Anu sözü azərbaycan dilində

Anu

Yazılış

  • Anu • 76.4706%
  • anu • 11.7647%
  • ANU • 11.7647%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anu
Anu — Şumer-Akkad mifologiyasında baş tanrı. == Baş tanrı == Ümumiyyətlə, İkiçayarası xalqlarının tanrılar panteonu həm zəngin, həm də maraqlıdır. Burada Şumer, Akkad tanrıları ilə yanaşı, Babilistan padşahlığı dövrünün tanrıları da yerləşdirilmişdir. Əlbəttə Babil tanrılarının əksəriyyəti Şumer tanrılarıdır. Ancaq Babilistanda onları qəbul edərkən xeyli hissəsinin adlarını dəyişsələr də, onların funksiya və vəzifələri dəyişmədən qalmışdır. Şumerlərdə tanrıların daxili dünyasının ierarxiyası mövcud olmuşdur. Yəni hər bir allah özünə məxsus mövqe tutmuşdur. Çünki tanrılar panteonu cəmiyyət və dövlət qaydalarına uyğun təşkil edilmişdir. Tanrılar ierarxiyasının zirvəsində əvvəllər Şumer allahı Anu dururdu. O, özünə göylərdə məskən seçmiş səma allahı idi.
Anu Kaal
Anu Kaal (est. Anu Kaal 4 noyabr 1940, Tallin) — Estoniya opera və operetta müğənnisi (lirik-koloratura soprano), müəllim. SSRİ xalq artisti (1981) . == Bioqrafiyası == 1959-cu ildən Tallinn Musiqi Məktəbində vokal təhsili almışdır. 1963-cü ildə Tallinn Musiqi Kollecinin vokal sinfini, 1968-ci ildə Tallin Konservatoriyasını (indiki Estoniya Musiqi və Teatr Akademiyası) (Viktor Quriyevin sinfi) bitirir. 1963-cü ildən xor müğənnisi, 1967-ci ildən 1996-cı ilədək Tallində Estoniya Opera və Balet Teatrının (indiki "Estoniya" Milli Operası) solisti olur. 1971-1972-ci illərdə La Skala Teatrında (Milan) (Renata Karozionun sinfi) dərslər alır. Konsert fəaliyyətinə rəhbərlik etmişdir. Kamera müğənnisi kimi çıxış edir. Vokal və simfonik əsərlərin ifasında iştirak edir: "İohann sayağı ehtiras" İohann Sebastyan Bax, "Fəsillər" Yozef Haydn, Stabat Mater Covanni Battista Perqolezi, Aydınlanma Benjamin Britten və b.
Anu xatun
Anu xatun (d. ? — ö. 13.5.1696; Terelc, Tuşetu xan aymağı, Xalxa) — Cunqar xanlarından, əvvəlcə Senqe xanın, sonra Qaldan-Boşoqtunun qadını, qəhrəman qadın. == Həyatı == Anu xatun oyratların qolu olan xoşutların knyazı Qaldamanın qızı, Oçirtu-Çeçen xanın nəvəsi idi. Uşaqlıqdan Qaldan-Boşoqtu ilə tanış olmuşdu. Gələcəkdə onun xanımı olmağı arzulayırdı. Amma Qaldan rahib olduğundan və Tibetə oxumağa getdiyindən, onun böyük qardaşı, gələcək cunqar xanı Sengeyə verdilər. Anu xatun Sengedən Çevan-Rabdan və Sonom-Rabdan adlı övladları oldu. Senqenin ölümündən sonra və Qaldanın Cunqariyaya qayıdışından sonra Anu xatun onun qadını oldu.
Anuanuraro
Anuanuraro (fr. Anuanuraro) — Fyuk-of Qloster arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hereheretue atollundan 150 km şimal-qərbdə yerləşir. == Coğrafiya == Atoll romb şəkilli malikdir. Daxilində laqun vardır. Laqunun sashəsi 7,4 km²-dir. == Tarixi == Atoll 1767-ci ildə Fillip Karteret tərəfindən kəşf edilir. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış olmamışdır. Adada uçuş-eniş zolağı vardır.
