Antioxiya sözü azərbaycan dilində

Antioxiya

Yazılış

  • Antioxiya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Antioxiya
Antioxiya (q.yun. Ἀντιόχεια) və ya Böyük Antioxiya (q.yun. Ἀντιόχεια ἡ Μεγάλη) — indiki Türkiyədə, tarixi Suriya regionunda, Asi çayı üzərində qədim şəhər. İndiki Antakya şəhəridir. Roma imperiyası dövründə Suriya vilayətinin paytaxtı idi. == Tarixi == İps döyüşündə I Təkgözlü Antiqon üzərində qələbədən sonra diadox I Selevk Nikator fəth etdiyi torpaqlarda bir sıra şəhərlər yaratmaq arzusunda olmuşdur. Onlardan biri də Antioxiya şəhəri idi. Antioxiya e.ə. IV əsrdə Selevkilərin paytaxtı olmuşdur. Roma dövründə Antioxiya imperiyada üçüncü böyük şəhər idi, şərqlə ticarət üçün vacib rol oynayırd.
Antioxiya knyazlığı
Antioxiya knyazlığı (lat. Principatus Antiochenus) — 1098-1268-ci illərdə mövcud olmuş feodal dövləti. Knyazlığın mərkəzi indiki Antakya şəhəri idi.
Antioxiya Pravoslav Kilsəsi
Antioxiya pravoslav kilsəsi və ya rəsmi adı ilə Əntakiyə və bütün Şərq yunan pravoslav patriarxlığı (ərəb. بطريركيّة أنطاكية وسائر المشرق للرّوم الأرثوذكس‎‎) — Dəməşqdə yerləşən avtokefal kilsə. Kilsə Suriya, Livan, Türkiyənin bir hissəsi, İraq, İran, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Yəmən və Səudiyyə Ərəbistanını əhatə edir. Patriarx 2013-cü ildən X Yuhənnadır.
Antioxiya zəlzələsi (526)
Antioxiya zəlzələsi — 526-cı ildə Antioxiyada baş vermiş zəlzələ. Zəlzələ nəticəsində 250 min insan həyatını itirmişdir.
Konstansa (Antioxiya knyaginası)
Konstansa (it. Costanza) (1127 – 1163) — 3-cü Antioxiya knyaginası.Atası Antioxiya knyazı II Bohemond, anası isə Qüds kralı II Baldvinin qızı Alisa idi. Hələ 2 yaşında ikən atası döyüşdə həlak oldu və onun yeganə övladı olaraq Konstansa knyagina elan edildi. İlk öncə anası Alisa onun naibəsi təyin edilsə də, daha sonra yerli əsilzadələr buna qarşı çıxdılar. Onların istəyi ilə balaca knyaginaya ana-babası olan Qüds kralı II Baldvin naiblik etdi. Ancaq cəmi 1 il sonra kral vəfat etdi və naiblik vəzifəsi 1131-ci ildə onun xələfi və balaca qızcığazın dayısı Fulka həvalə edildi. Yaranan siyasi çəkişmələri önləmək məqsədilə, Konstansa 1136-cı ildə hələ 8 yaşında ikən özündən 23 yaş böyük Puatyeli Raymondla evləndirildi. Cütlük knyazlığı birlikdə idarə etdilər. Gələcəkdə bu nigahdan 4 övladı dünyaya gələn Konstansa, ərinin 1149-cu ildə döyüş meydanında həlak olmasının ardından dul qaldı. 1153-cü ildə əslən fransız olan cəngavər Şatilyonlu Reynaldla evləndi və bu evlilikdən gələcəkdə Macarıstan kraliçası olacaq olan bir qız dünyaya gətirdi.
