Antalya sözü azərbaycan dilində

Antalya

Yazılış

  • Antalya • 99.8827%
  • antalya • 0.0587%
  • ANTALYA • 0.0587%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Antalya
Antalya — Türkiyənin cənubunda Aralıq dənizi sahilində kurort şəhəri və liman. Antalya ilinin mərkəzidir. Əhalisi 2015-ci ildə 2.300.000 nəfərdir. Tamamı Aralıq Dənizi Bölgəsinin qərbində yerləşir və Antalya Körfəzi ilə Qərbi Tavr Dağlarının arasında yaradılıb. Ərazicə Türkiyənin altıncı böyük rayonudur. Cənubunda Aralıq dənizi, qərbində Muğla, şimalında Burdur və Isparta, şimal-şərqində Konya, şərqində isə Karaman və Mersin rayonları var. Antalya şəhəri, 1980 ildən sonra əlverişli iqlim şəraiti və turizm tədbirləri səbəbilə sürətlə inkişaf etmiş və buna paralel olaraq rayon də hazırda Türkiyənin ən böyük beşinci rayonu olmuşdur. Antalyada iqtisadi həyat böyük miqdarda ticarət, kənd təsərrüfatı və turizmə əsaslanır. Antalya rayonunun əhatə etdiyi bölgə tarix boyu günümüzə qədər bir çox mədəniyyətə sahib olmuş və Türkiyədə ən çox antik şəhər olan rayondur. Öz növbəsində Likiyalılar, Lidiya, Pamfiliyalılar, Bergamalılar, Romalılar, Bizanslılar, Səlcuqlar, Osmanlılar və son olaraq da Türkiyə Cümhuriyyəti hakimiyyətində olan Antalya, bu mədəniyyətlərin heç birində paytaxt olmayıb.
Almalı (Antalya)
Almalı — Muğla ili ilə sərhədi olan Antalya ilinə bağlı bir şəhər. Antalya şəhərinin 110 km qərbindədir.
Antalya ili
Antalya — Türkiyənin vilayəti. Turizm potansialı zəngin vilayətdir. Rusiyalı turistləri daha çox cəlb edir. Antalya Türkiyənin cənubunda dəniz səviyyəsindən 30 m yüksəklikdə, eyni adlı körfəzdə yerləşən kurort şəhəridir. O, aypara formasındadır. Ölkənin ikinci paytaxtı hesab olunur. Şəhəri hər tərəfdən Taurus dağı əhatə edir. Gözəl çimərlikləri ilə seçilir. Ərazisi 1,4 min kvadrat kilometrdir. Əhalisi 677 min nəfərdir.
Antalya körfəzi
Antalya körfəzi (türk. Antalya Körfezi) — Türkiyənin cənubunda yerləşən körfəz == Təsviri == Körfəz şərqdən Anamurdan başlayaraq qərbdə Tavr dağlarına qədər uzanır. Düz üzrə uzunluğu 200 km təşkil edir. Körfəzdə hər hansı əhəmiyyətli adalar yoxdur. Burada Kəmər şəhərindən Qazipaşaya qədər 200 km uzunluğu olan Türk Riviera adlanan məşhur kurort bölgəsi yerləşir == Yerlər == Körfəz regionunun iqtisadiyyatının ən mühüm sahəsi turizmdi. Körfəz ərtafında Antalya şəhərindən başqa, Kəmər, Belek, Side, Manavqat və Alanya şəhərləri yerləşirlər.
Antalya muzeyi
Antalya muzeyi (tür. Antalya Muzesi ) — Antalyanın Konyaaltı rayonunda yerləşən Türkiyənin ən böyük muzeylərindən biri. Buraya 13 sərgi salonu və açıq hava qalereyası daxildir. Muzey 7000 m2 (75000 kv fut) ərazini əhatə edir. Burada 5000 sənət əsəri nümayiş olunur. Bundan əlavə, nümayiş oluna bilməyən daha 25000-30000 artefakt saxlama otağındadır.Anadoluda Aralıq dənizi və Pamfiliya bölgələrinin tarixini işıqlandıran əsər nümunələrinin sərgiləndiyi bir muzey olaraq Antalya muzeyi Türkiyənin ən əhəmiyyətli muzeylərindən biridir. Muzey 1988-ci ildə "Avropa Şurasının Xüsusi Mükafatı"na layiq görülüb. == Muzeyin tarixi == Birinci Dünya Müharibəsinin sonunda, Antalyanın İtaliyanın hərbi işğalı altında olduğu dövrdə italyan arxeoloqları şəhərin mərkəzində və İtaliya səfirliyinin ətrafında tapılmış arxeoloji xəzinələri çıxarmağa başladılar. Bu təşəbbüslərin qarşısını almaq üçün Sultanın müşaviri Süleyman Fikri bəy 1919-cu ildə Antalya vilayətinin qubernatorluğu üçün müraciət etdi. Süleyman Fikri bəy könüllü olaraq qədim əşyaların mühafizəçisi təyin edildi və mərkəzdə qalan artefaktları toplamaq üçün Antalya muzeyini yaratdı.