Anuanurunqa
Anuanurunqa (fr. Anuanurunga) — Fyuk-of Qloster arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Nukutepipi atollundan 23 km cənub-şərqdə yerləşir. == Coğrafiya == Atoll dairəvi formaya malikdir. Daxilində laqun vardır. == Tarixi == Atoll 1767-ci ildə Fillip Karteret tərəfindən kəşf edilir. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur. Bununla belə digər adaların sakinləri adanı tez-tez ziyarət edirlər.
Anubanini
== Haqqında == E.ə. XXIII əsrdə hökmdarlıq etmiş lullubi hökmdarıdır. Onun hakimiyyəti illərində lullubi tayfa ittifaqı (bəzi tarixçilərin güman etdikləri kimi, dövlət qurumu) Urmiya gölündən İran körfəzinədək geniş ərazini əhatə edirdi.Bu barədə çar Anubanininin İranda indiki Zöhab şəhəri yaxınlığında yerləşən Sar-i pul adlı dağdakı daş stela üzərində oyulmuş yazısı məlumat verir. Relyefdə əsir götürülmüş basçını ayaqları altında tapdalayan Anubanini hökmdar rəmzləri və digər əsirləri çarın qarşısına gətirən İştar ilahəsi ilə təsvir olunub. Akkad mixi yazısında verilmiş mətndə deyilir ki, "qüdrətli hökmdar, lullubilər ölkəsinin hökmdarı Anubanini Batir dağında öz təsvirini və İştarın təsvirini çəkmişdir". == Mənbə == Rauf Məlikov;Nizami İbrahimov "Məktəblinin tarix lüğəti", "Anubanini" məqaləsi.
Anubis
Anubis (qədim misircə İnpu və ya Anpu; yun. Anubis) — Qədim Misir mifologiyasına görə vəhşi it və ya qara çaqqal başlı axirət dünyası tanrısı olub, ölüləri axirət dünyasına yola salarmış. Anubisə sitayiş mərkəzi Kasa şəhəri (yun. Kinopol – “it şəhəri”) idi. == Təsvirdə == == Kult mərkəzi == Ta qədimdən Anubisin kult mərkəzi Kinopolis, və onun ilk epiteti Xantamenti sayılırdı. Bu epitetin bir tərcüməsində o, "qərbin ilk sakini" adlandırılır. == Əfsanələrdə == Hesab edilir ki, Anubis tanrı Ranın dörd uşağından biridir. Orta dövrə aid rəvayətə görə Hesat onun anası və Kebehut onun qızıdır. Digər bir Osiris ilə bağlı rəvayətə görə Anubis Osirisin və Neftidanın oğludur, belə ki, Setin arvadı Neftida Osirisə vurularaq İsida cildinə girərək onun könlünü alaraq yoldan çıxarır, nəticədə Anubis dünyaya gəlmiş olur. Setin zəhmindən qorxan Neftida uşağı qamışlığa atır ki, sonradan onu İsida tapıb böyütmüş olur.
Anuk
Anuk — 8 aprel 1975-ci ildə anadan olan Niderlandlı müğənni. Anuk 2013 Avroviziya Mahnı Müsabiqəsində Niderlandı "Birds" mahnısı ilə təmsil edib və Niderlanda 9-cu yeri qazandırıb. == Həyatı == Anası da özü kimi müğənnidir.
