Ararat sözü azərbaycan dilində

Ararat

Yazılış

  • Ararat • 99.2366%
  • ararat • 0.7634%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ararat
Ararat — ermənilərin Ağrı dağına verdiyi ad. Ararat rayonu — Vedi rayonunun indiki adı. Ararat (şəhər) — Ermənistanda şəhər. Ararat (kənd) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Ararat (kənd)
Dəvəli, Ararat — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.1728-ci ildən mə'lumdur Rayon mərkəzindən 14 km məsafədə, Vedibasar çayından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828–1829-cu illərdə kəndə İrandan gəlmə ermənilər yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1975-ci ildə kənd Ararat adlandırılmışdır. Toponim qacarların bir boyu olan dəvəli etnonimi əsasında əmələ gəlmiş etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ararat qoyulmuşdur. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə Davalonots kimi qeyd olunmuşdur. Ehtimal ki, orta əsrlərdə Anadoluda mövcud olmuş Dəvəlu bölgəsindən gəlmiş ailələrin özləri ilə gətirdikləri addır. 1588-ci ilə aid mənbədə Azərbaycanda qışı Qarabağda keçirən bir el də Davilu adlanırdı.
Ararat (şəhər)
Ararat — Ermənistanda şəhər.
Ararat Respublikası
Ararat Respublikası və ya Kürd Ararat Respublikası(Kürd: Komara Agiriyê, کۆماری ئارارات və Kürd: Komara Araratê) özünü Kürd dövləti elan etmişdi. Türkiyənin şərqində, mərkəzi Karaköse vilayətində yerləşirdi. Agirî, kürd dilində Ararat adlanır. Xoybun partiyasının mərkəzi komitəsinin rəhbərlik etdiyi Ararat Respublikası 28 oktyabr 1927-ci ildə və ya 1928-ci ildə, Türkiyənin cənub-şərqindəki kürdlər arasında üsyan dalğası zamanı müstəqillik elan etdi. Xoybunun ilk iclasında İhsan Nuri Paşa Ararat qiyamının hərbi komandiri elan edildi. 1927-ci ilin oktyabrında Kürd Ava, və ya Ararat Dağı yaxınlığındakı bir kənd olan Kürdəva, Kürdüstanın müvəqqəti paytaxtı olaraq təyin edildi. Xoybûn Böyük Güclərə və Millətlər İttifaqına müraciət etdi və eyni zamanda İraq və Suriyadakı digər kürdlərlə əlaqə yaratmaq üçün mesajlar göndərdi. Ancaq Türkiyə tərəfindən edilən təzyiq altında, Britaniya İmperiyası və Fransa Xoybun üzvlərinin fəaliyyətlərinə məhdudiyyətlər qoydular. Türk ordusu sonradan 1930-cu ilin sentyabrında Ararat Respublikasını məğlub etdi.
Ararat dialekti
İrəvan dialekti (erm. Երևանի բարբառ Yerevani barbař) — şərqi erməni dilinin İrəvan və onun ətrafında danışılan dialekti. Qrabar sözləri İrəvan dialektinin lüğət tərkibinin əhəmiyyətli hissəsini təşkil edir. Tarix boyu bu dialekt bir çox dillərin, xüsusən də rus və fars dillərinin təsirinə məruz qalmışdır və bu gün çoxlu alınma sözlər var. Bu gün erməni dilinin ən geniş yayılmış dialektidir. Tarixən bu dialekti əsasən danışıldığı Ağrı vadisinə istinadən Ararat dialekti kimi tanınırdı. XIX əsrdə müasir ədəbi erməni dilinin yaradılması üçün səylər göstərilmişdir. 1841-ci ildə erməni yazıçısı Xaçatur Abovyan İrəvan dialekti yazdığı "Ermənistanın yaraları" romanını tamamlamışdır. 1918-ci ildə İrəvan Birinci Ermənistan Respublikasının paytaxtı elan edildiyinə görə İrəvan dialektinin əhəmiyyəti artmışdır. Sovet dövründə şərqi erməni dili və İrəvan dialekti üstünlük təşkil edən rus dilinin güclü təsiri altına düşmüşdür və 1980-ci illərin sonunda ruslaşdırma erməni dilinin gələcəyi üçün zərərli hesab edilmişdir.
Ararat mahmızçiçəyi
Ararat mahmızçiçəyi (lat. Delphinium araraticum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
Ararat mərzi
Ararat mərzi (erm. Արարատի մարզ) — Ermənistan Respublikasında I dərəcəli inzibati–ərazi vahidlərindən biri. İnzibati mərkəzi Artaşat şəhəridir.