Antalya Hava Limanı
Antalya Hava Limanı ((türk. Antalya Havalimanı, ИАТА: AYT, ИКАО: LTAI) — Antalyanın mərkəzindən 10 km şərqdə yerləşən Türkiyənin beynəlxalq hava limanı. Turistlərin ölkənin Aralıq dənizi sahillərinə, yəni Kəmər (Tekirova, Camyuva, Kiriş, Göynuk, Beldibi), Lara, Bələk, Side, Manavqat, Alanya bölgələrində yerləşən kurortlarına çatdırılması baxımından əhəmiyyətə malikdir. Xidmət göstərilən sərnişinlərin sayına görə ölkədə 3-cü, Avropada isə 15-ci yerdədir. 2015-ci ildə hava limanı 27 milyondan çox sərnişinə xidmət göstərmişdir. Bu Corendon Airlines, Pegasus Airlines və SunExpress üçün mərkəz hava limanıdır. Hava limanının ən yüksək sərnişin axını turistik yay mövsümünə əsasən Avropanın, o cümlədən Rusiyadakı demək olar ki, bütün böyük hava limanlarından çarter reysləri ilə gəlir. Mövsümdənkənar dövrdə nəqliyyatın həcmi və uçuşların sayı kəskin azalır, əsasən müntəzəm daşınmalar həyata keçirilir. Hava limanında bir daxili və iki beynəlxalq terminal var. Hava limanının inşası 2 il çəkmiş və 1998-ci ildə ilk sərnişinləri qəbul etmişdir.
2015 G20 Antalya sammiti
2015 G-20 Antalya sammiti - G-20 dövlətlərinin 10-cu toplantısıdır.
Antalya Qızıl Portağal kinofestivalı
Qızıl Portağal kinofestivalı olaraq bilinən Antalya Qızıl Portağal kinofestivalı (türkcə: Antalya Altın Portakal Film Festivali) 1963-cü ildən bəri hər il Antalyada təşkil edilən bir film festivalıdır və Türkiyənin ikinci ən əhəmiyyətli film festivalıdır.
Atatürkün Ev Muzeyi (Antalya)
Atatürkün ev-muzeyi (türk. Atatürk Evi və Müzesi) — Türkiyənin Antalya Muratpaşa səmtində Atatürk küçəsində yerləşən, Mustafa Kamal Atatürkün 6-11 mart 1930-cu il tarixləri arasında Antalyaya səfəri zamanı qaldığı və daha sonra muzeyə çevrilən 2 mərtəbəli evdir. Daha sonra Atatürk iki dəfə - 1931 və 1935-ci illərdə Antalyaya səfər etmiş və hər iki dəfə ona bağışlanan evdə qalmışdır. == Tarixi == Muzeyin yerləşdiyi bu bina daş divarlı iki mərtəbəli binadır. XX əsrin əvvəllərində inşa edilən, bir müddət qubernatorluq binası kimi istifadə edilən Atatürk Evi, Atatürkün Antalyaya səfər edəcəyi xəbərindən sonra bir neçə gün ərzində Antalyalılar tərəfindən təmizlənərək əşyalarla təmin edilərək Atatürkə təqdim edilib.Girişdə uzun salon, salonun sağında qonaq otağı, kiçik otaq, hamam və mətbəx, salonda daha 2 otaq və yuxarı mərtəbəyə pilləkən var. Üst mərtəbədə salondan əlavə 7 otaq, otagin birində balkon var. == Evin muzey olması == Atatürkün ölümündən sonra Antalya Atatürk Evi özəl idarəyə verildi və 1939-cu ildə Axşam Qız İncəsənət Məktəbi və Qızlar İnstitutu binası olaraq istifadə edildi. 1952-ci ildə bina Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olub. 1980-ci ildə bina Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib və bərpadan sonra dahi türkün müzeyi kimi istifadəyə verilmişdir.. 1984-cü ildə ev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə keçib.
Atatürkün ev-muzeyi (Antalya)