Anuk Eme
Anuk Eme (fr. Anouk Aimée; 27 aprel 1932[…], Parisin 17-ci rayonu[d]) — Fransa aktrisası. == Həyatı == Anuk Eme 27 aprel 1932-ci ildə Parisdə anadan olmuşdur. Uşaqlıq illərində yəhudi aktyor ailəsində tərbiyə almışdır. O, "Bauer-Therond" dram məktəbində aktyorluğu və rəqsi öyrənmişdir. 14 yaşından kinoda çəkilmişdir, lakin yalnız 12 ildən sonra tanınmağa başlamışdır. Bu, onun "Monparnas, 19" filmində Janna Ebütern roluna çəkiləndən sonra oldu. Bundan sonra Federiko Fellini bu ümidverici aktrisanı görür və onu "Şirin həyat", "Səkkiz yarım" kimi filmlərinə dəvət edir. 1961-ci ildə fransız kinorejissoru Jak Demi kinoda öz debütünü çəkir. "Lola" adlanan filmdə aktrisa baş rolu ifa edir.
Anuna De Vever
Anuna De Vever (nid. Anuna De Wever; 16 iyun 2001) — Belçika ətraf mühit fəalı, Belçikada iqlim üçün məktəb tətilinin liderlərindən biri. O, iqlim naminə gənclər hərəkatının lideridir. == Bioqrafiya == Anuna De Vever 16 iyun 2001-ci ildə Mortseldə anadan olub. Kira Gantois və Adelaide ilə birlikdə Charlier de Wever Belçikadakı iqlim üçün məktəb tətilinin liderlərindən biri olur. Məktəb tətillərindən sonra Flanders mərkəz sağ ətraf mühit naziri Coke Şauvliq, iqlim tətilinin bir cəbhə siyasi təşkilatı olduğunu yalan iddia edərək istefaya getməyə məcbur olur. 2019-cu ilin avqustunda daxili fikir ayrılıqları həmtəsisçi Kira Qantuanın gedişi ilə İqlim Naminə Gənclər hərəkatının parçalanmasına səbəb olur. 2019-cu ildə De Vever iqlim problemlərini ictimaiyyətin diqqətinə çatdırmaq üçün Pukkelpop musiqi festivalında çıxış edir. Təşkilatın çıxışı festival iştirakçılarının bəzilərini qəzəbləndirir, bundan sonra onlar onlara sidiklə dolu butulkaları atmağa başlayırlar, sonra onları təqib edərək fiziki zorakılıqla hədələyirlər. 2019-cu ilin oktyabrında De Vever, Reqina Maris gəmisində Çilinin Santyaqo şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına transatlantik səyahətə çıxaran ən gənc iqlim fəallarından biri olur.
Anura
Quyruqsuzlar (lat. Anura) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinə aid heyvan dəstəsi. 5600-dən artıq(bəzi mənbələrə görə 2100-ə yaxın) növü var. == Maraqlı məlumatlar == • Hələ XVIII əsrdə italyan alimi L. Qalvani şimşək çaxanda qurbağaların ayaq əzələlərinin yığılıb açılmasını müşahidə etmişdi. Sonralar bu müşahidədən elektrikin təsirinin öyrənilməsində istifadə edilmişdir. • Məşhur rus fizioloqu İ. M. Seçenov (1862) ilk dəfə qurbağa üzərində baş beynin reflekslər əmələ gəlməsində rolunu öyrənmişdir. • Şimali Amerikada bəzi qurbağaların səsi bir neçə kilometrlikdən eşidilir. Onların səsi öküz səsinə oxşadığı üçün öküz qurbağa adlandırılır. • Kamerunda qoliaf adlı qurbağa yaşayır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir.