Ararat qəbiristanlığı
Ararat Massis erməni qəbiristanlığı və ya sadəcə Ararat qəbiristanlığı — ABŞ-də, Kaliforniya ştatının Fresno şəhərində erməni qəbiristanlığı. 1885-ci ildə əsası qoyulan qəbiristanlıq ABŞ ermənilərinin tarixində bir çox görkəmli şəxsiyyətin, o cümlədən Soqomon Teyliryan, Viktor Maqakyan və Vilyam Saroyanın dəfn olunduğu yerdir. Ararat Massis qəbiristanlığı bir əsrdən artıq müddətdə Ermənistan və Yaxın Şərqdən kənarda tikilmiş yeganə erməni qəbiristanlığı idi.
Ararat rayonu
Vedi rayonu, Ararat rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Vedibasar mahalı rayonu ərazisində rayon. Mərkəzi Böyük Vedi şəhəridir. 1930-cu il sentyabrın 9-da yaradılıb. 1968-ci il mayın 5-nə qədər Vedi rayonu, həmin tarixdən isə Ararat rayonu adlandırılıb. Ərazisi 1399 kv. km-dir. Rayon mərkəzi Böyük Vedidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 49 km-dir. Vedi rayonu Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ilə Türkiyə arasında dağarası düzənlik olan Ağrı vadisində yerləşir. Bu düzənliyin uzunluğu 90 km, dəniz səviyyəsindən hündürlüyü 850–1000 metrdir.
Neftçi-Ararat
Ararat–Neftçi — SSRİ dövründə Azərbaycan təmsilçisi "Neftçi" və Ermənistan təmsilçisi "Ararat" klublarının mübarizəsi. Bu komandalar arasındakı qarşılaşmalar həmişə prinsipial xarakter daşımışdır. Bu müqayisədə Ararat Yerevan klubunun açıq-aşkar üstünlüyü vardır: SSRİ çempionatı: Bürünc medal (1) — 1966 SSRİ Kuboku: 1/2 finalçı (4) — 1967, 1968, 1970, 1971 SSRİ Futbol Federasiyasının Kuboku: Finalçı (1) — 1988 SSRİ çempionatı: Qızıl medal (1) — 1973 Gümüş medal (2) — 1971, 1976 (yaz mövsümü) SSRİ Kuboku: Qalib (2) — 1973, 1975 Finalçı (2) — 1954, 1976 Neftçi Bakı klubunun SSRİ dövründə qitə miqyaslı heç bir uğuru olmamışdır. Ararat Yerevan klubu isə üç dəfə qitə kuboklaında iştirak etmişdir. Hətta bir dəfə Bayern Münhen klubunun 1:0 hesabı ilə məğlub etməyi də bacarmışdı. Bu nəticə UEFA Çempionlar Kuboku 1974/1975 mövsümünün 1/4 finalında qeydə alınmışdır. SSRİ çempionatlarının güclülər və birinci dəstəsində, həmçinin kubok yarışlarında, ümumilikdə 72 oyunda üz-üzə gəliblər. 19 dəfə Neftçi Bakı, 29 dəfə isə Ararat Yerevan qalib olub və 24 matçda bərabərlik qeydə alınıb. Top fərqi də 88-64 Ararat Yerevan klubunun xeyrinədi. Ararat Yerevan klubunun ən böyükhesablı qələbəsi 1981-ci ildə İrəvanda 6:1 hesabı ilə qalib gəlmələridi.
Ararat Mirzoyan
Ararat Samveloviç Mirzoyan (23 noyabr 1979, İrəvan) — Erməni dövlət xadimi və siyasətçi. Ermənistan Respublikasının Xarici İşlər Naziri (19.08.2021). 2019-cu il yanvarın 14-dən 2021-ci il avqustun 2-dək Ermənistan Milli Assambleyasının sədri. Ermənistan baş nazirinin birinci müavini (11 may 2018 – 14 yanvar 2019). Ermənistan parlamentinin VI, VII çağırış deputatı. Tarix elmləri namizədi. 23 noyabr 1979-cu ildə İrəvanda anadan olub. 2000-ci ildə İrəvan Dövlət Universitetinin Tarix fakültəsinin İncəsənət fakültəsini bitirib. İki ildən sonra həmin fakültədə magistratura pilləsini bitirib. 2004-cü ildə Ermənistan Respublikasının Dövlət İdarəçilik Akademiyasını dövlət qulluqçusu, dövlət idarəçiliyi və yerli özünüidarəetmə üzrə mütəxəssis ixtisası üzrə bitirib.
Ararat Melkumyan
