Antivirus (proqram)
Antivirus proqramları — kompüter viruslarından mühafizə üçün xüsusi proqramlardır. Virus proqramlarını aşkarlamaq və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir.
Viruslar müxtəlif vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus özgə disketlərdən, e-mail və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir.
Viruslar 3 məqsəqlə yaradılır: intiqam, kommersiya, özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Assembler proqram dilində yazılır.
Antivirus proqramları funksiyalarından asılı olaraq aşağıdakı tiplərə bölünür:
Proqram-həkim – tapır və müalicə edir: Dr.Solomon, Norton AntiVirus, Dr.Web, Aidstest, AVP, AntiViral Toolkit Pro Scaner, Antivirus Kaspersky Personal, Nod 32, Panda, Avista , Avast Antivirus
Mühafizəçi proqramlar – RAM-da yerləşir, yalnız tapır: AntiViral Toolkit Pro Manitor.
Detektor proqramlar – yalnız onlara məlum virusları tapır.
Revizor proqramlar – sistemin ilkin vəziyyəti ilə yükləmədən sonrakı vəziyyəti müqayisə edilir.