Arak sözü azərbaycan dilində

Arak

Yazılış

  • Arak • 88.0000%
  • arak • 8.0000%
  • ARAK • 4.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aleksandr Araksmanyan
Aleksandr Armenoviç Araksmanyan (erm. Ալեքսանդր Արմենի Արաքսմանյան; əsl soyadı Manukyan olmuşdur; 3 iyun 1911, Gümrü – 12 mart 1982, Yalta, Krım vilayəti[d]) — SSRİ və Ermənistan nasiri, dramaturqu, ssenaristi, jurnalisti. O, Ermənistan SSR əməkdar incəsənət xadimi (1965), "Qabriel Sundukyan" mükafatı laureatı (1980; "Həqiqətin beş dəqiqəsi" tamaşasına görə), SSRİ Yazıçılar İttifaqının üzvüdür (1936-cı ildən). Manukyan 1944-cü ildən Kommunist Partiyasının üzvüdür. == Həyatı == Aleksandr Armenoviç Araksmanyan Aleksandropol şəhərində (indiki Gümrü) anadan olmuşdur. O, Araksmanyan ədəbi adını özü yaratmışdır. Bunu əvvəlcə Araksman kimi qeyd etmiş, sonra soyad sonluğunu əlavə etmişdir. Araksmanyan uşaqlıqdan teatr aləmi ilə təmasda olmmuşdur. O, Tiflisdə Stepan Lisitsyan adına özəl məktəbdə təhsil almışdır. Araksmanyan 1928-ci ildə Leninakanda və ətraf kəndlərdə müəllimliklə məşğul olmuşdur.
Aleksey Arakçeyev
Aleksey Andreyeviç Arakçeyev (23 sentyabr (4 oktyabr) 1769 – 21 aprel (3 may) 1834, Qruzino[d], Novqorod quberniyası[d])—Rusiya hərbi xadimi. == Həyatı == Rusiyanın hərbi naziri məşhur dövlət adamı Arakçeyev (qraf Aleksey Andreyeviç Arakçeyev 1769–1834) qədim, lakin yoxsullaşmış zadəgan ailəsindən çıxmışdı. Rusların "Nəsil Şəcərəsi Kitabı"nda Arakçeyevlərin nəsli haqqında deyilir: "1695-ci il martın 6-da çar fərmanı ilə Novqorodlu İvan Stepanoviç Arakçeyevə onun özünün, ata və babalarının dövlət qarşısındakı xidmətlərinə görə Novqorod quberniyasında kəndlər, əkin-biçin yerləri bağışlanır". Qraf Arakçeyevə qədər də bu ailədən onu şöhrətləndirən hərb adamları çıxmışlar. Məsələn, Arakçeyevin babası Vasili Stepanoviç Arakçeyev general Minixin komandanlığı altında vuruşmuş, Oçakov altında yaralanmıĢ, general rütbəsində istefaya çıxmışdı. Onun qardaşı oğlu Andrey Alekseyeviç isə, poruçik rütbəsində istefaya çıxanda, ona irsən yetişmiş 20 təhkimlisi olan kiçicik kəndə malik idi. Bu Pyotrun onun babalarına səxavətlə bağışladığı hədiyyədən qalan son yadigar idi. Üç oğlu var idi. Bu kasıb zadəganın üç oğlunun üçü də general rütbəsinə qalxıb dövlətdə görkəmli mövqelər qazanacaqdılar. Hələ ki, həmin gələcəyin böyük dövlət adamı olacaq oğlunu Peterburqa aparıb artilleriya məktəbinə düzəldənə kimi yazığm döymədiyi qapı qalmayacaqdı.
Arakamçeçen adası
Arakamçeçen (çuk. Иръыкамчечъын, esk. Кигини) — Sakit okeana daxil olan Berinq dənizi ərazisində yerləşən ada. Berinq boğazında, Çukot yarımadası sahilində yerləşəir. Materikdən Senyavin boğazı ilə ayrılır. İnzibati cəhətdən Rusiya Feferasiyası Çukot Muxtar Dairəsinin Providenski rayonu ərazinə daxildir. == Tarixi məlumat == Arakamçeçen adası çukçalar tərəfindən XVIII əsrin əvvəllərindən mənimsənilməyə başlanılmışdır. Onlar adanı Quunin ("ayrılmış") alaraq adlandırırdılar. 1827-ci ildə adada Konstantin Fyodoroviç Litkenin ekspedisiyası olmuşdur. Onlar adanın ilk dəfə xəritəyə daxil etmişlər.