Ararat Mikayeli Melkumyan (erm. Արարատ Միքայելի Մելքումյան; 1 fevral 1973, Qırmızı Bazar, Martuni rayonu, DQMV, Azərbaycan SSR) — Ermənistan hərbçisi, general-mayor, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Martuni vilayəti administrasiyasının keçmiş rəisi (2019–2021), Qondarma DQR Təhlükəsizlik Şurasının keçmiş katibi (7–16 yanvar 2023), DQR Milli Təhlükəsizlik Xidmətinin direktoru. Ararat Melkumyan 1 fevral 1973-cü ildə Azərbaycan SSR-nin Martuni rayonunun Qırmızı Bazar kəndində anadan olmuşdur. Ailəsi altı uşaqdan ibarət idi. Məktəbi bitirdikdən sonra Moskva Hüquq İnstitutunun qiyabi şöbəsinə daxil olmuşdur. 1991-ci ildə Sovet Ordusu sıralarına çağırılmışdır. 1992-ci ildə Xocavənd şəhərinə gedərək və Qırmızı Bazarda dislokasiya edilmiş erməni separatçı dəstəsinə daxil edilmişdir. Onun komandirləri müharibə cinayətkarları Monte Melkonyan və Movses Akopyan idi. Rota komandiri olmuşdur. 1994-cü ildə DQR-nin 2-ci dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilmişdir.
Ararat Yerevan FK
Ararat Yerevan FK — Ermənistanın futbol klubu.
Ararat İrəvan FK
Ararat Yerevan FK — Ermənistanın futbol klubu.
Kür, Araz, Ararat
"Dostluq" (azərb-kiril. Достлуг; rus. Дружба), həmçinin "Qardaş olub Hayastan–Azərbaycan" (azərb-kiril. Гардаш олуб Һајастан–Азәрбајҹан) və ya "Kür, Araz, Ararat" (azərb-kiril. Күр, Араз, Арарат) olaraq tanınır — SSRİ hakimiyyəti dövründə Azərbaycan–Ermənistan dostluq münasibətləri haqqında Azərbaycan dilində yazılmış mahnı. Sözləri Zeynal Cabbarzadə, musiqisi Andrey Babayevindir. == Tarixi == "Dostluq" mahnısının sözləri Zeynal Cabbarzadə tərəfindən yazılmış, musiqisi erməniəsilli Azərbaycan bəstəkarı Andrey Babayev tərəfindən bəstələnmişdir. Mahnı ilk dəfə 1956-cı ildə konduktor Səid Rüstəm və Azərbaycan Radiosu Xalq Çalğı-Alət Orkestrinin müşayiətilə Şövkət Ələkbərova tərəfindən ifa edilmişdir. "Dostluq" mahnısı Sovet Azərbaycanında populyar bir mahnı olmuşdur. 1987-ci ilin aprelində Ermənistan SSR-nin əmək qabaqcılları və musiqiçiləri Azərbaycanda sovet hakimiyyətinin 67-ci ildönümünü qeyd etmək üçün Bakıya gəlmiş, Azərbaycan Dövlət Filarmoniyasında konsert təşkil edilmişdir.
Ararat Massis erməni qəbiristanlığı
Ararat Massis erməni qəbiristanlığı və ya sadəcə Ararat qəbiristanlığı — ABŞ-də, Kaliforniya ştatının Fresno şəhərində erməni qəbiristanlığı. 1885-ci ildə əsası qoyulan qəbiristanlıq ABŞ ermənilərinin tarixində bir çox görkəmli şəxsiyyətin, o cümlədən Soqomon Teyliryan, Viktor Maqakyan və Vilyam Saroyanın dəfn olunduğu yerdir. Ararat Massis qəbiristanlığı bir əsrdən artıq müddətdə Ermənistan və Yaxın Şərqdən kənarda tikilmiş yeganə erməni qəbiristanlığı idi.
Qafqaz derbisi (Ararat–Neftçi)
Ararat–Neftçi — SSRİ dövründə Azərbaycan təmsilçisi "Neftçi" və Ermənistan təmsilçisi "Ararat" klublarının mübarizəsi. Bu komandalar arasındakı qarşılaşmalar həmişə prinsipial xarakter daşımışdır. Bu müqayisədə Ararat Yerevan klubunun açıq-aşkar üstünlüyü vardır: SSRİ çempionatı: Bürünc medal (1) — 1966 SSRİ Kuboku: 1/2 finalçı (4) — 1967, 1968, 1970, 1971 SSRİ Futbol Federasiyasının Kuboku: Finalçı (1) — 1988 SSRİ çempionatı: Qızıl medal (1) — 1973 Gümüş medal (2) — 1971, 1976 (yaz mövsümü) SSRİ Kuboku: Qalib (2) — 1973, 1975 Finalçı (2) — 1954, 1976 Neftçi Bakı klubunun SSRİ dövründə qitə miqyaslı heç bir uğuru olmamışdır. Ararat Yerevan klubu isə üç dəfə qitə kuboklaında iştirak etmişdir. Hətta bir dəfə Bayern Münhen klubunun 1:0 hesabı ilə məğlub etməyi də bacarmışdı. Bu nəticə UEFA Çempionlar Kuboku 1974/1975 mövsümünün 1/4 finalında qeydə alınmışdır. SSRİ çempionatlarının güclülər və birinci dəstəsində, həmçinin kubok yarışlarında, ümumilikdə 72 oyunda üz-üzə gəliblər. 19 dəfə Neftçi Bakı, 29 dəfə isə Ararat Yerevan qalib olub və 24 matçda bərabərlik qeydə alınıb. Top fərqi də 88-64 Ararat Yerevan klubunun xeyrinədi. Ararat Yerevan klubunun ən böyükhesablı qələbəsi 1981-ci ildə İrəvanda 6:1 hesabı ilə qalib gəlmələridi.
Qafqaz derbisi (Neftçi-Ararat)