Anura (binki)
Atpıtrağı (lat. Arctium) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Anuriya
Anuriya (yunanca an — inkar bildirir, uron — sidik) — sidiyin ayrılmaması xəstəliyi, sidikliyə sutka ərzində 50 ml-dən az sidik daxil olması vəziyyəti. Anuriya çox vaxt kəskin böyrək çatışmazlığı nəticəsində baş verir. == Mexanizm == İnkişaf mexanizminə görə: prerenal (böyrəkdənkənar) renal (böyrək) postrenal (ekskretor, o cümlədən sidik yollarının mexaniki tutulması ilə əlaqədar obturasion) anuriya olur.Yeni doğulmuşlarda böyrək inkişaf etmədikdə və ya tək olan böyrəyi cərrahi yolla kənar etdikdə arenal (böyrəyin olmaması ilə əlaqədar) anuriya baş verir. Prerenal anuriya böyrəklər qanla yaxşı və ya tam təchiz olunmadıqda, çoxlu qan itirdikdə inkişaf edir. Renal anuriya böyrəklərin müxtəlif toksinlərlə zədələnməsində, yaxud kəskin nefritdə baş verir. Postrenal anuriya sidik axarları şişlə sıxışdırıldıqda, yaxud onlar iki tərəfdən daşla tutulduqda olur; bəzən güclü qıcıqlandırıcı (soyuq su və s.) reflektor anuriya yaradır. Anuriya zamanı təcili tədbirlər görülməsi tələb olunur, çünki əks halda 3–4 gün keçdikdən sonra uremiya inkişaf edə bilər. Anuriya diaqnozu sidiklikdə sidiyin olmamasına və uremik intoksikasiya əlamətlərinə görə qoyulur. Müalicəsi: prerenal və renal anuriyada hemodializin aparılması, postrenal anuriyada sidiyin hərəkətinə mane olan səbəbin aradan qaldırılması.
Anurosperma
Nepentes (lat. Nepenthes) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin nepenteskimilər fəsiləsinə aid bitki cinsi. İndoneziya meşələrində yaşayan Nepenthes alata adlı küpə otu bitkisi ətrafında gəzişən böcəklər üçün maraq doğuran, amma təhlükəli bir kəşf qaynağıdır. Bitki küpənin ağzına qoyulan böcəkləri sürüşkən toxuması sayəsində birbaşa mədəsinə endirə bilir. New Phytologist jurnalında nəşr olunan tədqiqatlarında Laurence Gaume və heyəti bitkinin böcək tutma qabiliyyətini sınaqdan keçiriblər (New Phytologist (156, 479–489; 2002).Tədqiqatçılar bu tədqiqatlarında uçma qabiliyyəti olmayan meyvə ağcaqanadı və qarışqaları istifadə etiblər. Bu iki canlı adi halda səthlərə çox güclü şəkildə yapışdıqları halda bitkinin daxili divarında yapışmağı bacara bilməyiblər. Böcəklər dərhal sürüşərək aşağı, bitkinin həzm şirəsinin olduğu hissəyə düşərək bitkiyə qida oldular. Bitkinin səthini elektron mikroskopu altında tədqiq edən alimlər daxili divarların balmumuna bənzər maddəylə örtülü olduğunu kəşf etdilər. Adi halda ən hamar səthlərə belə asanlıqla yapışa bilən ağcaqanadların bu balmumuna yapışa bilməməsinin sirrinin isə mumun kövrəkliyində gizli olduğunu aşkar etdilər. Meyvə ağcaqanadı və ya qarışqa möhkəm səth kimi görünən balmumu ilə örtülü divara qonduqları anda ayaqlarının altındakı bölgə mikroskopik zərrəciklər şəklində tökülür və beləcə ayağın səthlə təmasını kəsirdi.
Anus
Anal dəlik və ya anus (Lat. Anus; Mənası: "Halqa", "çevrə" [1]) həzm sisteminin sonunda yer alan və defekasiya prosesini yerinə yetirən dəlik. Əsas vəzifəsi defekasiya olan anal dəliyin açılması və qapanmasını daxili və xarici büzüşmüş əzələlər (sfinkter) nəzarət edir. Daxili anal sfinkter iradi, xarici anal sfinkter isə qeyri-iradi şəkildə hərəkət edir. Anus, qadınlarda uşaqlıq yolunun, kişilərdə isə testis kisəsinin arxasında yer alır.
