aporia sözü azərbaycan dilində

aporia

Yazılış

  • aporia • 71.4286%
  • Aporia • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aporia
Aporia [alm. = fr. Aporie; ing. Aporia; yun. Aporia; a = sız, poros = yol, körpü, çıxış; ər. يغؤنح حؤل لؤتم غ شُ ] — Bir məsələdə ortaya çıxan problemin həllinin tapıla bilməməsi vəziyyəti, çıxış yolunun olmaması. Ümumiyyətlə natiqin mövzunun hansı istiqamətindən getməsi lazım gəldiyini, mövzuya haradan başlanıb harada qurtaracağı, nə deyiləcəyi haqqında yolunu itirdiyi vəziyyətin adı olaraq ya da natiqin nə söyləyəcəyini yaxud nə düşünəcəyini bilmədiyi bir vəziyyətdə müraciət etdiyi, ümumiyyətlə ediləsi şübhə ifadəsi olaraq təyin olunar. Apriya paradoksun bir növüdür.
Zenonun aporiaları
Zenon aporiaları — Parmenidin fəlsəfi doktrinasını dəstəkləmək üçün Eleyalı Zenon tərəfindən irəli sürülən aporialar. Bizim təsəvvürlərimizin əksinə olaraq çoxluq və dəyişikliyin mövcud olmadığını, xüsusən də hərəkətin sadəcə bir illüziya olmasını dəstəkləyir. == Axilles və tısbağa aporiası == Qədim Yunanıstan qəhrəmanı Axillesin tısbağa ilə yarışdığını təsəvvür edək. Axilles çox yaxşı yarışçı olduğuna görə, tısbağanın bir az irəlidən, məsələn, yüz metr irəlidən başlamasına icazə verir. Əgər hər ikisinin də sabit sürətdə qaçdığını təsəvvür etsək (biri sabit yüksək sürətdə, digəri sabit aşağı sürətdə), Axilles müəyyən müddət sonra yüz metr qaçdıqda tısbağanın başladığı yerə çatacaqdır. Bu müddət ərzində tısbağa az belə olsa müəyyən məsafəni qət edəcək, məsələn, bir metr. Axilles bir müddət sonra bu məsafəni də bitirəndə, həmin müddət ərzində tısbağa yenə də az belə olsa məsafə qət edəcək. Bu hadisə təkrar formada dövr edəcəkdir. Beləcə, Axilles tısbağanın çatdığı nöqtəyə çatanda, yenə də qət etməli məsafə qalmış olacaqdır. Buna görə də, Zenon Axillesin tısbağanı heç vaxt keçə bilməyəcəyini demişdir.Zenonun bu aporiadakı məqsədi hərəkətin mümkün olmadığını sübut etməkdir.

aporia sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\. Bir məsələdə ortaya çıxan problemin həllinin tapıla bilməməsi vəziyyəti, çıxış yolunun olmaması. Ümumiyyətlə natiqin mövzunun hansı istiqamətindən getməsi lazım gəldiyini, mövzuya haradan başlanıb harada qurtaracağı, nə deyiləcəyi haqqında yolunu itirdiyi vəziyyətin adı olaraq ya da natiqin nə söyləyəcəyini yaxud nə düşünəcəyini bilmədiyi bir vəziyyətdə müraciət etdiyi, ümumiyyətlə ediləsi şübhə ifadəsi olaraq təyin olunar.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Oxşar sözlər

#aporia nədir? #aporia sözünün mənası #aporia nə deməkdir? #aporia sözünün izahı #aporia sözünün yazılışı #aporia necə yazılır? #aporia sözünün düzgün yazılışı #aporia leksik mənası #aporia sözünün sinonimi #aporia sözünün yaxın mənalı sözlər #aporia sözünün əks mənası #aporia sözünün etimologiyası #aporia sözünün orfoqrafiyası #aporia rusca #aporia inglisça #aporia fransızca #aporia sözünün istifadəsi #sözlük