Amblyseius araraticus
Amblyseius araraticus (lat. Amblyseius araraticus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. Amblyseius araraticus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Delphinium araraticum
Ararat mahmızçiçəyi (lat. Delphinium araraticum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
Polygonum araraticum
Sarkis Araratyan
Sarkis Şahnazaroviç Araratyan (erm. Սարգիս Արարատեան; 1 oktyabr 1886, Nuxa – 1943, Buxarest) — 1919–1920-ci illərdə Birinci Ermənistan Respublikasının maliyyə naziri, 1920-ci ildə isə sosial müdafiə naziri vəzifələrində çalışmış erməni siyasətçisi. Sarkis Araratyan ixtisasca kimyaçı olmaqla yanaşı, ictimai xadim, dövlət və görkəmli siyasətçi, Daşnaksutyunun üzvü idi. Bakıda yaşamış və erməni milli həyatında fəal iştirak etmişdir. Riçard Hovanisyan "Ermənistan Respublikası. II cild" kitabında Araratyanı belə təsvir etmişdir: 1918-ci ildə Bakı Şəhər Sovetinə seçilib və Bakının gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün İrana göndərilib. 1918-ci ilin sonlarında Ermənistan müstəqillik əldə etdikdən sonra İrəvana köçüb. 1919-1920-ci illərdə Araratyan Daşnaksutyun Bürosunun üzvü, parlamentin üzvü seçilib. Maliyyə naziri, eyni zamanda ehtiyatlar naziri (avqust 1919-may 1920) vəzifələrində çalışmışdır. 1920-ci ilin may-dekabrında Yardım və Yenidənqurma Naziri olmuşdur.

ararat sözünün leksik mənası və izahı

Oxşar sözlər

#ararat nədir? #ararat sözünün mənası #ararat nə deməkdir? #ararat sözünün izahı #ararat sözünün yazılışı #ararat necə yazılır? #ararat sözünün düzgün yazılışı #ararat leksik mənası #ararat sözünün sinonimi #ararat sözünün yaxın mənalı sözlər #ararat sözünün əks mənası #ararat sözünün etimologiyası #ararat sözünün orfoqrafiyası #ararat rusca #ararat inglisça #ararat fransızca #ararat sözünün istifadəsi #sözlük