* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [yun.] fəls. mənt. İnkişaf prosesində əsas müddəanın inkarı; tezisə qarşı qoyulan müddəa. Antitezis Hegel triadasının ünsürlərindən biridir.
Azərbaycan dilinin izahlı lüğəti / antitezis2 \ fəlsəfi məntiqdə inkişaf prosesində əsas müddəanın inkarı; tezisə qarşı qoyulan müddəa. Antitezis Hegel triadasının ünsürlərindən biridir. Bax: triada – tezis, antitezis, sintez. Tezis irəli sürülən müddəadırsa, antitezis bu iddianın qarşı-sına irəli sürülən fikir, iddiadır.
Fəlsəfə terminlərinin izahlı lüğəti / antitezis3 yun. antithesis – qarşı-qarşıya qoyma 1) tezisə qarşı irəli sürülən fikir, hökm; 2) fəlsəfədə əks görüş; məntiqdə: 3) tezisin ziddinə yürüdülən mühakimə; 4) inkişaf prosesində əsas müddəanın inkarı; tezisə qarşı qoyulan müddəa.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / antitezis