz söz. Anlaşılmaz fikir. Kütlə üçün yazılan kitablarda qəliz və anlaşılmaz sözlər işlətməməli. – Gecə yarısı avam camaat məclislərə dolub, mollanın ərəbcə dediyi anlaşılmaz ibarələri dinlər, sonra hər kəs evinə qayıdardı. H.Sarabski. // İzah edilə bilməyən, səbəbi bilinməyən, qəribə, təəccüblü, müəmmalı. Anlaşılmaz hadisə. Anlaşılmaz hərəkət. – İndi [Züleyxa] daxilində anlaşılmaz bir narahatlıq, bir iztirab duyurdu. M.İbrahimov. Dərs otağına dərin və anlaşılmaz bir sükut çökmüşdü. M.Hüseyn. Nədən isə bu gecə qoca arxivçinin qəlbində sevinc ilə qarışıq anlaşılmaz bir hiss vardı. H.Nəzərli.

    Azərbaycan dilinin izahlı lüğəti / anlaşılmaz

anlaşılmaz sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ANLAŞILMAZ O, yenə müəmmalı və anlaşılmaz sözlər danışmağa başladı (M.S.Ordubadi); QARANLIQ O hansı qaranlıq məsəlidir? (M.S.Ordubadi); QARIŞIQ-DOLAŞIQ Qarışıq-dolaşıq yazıların içində kitabınadını tapa bilmədim (C.Məmmədquluzadə); QARMA-QARIŞIQ [Narınc:] Gecə elə qarma-qarışıq yuxular görmüşəm ki! (M.İbrahimov); QƏLİZ Mürvət: Elə də qəliz adı var ki... (H.Abbaszadə); MÜƏMMALI Zeynal: Ömrümdə birinci dəfə idi ki, belə müəmmalı intizar çəkirdim (B.Bayramov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / anlaşılmaz

anlaşılmaz sözünün rus dilinə tərcüməsi

  • 1 непонятный, неясный, маловразумительный, невразумительный, непостижимый

    Azərbaycanca-rusca lüğət / anlaşılmaz
  • 2 прил. непонятный, необъяснимый, неясный. Anlaşılmaz iş неясное дело, anlaşılmaz eyham неясный намёк, anlaşılmaz cavab неясный ответ, anlaşılmaz qorxu hissi необъяснимое чувство страха, anlaşılmaz hərəkət необъяснимый поступок

    Azərbaycanca-rusca lüğət / anlaşılmaz

anlaşılmaz sözünün inglis dilinə tərcüməsi

anlaşılmaz sözünün fransız dilinə tərcüməsi

anlaşılmaz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. гъавурда такьадай, гъавурда гьат тийир, кьиле гьат тийир; anlaşılmaz söz гъавурда такьадай гаф; // кьил акъат тийир, баян гуз тежер, себеб малум тушир, къариба, тажублу, сирлу; anlaşılmaz hərəkət кьил акъат тийир гьерекат.

    Azərbaycanca-ləzgicə lüğəti / anlaşılmaz

"anlaşılmaz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#anlaşılmaz nədir? #anlaşılmaz sözünün mənası #anlaşılmaz nə deməkdir? #anlaşılmaz sözünün izahı #anlaşılmaz sözünün yazılışı #anlaşılmaz necə yazılır? #anlaşılmaz sözünün düzgün yazılışı #anlaşılmaz leksik mənası #anlaşılmaz sözünün sinonimi #anlaşılmaz sözünün yaxın mənalı sözlər #anlaşılmaz sözünün əks mənası #anlaşılmaz sözünün etimologiyası #anlaşılmaz sözünün orfoqrafiyası #anlaşılmaz rusca #anlaşılmaz inglisça #anlaşılmaz fransızca #anlaşılmaz sözünün istifadəsi #sözlük