Anusim
Anusim (İvritcə: אֲנוּסִים; tək kişi: İvritcə: אָנוּס, Anus; tək qadın: İvritcə: אָנוּסה, anusa) - Halaxada yəhudilərin zorla din dəyişdirdiyini və ya istəkləri xaricində yəhudilikdən çıxarılmalarını ifadə edən hüquqi kateqoriyadır. Bu terminin birə bir tərcüməsi "zorlananlar" dır. Anus / Anusa / Anusimterminləri, yəhudiliklərindən imtina etməsi üçün məcbur edilən və çətin şərtlər altından yəhudiliklərini gizlicə davam etdirməyə çalışan yəhudiləri və onların uşaqlarını əhatə edir.
Anuy çayı
Anuy çayı — Altay Respublikası vı Altay diyarı ərazisindən axan çay. Çay Obun sol qolunu təşkil edir. Çayın mənbəyi Altay Respublikasının Ust-Kanski rayonu ərazisində yerləşir. Altay diyarı ərazusində çay Solomeşenski, Petropovlovski, Bıstroistokski və Smolenski rayonları ərazisindən axır. Çayın uzunluğu 327 km, hövzəsinin sahəsi isə 6930 km² təşkil edir. Yuxarı axarlarda cəmi 35 km Altay Respublikasının ırazisindən keçir. Əsas qolları: Sibirka (Sibiryaçixa — sol, uzunluğu 34 km), Slyudyanka (sol, 46 km), Solovixa (sağ, 32 km), Kudrixa (sol, 32 km), Kamışevka (sağ, 67 km), Karama çayı (277 km), Karakol çayı (294 km). == Əhəmiyyəti == Sahillərind Soloneşnoye vı Petropavlovsk kimi ayon mərkəzləri yerləşir. 1950 illərdən çaydan meşə məhsullarınln daşınmasında istifadə edilir. 2008-ci ildə "RusHidro" şirkəti Anuy çayı üzırində kaskad su elektrik stansiyalarının tikintisini sraşdırmışdır.
Anuçin adası
Anuçin (rus. Остров Анучина, yap. 勇留島) — Kuril adalarına daxil olan Cənubi Kuril sırasına daxildir. İnzibati cəhətdən Rusiyaın Cənubi Kuril şəhər dairəsinə daxildir. Yaponiya adaya iddia edir. İnzibati cəhətdən Hokkaydo qubernatorluğu Nemuro dairəsi ərazisinə daxil edilir. Yaponlar adanı Habomay adarı qrupuna daxil edirlər. Adanın sahəsi 5 km² təşkil edir. Maksimal hündürlük 33 metrdir. Tanfilev adasından Tanfilev boğazı ilə ayrılır.
Anuş Arşakyan
İnqa və Anuş Arşakyan (erm. Ինգա եւ Անուշ Արշակյաններ; d:18.3.1982 (İnqa), d:24.12.1980 (Anuş)) — erməni xalq musiqisi ifa edən bəstəkar bacılar. İnqa və Anuş 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı "Jan Jan" (azərb. Can Can‎) mahnısı ilə təmsil etmişdir. Birinci yarımfinalda 99 xalla 5-ci olmuş və finala keçmişlər. Finalda isə 92 xalla 10-cu olmuşlar.
Anuş Məhəlləh-ye Cokəndan (Talış)
Anuş Məhəlləh-ye Cokəndan (fars. انوش محله جوكندان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,162 nəfər yaşayır (457 ailə).
Anuş Təkin
Anuştəkin Ğarçai - Xarəzmşahlar dövlətinin dördüncü sülaləsini quran hökmdar. == Həyatı == Anuştəkinin adı ilk dəfə 1073-cü ildə Məlikşahın hakimiyyəti dövründə çəkilir. Əfqanıstanın Ğarçistan adlanan indiki Həzəracat bölgəsində Səlcuq sərkərdəsi Gümüştəkin Bilgə bəy tərəfindən satın alınmış bir qulam idi. Bəzi tədqiqatçıları onu Xələc və ya Çığıl, bəziləri isə (məs. Zəki Vəlidi Toğan) Qıpçaq, Qanqlı və ya Uyğur sayır.Səlcuq sarayında Məlikşahın təstdarı, yəni dəsmal tutanı olmuş, sonra Xarəzm valiliyinə göndərilmişdi. 1097-ci ildə öldüyü güman edilir. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Tarixi Portalı :З.М. Буниятова Государство хорезмшахов-ануштегинидов 1097-1231 г.
