apomiksis sözü azərbaycan dilində

apomiksis

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • apomiksis • 66.6667%
  • Apomiksis • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Apomiksis
Apomiksis, (yun. µίξις – qarışdırma) – bitkilərin qeyri-cinsi yolla çoxalması. "Apomiksis" termini 1908-ci ildə alman genetiki Qərbi Vinkler tərəfindən elmə daxil edilmişdir. Geniş mənada apomiksis partenogenez, ginogenez, androgenez kimi qeyrimüntəzəm cinsi çoxalma formaları rast gəlinən heyvanlara da (bir çox pərdəqanadlılar, cücülər, bəzi kərtənkələlər, balıqlar və s.) aid edilir. Bəzi bitkilərdə (acıqovuq, qırğıotu, qırtıc, şaxduran və s.) apomiksis müntəzəm surətdə, digərlərində isə (boymadərən, soğan, çibançiçəyi və tütün növlərində) sporadik şəkildə təzahür edir. Becərilən sitrus, bağçiyələyi, alma, qarğıdalı və bir çox başqa bitkilər də meyvəvermənin stabilliyi apomiksisə əsaslanır. apomiksis irsidir və amfimiksisə əlavə olaraq çoxalma sisteminin bir hissəsidir. apomiksis embriogenezdə, sporların və endospermin əmələ gəlməsi prosesində baş verən müxtəlif dəyişikliklərlə şərtlənir. apomiksisin çoxlu formaları arasında ən əsasları rüşeym kisəsinin (dişi qametofitin) əmələ gəlməsi ilə bağlı olan formalardır. Məsələn: dərman acıqovuğunda diplosporla (qeyri-adi meyozla) partenogenez, qaytarma növlərində aposporla (meyoz əvəzinə mitozla) və diplosporla psevdoqamiya üstünlük təşkil edir.

Oxşar sözlər

#apomiksis nədir? #apomiksis sözünün mənası #apomiksis nə deməkdir? #apomiksis sözünün izahı #apomiksis sözünün yazılışı #apomiksis necə yazılır? #apomiksis sözünün düzgün yazılışı #apomiksis leksik mənası #apomiksis sözünün sinonimi #apomiksis sözünün yaxın mənalı sözlər #apomiksis sözünün əks mənası #apomiksis sözünün etimologiyası #apomiksis sözünün orfoqrafiyası #apomiksis rusca #apomiksis inglisça #apomiksis fransızca #apomiksis sözünün istifadəsi #sözlük