Apparel
Apparel (fr. appareil – giriş) – 1) hərbi texnikanın (tank, top) və nəqliyyat vasitələrinin səngər və sığınacağa girib-çıxmasını asanlaşdıran eniş; 2) dəmiryol vaqonlarına avtomobil, traktor və s. nəqliyyat vasitələrinin yüklənməsini asanlaşdırmaq üçün həmin vaqonların döşəmələri səviyyəsində yerləşən maili platforma; 3) şəxsi heyət və texnikanın sahilə çıxması üçün gəminin burun tərəfində göyərtənin bir hissəsinin aşağı buraxılaraq maili vəziyyətə gətirilməsindən alınan eniş; 4) binaya, tikiliyə daxil olmaq üçün maili tava, çərçivə və ya istiqamətləndirici tamasa şəklində qurğu. Bu qurğuya pandus da deyilir.