Annal sözü azərbaycan dilində

Annal

Yazılış

  • Annal • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Annalena Berbok
Annalena Berbok və ya Baerbok (alm. Annalena Charlotte Alma Baerbock‎; 15 dekabr 1980[…], Hannover) — Almaniya siyasətçisi. O, 2018-ci ildən Robert Habek ilə birlikdə Alyans 90/Yaşıllar partiyasının həmsədridir. Baerbok partiyanın 2021-ci il federal seçkilərində kansler namizədidir. O, Yaşılların ilk qadın namizədi və Angela Merkeldən sonra Almaniyanın böyük bir siyasi partiyası tərəfindən kansler namizədi olan ikinci qadın olmuşdur. Baerbok ilk dəfə 2013-cü ildə Bundestaqa seçilmişdir. O, 2012-ci ildən 2015-ci ilə qədər Alyans 90/Yaşıllar partiya məclisinin üzvü və 2009–2013-cü illərdə partiyasının Brandenburqdakı dövlət qrupunun lideri idi. == Siyasi mövqeyi == Almaniya ilə Rusiya arasındakı ikitərəfli münasibətlərin bir istiqaməti olan "Şimal axını 2" qaz boru kəməri layihəsi Baerbok tərəfindən açıq şəkildə müzakirə edilir. O həmçinin, Çini Sincan, Tibet və getdikcə daha çox Honq Konqda zorakılıq törətməkdə və sistmatik şəkildə insan haqlarını pozmaqda günahlandırmışdır. Bundan əlavə, Baerbok məcburi əmək mallarının axınının Avropa təchizat zənciri qanunu ilə tənzimlənə biləcəyini irəli sürmüşdür.
Annallar
Annallar — qədim dövrdə və orta əsrlərdə nisbətən əhəmiyyətli hadisələrin illər üzrə yazılışı. Qədim misirlilərdə, assurlarda, farslarda, çinlilərdə, romalılarda və b. xalqlarda illər üzrə yazı olmuşdur. "Annal" məfhumu latın mənşəlidir (latınca "annus" - "il" deməkdir). Orta əsrlərdə annallar adətən monastırlarda aparılırdı. Annallar "Tarix"lərlə birlikdə tarixi xronikanın inkişafının əsasını təşkil etmişdir.
Annallar (Tasit)
"Annallar" (lat. Annales) orijinal başlığı – "İlahi Avqustun ölümündən" (lat. Ab excessu divi Augusti) — Roma tarixçisi və senatoru Tasitin Roma imperiyasının b.e. 14–68-ci illərindən, yəni Tiberinin hakimiyyəti dövründən Neronun hakimiyyəti dövrünə qədərki tarixi haqqında yazdığı əsər. "Annallar" b.e. I əsrində Roma imperiyasının tarixinin başa düşülməsi üçün mühüm mənbədir. Bu, Tasitin son əsəridir və müasir tarixçilər ümumiyyətlə onu onun ən böyük yazısı hesab edirlər. Tarixçi Ronald Mellor bunu "Roma tarixi yazısının zirvəsini" təmsil edən "Tasitin pik nailiyyəti" adlandırır.Tasit "Tarix" and "Annallar" birlikdə 30 kitabdan ibarət idi. Bəzi alimlər bəzi kitabların hansı əsərə aid edilməsi ilə bağlı fikir ayrılığına düşsələr də, ənənəvi olaraq 14-ü "Tarix"ə, 16-sı isə "Annallar"a aid edilir. İyeronimin istinad etdiyi 30 kitabın təxminən yarısı qorunub saxlanılmamışdır.
Annallar məktəbi
Annallar məktəbi (fr. École des Annales), həmçinin "Yeni tarix elmi" (fr. La Nouvelle Histoire) — Lüsyen Fevr və Mark Blok tərəfindən qurulan tarixi istiqamət. "Annallar" jurnalı ətrafında formalaşan bu tarixi məktəb XX əsrin bütün dünya tarixşünaslığının inkişafına mühüm təsir göstərmişdir. 1929-cu ildə Lüsyen Fevr və Mark Blok bu gün də nəşr olunan "İqtisadi və sosial tarixi annallar" (Fr. Annales d'histoire économique et sociale) jurnalını yaratdılar. Bu jurnalda tarixçilər "bütövlükdə" tarixi xarakterizə edən məqalələr, tarixin təkcə siyasi, hərbi və diplomatik aspektləri ilə məhdudlaşmayan məqalələr dərc etməyə çalışırdılar. Beləcə yeni istiqamət yarandı və Annallar jurnalı ətrafında qruplaşdı. Onların təqdimatında klassik "tarix-hekayə" janrı "tarix-problem" ilə, eyni zamanda "ümumi" tarix, yəni cəmiyyətdə mövcud olan bütün əlaqələri ilə – iqtisadi, sosial, mədəni əvəz olundu. Alimlər tədqiqatlarının mərkəzinə görkəmli şəxsiyyətlərin fəaliyyəti, hadisələrin təsvirini deyil, bütövlükdə cəmiyyəti qoymağa, uzun zamanlar ərzində mövcud olan dərin strukturları üzə çıxarmağa çalışmağa başladılar.
