aqroiqlimşünaslıq sözü azərbaycan dilində

aqroiqlimşünaslıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aqroiqlimşünaslıq • 94.2029%
  • Aqroiqlimşünaslıq • 5.7971%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aqroiqlimşünaslıq
Aqroiqlimşünaslıq — iqlimşünaslığın bir sahəsi olub, kənd təsərrüfatı bitkilərinin növ və çeşidlərinin ərazinin iqlim şəraitinə görə daha səmərəli yerləşdirilməsi və becərilməsi üçün meteoroloji şəraiti öyrənən elm sahəsidir. Bu elm sahəsi praktiki səciyyə daşıyır. Onun əsas göstəriciləri havanın 10oC-dən yuxarı orta temperatur cəmi (fəal temperatur), atmosfer yağıntılarının miqdarı, fəsillər üzrə paylanması, vegetasiya düşən yağıntıların miqdarı, havanın mütləq minimum və mütləq maksimum temperaturları, şaxtalı dövrün davamiyyəti və s-dir. Azərbaycanda bu elm sahəsi XX əsrin 70-ci illərində AMEA Coğrafiya İnstitutunda "kənd təsərrüfatı iqlimşünaslığı" şöbəsinin yaradılması ilə sürətli inkişafa başladı. Həmin tədqiqatlar nəticəsində "Azərbaycan respublikasının aqroiqlim rayonlaşdırılması", "Azərbaycan iqliminin bonitirovkası", "Taxıl bitkilərinin aqroiqlim şəraitin", "Kiçik Qafqazda payızlıq buğdanın məhsuldarlığının iqlimlə əlaqəsi" və başqa monoqrafiyalar çap edilmişdir. Bu sahədə ən böyük elmi və praktiki əhəmiyyət isə "Azərbaycan respublikasının aqroiqlim rayonlaşdırılması", "Azərbaycan iqliminin bonitirovkası", "Taxıl bitkilərinin aqroiqlim şəraiti", "Kiçik Qafqazda payızlıq buğdanın məhsuldarlığının iqlimlə əlaqəsi" və başqa monoqrafiyalar çap edilmişdir. Bu sahədə ən böyük elmi və praktiki əhəmiyyət isə "Azərbaycan respublikasının aqroiqlim atlası"nın çap olunması olmuşdur. Bu atlas dağlıq ərazilərin aqroiqlim atlasının hazırlanması üçün ilk nümunədir. Burada aqroiqlim rayonlaşdırılmanın prinsipləri və metodikası ətraflı işlənmişdir.

aqroiqlimşünaslıq sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. геог. агроклиматология (раздел климатологии, изучающий климат как фактор сельскохозяйственного производства)

    Azərbaycanca-rusca lüğət / aqroiqlimşünaslıq

Oxşar sözlər

#aqroiqlimşünaslıq nədir? #aqroiqlimşünaslıq sözünün mənası #aqroiqlimşünaslıq nə deməkdir? #aqroiqlimşünaslıq sözünün izahı #aqroiqlimşünaslıq sözünün yazılışı #aqroiqlimşünaslıq necə yazılır? #aqroiqlimşünaslıq sözünün düzgün yazılışı #aqroiqlimşünaslıq leksik mənası #aqroiqlimşünaslıq sözünün sinonimi #aqroiqlimşünaslıq sözünün yaxın mənalı sözlər #aqroiqlimşünaslıq sözünün əks mənası #aqroiqlimşünaslıq sözünün etimologiyası #aqroiqlimşünaslıq sözünün orfoqrafiyası #aqroiqlimşünaslıq rusca #aqroiqlimşünaslıq inglisça #aqroiqlimşünaslıq fransızca #aqroiqlimşünaslıq sözünün istifadəsi #sözlük