Anuşe Ansari
Ənuşə Ənsari ( fars. انوشه انصاری‎ — Anušeh Ansâri, ing. Anousheh Ansari; 12 sentyabr 1966-cı il, Məşhəd, İran) — İran əsilli ABŞ vətəndaşı, alim. Prodea systems, Inc.( ABŞ ) şirkətinin yaradıcısı və rəhbəri. 18 sentyabr 2006-cı ildə ilk turist kosmonavt müsəlman qadın oldu. == Mənbə == Lenta.ru: Российская ракета выведет на орбиту первую космотуристку. Lenta.ru: "Союз" с космической туристкой выведен на орбиту. Lenta.ru: Первая космическая туристка вернулась на Землю.
Anuşka Şarma
Anuşka Şarma(hind अनुष्का शर्मा; 1 may 1988, Ayodxya, Uttar Pradeş) — hind aktrisası və modeli. == Həyatı == 1 may 1988-ci ildə Banqalorda yüksək rütbəli ordu zabiti ailəsində anadan olmuşdur. İlk filmi 2008-ci ildə "Bu cütlüyü Tanrı yaradıb" olmuşdu. Meşhur hindistanlı kriket oyunçusu Virat Kohlinin sevgilisidir. Qardaşı Karneş Şarma ilə birlikdə Clean slate films şirkətini qurmuşdur.
Anuştəkin
Anuştəkin Ğarçai - Xarəzmşahlar dövlətinin dördüncü sülaləsini quran hökmdar. == Həyatı == Anuştəkinin adı ilk dəfə 1073-cü ildə Məlikşahın hakimiyyəti dövründə çəkilir. Əfqanıstanın Ğarçistan adlanan indiki Həzəracat bölgəsində Səlcuq sərkərdəsi Gümüştəkin Bilgə bəy tərəfindən satın alınmış bir qulam idi. Bəzi tədqiqatçıları onu Xələc və ya Çığıl, bəziləri isə (məs. Zəki Vəlidi Toğan) Qıpçaq, Qanqlı və ya Uyğur sayır.Səlcuq sarayında Məlikşahın təstdarı, yəni dəsmal tutanı olmuş, sonra Xarəzm valiliyinə göndərilmişdi. 1097-ci ildə öldüyü güman edilir. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Tarixi Portalı :З.М. Буниятова Государство хорезмшахов-ануштегинидов 1097-1231 г.
Anuştəkinlilər sülaləsi
Xarəzmşahlar — Xarəzmşahlar imperiyasını idarə edən türk sülaləsi. sülalənin kökü Səlcuq sultanı Məlikşahın saray xidmətində olan Anuş Təkindən gəlir. Bəzən bu sülaləyə Anuştəkinlilər də deyilir. == Xarəzmşahlar sülaləsi == Anuş Təkin (1077 - 1097) Qütbəddin Məhəmməd Xarəzmşah(1097 - 1128) Atsız Xarəzmşah (1128 - 1156) El Arslan Xarəzmşah (1156 - 1172) Sultan Şah (1172-1193) Şimali Xorasanı idarə etmişdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.18
2017 •••••••••••••••••• 0.16

"anu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#anu nədir? #anu sözünün mənası #anu nə deməkdir? #anu sözünün izahı #anu sözünün yazılışı #anu necə yazılır? #anu sözünün düzgün yazılışı #anu leksik mənası #anu sözünün sinonimi #anu sözünün yaxın mənalı sözlər #anu sözünün əks mənası #anu sözünün etimologiyası #anu sözünün orfoqrafiyası #anu rusca #anu inglisça #anu fransızca #anu sözünün istifadəsi #sözlük