arasında sözü azərbaycan dilində

arasında

Yazılış

  • arasında • 99.9738%
  • Arasında • 0.0193%
  • ARASINDA • 0.0052%
  • arasInda • 0.0016%
  • arAsında • 0.0002%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məcnun heyvanlar arasında
Məcnun heyvanlar arasında — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Leyli və Məcnun" poemasında, Leylinin atasının elçilərə etiraz etməsindən sonra, Məcnun insanlardan uzaqlaşaraq səhrada yaşamağa qərar verir. Vaxt keçdikcə o, vəhşi heyvanlarla dostlaşır, dərdlərini onlarla bölüşür. == Təsvir == Üslub və dəst-xəttinə görə Ağa Mirəkə aid edilən miniatür, zəngin koloriti, mənzərənin göz oxşayan məziyyəti ilə seçilir. Lakin, bu məziyyət süjetin kədərli səciyyəsi ilə bir yerə sığmır. Miniatürün bütün səthi qayalıq dağlara, Yamaclardan kükrəyən qaynaqlara, ala-bula gövdəli tozağacı və sərv ağaclarına, bəyaz çiçək və kollara qərq olmuşdur. Belə lirik səpkidə verilən mənzərə ağac kölgəsində yatan nakam bir eşq mücəssəməsi və onun iztirabları ilə təzad təşkil edir. Miniatürün aşağı hissəsində təsvirin aid olduğu səhnədən beytlər yazılmışdır.
İki od arasında
İki od arasında (az.-əski. ایکی اود آراسندا‎) — Yusif Vəzir Çəmənzəminlinin 1937-ci il aprel ayında tamamladığı və ilk dəfə 1964-cü ildə "Qan içində" adı ilə çap olunan romanıdır. Romanında məşhur şair Molla Pənah Vaqifin həyatından və onun Qarabağ xanlığında vəzir olduğu zaman Azərbaycanın siyasi həyatında baş verən hadisələrdən bəhs edilir. == Məzmun == Qarabağ, onun timsalında bütöv Vətən, doğma diyarın azadlığı böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığından qırmızı xətlə keçir. Ədibin 1937-ci ildə qələmə aldığı və ilk dəfə 1964-cü ildə "Qan içində" adı ilə işıq üzü görən "İki od arasında" romanı da məhz bu mövzudadır. Vətəni dərin məhəbbətlə sevən Y. V. Çəmənzəminli Qarabağ xanlığının tarixindən bəhs edən əsərini təsadüfən "İki od arasında" adlandırmamışdır, Bununla o, xalqının iki böyük qonşu dövlətin — Rusiya ilə İranın məngənəsində qaldığına, bundan ciddi ziyan çəkdiyinə işarə etmişdir. Romanın əsas qəhrəmanlanndan biri böyük söz ustadı M. P. Vaqifdir. Lakin müəllif M. P. Vaqifi yalnız gözəllikdən ilham alan şair kimi səciyyələndirməmiş, həm də onun eşikağası vəzifəsində xanlıqda mühüm mövqe tutan mahir bir siyasətçi, diplomat obrazını yaratmışdır. M. P. Vaqifin şair təbiəti ilə eşikağası vəzifəsində fəaliyyəti bir-birini tamamlayır. O, şeir, sənət adamı kimi nə qədər xəlqidirsə, gözəlliyə, xeyirxahlığa nə qədər həssasdırsa, xanlıqdakı vəzifəsində də bir o qədər məsuliyyətli, tədbirli və təəssübkeşdir.