III Bohemond (Antioxiya knyazı)
III Bohemond (it. Boemondo III) və ya Pəltək Bohemond (it. Boemondo il Balbuziente) (ən tezi 1142 və ən geci 1149 və ya 1144 – 1201) — 4-cü Antioxiya knyazı.O, Antioxiya knyaginası Konstansanın Puatyeli Raymondla baş tutan ilk evliliyindən dünyaya gəlmişdir. 1163-cü ildə anası ölüm yatağında ikən yerli əsilzadələr tərəfindən hakimiyyətə gətirildi. Çox keçmədən anası vəfat etdi. 1164-cü ildə zəngilərlə mübarizədə məğlub oldu və əsir alındı. Ancaq Bizans imperatorunun vasitəçiliyi ilə Hələb atabəyi Nurəddin Zəngi tərəfindən azadlığa buraxıldı. Buna təşəkkür məqsədilə Konstantinopola gedən III Bohemond Antioxiyada Yunan Provaslov nümayəndəliyi yaratmağı öhdəliyinə götürdü. Yerli Katolik kilsəsi rəhbərliyi buna qarşı çıxsa da, yunan patriarxının 1170-ci ildə baş verən zəlzələdə ölümünə qədər bu qərar qüvvədə qaldı. III Bohemond daim Bizans imperiyası ilə mehriban münasibət saxladı.
II Bohemond (Antioxiya knyazı)
II Bohemond (it. Boemondo II) (1108, Bari – fevral 1130, Kilikiya) — 2-ci Antioxiya knyazı.Atası ilk Antioxiya knyazı I Bohemond, anası isə Fransa kralı I Filippin qızı Konstansa idi. Hələ 4 yaşında ikən atası vəfat etdi və anası onu da alaraq İtaliyaya - Torontoya döndü. Burada atasının mülklərinə sahibləndi. Antioxiya knyazlığı isə onun adından bir neçə naib tərəfindən idarə edildi. 1126-cı ilin payızında Antioxiyaya qayıdan II Bohemond hakimiyyəti ələ aldı. Yaxınlıqdakı müsəlman əmirliklərinə qarşı uğurlu hərbi səfərlər təşkil etdi. Ancaq Edessa qrafı Kurtenaylı Joslenlə olan ədavəti səbəbilə, mərkəzi hakimiyyət zəiflədi, zəngi hakimi İmadəddin Zəngi Mosul və Hələbi işğal etdi. Digər tərəfdən 1128-ci ildə onun yoxluğundan istifadə edən Siciliya kralı II Rocer Toronto bölgəsini işğal etdi. 1130-cu ildə Kilikiya çarlığı üzərində planladığı səfər əsnasında Danişməndi hakimi Məlik qazi tərəfindən məğlub edildi və döyüş meydanında həlak oldu.
IV Bohemond (Antioxiya knyazı)
IV Bohemond (it. Boemondo IV) və ya Təkgöz Bohemond (it. Boemondo il Monocolo) (1172 – mart 1233 və ya 1233) — 5-ci Antioxiya knyazı və 7-ci Tripoli qrafı.O, Antioxiya knyazı III Bohemondun ilk evliliyindən doğulan oğlu idi. Tripoli qrafı III Raymondun varisi yox idi və ölümündən qısa müddət öncə qohumu olan Antioxiya knyazının böyük oğlu Raymondu öz varisi elan etmişdi. Buna baxayaraq ataları böyük oğlu Raymondu öz taxtı üçün varis seçmişdi və onun yerinə kiçik oğlu Bohemondu 1189-cu ilin payızında Tripoliyə göndərdi. Beləliklə, o, IV Bohemond adıyla Tripoli qrafı oldu. Ancaq ertəsi il Səlahəddin Əyyubinin Antioxiyanın böyük bir hissəsini işğal etməsi bölgədəki siyasi tarazlığı pozdu. 1197-ci ildə böyük qardaşı Raymondun vəfatıyla Antioxiyada yenidən vərasət mübarizəsi başladı. Belə ki, qardaşı Erməni Kilikiya çarı I Levonun qohumuyla evli idi və geridə Raymond-Rupen adlı bir oğlu qalmışdı. Yerli əsilzadələr isə uzun müddətdir Kilikiya çarlığı ilə gedən müharibələr səbəbilə bu azyaşlı uşağın taxt varisi seçilməsinə etiraz edirdilər.