Arakanlılar
Arakanlılar (özlərini rakhayn adlandırırlar) – Myanmanın cənub-qərbində yaşayan, Tibet-Birma qrupuna aid xalq. Myanmalılara yaxındırlar. Monqoloid irqinə mənsub olduqları ehtimal olunur. Ümumi sayları 2 milyondan çoxdur (2000). Əsasən, Myanmada, həmçinin Banqladeşdə, Hindistanda və Çində yaşayırlar. Birma dilinin Arakan şivəsində danışırlar. Dindarların əksəriyyəti buddistdir. Müsəlmanlar, induistlər, xristianlar və ənənəvi etiqadlarını qoruyub saxlayanlar da var. == Tarixi == Arakanlıların eramızın əvvəllərində Myammanın şmalından cənub-qərbinə köçdükləri ehtimal olunur. I minilliyin sonundan etibarən arakanlılar arasında islam dini yayılmağa başlamışdır.
Arakava
Arakava (荒川区, Arakava-ku) — Tokionun xüsusi rayonlarından biri. Adaçi, Kita, Bunkö, Tayto və Sumida rayonları ilə əhatə olunub. == Coğrafiyası == Arakava Tokionun şimal-şərq hissəsində yerləşir. Qərbdən şərq tərəfə uzanmış uzunsov formadadır. Sumida çayı şimali sərhədidir. == Tarixi == Edo dövründə əsasən aqrar sahə idi, Meydzi dövründə sənaye sahəsinə dönür. 1932-ci ildə Tokionun xüsusi rayonlarından biri olur. == Əsas məhəllələri == Arakava Maçiya Minami-sencü Nippori == Mənzərəli yerləri == Arakava parkı. == Hadisələr == Sada Abenin cinayəti Aum Sinrikyo təşkilatı ilə bağlı istintaqı aparan Milli polis başçısına qəsd.
Arakel
Arakel — erməni kişi adı. Arakel Təbrizli — erməni əsilli salnaməçi, tarixçi və din adamı.DigərArakel — Gürcüstanın Bolnisi rayonunundakı kəndin digər adı.
Arakel (Xocavənd)
Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd.15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdırXIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir.Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur. Celyabinsk vilayətinin Silaceki kəndi 1968-ci ilədək Arakulski adlanırdı. 1917-ci ildə Cəbrayıl qəzasında Birinci və İkinci Arakul adlı iki yaşayış məntəqəsi qeydə alınmışdır.
Arakel Babaxanyan
Leo (erm. Լեո, əsl adı Arakel Qriqoryeviç Babaxanyan; 26 aprel (8 may) 1860, Şuşa – 14 noyabr 1932, İrəvan, Ermənistan SSR, SSRİ) — erməni tarixçisi və yazıçısı. O, İrəvan Universitetinin professoru olmuşdur. == Həyatı == Arakel Babaxanyan Rusiya imperiyasında, Şuşa şəhərində anadan olmuşdur. O, məktəbi bitirmiş, özünütəhsillə məşğul olmuşdur. Şuşada və Bakıda "Aror" erməni mətbəəsində, Qazaryan qardaşları mətbəəsində notarius işçisi, teleqraf və menecer kimi işləmişdir. 1895–1906-cı illərdə "Mşak" qəzetinin əməkdaşı, redaktoru olmuşdur. 1906–1907-ci illərdə Gevorq seminariyasında dərs demişdir. 1924-cü ildən ömrünün sonuna kimi İrəvan Universitetində dərs demişdir. == Elmi fəaliyyəti == O, XX əsrin əvvəllərində Ermənistan tarixinin və mədəniyyətinin əsas problemlərinə dair çoxlu tədqiqatlar dərc etdirmişdir.
