aqromeşə sözü azərbaycan dilində

aqromeşə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aqromeşə • 64.0000%
  • Aqromeşə • 36.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aqromeşəmeliorasiya
Aqromeşəmeliorasiya və ya meşə meliorasiyası — kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq məqsədilə tarlaqoruyucu meşə zolaqlarının salınması, torpaq eroziyası qarşısının alınması, hərəkət edən qumların bərkidilməsində tətbiq edilən tədbirlər kompleksi. Bu tədbirlər sisteminin tətbiqi nəticəsində quru küləyin, uzunmüddətli quraqlığın təsiri xeyli azalır və ya tamamilə yox olur, bu və ya digər ərazinin iqlimi mülayimləşir, torpağın su rejimi yaxşılaşır və münbitliyi mühafizə edilir; kənd təsərrüfatı bitkiləri üçün əlverişli şərait yaranır. Bundan əlavə, meşə zolaqları gölləri, çayları lillənməkdən, dəmiryollarını, şose yollarını qar basmaqdan qoruyur, ərazini sağlamlaşdırır. Meşə zolaqları tarlaqoruyucu, torpaqbərkidici və s. olur. Aqromeşəmeliorasiya tədbirlərinə əlavə olaraq su eroziyasına qarşı müvəffəqiyyətlə mübarizə üçün yuyulmuş sahələrdə ot əkilir, dik yamaclarda terraslar, çox dərə-təpəli yerlərdə texniki qurğular düzəldilir. == Tarixi == Rusiyada meşənin qoruyucu xüsusiyyətlərindən istifadə sahəsində ilk təşəbbüs XIX əsrin birinci yarısında edilmişdir, lakin o vaxt meşə və meşə zolaqları salmaq işi lazımınca inkişaf etməmişdi. Yalnız 1892-ci ildə Vasili Dokuçayevin ekspedisiyası nəticəsində Kamennostepnoy, Mariupol və Starobelsk təcrübə sahələrinin yaradılması meşə zolaqları salınması işinin nəzəri və əməli əsaslarını hazırlamağa imkan vermişdir. 1931-ci ildə Ümumittifaq və Ukrayna Elmi-Tədqiqat Meşə Meliorasiya və Meşə Təsərrüfatı İnstitutları (indiki Ukrayna Milli Aqrar Elmlər Akademiyasının Suvarılan Əkinçilik İnstitutu) yaradılmışdır. Kəndli təsərrüfatları kollektivləşdikdən, kolxoz və sovxozlar kənd təsərrüfatı maşınları ilə təchiz edildikdən sonra aqromeşəmeliorasiya əsl inkişaf yoluna çıxdı.

aqromeşə sözünün rus dilinə tərcüməsi

"aqromeşə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aqromeşə nədir? #aqromeşə sözünün mənası #aqromeşə nə deməkdir? #aqromeşə sözünün izahı #aqromeşə sözünün yazılışı #aqromeşə necə yazılır? #aqromeşə sözünün düzgün yazılışı #aqromeşə leksik mənası #aqromeşə sözünün sinonimi #aqromeşə sözünün yaxın mənalı sözlər #aqromeşə sözünün əks mənası #aqromeşə sözünün etimologiyası #aqromeşə sözünün orfoqrafiyası #aqromeşə rusca #aqromeşə inglisça #aqromeşə fransızca #aqromeşə sözünün istifadəsi #sözlük