antraxinon sözü azərbaycan dilində

antraxinon

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • antraxinon • 66.6667%
  • Antraxinon • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Antraxinon
Antraxinon — neft-kimya sintezində qiymətli nəhsullardan olub, boyaq maddələrinin alınmasında, kənd təsərrüfatı və sellüloza-kağız sənayesi materiallarının alınmasında istifadə olunur. Antraxinonun sintezində əsas üsul antrasenin və koks-kimya zavodlarında daş kömürün istehsalı zamanı əmələ gələn antrasen saxlayan fraksiyaların oksidləşməsi üsuludur. Bu zaman antraxinon tərkibli məhsullar, kifayət qədər qarışıq saxladığı üçün antraxinonun ayrılması çətinlik törədir və iqtisadı cəhətdən əlverişli olmur. Bu nöqteyi-nəzərdən antrasenin və antrasen fraksiyasının hidrogen-peroksidlə mis-vanadium oksidləri katalizatoru iştirakilə 700C-də oksidləşməsi reaksiyasını aparmışlar. Antrasen fraksiyasının oksidləşməsində substratın oksidləşdiriciyə mol nisbətının hesablanması tərkibdə olan birləşmələrin miqdarından asılı olaraq aparılır. Müəyyən olunmuşdur ki, antrasen fraksiyasının tam konversıyası üçün oksidləşdiricinin miqdarı kimyəvi təmiz antrasenin oksidləşməsinə lazım olan miqdardan iki dəfə artıq götürülür. Bu, oksidləşdiricinin əlavə miqdarının fenolların, naftalinin, fenantrenxinonların oksidləşməsinə sərf olunması ilə tsiklik diketonların -o- və p- benzoxinonların , naftoxinonların, fenantrenxinonların əmələ gəlməsi ilə əlaqədardır. Nəticədə 98% cıxımla , tərkibində 3,5–5,0% antraxinon saxlayan AXK-5 (antraxinon tərkibli katalizator) alınır. "Xam" antrasenin nitrat turşusu (60%) və hidrogen-peroksid (30%) qarışığı ilə maya fazada oksidləşməsini 950C temperaturda sirkə turşusunda aparmışlar. Beləliklə 62% cıxımla və tərkibində 68–7-% antraxinon olan AXK-70 sintez olunmuşdur.

Oxşar sözlər

#antraxinon nədir? #antraxinon sözünün mənası #antraxinon nə deməkdir? #antraxinon sözünün izahı #antraxinon sözünün yazılışı #antraxinon necə yazılır? #antraxinon sözünün düzgün yazılışı #antraxinon leksik mənası #antraxinon sözünün sinonimi #antraxinon sözünün yaxın mənalı sözlər #antraxinon sözünün əks mənası #antraxinon sözünün etimologiyası #antraxinon sözünün orfoqrafiyası #antraxinon rusca #antraxinon inglisça #antraxinon fransızca #antraxinon sözünün istifadəsi #sözlük