Antarktidan sözü azərbaycan dilində

Antarktidan

Yazılış

  • Antarktidan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Antarktidanın geologiyası
Antarktidanın geologiyası — Antarktidanın geoloji tədqiqatları tarixi iki əsas mərhələyə ayrılır: I mərhələ 1901-1956-cı illəri əhatə edir. Antarktida üzrə 1907-ci ildə dərc edilmiş ilk geoloji iş R.Skott ekspedisiyasının iştirakçısı Q,Ferrara mənsubdur. II mərhələ Beynəlxalq Geofizika ili (1957-ci il) proqramı üzrə tədqiqatların başlanması ilə və altıncı qitənin intensiv öyrənilməsi ilə səciyyələnir. Antarktidanın geoloji tədqiqatlarında Rusiya və ABŞ mühüm yer tutur. Bundan başqa Antarktidanın geologiyasının öyrənilməsində İngiltərə, Avstraliya, Yeni Zelandiya, Belçika, Fransa, Yaponiya, Argentina alimlərinin də xüsusi xidmətləri olmuşdur. Birinci mərhələdə qitənin ümumi sərhədləri, onun relyefinin bir sıra xüsusiyyətləri, həmçinin Şərqi və Qərbi Antarktidanın struturu və suxurlarının yaş fərqi müəyyən edilmişdir. Antarktidanın faktiki material əsasında ilk tektonik sxemi 1913-cü ildə O. Nordşeld tərəfindən təklif olunmuşdur. 1940-cı ildə əldə olunmuş material haqqında məlumat "Regionlee Geologie der Erde" elmi jurnalında Q.Teylor tərəfindən dərc edildi. Faktiki materiala əlavə kimi, R.Endinin (1952) XIX Beynəlxalq Geoloji Konqresinin əsərləri toplusunda getmiş Hondvana üzrə simpoziuma təqdim olunmuş işi oldu. Birinci mərhələnin tədqiqatları nəticəsində R, Feyrbric tərəfindən daha dolğun tektonik sxem 1949-cu ildə dərc edildi.
Antarktidanın gölləri
Antarktidada yüzlərlə müxtəlif mənşəli göllərə və sututarlar rast gəlinir. Bu göllər ilin 8-10 ayı 1-2 m qalınlığında buz bağlayır. Göllərdə buz təbəqəsi günəş şüalarının keçməsinin qarşısını aldığından, soyuq temperaturlara uyğunlaşan sualtı bitkilərin, üzən fitplanktonların zəif inkişafı müşahidə edilir. Antarktida gölləri buzlaqların qırılması və çəkiməsi, lakin az miqdarda göl çalaları isə Yer qabığının fəaliyyəti nəticəsində formalaşır. Hazırda Mərkəzi Antarktidada radar və seysmik tədqiqatların köməyi ilə 67 buzlaqaltı göl açılmışdır. Rusiyanın Vostok Atlantik stansiyası altında Cənub Qütbündən 480 km aralı məsafədə eyni adlı, xüsusən iri buzlaqaltı hövzə aşkar edilmişdir. Ölçülərinə görə Vostok gölü Oneqa, Çad və Nikaraqua kimi göllərdən geri qalmır. Gölün hövzəsinin maksimum uzunluğu 230 km, sahəsi - 14 min kv. kilometrdir. Bu yerdə buzlağın qalınlığı 3750 m, buz altındakı su qatı isə 670 m-dir.
Antarktidanın tarixi
Antarktida — Yerin ən cənub materiki və qitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. == Tarixi == Antarktidanın mövcud olması barədə ilk fikirləri e.ə. 350-ci ildə qədim yunanlar söyləmişlər. Qədim yunanlara Arktikanın (Arktos — şimal) olması məlum idi və onlar belə bir mülahizə irəli sürüdülər ki, müvazinətin pozulmaması üçün onun cənubunda da soyuq iqlimə malik başqa bir məkan olmalıdır. Ehtimal olunur ki, Antarktidanın buz sahilləri ilə ilk dəfə olaraq müasir polineziyalıların — maorilərin əcdadları — Yeni Zelandiya adalarının qədim sakinləri tanış olmuşlar.Antarktida materikinin olması barədə ingilis A. Dalpimlya hələ 1770-ci ildə çap etdirdiyi məqalədə bəhs etmişdir. O öz fikrini elmi cəhətdən belə əsaslandırmağa çalışırdı ki, şimal və cənub yarımkürələrində su və quru ərazilərin bərabərşəkilli paylanması cənub qütbündə hansısa bir ərazinin olmasını zərurətə çevirir. 1773-cü ilin yanvar ayında ingilis dəniz səyyahı Ceyms Kuk ilk dəfə olaraq iki yelkənli gəmidə (462 ton su tutumu olan "Rezolyuşen" — Kapitan C. Kuk və 336 ton su tutumu olan "Advenger" — kapitan T. Fyurno) Cənub Qütb dairəsini keçərək rekord enliyə — 71°10′-ə qədər getmiş və burada üzən böyük aysberqə rast gəlmişdi.
Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrü
Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrü (ing. Heroic Age of Antarctic Exploration) — XIX əsrin sonlarında başlayan və Birinci Dünya müharibəsindən sonra başa çatan, Antarktida qitəsinin tədqiq olunması dövrüdür; 1921-1922-ci illərin Şeklton-Rouett Ekspedisiyası tarixçilər tərəfindən tez-tez "qəhrəmanlıq" və "mexanika" əsrləri arasında ayırıcı xətt kimi qeyd olunur.Qəhrəmanlıq dövründə Antarktika bölgəsi beynəlxalq səylərin mərkəzinə çevrildi və nəticədə on ölkədən 17 əsas Antarktika ekspedisiyasının intensiv elmi və coğrafi kəşfiyyatı aparıldı. Bu ekspedisiyalarda ümumi amil tədqiqat işində inqilab etmiş nəqliyyat və kommunikasiya texnologiyalarının inkişaf etməsindən əvvəl onlara verilən resursların məhdud xarakterli olması idi. Buna görə də bu ekspedisiyaların hər biri öz şəxsi heyətinin fiziki və əqli sərhədlərini sınaqdan keçirən, bəzən isə onu aşan bir dözümlülük şücaəti olmuşdur. Sonradan verilən "qəhrəmanlıq" etiketi bu qabaqcılların öhdəsindən gəlməli olduğu çətinlikləri qəbul etmişdir. Qeyd etmək lazımdır ki, ekspedisiya üzvlərinin bəziləri tədqiqatlardan sağ çıxmamış, bu müddət ərzində ümumilikdə 19 ekspedisiya üzvü həlak olmuşdur. Həm coğrafi, həm də Cənub maqnit qütblərinə ilk dəfə məhz qəhrəmanlıq dövründə çatmaq mümkün oldu. Coğrafi qütbdə birinci olmaq nailiyyəti bir çox ekspedisiyaların əsas məqsədi olmaqla yanaşı, 1911-ci ildə ona ilk çatan Roald Amundsenin təşəbbüsünün yeganə səbəbi idi. Digər ekspedisiyalar qitənin müxtəlif ərazilərində müxtəlif məqsədlərə yönəlmişdi. Bütün bu fəaliyyət nəticəsində qitənin sahil zolağının böyük hissəsi kəşf edilmiş və xəritəyə salınmış, onun daxili hissəsinin mühüm sahələri tədqiq edilmişdi.
Antarktidanın kolonizasiyası
Antarktidanın kolonizasiyası dedikdə insanların, o cümlədən ailələrin yaşadığı Antarktidada mülki yaşayış məntəqələrinin yaradılması nəzərdə tutulur. Hal-hazırda qitədə yalnız iki mülki məntəqə mövcuddur. Bunlar Argentina tərəfindən idarə edilən Esperanza bazası və Çili tərəfindən idarə edilən Villa Las Estrellasdır. Bununla birlikdə, ümumilikdə qitədə 70 ədəd elmi və hərbi baza mövcuddur. Bu bazaların hər birində müəyyən qədər alim və ya digər təyinatlı insanlar yaşamaqdadır. Antarktika Yer kürəsində aborigen insan məskunu olmayan yganə qitədir, halbuki qitə Antarktik yarımadası vasitəsiylə Argentina və Çiliyə yaxın məsafədə yerləşməkdədir.Hal-hazırda 30 ölkədən olan alim və ya digər təyinatlı heyət qitə üzərində yerləşən 70 bazada yaşamaqdadır. Bu bazalardan 40-ı bütün il boyunca, 30-u isə yalnız yay aylarında fəaliyyət göstərməkdədir. Beləliklə, qitənin əhalisi yayda 4 min, qışda isə min nəfərdən ibarət olur. Qitədə ən azı 11 dəfə insan dünyaya gəlmişdir. Bu doğumlardan ilki 1978-ci ildə Argentina tərəfindən idarə edilən düşərgədə, yeddisi fərqli bazalarda, üçü isə Çili tərəfindən idarə edilən məntəqədə yaşanmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.15

"antarktidan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#antarktidan nədir? #antarktidan sözünün mənası #antarktidan nə deməkdir? #antarktidan sözünün izahı #antarktidan sözünün yazılışı #antarktidan necə yazılır? #antarktidan sözünün düzgün yazılışı #antarktidan leksik mənası #antarktidan sözünün sinonimi #antarktidan sözünün yaxın mənalı sözlər #antarktidan sözünün əks mənası #antarktidan sözünün etimologiyası #antarktidan sözünün orfoqrafiyası #antarktidan rusca #antarktidan inglisça #antarktidan fransızca #antarktidan sözünün istifadəsi #sözlük