Arakel Davrizetsi
Arakel Davrizetsi (erm. Առաքել Դավրիժեցի, fars. آراکل_داوریژتسی‎) — erməni əsilli salnaməçi, tarixçi və din adamı. 1595-ci ildə Səfəvi İmperiyasının keçmiş paytaxtı Təbrizdə anadan olan Arakel Davrizetsi XVII əsr, Səfəvi, Osmanlı, Qafqaz bölgəsi haqqında məlumat verən önəmli qaynaqlardan biri hesab edilir. 1670-ci ildə Eçmiədzin Monastrında vəfat etmişdir. Hələ həyatda ikən onun 1662-ci ildə tamamladığı "Tarix kitabı" əsri, 1669-cu ildə Amsterdamda nəşr edilmişdir. 1602-1662-ci illər əhatə edən əsər 58 fəsildən ibarət olub, müəllif səyahətləri zamanı baş vermiş hadisələrin iştirakçıları ilə şəxsən görüşmüş, hadisələrin xronologiyasını dəqiqləşdirmiş, əlyazmalar və mənbələrdən istifadə etmişdir. Səfəvi-Osmanlı müharibələri, Cəlalilər hərəkatı, Koroğlu, Şah Abbasın köçürmə siyasəti (xüsusiylə Culfadan), Azərbaycanın iqtisadi həyatı, verigilər, mükəlləfiyyətlər, əhalinin ümumi vəziyyəti, Təbriz zəlzələsi (1641) vs. mövzular haqqında məlumatlar vermişdir. Erməni Qriqoriyan Kilsəsinin mövqeyindən çıxış edən Arakel Davrizetsi əsərində hakim sinfin mənafeyini müdafiə edir, xalq hərəkatına mənfi münasibət bəsləyirdi.
Arakel Təbrizli
Arakel Davrizetsi (erm. Առաքել Դավրիժեցի, fars. آراکل_داوریژتسی‎) — erməni əsilli salnaməçi, tarixçi və din adamı. 1595-ci ildə Səfəvi İmperiyasının keçmiş paytaxtı Təbrizdə anadan olan Arakel Davrizetsi XVII əsr, Səfəvi, Osmanlı, Qafqaz bölgəsi haqqında məlumat verən önəmli qaynaqlardan biri hesab edilir. 1670-ci ildə Eçmiədzin Monastrında vəfat etmişdir. Hələ həyatda ikən onun 1662-ci ildə tamamladığı "Tarix kitabı" əsri, 1669-cu ildə Amsterdamda nəşr edilmişdir. 1602-1662-ci illər əhatə edən əsər 58 fəsildən ibarət olub, müəllif səyahətləri zamanı baş vermiş hadisələrin iştirakçıları ilə şəxsən görüşmüş, hadisələrin xronologiyasını dəqiqləşdirmiş, əlyazmalar və mənbələrdən istifadə etmişdir. Səfəvi-Osmanlı müharibələri, Cəlalilər hərəkatı, Koroğlu, Şah Abbasın köçürmə siyasəti (xüsusiylə Culfadan), Azərbaycanın iqtisadi həyatı, verigilər, mükəlləfiyyətlər, əhalinin ümumi vəziyyəti, Təbriz zəlzələsi (1641) vs. mövzular haqqında məlumatlar vermişdir. Erməni Qriqoriyan Kilsəsinin mövqeyindən çıxış edən Arakel Davrizetsi əsərində hakim sinfin mənafeyini müdafiə edir, xalq hərəkatına mənfi münasibət bəsləyirdi.
Arakici
Arakici Tiflis quberniyasının Tianeti qəzasında (indi Oçamçiri rayonunda) kənd adı. == Toponimkası == Arakici- Tiflis quberniyasının Tianeti qəzasında (indi Oçamçiri rayonunda) kənd adı. Göyçə gölü ilə Gədikçay arasında bir dağ və Göyçə gölünün cənub-qərb hövzəsində bir çay Araqi adlanır. Ehtimal ki, ya türk dillərində irək - "dağ belinin şaquli səthdə təkrarlanan dirsəkləri", ya da monqol dilində ereq - "sıldırım sahil", "yarğan" sözündəndir.
