aqrofizika sözü azərbaycan dilində

aqrofizika

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aqrofizika • 66.6667%
  • Aqrofizika • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aqrofizika
Aqrofizika və ya aqronomik fizika — bitkilərin xarici mühit şəraitinin (torpaq, işıq, temperatur və s.) fiziki tədqiqat metodlarından və onların həyat fəaliyyətindəki fiziki proseslərdən bəhs edən elm. Bir neçə bölmədən ibarətdir: torpaq fizikası (torpağın bərk fazasının fizikası, torpağın hidrofizikası, torpağın istilik fizikası, torpağın qaz fazasının fizikası); yerüstü havanın fizikası (aerodinamik, radiasion və s. parametrlər); bitki biofizikası (bitkilərin işıq fiziologiyası, bitkilərin radiobiologiyası); bitkilərin vegetasiya müddətini azaltmaq və məhsuldarlığını artırmaq məqsədi ilə onların mühit şəraitinin tənzim edilməsi qaydaları və vasitələri. Azərbaycanda aqrofizikanın müxtəlif məsələləri ali məktəblərin və elmi-tədqiqat müəssisələrinin biologiya-botanika bölmələrində öyrənilir. == Xüsusiyyətləri == Aqrofizika müasir təbiətşünaslığın, xüsusilə fizika və biofizikanın, həmçinin elektronikanın, yarımkeçiricilər, polimerlər və plastik kütlələr fizikasının nəzəri nailiyyətləri əsasında inkişaf edir. Xarici mühit şəraitinin qiymətləndirilməsində və bitkilərin mühitlə (su və istilik rejimi, qaz mübadiləsi və s.) qarşılıqlı əlaqəsində baş verən fiziki proseslərin tədqiqində aqrofizika biologiyasının müasir eksperimental metod, vasitə və cihazlarından (vegetasiya və tarla metodları, yarımkeçiricilər, elektron aparatları, radioaktiv şüalanma və s.) istifadə edir. Aqrofizika sahəsindəki tədqiqatlar böyük praktiki əhəmiyyətə malikdir. Torpaq rütubətinin saxlanmasına dair mövcud aqroqaydaların təkmilləşməsi və yeni qaydaların işlənib hazırlanmasında, ən yaxşı səpin üsullarının, becərmə sürətinin müəyyən edilməsində və s.-də aqrofizika tədqiqatlarınn nəticələrindən istifadə edilir. Aqrofiziki təfqiqatlar əsasında bitkilərin işıq kulturasına dair işlənib hazırlanan qaydalar vegetasiya dövrünü qısaldır, tərəvəz məhsulunu artırır. Tərəvəzçilikdə polimer örtüklərdən istifadə, istixanalarda tərəvəz becərilməsi rejiminin avtomatik tənzimi, kənd təsərrüfatı məhsulları və s.

aqrofizika sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. агрофизика (наука о физических процессах, протекающих в почве и растениях) II прил. агрофизический

    Azərbaycanca-rusca lüğət / aqrofizika

Oxşar sözlər

#aqrofizika nədir? #aqrofizika sözünün mənası #aqrofizika nə deməkdir? #aqrofizika sözünün izahı #aqrofizika sözünün yazılışı #aqrofizika necə yazılır? #aqrofizika sözünün düzgün yazılışı #aqrofizika leksik mənası #aqrofizika sözünün sinonimi #aqrofizika sözünün yaxın mənalı sözlər #aqrofizika sözünün əks mənası #aqrofizika sözünün etimologiyası #aqrofizika sözünün orfoqrafiyası #aqrofizika rusca #aqrofizika inglisça #aqrofizika fransızca #aqrofizika sözünün istifadəsi #sözlük