aqaru sözü azərbaycan dilində

aqaru

Yazılış

  • aqaru • 50.0000%
  • Aqaru • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Albert Aqarunov
Albert Aqarunoviç Aqarunov (25 aprel 1969, Bakı – 8 may 1992, Şuşa) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. Əslən dağ yəhudisi olan Aqarunov 1980-ci illərin sonlarında Sovet Ordusu sıralarında xidmət etmiş, sonra Suraxanıya işləməyə qayıtmışdır. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş Aqarunov, tank briqadasının tərkibində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşmuşdur. O, sonradan tank komandiri kimi Şuşaya yollanmış, Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdur. Şuşa uğrunda gedən döyüşlərdə şəhərin müdafiəsində qalan son əsgərlərdən olan Aqarunov, müharibənin ilk tank döyüşündə iştirak etmiş, erməni komandir Qaqik Avşaryanı məğlub etmişdir. O, daha sonra Şuşa–Laçın yoluna irəliləmiş, döyüş əsnasında tankdan enmiş, həlak olanların üzərindən keçməsin deyə sürücüyə yol göstərərkən şəhid olmuşdur. Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, bu ada layiq görülən ilk hərbçilərdən olmuşdur. Aqarunov Azərbaycanın milli qürur simvoluna çevrilmişdir, irsi ən çox yad edilən müharibə qəhrəmanlarındandır. Onun şərəfinə xatirə lövhələri, büst, küçə və həmin küçədə heykəl mövcuddur.
Albert Aqarunovun heykəli
Albert Aqarunovun heykəli — Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı, Albert Aqarunova 2019-cu ildə Bakı şəhərində qoyulmuş heykəl. Heykəl Albert Aqarunovun 50 illik yubileyinin şərəfinə qoyulub. == Haqqında == Heykəlin layihəsi Ömər Eldarovun rəhbərliyi ilə Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının müəllimləri Zamik Rzayev və Rahib Qarayev tərəfindən hazırlanıb. Layihənin eskizi Zamik Rzayev və Rahib Qarayev tərəfindən hazırlanıb, Ö.Eldarova təqdim edilib. Mədəniyyət Nazirliyi təsdiq etdikdən sonra 2019-cu ilin aprelindən işlərə başlanılıb. Heykəlin əsas hissəsi tuncdan tökülüb, postamenti isə beton və bürüncdən hazırlanıb. Zamik Rzayev və Rahib Qarayev bu işi təmənnasız görüblər. Heykəl Nərimanov rayonunda Milli Qəhrəmanın adını daşıyan küçədə qoyulub.
Pyotr Aqarunov
Aqarunov Pyotr Rafail oğlu — Tacikistan Kinematoqrafçıları İttifaqının katibi. == Həyatı == Pyotr Aqarunov 1930-cu ildə Quba rayonunda anadan olub. O, Ümumittifaq Dövlət Kinematoqrafiya Məktəbini, həmçinin Teatr İnstitutunu bitirib. 1960-cı ildə isə Dərbənd Xalq Dağ Yəhudiləri Teatrını yaradıb və bu teatrın direktoru olub. Bu teatrda "Pəri xanım", "Aşıq Qərib", "Əsli və Kərəm", "Leyli və Məcnun", "Arşın mal alan" kimi tamaşalar dağ yəhudilərinin dilində oynanılıb. P.Aqarunov həmçinin "Azərbaycanfilm"də çalışıb, daha sonra isə Tacikistanda fəaliyyət göstərib və orada Tacikistan Kinematoqrafçıları İttifaqının katibi seçilib. O, 150-dən çox sənədli, musiqili telefilmin direktoru və redaktoru, dörd tammetrajlı bədii filmin direktor müavini olub. Aqarunov "SSRİ Dövlət Teleradiosunun əla işçisi" nişanı ilə təltif edilib. 1995-ci ilin martında isə İsrailə repatriasiya olunub. P.Aqarunov son otuz illik fəaliyyəti ərzində dağ yəhudilərinin tanınmış nümayəndələri - alimlər, yazıçılar, dövlət mükafatçıları, istehsal sahələrinin rəhbərləri və digərləri, onların yaradıcı fəaliyyətləri haqqında məlumatlar toplayıb.
Yakov Aqarunov
Yakov Mixayloviç Aqarunov (25 aprel 1907, Qırmızı Qəsəbə, Quba qəzası – 31 may 1992, Bakı) — Azərbaycan siyasi-ictimai xadimi, şair və dramaturq, Dağ yəhudilərinin yeni əlifbasının yaradıcısı. == Bioqrafiya == Bağban ailəsində anadan olub. 1915–1919-cu illərdə yəhudi məktəbində tədris alıb, eyni zamanda rus məktəbində oxuyub. 1920-ci illərdə komsomolçu olmuş, həvəskar dram klublarında iştirak etmişdir. 1924–1925-ci illərdə Üzeyir Hacıbəyovun Arşın mal alan pyesini cuhuri dilinə tərcümə etmişdir. 1925–1928-ci illərdə Moskva və Bakıda fəhlə institutlarında təhsil almış, Bakı Pedaqoji institutunun tarix fakültəsini və Sovet İttifaqı Kommunist Partiyası(b) Mərkəzi Komitəsinin Ali Partiya məktəbini bitirmişdir. 1932-ci ildən — Azərbaycan KP (b) Mərkəzi Komitəsinin aparatında olmuş, 1934–1938 illərdə edir. — Dağ-yəhudi ləri dilində çap olunan Kommunist qəzetinin redaktoru, eyni zamanda — Azərbaycan Dövlət Nəşriyyatının direktor müavini idi (Dağ-yəhudilərinin dilindəki kitabların nəşrinə nəzarət edirdi). 1937-ci ildən — Azərbaycan KP (b) Mərkəzi Komitəsi üzvlüyünə namizəd idi. 1938-ci ildə isə Orconikidze rayonu raykomunun birinci katibi olmuşdur.

Oxşar sözlər

#aqaru nədir? #aqaru sözünün mənası #aqaru nə deməkdir? #aqaru sözünün izahı #aqaru sözünün yazılışı #aqaru necə yazılır? #aqaru sözünün düzgün yazılışı #aqaru leksik mənası #aqaru sözünün sinonimi #aqaru sözünün yaxın mənalı sözlər #aqaru sözünün əks mənası #aqaru sözünün etimologiyası #aqaru sözünün orfoqrafiyası #aqaru rusca #aqaru inglisça #aqaru fransızca #aqaru sözünün istifadəsi #sözlük