I Bohemond (Antioxiya knyazı)
I Bohemond (it. Boemondo I) və ya Tarantolu Bohemond (it. Boemondo di Taranto) (1054, San-Marko-Argentano[d], Kalabriya – 3 mart 1111, Kanosa-di-Puqliya[d], Apuliya) — ilk Antioxiya knyazı. Birinci Səlib yürüşünün rəhbərlərindən biri olaraq çoxsaylı norman hərbi birliklərinə başçılıq edirdi. Bohemond cənubi İtaliyadakı Apuliya-Kalabriya qrafı olan və norman hərbi birliklərinə başçılıq edən Robert Quiskardın ilk evliliyindən dünyaya gələn oğlu idi. Valideynləri yaxın qohum idi və 1058-ci ildə Roma papası tərəfindən qəbul edilən ümumi fərmanla boşanmışdılar. Bu səbəblə Bohemond, qrafın qeyri-qanuni oğlu oldu. Anasının yenidən evlənməsinin ardından ögey atası tərəfindən cəngavər olaraq böyüdüldü. Bununla yanaşı, norman, italyan və yunan dillərini öyrəndi. Atasının ağır xəstələndiyi 1073-cü ildə ona qarşı çıxan üsyanda ona dəstək verdi və atasının hərbi birliyində vuruşdu.
Raymond-Rupen (Antioxiya knyazı)
Raymond-Rupen (it. Raimondo Rupeno) (1199, Antioxiya – 1222) — 6-cı Antioxiya knyazı və Erməni Kilikiya çarı.Atası Antioxiya knyazı III Bohemondun böyük oğlu və varisi Raymond, anası isə Erməni Kilikiya çarı I Levonun yaxın qohumu Alisa idi. Atasının 1197-ci ildə vəfatından bir neçə ay sonra dünyaya gəlmişdir. Doğulduqdan sonra babası III Bohemond onu yeni varisi təyin etmək istəsə də, yerli əsilzadələr uzun müddətdir Kilikiya çarlığı ilə gedən müharibələr səbəbilə bu azyaşlı uşağın taxt varisi seçilməsinə etiraz etdilər. Nəticədə anası Alisa oğlunu da alaraq Kilikiyaya qaçdı. Burada I Levondan aldığı dəstəklə Antioxiya knyazlığı üzərində haqq iddia etməyə başladı. 1211-ci ildə I Levon onu ortaq çar elan edərək Kilikiyanın bir hissəsinin idarəsini ona verdi. Əldə etdiyi siyasi güc və Antioxiyada yaranan daxili çəkişmələr nəticəsində 1216-cı ildə knyazlığı ələ keçirdi. Ancaq burada çox qala bilmədi və 1219-cu ildə yerli əhali tərəfindən qovuldu. Elə həmin il mühüm dəstəkçisi I Levonun vəfatıyla Antioxiya knyazlığı üzərindəki bütün taxt iddialarından əl çəkdi.