Səpələnmiş ölümlər arasında
Səpələnmiş ölümlər arasında (ing. In Between Dying) – 2020-ci il istehsalı Azərbaycan dram filmi. Azərbaycan, Meksika və ABŞ-nin birgə istehsalı ilə çəkilən filmin rejissoru Hilal Baydarov, bəstəkarı Kənan Rüstəmlidir. 2020-ci ildə 77-ci Venesiya Film Festivalında nümayiş etdirilərək Qızıl Şir mükafatına namizəd olan ilk Azərbaycan istehsalı film olmuşdur. 2020-ci ilin noyabrında isə Yaponiyada keçirilən Tokyo Filmex film festivalında "Ən yaxşı film" nominasiyasında qalib olmuşdur. == Məzmun == Film Davud adlı gəncin məhəbbət hekayəsindən bəhs edir. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır. == Rollarda == == İstehsal == Rejissor Hilal Baydarov bildirmişdir ki, filmi çəkərkən filmin ssenarisi ilə yaxından tanış deyildi, çünki rejissora görə "nə çəkdiyini bilirsənsə, çəkməyin mənası yoxdur". O, həmçinin film üçün Buddanın hekayəsində də təsirləndiyini əlavə etmişdir.
Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları — 1993-cü ildə başlayan çoxnövlü beynəlxalq idman yarışması. Tədbir İslam Qadın İdmanı Federasiyası (IFWS) tərəfindən təşkil edilmişdir. Oyunlarda iştirak etmək üçün istənilən millətdən olan müsəlman qadınlara icazə verilirdi. Yarış tədbiri 1993, 1997, 2001 və 2005-ci illərdə İranda keçirilmişdir. == Məqsədlər == İslam dininə görə, müsəlman qadınlar beynəlxalq idman yarışlarında qapalı geyim və baş örtüyü olmadan yarışa bilməzlər. Müsəlman qadınları regional, qitə, qlobal və olimpiya miqyasında qlobal rəqabətə nail olmağa ruhlandırmaq. Qadınlar arasında İslam Oyunları beynəlxalq yarışa çevriləcək və idmançıların çıxışlarının qeydiyyatı aparılacaqdır. == Keçirilmiş arışlar == == Medal cədvəli == 25 ölkə Qadın İslam Oyunlarında ən azı bir medal qazanmışdır. 23 ölkə ən azı bir qızıl medal qazanmışdır. Bu günə qədər ən çox medal qazanan ölkə İrandır.
Qadınlar arasında Albaniya Basketbol Kuboku
Qadınlar arasında Albaniya Basketbol Kuboku — Albaniyanın qadın peşəkar basketbol klublarından ibarət yarışma və Albaniya Basketbol Liqasından sonra ikinci əhəmiyyətli turnir. 1956-cı ildə Albaniya Basketbol Assosiasiyası tərəfindən təsis edilmişdir. Ən çox kuboka sahib olan komanda 26 kubok qazanan Tirana klubudur.
Səpələnmiş ölümlər arasında (film, 2020)
Səpələnmiş ölümlər arasında (ing. In Between Dying) – 2020-ci il istehsalı Azərbaycan dram filmi. Azərbaycan, Meksika və ABŞ-nin birgə istehsalı ilə çəkilən filmin rejissoru Hilal Baydarov, bəstəkarı Kənan Rüstəmlidir. 2020-ci ildə 77-ci Venesiya Film Festivalında nümayiş etdirilərək Qızıl Şir mükafatına namizəd olan ilk Azərbaycan istehsalı film olmuşdur. 2020-ci ilin noyabrında isə Yaponiyada keçirilən Tokyo Filmex film festivalında "Ən yaxşı film" nominasiyasında qalib olmuşdur. == Məzmun == Film Davud adlı gəncin məhəbbət hekayəsindən bəhs edir. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır. == Rollarda == == İstehsal == Rejissor Hilal Baydarov bildirmişdir ki, filmi çəkərkən filmin ssenarisi ilə yaxından tanış deyildi, çünki rejissora görə "nə çəkdiyini bilirsənsə, çəkməyin mənası yoxdur". O, həmçinin film üçün Buddanın hekayəsində də təsirləndiyini əlavə etmişdir.
