aqronom-entomoloq sözü azərbaycan dilində

aqronom-entomoloq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aqronom-entomoloq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Entomoloq
Entomologiya (yunanca έντομον - cücü, λόγος - öyrənmək) - həşəratları öyrənən elm. Entomologiya zoologiyanın bir hissəsi olmaqla başlanğıcını həmin elmdən götürmüş və onun əsasında inkişaf etmişdir. Müasir entomologiya elmi biologiyanın inkişaf edən ən mühüm sahələrindən biri olub, praktika ilə sıx bağlıdır və onun ümumi entomologiya, kənd təsərrüfatı, meşə, tibbi və baytarlıq entomologiyası kimi müstəqil sahələri vardır. == Entomologiyanın inkişaf tarixi == Həşərat haqqında ilk və sadə məlumatlara qədim yunan alimi Aristotel (b.e.ə. 384-322) və başqa alimlərin fikirlərində rast gəlsək də onların öyrənilməsinə XVII əsrdən başlanmışdır. XVII-XVIII əsrlərdə italyan alimi M.Malpigi (1628-1694), Hollandiya alimi Y.Svammerdam (1634-1684), məşhur İsveç alimi K.Linney (1707-1778), görkəmli təbiətşünas və səyyah, akademik P.S.Pallas (1741-1811) həşəratın anatomiyası, metamorfozu, təsnifatı, morfologiyası, biologiyası, faunası haqqında bir çox tədqiqatlar aparmış və əsərlər yazmışlar. XIX əsrdə entomologiya bir elm kimi formalaşır və 1832-ci ildə Fransada, 1833-cü ildə İngiltərədə entomologiya cəmiyyəti yaranır.Rusiysda isə 1859-cu ildə rus entomologiya cəmiyyəti yaradılmış və onun ilk prezidenti məşhur alim, akademik K.M.Ber olmuşdur. Azərbaycanda entomologiya elminin inkişafı Sovet hakimiyyəti dövrünə təsadüf edir. Bu məqsədlə Azərbaycan Dövlət Universitetində, 1923-cü ildə təşkil olunmuş Mikrobiologiya institutunda entomologiyaya aid ilk tədqiqat işləri aparılmağa başlanır. 1932-ci ildə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin Zoologiya bölməsinin, 1935-ci ildə Zoologiya İnstitutunun təşkili ilə əlaqədar olaraq entomoloji tədqiqatların aparılması üçün daha əlverişli şərait yaradılmış olur.
Aqronom
Aqronom — ali və orta təhsilli kənd təsərrüfatı mütəxəssisi. Aqronomun əsas vəzifəsi torpağın xassəsləri və kənd təsərrüfatı bitkilərinin tələbi əsasında torpaq münbitliyinin fasiləsiz artımını təmin edən aqrotexniki və meliorativ tədbirlər sistemini həyata keçirməkdir.
Şamil Cəfərov (entomoloq)
Şamil Məmməd oğlu Cəfərov (ukr. Джафаров Шаміль Мамедович; 19 mart 1927, Azərbaycan, Azərbaycan SSR, SSRİ – 21 may 1999, Melitopol, Zaporojya vilayəti) — entomoloq. Biologiya elmləri doktoru (1963), professor (1968). == Həyatı == 1949-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Həmin vaxtdan Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutunda çalışıb. == Əsas elmi əsərləri == Кровососущие мокрицы (Diptera, Heleidae) Закавказья. Баку, 1964; Учебник по зоологии беспозвоночных. Баку, 1969; Мухи-тахины (Diptera, Tachinidae) юга УССР. Дн., 1990; Паразитические мухи-тахины Крыма // Проблема изучения фаунист. комплексов юга Украины и разработки науч. основ их мониторинга.
Cəbrayıl Hüseynov (aqronom)
Cəbrayıl Muxtar oğlu Hüseynov (3 (16) yanvar 1913 və ya 16 yanvar 1913, Nuxa – 14 dekabr 1974 və ya 1974, Bakı) — akademik, aqrar elmlər doktoru (1947), professor (1948). == Həyatı == Hüseynov Cəbrayıl Muxtar oğlu 1913-cü il yanvarın 16-da Şəki şəhərində doğulmuşdur. C.Hüseynov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini bitirmişdir (1934). C.Hüseynov aqrar elmlər namizədi (1939) və aqrar elmlər doktoru (1947) dərəcəsini, professor (1948) elmi adını almışdır. == Elmi naliyyətləri == AMEA-nın müxbir üzvü (1949), həqiqi üzvü (1961) seçilmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Azərbaycan ET Pambıqçılıq İnstitutunda baş elmi işçi işləmişdir (1936). Ümumittifaq Elmi Tədqiqat Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunun aspirant olmuşdur (1936-1939). SSRİ Elmlər Akademiyasının Azərbaycan Torpaqşünaslıq sektorunda baş elmi işçi (1940), Torpaqşünaslıq və Aqrokimya Bölməsində direktor işləmişdir (1944-1945). Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ilk direktoru olmuş (1945) və bu vəzifədə 1952-ci ilə kimi çalışmışdır. ADU-nun Biologiya fakültəsinin professoru olmuşdur (1969).