Araks
Araks Avetisyan Muradovna və ya sadəcə olaraq Araks (erm: Արաքս Մուրադի Ավետիսյան; 25 dekabr 1903, Böyük Qarakilsə, Aleksandropol qəzası – 15 iyun 1978, İrəvan) — erməni sovet yazıçısı, jurnalist. Araks Avetisiyan Muradovna 25 dekabr 1903-cü ildə Qarakiləsədə (indiki Vanadzor) kənd müəllimi ailəsində doğulmuşdur. Tiflisdəki Meriamian-Hovhanian qızlar məktəbində oxumuş və 1923-cü ildə orta təhsilini başa vurmuşdur.1930-cu ildə isə İrəvan Dövlət Universitetini bitirmişdir. 1933-cü ildə Moskvada jurnalistika kurslarına qatılmışdır. Araks əsasən jurnalist kimi fəaliyyət göstərsə də, uşaq ədəbiyyatına da öz töhfəsini vermiş və - Erməni Uşaq Ədəbiyyatı sahəsinin öncül simalarından birinə çevrilmişdir.1926-cı ildən etibarən ermənicə yazdığı uşaq ədəbiyyatına “Uşaqlar üçün nağıllar”, “Sehrli təyyarə”, “Narlı qız”, “Şən səslər” kimi nağılları aid etmək olar. Onun yazdığı "Dərəçiçəkli Nənə" (ԾաղկաձորցիՏատիկը) və "Zimmi" nağılları o dövrdə erməni uşaqlarının sevimli nağıllarına çevrilmişdir. Araksın toplu uşaq nağılları ilk dəfə 1926-cı ildə eyni anda İrəvan və Tiflisdə dərs edilmişdir. 1933-cü ildə Moskvadakı təhsilini başa vurduqdan sonra İrəvana qayıdan Araks, “Oktemberik” uşaq jurnalında redaktor kimi fəaliyyətə başlayır. Daha sonra “Ədəbiyyat” qəzetində və radioda fəaliyyət göstərir. Yazıçı Araks Avetisyan Muradovna 15 iyun 1978-ci ildə İrəvan şəhərində vəfat etmişdir.
Araksavan
Araksavan — Cəbrayıl rayonunda işğal dövründə Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti nəticəsində salınmış yaşayış məntəqəsi. Araksavan yaşayış məntəqəsi Cəbrayıl rayonu ərazisində, Araz çayı sahilində salıblar. Onlar burada bağ salmaqla təsərrüfta fəaliyyəti göstəriblər. Erməni fermerlər Henrix Aslanyan və Qaqik Çatryan ABŞ-dən bölgəyə müasir suvarma sistemləri və yeni bitki tingləri gətiriblər. Onlar 120 hektar sahədə nar bağı salıblar.
Arakçeyevlər
Arakçeyevlər-Tatar əsilli tanınmış rus zadəgan soylarından biri. == Soyun yaranması == Rusların "Nəsil Şəcərəsi Kitabı"nda Arakçeyevlərin nəsli haqqında deyilir: "1695-ci il martın 6-da çar fərmanı ilə Novqorodlu İvan Stepanoviç Arakçeyevə onun özünün, ata və babalarının dövlət qarĢısındakı xidmətlərinə görə Novqorod quberniyasında kəndlər, əkin-biçin yerləri bağıĢlanır" Arakçeyevlərin türk əsilli olmaları, Qızıl Ordadan ayrılıb rus knyazlarına qoĢulmuĢ ailələrdən olması Ģübhəsizdir. Onların soyu XV əsrin ortalarında II Vasili zamanı Rusa xidmətə girən, xristianlığı qəbul edib xaçlanan və xristian adı götürüb, lakin türk soyadını saxlayan Arakçı Evstafyevdən başlayır, Arakçı Moskva knyazının sarayında məsul vəzifə daşıyırdı. Arakçı sözü bütün türk dillərində arak, rakı "şərab" və "çı" məşğuliyyət və peĢə bildirən şəkilçi vasitəsilə düzəlmişdir. Arakçeyevlərin familya gerbində həkk olunmuĢ qızıl kamandan atılan ox rəsmi həm də ailənin türklüyünə və rus dövləti qarĢısında hərb xidmətlərinə iĢarədir. Rus tarixinin baĢlıca simalarından olan bu böyük və məĢhur Ģəxsiyyət bir çox tarixi əsərlərdəki obrazlarda öz tam əksini tapmıĢdı. Yazıçı V.V.Krestovskinin "Babalar" ("Dedi") əsərində Arakçeyevin türk mənĢəyi qabarıqlaĢdırılır, bu türklük onun özünü alçaltmaq üçün düĢmənlərin əlində bir vasitə olur: "Arakçeyev? ...Arakçeyev nədir, kimdir, axı? Arak... Aman allahım, bu nə vəhşi familiyadır?" Yazıçı Aleksandr Hertsen də öldürücü istehza ilə bu böyük dövlət adamını "Gələcəyə Məktub" əsərində "Baskak", "Tatar baskakı" adlandırmaqla onun çox asan sezilən türk mənĢəyinə iĢarə vururdu.
