Apennin dağları
Apennin dağları (it. Appennini; lat. Apenninus, Apennini montes) — İtaliya ərazisində, Apennin yarımadasında dağ sistemi. İtaliyanın, əsasən, Apennin yarımadası istiqamətində şimalından cənubuna qədər 1000 km boyunca uzanır. Orta hündürlüyü 1200–1800 m, maksimal hündürlüyü 2912 m-dir (Korno-Qrande zirvəsi). Kadibona aşırımı ilə Alp dağlarından, dərəli-təpəli dağətəyi və sahilboyu düzənliklər zolağı ilə isə Adriatik və Tirren dənizlərindən ayrılır. Fəaliyyətdə olan Vezuvi vulkanı Neapol körfəzi yaxınlığındadır. Dağ sisteminə “Apennin” adını ilk dəfə e.ə. 2 əsrdə Polibi vermişdir.
== Relyef ==
Geomorfoloji quruluşuna görə Şimali, Mərkəzi və Cənubi Apennin dağlarına ayrılır.