* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Təkallahlılığı qəbul etmiş qədim yəhudilər bütpərəstliyin istənilən təzahürünə qarşı idilər. Ona görə də bütlərə sitayişin qadağan olunması yəhudi dininin ən əsas qanununa çevrildi. Amma iş bununla bitmədi. Sonradan sitayiş obyektinə çevrilmək ehtimalı olmasın deyə insan və heyvan şəkilləri çəkmək qadağan olundu. İslamda bu qadağa qeyd-şərtsiz idi: şəkil çəkmək, ümumiyyətlə, islama zidd idi. Bu dinə ilk etiqad edən ərəblərin canlı varlıqları təsvir etmək imkanları olmadığı üçün onlar abstrakt ornamentlər yaratmağa başladılar. Ərəb əlifbasının özündə hərflər sanki bir-birinə hörülür. Ərəblər bundan ornament yaratmağın bir üsulu kimi istifadə edir, lazım olanda hərfləri incə və nəfis naxışlarla bəzəyirdilər. Əlbəttə, ornamentin həndəsi modellərindən ərəblərə qədər də istifadə olunmuşdu. Qədim Yunanıstanın incəsənətində buna çox nümunələr var. İntibah dövründə rəssamlar yenidən qədim yunan sənətinə müraciət etdilər. Onlar eyni zamanda ərəb naxışlarından da istifadə etməyə başladırlar. Məhz bu səbəbdən İntibah dövrünün rəssamlarının həmin əsərləri arabesk adı ilə tarixə düşüb. Tədricən özündə hər hansı bir mücərrədlik və ya ornament ehtiva edən digər sənət nümunələrini də belə adlandırmağa başladılar; məsələn, XIX əsrin ortalarında abstrakt melodiya əsasında yaradılan musiqi əsərləri, baletdə xüsusi ifadəli dramatik rəqslər də arabesk adlandırıldı. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / arabesk