2015 G-20 Antalya sammiti
2015 G-20 Antalya sammiti - G-20 dövlətlərinin 10-cu toplantısıdır.
Antalya Qızıl Portağal Film Festivalı
Qızıl Portağal kinofestivalı olaraq bilinən Antalya Qızıl Portağal kinofestivalı (türkcə: Antalya Altın Portakal Film Festivali) 1963-cü ildən bəri hər il Antalyada təşkil edilən bir film festivalıdır və Türkiyənin ikinci ən əhəmiyyətli film festivalıdır.
Antalyanın mühasirəsi
Antalyanın mühasirəsi (1207) - Bizans-Səlcuq müharibələrinin gedişində bu mühüm liman şəhərinin türklər tərəfindən tutulması ilə nəticələnən hadisə. == Tarixi == 1204-cü ildə dördüncü səlib yürüşü nəticəsində Bizans imperiyasına müvəqqəti olaraq son qoyuldu və onun ərazisi yeni yaranan dövlətlər arasında bölüşdürüldü. "Bizansın varisi" olan Nikeya imperiyası Kiçik Asiyanın qərbində xeyli xeyli əraziyə sahiblənsə də, bu əraziləri öz əlində saxlaya bilmədi. 1204-1205-ci illərdə Kiçik Asiyadakı keçmiş Bizans mülklərinə səlcuqların uğurlu yürüşündən sonra 1207-ci ildə türklər Antalyaya doğru hərəkət etdilər (XI əsrin sonlarında türklər bu şəhəri tutmuş və bir müddət öz əllərində saxlaya bilmişlər) və qısa müddətli mühasirədən sonra şəhərə yiyələnərək Aralıq dənizinə çıxış imkanı əldə etdilər. Kiçik Asiyada türklərin hakimiyyətinin möhkəmlənməsinin yeni mərhələsi başlandı. == Mənbə == Васильев А. А. История Византийской империи. — Т. 2: Византия и крестоносцы. Эпоха Комнинов (1081-1185) и Ангелов (1185-1204). — СПб., Алетейя, 1995. — ISBN 978-5-403-01726-8 Жаворонков П. И. Никейско-латинские и никейско-сельджукские отношения в 1211—1216 гг.
Antalyaspor
Antalyaspor (Antalya), və ya sponsorluq adı ilə Fraport-Tav Antalyaspor— Türkiyənin Antalya mərkəzli Super Liqada mübarizə aparan futbol klubu. == Tarixi == 1966-cı ildə yaranmışdır. == Avropa kuboklarında iştirak == 3 dəfə Avropa kuboklarında iştirak edib.
Pseudophoxinus antalyae
Pseudophoxinus antalyae (lat. Pseudophoxinus antalyae) — Çəkilər fəsiləsinin külmə cinsinə aid balıq növü. Türkiyə üçün endemik növdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 12.95 dəfə / 1 mln.
2003 •••••• 5.51
2004 ••••••• 7.07
2005 ••••••• 6.75
2006 •••••••••••••• 14.87
2007 ••••••••••• 11.42
2008 ••••• 4.63
2009 •••••••••••• 12.48
2010 •••••••••••• 12.44
2011 •••••••••••••••••••• 21.71
2012 ••••••••••••••• 15.92
2013 •••••••••••••••••• 18.96
2014 ••••••••• 9.10
2015 ••••••••••• 11.91
2016 ••••••••••••••••••• 19.96
2017 •••••••••••• 12.36
2018 ••••••••••• 10.94
2019 •••••••••• 10.15
2020 ••••• 4.77

Oxşar sözlər

#antalya nədir? #antalya sözünün mənası #antalya nə deməkdir? #antalya sözünün izahı #antalya sözünün yazılışı #antalya necə yazılır? #antalya sözünün düzgün yazılışı #antalya leksik mənası #antalya sözünün sinonimi #antalya sözünün yaxın mənalı sözlər #antalya sözünün əks mənası #antalya sözünün etimologiyası #antalya sözünün orfoqrafiyası #antalya rusca #antalya inglisça #antalya fransızca #antalya sözünün istifadəsi #sözlük