araqçın sözü azərbaycan dilində

araqçın

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • araqçın • 94.7368%
  • Araqçın • 3.5088%
  • ARAQÇIN • 1.7544%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Araqçın
Araxçın və ya Tübətəy (başq. түбәтәй, qaz. төбетей, тақия, qırğ. тебетей, çeç. пяс, tatar. түбәтәй, türkm. tahýa) — Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Krımda yayılmış milli baş geyimi. Əsasən əlavə baş geyimi kimi tanınıb. Araxçını əsas baş geyimlərinin (papaq, çalma) altından geyinərdilər. Əsasən dəyirmi formada olan araxçınları bir rəng parçadan hazırlayırdılar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2007 •••••••••••••••••• 0.21
2008 •••••••••••••••••••• 0.24
2009 •••••••••••••• 0.16
2016 ••••••••••••••• 0.17

araqçın sözünün leksik mənası və izahı

  • 1 is. [ər. ərəq və fars. çin] Qiymətli parçadan, çox vaxt tirmədən və s.-dən tikilib, üstü güləbətin (zərli) və ya ipək sapla naxışlanmış baş geyimi, təsək. [Xortdan:] Restoran sahibi də başında araqçın, döşündə döşlük … qazanlardan müştərilərin istədikləri xörəkləri çəkib verir. Ə.Haqverdiyev. [Molla Qafar] araqçını qaldırıb başına, sonra da gödək, boğazı naxışlı yun corablarını çıxarıb, ayaqlarına məs çəkdi. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / araqçın

araqçın sözünün etimologiyası

araqçın sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ARAQÇIN (üstü zərli baş geyimi) Başında göy araqçın; Duruşunda əzəmət (B.Vahabzadə); TƏSƏK (toxunmuş və ya parçadan tikilmiş araqçın) Başında bir kirli, bir əski təsək; Dünyada qazancı bir budur desək... (S.Vurğun).

    Azərbaycan dilinin sinonimlər lüğəti / araqçın

araqçın sözünün rus dilinə tərcüməsi

araqçın sözünün inglis dilinə tərcüməsi

araqçın sözünün fransız dilinə tərcüməsi

araqçın sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. ərəq və fars. çin] сущ. тесек, кӀукӀ (багьа парчадикай, гзафни-гзаф тирмедикай цвана, кьилел патаз зар алай гилебатундин ва я пекдин гъаларивди нехишар янавай кьилин пек).

    Azərbaycanca-ləzgicə lüğəti / araqçın

araqçın sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Bax: araxçın. (“Koroğlu” dastanının lüğəti) Koroğlu durnanın başındakı çıqqanı yolub, Eyvazın araqçınına sancdı. Eyvaz dedi: – Ey Cəlali Koroğlu, daha əmim qızı yoxdu ki, mənə araqçın tiksin. Niyə çıqqa ilə mənim araqçınımı deşdin? Koroğlu dedi: – Qurban olduğum, qoymaram sən başına belə araqçın qoyasan. (Paris nüsxəsi, 3-cü məclis)

Azərbaycan dastanlarının leksikası

"araqçın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#araqçın nədir? #araqçın sözünün mənası #araqçın nə deməkdir? #araqçın sözünün izahı #araqçın sözünün yazılışı #araqçın necə yazılır? #araqçın sözünün düzgün yazılışı #araqçın leksik mənası #araqçın sözünün sinonimi #araqçın sözünün yaxın mənalı sözlər #araqçın sözünün əks mənası #araqçın sözünün etimologiyası #araqçın sözünün orfoqrafiyası #araqçın rusca #araqçın inglisça #araqçın fransızca #araqçın sözünün istifadəsi #sözlük