anod-şüa sözü azərbaycan dilində

anod-şüa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • anod-şüa • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anod
[[İmage:Zinc anode.png|thumb|Sink anodu]] Anod (yunanca ἄνοδος — yuxarıya hərəkət) cərəyan mənbəyinin müsbət qütbü və ya qurğunun elektrodu olub, cərəyan şəbəkəsinin müsbət qütbünə birləşdirilir. İş zamanı anodun potensialı katoda nisbətən müsbət olur. Elektroliz prosesində də anod müsbət mənbə olur və onun üzərində oksigenləşmə baş verir. Bu anlayış fizika elminə Maykl Faradey tərəfindən daxil edilmişdir.
Şüa (həndəsə)
Şüa — düz xəttin üzərindəki hər hansı bir nöqtədən eyni tərəfdə yerləşən (həmin nöqtə də daxil olmaqla) nöqtələr çoxluğudur. Bir tərəfdən məhdud olan düz xəttt hissəsinə şüa və ya yarım düz xətt deyilir. Bir düz xətt üzərində olan ortaq başlanğıclı iki yarım düz xəttə tamamlayıcı yarım düz xətt və ya şüa deyilir.
Şüa (texnika)
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Şüa Hüseynov
Şüa Hüseynov (tam adı: Hüseynov Şüa Hüseyn oğlu; 27 fevral 1939, Kirovabad) — 1967-1995-ci ilə qədər Respublika Ağır atletika Federasiyasının prezidenti, Azərbaycan Respublikasının "əməkdar müəllimi", Beynəlxalq dərəcəli hakim. == Həyatı == Hüseynov Şüa Hüseyn oğlu 1939-cu il fevralın 27-də Gəncə şəhərində anadan olmuşdur. === Təhsili === O, 1952-ci ildə 15 saylı orta məktəbi bitirdikdən sonra Gəncə İnşaat Texnikumuna daxil olmuş, 1956-cı ildə həmin texnikumu bitirmiş, 1958-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstiutuna daxil olub, 1962-ci ildə institutu bitirmiş, həmin ili Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuş, 1967-ci ildə universiteti müvəffəqiyyətlə bitirmişdir. == Fəaliyyəti == 1961-ci ildən Ali məktəbdə işləyir. 1967-ci ildə Azərbaycan DBTİ-da müəllim, baş müəllim 1969-ci ildə, elmlər namizdə 1974-ci ildə dosent (1980), 1994-cü ildən professor adına layiq görülmüşdür. 1978-2015-ci illərə kimi “Ağır atletika və boks” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 50-dən çox elmi əsərin müəllifidir. Bu əsərlərdən 80 çap vərəqi həcmində tədris və tədris-metodiki vəsaitdir ki, idman mütəxəssisləri respublikamızda bu əsərlərldən səmərəli istifadə edirlər. === İdman fəaliyyəti === İdman sahəsində bir mütəxəssis kimi 1955ci ildən fəaliyyət göstərməyə başlayıb. 1969-ci ilə qədər müxtəlif idman cəmiyyətlərində baş məşqçi işləyib və 15 nəfərdən artıq idman ustası hazırlamışdır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Elektron-şüa borusu
Elektron-şüa borusu (CRT - cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmiş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir. Titrəməni olmaması üçün elektron şüa ekran görüntüsünü saniyədə 30 və ya daha artıq dəfə təzələyir. Görüntünün aydınlığı (dəqiqliyi) ekrandakı piksellərin sayından asılı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dənizdə şüa (film, 1967)
== Məzmun == Film Gilov adasındakı mayakın işçilərindən, onların xidmətindən, mayakın gecələr balıqçılara, dənizçilərə və neftçilərə yol göstərməsindən danışır.

Oxşar sözlər

#anod-şüa nədir? #anod-şüa sözünün mənası #anod-şüa nə deməkdir? #anod-şüa sözünün izahı #anod-şüa sözünün yazılışı #anod-şüa necə yazılır? #anod-şüa sözünün düzgün yazılışı #anod-şüa leksik mənası #anod-şüa sözünün sinonimi #anod-şüa sözünün yaxın mənalı sözlər #anod-şüa sözünün əks mənası #anod-şüa sözünün etimologiyası #anod-şüa sözünün orfoqrafiyası #anod-şüa rusca #anod-şüa inglisça #anod-şüa fransızca #anod-şüa sözünün istifadəsi #sözlük