Antipa sözü azərbaycan dilində

Antipa

Yazılış

  • Antipa • 50.0000%
  • antipa • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qriqor Antipa
Qriqor Antipa (27 noyabr 1867 – 9 mart 1944, Buxarest) — rumıniyalı Darvinist bioloq, zooloq, hidrobioloq, okeanoloq, limnoloq. Rumıniyada hidrobioloji və ixtiologiya məktəbinin qurucusu. Dunay Deltasının və Qara dənizin faunasını araşdırmışdır. Buxarest Təbiət Muzeyinin direktoru (1892-1944) və Rumıniya Akademiyasının üzvü (1910) olmuşdur. Botoşani'də bir vəkil ailəsində anadan olmuşdur. Valideynlərini Erkən itirmiş və xalası onun tərbiyəsi ilə məşğul olmuşdu. Böyük qardaşı Nikolasın köməkliyi ilə təqaüd aldı və Almaniyada Yena Universitetində təhsil almağa başladı. Məzuniyyətdən sonra Fransa, İtaliya, Kapri şəhərində tədqiqat aparıb, o, balıq və dəniz anası quruluşunu öyrənmişdir. 1892-ci ildə zoologiya kafedrasına başçılıq edir və sonra Buxarest Təbiət Tarixi Muzeyinin direktoru vəzifəsinə keçdi. Bu vəzifədə, həyatının sonuna qədər işləmişdir.
Antipapa
Antipapa - Katolik kilsəsinin qanuni hesab etmədiyi Roma papası. Orta əsrlərin bəzi dövrlərində papa taxtında eyni zamanda bir-biri ilə ədavət aparan bir neçə papa otururdu; bunlar müxtəlif kilsə və dünyəvi dairələrin nümayəndələri idi. Sonradan yalnız biri qanuni sayılır, qalanları isə Antipapa elan edilirdi. Rəsmi kilsə Antipapaları tanımasa da, onların mövcudluğu ilə hesablaşmağa məcubur idi və illik rəsmi məlumat kitablarında pontifiklər siyahısı verilərkən, onların da adları göstərilirdi. Katolik kilsəsinin tərtib etdiyi həmin papalar siyahısında 30-dan çox Antipapa adı mövcuddur; onların birincisi - müqəddəs İppolit (217-235), sonuncusu V Feliks (1436-1449) olmuşdur.
Antiparazitar immunitet
Antipassatlar
ANTİPASSATLAR - passat sirkulyasiyasının üst halqası olub, hava kütləsini ekvatordan subtropiklərə aparır. Antipassatlar Şimal yarımkürəsində cənub-qərbdən şimal-şərqə, Cənub yarımkürəsində isə şimal-qərbdən cənub-şərqə gedir. Antipassatların alt sərhədi orta hesabla 4 km hündürlükdən başlanır və subtropiklərdən ekvatora doğru onun hündürlüyü artır. Habelə yayda qışa nisbətən daha hündürdə hərəkət edir. Atlantik okeanında 100 şimal enlikdə onun hündürlüyü orta hesabla yayda 15 km, qışda isə 6 km-dir; 300 şimal enlikdə hündürlüyü yayda 5 km, qışda isə 2 km-ə qədərdir.
Antipasto
Antipasto (it. antipasto) — isti və ya soyuq yeyilən İtaliya mətbəxinin ənənəvi ət və tərəvəz qəlyanaltısıdır.
Antipatarilər
Qara mərcanlar və ya antipatarilər (lat. Antipatharia) — Dəniz bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi. Bir-birinə bərkidilmiş ağacabənzər koloniyalar əmələ gətirən xırda (0,5–3 mm-ədək) poliplərdir. Əsasən, tropik dənizlərdə 10–1000 m. dərinlikdə yaşayır. 150-dək növü var. Qara mərcanın skeleti bəzək məmulatının hazırlanmasında istifadə olunur.
Antipatharia