Arakül
Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd.15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdırXIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir.Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur. Celyabinsk vilayətinin Silaceki kəndi 1968-ci ilədək Arakulski adlanırdı. 1917-ci ildə Cəbrayıl qəzasında Birinci və İkinci Arakul adlı iki yaşayış məntəqəsi qeydə alınmışdır.
Burun arakəsmə sümüyü
Cucumis sativus var. arakis
Adi xiyar (lat. Cucumis sativus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Xiyar həm açıq torpaqda və həm də istixanalarda yetişdirilir. Xiyarın kal meyvələri 8–12 günlüyündə dərilir. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza qoyulacaq xiyarlar xırda (50 mm-ə qədər) və iri (51–70 mm) kornişonlara, xırda (71–90 mm), orta iri (91–120 mm) və iri xiyarlara (121–140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza və sirkəyə qoymaq olmaz. Xiyarın tərkibində 94–96% su, 1,8–2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5% sellüloza, 0,2% üzvi turşular, 0,38–0,53% mineral maddələr, 4–10 mq% C vitamini, az miqdarda B1, B2, PP, karotin, biotin və pantoten turşusu vardır.
Dmitri Arakişvili
Arakişvili Dmitri İqnatyeviç (Arakçeyev) (23 fevral (7 mart) 1873, Vladiqafqaz – 13 avqust 1953[…], Tbilisi) — gürcü bəstəkarı, musiqişünas-etnoqraf, ictimai xadim. Gürcüstan SSR xalq artisti (1929), Gürcüstan SSR EA akademiyası (1950), Stalin mükafatı laureatı (1950). == Həyatı == == Fəaliyyəti == Arakişvili gürcü milli musiqi məktəbinin banilərindəndir. Hacıbəyov onunla Tiflisdə tanış olmuş, sonralar onların münasibətləri dostluğa çevrilmişdir. Onlar tez-tez görüşər, məktublaşardılar. Hacıbəyovun ev-muzeyində Arakişvilinin məktubları saxlanılır.
Eriko Arakava
Eriko Arakava (d. 30 oktyabr 1979) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 72 oyun keçirib, 20 qol vurub.
Hiromu Arakava
Hiromu Arakava (yap. 荒川 弘; əsl adı - Hiromi Arakava yap. 荒川弘美) — Hokkaydo prefekturasından yapon manqaka. O, ən çox yaratdığı Fullmetal Alchemist manqası və onun iki anime teleserial adaptasiyaları üçün tanınır. == Həyatı == Hiromu Arakava 1973-cü ilin mayın 8-də Yaponiya Hokkaydo prefekturanın Tokaçi subprefekturada anadan olub. Orada bir süd fermasında üç böyük bacısı və kiçik qardaşı ilə böyümüş. Arakava "balaca olduğundan bəri" fikirləşirdi ki, manqaka olacaq. O, öz dəftərlərdə tez-tez çəkirdi. Məktəbi qutarandan sonra o, ailənin fermasında işləyərkən yeddi il ərzində ayda bir dəfə yağlı boya rəssamlığı dərslərə gedirdi. Eyni vaxtda Arakava dostları ilə docinşi manqanı və bundan əlavə jurnal üçün yonkomaları yaradırdı.Arakava Tokioya 1999-cu ildə köçüb, orada Mahōjin Guru Guru manqanın müəllifi olan Hiroyuki Etonun assistenti kimi manqa sənayedə karyeranı başladı.
Katolikos Arakel
Katolikos Arakel - Albanların LXXII katolikosu. == Katolikosluğu == Haqqında tam məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2008 ••••••••••••••••• 0.73
2009 •••• 0.16
2010 ••••• 0.18
2013 •••••••••••••••••••• 0.88
2014 •••••••••••••••••••• 0.86
2016 •••• 0.17
2017 •••• 0.16
2019 •••• 0.14
2020 •••• 0.13

"arak" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#arak nədir? #arak sözünün mənası #arak nə deməkdir? #arak sözünün izahı #arak sözünün yazılışı #arak necə yazılır? #arak sözünün düzgün yazılışı #arak leksik mənası #arak sözünün sinonimi #arak sözünün yaxın mənalı sözlər #arak sözünün əks mənası #arak sözünün etimologiyası #arak sözünün orfoqrafiyası #arak rusca #arak inglisça #arak fransızca #arak sözünün istifadəsi #sözlük