Faiq Məmmədov (aqronom)
Faiq İsmayıl oğlu Məmmədov (27 noyabr 1929, Gəncə, Gəncə dairəsi – 14 avqust 1987, Kirovabad) — ictimai və elmi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor. Faiq Məmmədovun elmi-tədqiqat işləri əsasən pambıq toxumçuluğuna aid olmuş, çiyidin səpinə hazırlanması üsulları və səpin sisteminin öyrənilməsinə həsr olunmuşdur. O, pambıq bitkisi toxumçuluğu üzrə bir çox fundamental və tətbiqi işlərin, dərslik, monoqrafiya və onlarla digər kitabın, 50-yə yaxın məqalənin müəllifidir. Onun tərtib etdiyi ümumi əkinçilik üzrə tədris proqramlarından ali təhsil müəssisələrində bu gün də istifadə olunur. == Həyatı == Faiq İsmayıl oğlu Məmmədov 27 noyabr 1929-cu ildə Azərbaycan SSR-in Kirovabad şəhərində anadan olmuşdur. 1936-cı ildə M.Ə.Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbin birinci sinfinə getmiş, 1946-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. O, 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsinə daxil olmuşdur. 1951-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq “alim-aqronom” ixtisasına yiyələnmişdir. 1959-cu ildə Azərbaycan SSR hökumətinin dəvəti ilə Azərbaycan Kənd Təsərrüfatı nazirliyində seleksiya və toxumçuluq baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1960-cı ildə həmin nazirliyin kadrların hazırlığı baş idarəsininin rəisi vəzifəsinə köçürülmüşdür.
Zaur Həsənov (aqronom)
Zaur Həsənov — Kənd təsərrüfatı elmləri doktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru. == Təhsili == Zaur Həsənov 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. 1967-ci ildə "Azərbaycanda Şərq xirniyinin əkin materialının becərilməsinin bəzi məsələlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək "Subtropik bitkilər" sahəsində kənd təsərrüfatı elmləri namizədi adını, 1972-ci ildə isə dosent elmi adı almışdır. 1991-ci ildə "Azərbaycanda Şərq xirniyi becərilməsi texnologiyasının elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru adı almışdır. 1994-cü ildə professor elmi dərəcəsinə layiq görülmüşdür. == Əmək fəaliyyəti == 1967-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Meyvə-tərəvəzçilik" kafedrasında toxumçu-aqronom, 1968-ci ildə asistent, 1972-ci ildə dosent, 1981-ci ildə kafedranın müdiri vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun" Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsinin dekanı, 1991-ci ildə "Meyvə-tərəvəzçilik" kafedrasınin dosenti, 1994-cü ildə Meyvə-tərəvəzçilik kafedrasınin müdiri kimi, 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvəçilik kafedrasının professoru kimi fəaliyyət göstərib. 2014-cü ildən isə Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru kimi fəaliyyət göstərir.1998-ci ildə isə AR Prezidenti yanında AAK tərəfindən ona, meyvəçilik sahəsində qazanılmış nailiyyətlərinə görə, əlavə olaraq "Meyvəçilik və üzümçülük" ixtisası üzrə elmlər doktoru səlahiyyətləri verilmişdir. == Mükafatları == 2009-cu ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Fəxri Fərmanı" ilə təltif olunub. 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Oxşar sözlər

#aqronom-entomoloq nədir? #aqronom-entomoloq sözünün mənası #aqronom-entomoloq nə deməkdir? #aqronom-entomoloq sözünün izahı #aqronom-entomoloq sözünün yazılışı #aqronom-entomoloq necə yazılır? #aqronom-entomoloq sözünün düzgün yazılışı #aqronom-entomoloq leksik mənası #aqronom-entomoloq sözünün sinonimi #aqronom-entomoloq sözünün yaxın mənalı sözlər #aqronom-entomoloq sözünün əks mənası #aqronom-entomoloq sözünün etimologiyası #aqronom-entomoloq sözünün orfoqrafiyası #aqronom-entomoloq rusca #aqronom-entomoloq inglisça #aqronom-entomoloq fransızca #aqronom-entomoloq sözünün istifadəsi #sözlük