Apellyasiya sözü azərbaycan dilində

Apellyasiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Apellyasiya • 64.0208%
  • apellyasiya • 35.9320%
  • APELLYASİYA • 0.0472%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Apellyasiya
Apelyasiya (lat. apellatio – müraciət, şikayət) — 1) məhkəmənin qərarından yuxarı mərhələyə şikayət etmə; 2) qəbul edilmiş qərarların, qətnamələrin zərər vurduğu şəxslər və ya onları ədalətsiz, qanunsuz hesab edən şəxslər tərəfindən həmin qərar və qətnamələrdən şikayət verilməsi. Apelyasiya qərarı qəbul etmiş instansiyaya nəzərən yuxarı instansiyaya verilir; 3) hüquqda cinayət işində və mülki işlərdə məhkəmənin qanuni quvvəyə minməmiş qərarlarından yuxarı instansiyaya şikayət vermə qaydası (forması); 4) işə yenidən baxılması məqsədilə məhkəmənin həm cinayət işləri, həm də mülki işlər üzrə qərarından daha yüksək məhkəmə instansiyasına edilən müraciət. == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Apellyasiya məhkəməsi
Apellyasiya Məhkəməsi (ing. appeal - çağırış) - ikinci instansiya məhkəməsi . Cinayət və mülki məhkəmə proseslərində apellyasiya şikayəti əsasında hakimlər tərəfindən qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı yoxlanılır. Ümumi yurisdiksiya məhkəmələrində apellyasiya instansiyası birinci instansiya məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəmələridir. Arbitraj prosesində birinci instansiyada çıxarılmış arbitraj məhkəmələrinin bütün qərarları apellyasiya şikayəti əsasında yoxlanılır. Apellyasiya və kassasiya icraatı məhkəmə nəzarəti üsullarıdır, lakin bu üsullar məzmununa görə fərqlənir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, sübutları bilavasitə araşdırmaq və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan fərqli olaraq yeni qərar qəbul etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi sübutları yalnız qanunla məhdudlaşdırılmış hallarda bilavasitə tədqiq edir və məhkəmənin qərarını qanunsuz hesab edə, onu ləğv edə və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycanda apellyasiya məhkəməsinin hakimlərini Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. == İstinadlar == == Ədəbiyyat == Lax, Jeffrey R. "Apellyasiya Məhkəmələrində Hüquqi Qaydaların qurulması".

apellyasiya sözünün leksik mənası və izahı

  • 1 is. [lat. appellatio – müraciət] hüq. Məhkəmənin qanuni qüvvəyə minməmiş qərarlarından yuxarı instansiyaya şikayət vermə qaydası. Apellyasiya məhkəməsi. Apellyasiya qaydasında qəbul olunan qərar.

    Azərbaycan dilinin izahlı lüğəti / apellyasiya
  • 2 lat. apellatio – müraciət, şikayət 1) məhkəmənin qərarından yuxarı mərhələyə şikayət etmə; 2) qəbul edilmiş qərarların, qətnamələrin zərər vurduğu şəxslər və ya onları ədalətsiz, qanunsuz hesab edən şəxslər tərəfindən həmin qərar və qətnamələrdən şikayət verilməsi. Apellyasiya qərarı qəbul etmiş instansiyaya nəzərən yuxarı instansiyaya verilir; 3) hüquqda cinayət işində və mülki işlərdə məhkəmənin qanuni quvvəyə minməmiş qərarlarından yuxarı instansiyaya şikayət vermə qaydası (forması); 4) işə yenidən baxılması məqsədilə məhkəmənin həm cinayət işləri, həm də mülki işlər üzrə qərarından daha yüksək məhkəmə instansiyasına edilən müraciət.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / apellyasiya

Oxşar sözlər

#apellyasiya nədir? #apellyasiya sözünün mənası #apellyasiya nə deməkdir? #apellyasiya sözünün izahı #apellyasiya sözünün yazılışı #apellyasiya necə yazılır? #apellyasiya sözünün düzgün yazılışı #apellyasiya leksik mənası #apellyasiya sözünün sinonimi #apellyasiya sözünün yaxın mənalı sözlər #apellyasiya sözünün əks mənası #apellyasiya sözünün etimologiyası #apellyasiya sözünün orfoqrafiyası #apellyasiya rusca #apellyasiya inglisça #apellyasiya fransızca #apellyasiya sözünün istifadəsi #sözlük