Der Werwolf: The Annals of Veight
Der Werwolf: The Annals of Veight (azərb. Qurd adam: Veyt salnamələri‎) və ya Yaponiyada tanınan adı ilə Jinrou e no Tensei, Maou no Fukukan (人狼への転生、魔王の副官, azərb. Qurd adama çevrilmə, Demon lordunun düşərgəsi‎) – Nishieda-nın rəssamlığı ilə Hyougetsu tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata qurd adam kimi dirilən Veyt adlı personajdan bəhs edir. Hyougetsu ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Earth Star Entertainment 2015-ci ilin noyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 7 cildi buraxılmışdır. Bundan əlavə, iki manqa adaptasiyası istehsal olunmuşdur. J-Novel Club ranobeni ingilis dilinə tərcümə edərək saytında yayımlamışdır. == Məzmun == Qurd adam kimi yenidən dirilən Veyt Demon lordunun üçüncü alayına vitse-komandir titulu ilə komandanlıq edir.
Märchen der Werwolf - The Annals of Veight
Der Werwolf: The Annals of Veight (azərb. Qurd adam: Veyt salnamələri‎) və ya Yaponiyada tanınan adı ilə Jinrou e no Tensei, Maou no Fukukan (人狼への転生、魔王の副官, azərb. Qurd adama çevrilmə, Demon lordunun düşərgəsi‎) – Nishieda-nın rəssamlığı ilə Hyougetsu tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata qurd adam kimi dirilən Veyt adlı personajdan bəhs edir. Hyougetsu ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Earth Star Entertainment 2015-ci ilin noyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 7 cildi buraxılmışdır. Bundan əlavə, iki manqa adaptasiyası istehsal olunmuşdur. J-Novel Club ranobeni ingilis dilinə tərcümə edərək saytında yayımlamışdır. == Məzmun == Qurd adam kimi yenidən dirilən Veyt Demon lordunun üçüncü alayına vitse-komandir titulu ilə komandanlıq edir.
Annalen der Physik
"Annalen der Physik" ("Fizika annalları") — fizika problemlərinə həsr olunmuş Almaniya elmi jurnalı. 1799-cu ildən nəşr olunan jurnal ən qədim elmi jurnallardan biridir. Eksperimental, nəzəri, tətbiqi və riyazi fizika, eləcə də əlaqəli sahələr üzrə orijinal məqalələr dərc edir. Bütün məqalələr əvvəlcədən nəzərdən keçirilir. XIX əsrin sonundan etibarən jurnalın hər il təxminən 1,000 səhifə olmaqla üç nömrəsi çıxırdı. Hal-hazırda ildə 12 kitab çap olunur, ümumilikdə 800 səhifəyə yaxındır. == Tarixi == Almaniyada ilk fizika jurnalları 1790–1794-cü illərdə nəşr olunan "Journal der Physik və Neues Journal der Physik" (1795–1797) idi. 1799-cu ildə onları əvəz edən "Annalen der Physik"in fəaliyyəti daha uğurlu olmuş, 2 əsrdən çox nəşr edilmişdir. Tarixində adını iki dəfə dəyişmiş: "Annalen der Physik und der physikalischen Chemie" (1819–1824), "Annalen der Physik und Chemie" (1824–1899), lakin 1899-cu ildə orijinal adına qayıtmışdır. Jurnal XIX–XX əsrlərdə Almaniya fizikasının sürətli inkişafına fəal töhfə vermişdir.

Oxşar sözlər

#annal nədir? #annal sözünün mənası #annal nə deməkdir? #annal sözünün izahı #annal sözünün yazılışı #annal necə yazılır? #annal sözünün düzgün yazılışı #annal leksik mənası #annal sözünün sinonimi #annal sözünün yaxın mənalı sözlər #annal sözünün əks mənası #annal sözünün etimologiyası #annal sözünün orfoqrafiyası #annal rusca #annal inglisça #annal fransızca #annal sözünün istifadəsi #sözlük