VI Bohemond (Antioxiya knyazı)
VI Bohemond (it. Boemondo VI) və ya Yaraşıqlı Bohemond (it. Boemondo il Bello) (1237 və ya 1235 – 1275) — 8-ci və sonuncu Antioxiya knyazı və 9-cu Tripoli qrafı.O, Antioxiya knyazı V Bohemondun yeganə oğlu idi. Atasının vəfatının ardından 1252-ci ildə hakimiyyətə gətirildi. Ancaq azyaşlı olması səbəbilə anası Senili Lusiya taxt naibəsi təyin olundu. Naibəlik dönəmində Lusiyanın Tripolidən ayrılmaması və Antioxiya knyazlığını uzaqdan idarə etməsi yerli əyanlarının narazılığına səbəb oldu. Yaranan çaxnaşmaları aradan qaldırmaq məqsədilə VI Bohemond Roma papasına məktub yazdı və artıq yetişkin olduğunu, taxtı təkbaşına idarə biləcəyini bildirərək icazə istədi. Papadan gələn təsdiq məktubunun ardından hakimiyyəti ələ alan VI Bohemond daxili çaxnaşmalara son qoydu. Onun səltənəti dönəmində Antioxiya Məmlük sultanlığı ilə Hülakilər dövləti arasında mübarizə meydanına çevrildi. Məmlüklərə qarşı monqolları dəstəkləyən VI Bohemond və ona bağlı səlib qüvvələri tərəflər arasında gedən döyüşlərdə iştirak etməyə başladılar.
V Bohemond (Antioxiya knyazı)
V Bohemond (it. Boemondo V) (1199 – yanvar 1252) — 7-ci Antioxiya knyazı və 8-ci Tripoli qrafı.O, Antioxiya knyazı IV Bohemondun ilk evliliyindən doğulan oğlu idi. Atasının vəfatının ardından 1233-cü ildə həm Tripoli qraflığı, həm də Antioxiya knyazlığını ələ keçirdi. Atasının apardığı siyasəti davam etdirən V Bohemond Tampliyerlərin dəstəyilə qonşu Erməni Kilikiya çarlığı ilə mübarizə apardı. Ancaq Fransa kralı IX Lüdovikin vasitəçiliyi ilə tərəflər arasında sülh təmin edildi. V Bohemond hələ taxta çıxmadan əvvəl 1225-ci ildə atasının apardığı evlilik siyasətinin bir nəticəsi olaraq, dul Kipr kraliçası Şampaniyalı Alisa ilə evlənmişdi. Məqsəd doğulacaq yeni bir övladla Kipr krallığında taxt iddiası irəli sürmək idi. Ancaq cütlüyün övladı olmadı və 5 iyul 1227-ci ildə boşandılar. Onun ikinci evliliyi isə 1235-ci ildə Roma papası III İnnokentin qohumu olan Senili Lusiya ilə baş tutdu və cütlüyün bu nigahdan 2 övladı dünyaya gəldi. V Bohemond 1252-ci ilin yanvarında vəfat etdi.
Antioxiyalı Henri
Henri de Puatye və ya Antioxiyalı Henri (fr. Henri de Poitiers; 1210 – iyun 1276, Sur) — 1263-cü ildən 1264-cü ilə qədər Yerusəlim krallığını idarə edən səlibçi əsilli zadəgan. O, qardaşı oğlu II Kiprli Hüqo adına regensiya tətbiq edən həyat yoldaşı İzabella de Luzinyan tərəfindən bayli təyin edilmişdir. O, oğlu III Kiprli Hüqonun həm Kipr, həm də Yerusəlim kralı olmasından sonra gəmi qəzasında ölmüşdür. == Son illəri == Henri və İzabellanın oğlu Hüqo İzabellanın ölümündən sonra Yerusəlimdə regensiya tətbiq etmək üçün seçilmişdir. Kipr və Yerusəlimin gənc kralları sırasıyla 1267 və 1268-ci illərdə vəfat edən zaman Hüqo hər iki taxta çıxmışdır. Henri 27 iyun 1276-cı ildə onu Əkkadan Kiprə aparan taridin bir qayaya dəyməsi nəticəsində gəmi qəzasında vəfat etmişdir. Onun nəşi Kiprin Nikosiya şəhərindəki bir kilsədə dəfn edilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Baldwin, Philip Bruce. Pope Gregory X and the Crusades.