Qara mərcanlar və ya antipatarilər (lat. Antipatharia) — Dəniz bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi. Bir-birinə bərkidilmiş ağacabənzər koloniyalar əmələ gətirən xırda (0,5–3 mm-ədək) poliplərdir. Əsasən, tropik dənizlərdə 10–1000 m. dərinlikdə yaşayır. 150-dək növü var. Qara mərcanın skeleti bəzək məmulatının hazırlanmasında istifadə olunur.
Avqust antipartiya bloku
Avqust bloku (rus. Августовский блок) — Rusiya SDFP-nin Praqa şəhərində keçirilən VI konfransından sonra özünü Kommunist Partiyasına qarşı qoyan antipartiya qrup və cərəyanlarının (trotskiçi, təsviyəçi və bundçuların) ittifaqı. 1912-ci ilin avqustunda Vyanada Lev Trotskinin təşəbbüsü ilə təşkil edilmişdi. Orqanı "Lüç" qəzeti idi.Trotski ittifaqın fəaliyyətini bolşeviklərlə menşevikləri "birləşdirmək" və "barışdırmaq" olduğunu bildirmiş, lakin Vladimir Lenin hakimiyyətinə görə, o, protelariatın gizli inqilabi partiyasını ləğv etməyə çalışan menşevik-təsviyəçiləri müdafiə edirdi. Lenin əvvəllər bildirmişdir ki, Trotski açıq təsviyəçilərdən daha "alçaq və zərərlidir", çünki o, "fəhlələri aldadaraq, özünü elə göstərir ki, fraksiyalara qoşulmuş, həqiqətdə isə menşevik-təsviyəçiləri müdafiə edir". Ona görə, "Avqust bloku"nun əsas məqsədi fəhlələri inqilabdan uzaqlaşdırmaq, bolşevik partiyası və onun leninçi mərkəzi komitəsinə qarşı mübarizə aparmaqdan ibarət idi. Azərbaycan Sovet Ensiklopediyasında bildirilir ki, inqilabi fəhlə hərəkatının daha da yüksəlməsi, partiyanın möhkəmləndirilməsi sahəsində aparılan gərgin iş, trotskiçilərin prinsipsizliyinin bolşeviklər tərəfindən ifşa olunması "Avqust bloku"nun süqutunu sürətləndirirdi. Blok 1913–1914-cü ildə dağıdılmışdır. == Əlavə ədəbiyyat == KitablarAvqust bloku // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
V Feliks (Antipapa)
VIII Amadeus (it. Amedeo VIII di Savoia) və ya V Feliks (it. Felice V) (4 sentyabr 1383[…], Şamberi, Fransa metropoliyası[…] – 7 yanvar 1451[…], Cenevrə, Cenevrə kantonu[d][…]) — ilk Savoyya hersoqu. Atasının vəfatının ardından hələ 8 yaşında ikən Savoyya qrafı, anası isə taxt naibəsi elan olundu. 1416-cı ildə Müqəddəs Roma imperatoru Sigismund tərəfindən hersoqluğa yüksəldi. 1439-cu ildə IV Yevqenə qarşı papalıq iddia edərək özünü Roma papası elan etdi və V Feliks adıyla bu iddiasını davam etdirdi. Roma tarixinin son antipapası olaraq qəbul edilir. Ancaq sonrakı illərdə öncə hersoqluqdan, daha sonra isə papalıqdan çəkildi və qalan ömrünü kilsəyə qapanaraq keçirdi. == Mənbə == Andenmatten, B.; Paravicini Bagliani, A. (ed.) (1992). Amédée VIII-Félix V, premier duc de Savoie et pape (1383-1451).

"antipa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#antipa nədir? #antipa sözünün mənası #antipa nə deməkdir? #antipa sözünün izahı #antipa sözünün yazılışı #antipa necə yazılır? #antipa sözünün düzgün yazılışı #antipa leksik mənası #antipa sözünün sinonimi #antipa sözünün yaxın mənalı sözlər #antipa sözünün əks mənası #antipa sözünün etimologiyası #antipa sözünün orfoqrafiyası #antipa rusca #antipa inglisça #antipa fransızca #antipa sözünün istifadəsi #sözlük