Pisidiya Antioxiyası
Pisidiya Antioxiyası (yun. Αντιόχεια της Πισιδίας, lat. Antiochia Caesareia və ya lat. Antiochia Caesaria) — Türkiyənin Aralıq dənizi, Egey və Mərkəzi Anadolu bölgələrinin kəsişdiyi Göllər bölgəsində, Pisidiya və Frigiyanın sərhədində yerləşən qədim şəhər. "Frigiya Antioxiyası" kimi də tanınır. Şəhər şimaldakı 1236 metrlik ən yüksək nöqtəsi ilə vadi görünüşündədir. Şəhərdə bir teatr, kilsə, Avqust məbədi və buna bənzər strukturlar vardır. 1176 metr yüksəkliyi olan təpənin üzərində tikilən şəhərin şimalında, cənub-qərb istiqamətində Gelendost mahalını keçərək Əyirdir gölünə çatan Antius çayı axır. Şəhərin qurulduğu ərazi şərqdə Sultan dağları, şimalda Qartal dağı, cənub-şərqdə Qırmızı dağ, cənub-qərbdə Tirli dağ və Əyirdir gölünün şimal sahili ilə yuyulur.
Antioxiyalı Aftoni
Antioxiyalı Aftoni (lat. Aphtonius, q.yun. Ἀφθόνιος Ἀντιοχεὺς ὁ Σύρος; III əsr, Antioxiya – IV əsr) — qədim yunan sofisti və ritoru. == Həyatı == Antioxiyalı Aftoninin həyatı haqqında çox məlumat məlum deyil. O, III əsrdə Antioxiyada anadan olmuşdur. Aftoni Libaninin dostu və həmkarı idi. Onun Onun uzun illər "Προγυμνάσματα" (lat. praeexercitamina) əsəri ritorikanın tədrisi üçün əsas götürülmüşdür.Aftoninin əsəri ilk dəfə 1508-ci ildə Vyanada Aldus Manuççi tərəfindən "Collectio rhetorum graecorum"da nəşr edilmişdir. Valsın "Rhetores graeci" kolleksiyasında əsərə düzəliş edilmiş və sonra bir neçə dəfə təkrar nəşr edilmişdir. XIX əsrin sonundan XX əsrin əvvəllərinə qədər ən yaxşı nəşrlərindən biri 1839-cu ildə Leypsiq şəhərində çıxmış Petsqold nəşri idi .
Antioxiyalı İqnati
Antioxiyalı İqnati (yun. Ἰγνάτιος Ἀντιοχείας, İqnatios Antioxeyas) və ya Tanrıdaşıyan İqnati (yun. Ἰγνάτιος ὁ Θεοφόρος, İqnatios ho Feoforos; təq. 35, Suriya (qədim Roma əyaləti) – ehtimal ki, 108, Roma) — erkən xristian yazıçısı və Antioxiya patriarxı. Apostol atası olan İqnati həvarilər Pyotr və Evoddan sonra Antioxiya patriarxı kimi xidmət etmişdir. O, 107-ci ildə Trayanın təqibi nəticəsində əzabkeş olmuşdur. Onun yəhudilərə və doketistlərə yazdığı yeddi məktubu xristian doqmalarının tarixində mühüm əhəmiyyət kəsb edir. Onlar həmçinin, yepiskopluq məsələsində pravoslavlıq və katolisizm protestantlığa qarşı polemikasında mühüm yer tuturlar. == İstinadlar == == Əlavə ədəbiyyat == Послания Игнатия Богоносца / Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских.

Oxşar sözlər

#antioxiya nədir? #antioxiya sözünün mənası #antioxiya nə deməkdir? #antioxiya sözünün izahı #antioxiya sözünün yazılışı #antioxiya necə yazılır? #antioxiya sözünün düzgün yazılışı #antioxiya leksik mənası #antioxiya sözünün sinonimi #antioxiya sözünün yaxın mənalı sözlər #antioxiya sözünün əks mənası #antioxiya sözünün etimologiyası #antioxiya sözünün orfoqrafiyası #antioxiya rusca #antioxiya inglisça #antioxiya fransızca #antioxiya sözünün istifadəsi #sözlük