Yerlə göy arasında (film, 1999)
== Məzmun == == Film haqqında == Film Bəxtiyar Qaracanın eyniadlı əsəri əsasında çəkilmişdir.
Qadınlar arasında voleybol üzrə Avropa çempionatı
Avropa qadınlar voleybol çempionatı — Avropada voleybol milli komandaları arasında keçirilən çempionat.
RSFSR ilə Azərbaycan SSR arasında müqavilə
RSFSR ilə Azərbaycan SSR arasında müqavilə — 30 entyabr 1920-ci ildə RSFSR ilə Azərbaycan SSR arasında dostluq münasibətləri və iqtisadi əlaqələr yaradılması barədə müqavilə. == RSFSR ilə Azərbaycan SSR arasında müqavilə bağlanması zərurətini yaradan amillər == 1920-ci ildə Azərbaycan SSR-nin gərgin daxili və xarici vəziyyəti bütün sovet respublikaları ilə, ilk növbədə RSFSR-lə dostluq münasibətləri və iqtisadi əlaqələr yaradılmasını tələb edirdi. Keçmiş çar Rusiyasının ucqarlarında yaşayan bütün xalqlar kimi, Azərbaycan xalqı da ümid edirdi ki, təzə quruluş şəraitində onların arasında tamamilə yeni münasibətlərin başlanğıcı qoyulacaq, rus xalqı ilə keçmişdə Rusiyanın əsarətində olan xalqlar arasında tam azadlıq və müstəqillik zəminində bərabər hüquqlu münasibətlər yaranacaq. V. İ. Lenin yazırdı: "Rus olmayan millətlərin hamısına biz onların özünə məxsus respublikalar və ya muxtar vilayətlər vermişik". Ancaq bu "qeyri-rus millətlər" əslində "öz respublikalarının" yalnız "sovet" atributlarının sahibi olaraq qaldılar. 1920-ci il mayın 20-də RK(b)P MK-nın qəbul etdiyi qərarda deyilirdi: G. Çiçerinə tapşırılsın ki, qarşılıqlı münasibətləri müəyyənləşdirmək üçün danışıqlara başlamaq təklifi ilə Azərbaycan sovet hökumətinə müraciət etsin. Cavab alındıqdan sonra Krestinski, Çiçerin yoldaşlardan, AXTŞ-nın və hərbi idarənin nümayəndələrindən ibarət komissiya təyin olunsun. Xalq Milli İşlər Komissarlığının nümayəndəsi yoldaş Kaminskiyə komissiyada iştirak etməyə icazə verilsin. RSFSR hökuməti Xalq Xarici İşlər Komissarı G. V. Çiçerin öz imzası ilə Azərbaycan SSR hökumətinin başçısı Nəriman Nərimanova xüsusi nota göndərərək, "ümumi məqsədlərə nail olmaq naminə öz müntəzəm əməkdaşlığı yolunda hər iki Respublikanın birgə fəaliyyətini asanlaşdıran daimi qarşılıqlı münasibət formaları yaratmaq haqqında" danışıqlara başlamağı təklif etdi. Notada danışıqlar aparmaq üçün Moskvaya respublikadan daimi nümayəndə göndərməyin vacibliyi göstərilirdi.
Sloveniya ilə Xorvatiya arasında ərazi mübahisəsi
Sloveniya ilə Xorvatiya arasında ərazi mübahisəsi — 1991-ci ildə Yuqoslaviyanın parçalanmasından sonra hər iki ölkənin müstəqillik əldə etməsindən sonra yaranıb. Xorvatiya Statistika Bürosunun məlumatına görə, Xorvatiya və Sloveniyanın 668 km birgə sərhədi vardır. Sloveniya Respublikasının Statistika İdarəsinin məlumatına görə, Xorvatiya-Sloveniya sərhədinin uzunluğu 670 km-dir. Sərhədin ən mübahisəli hissəsi Piran körfəzinin sularıdır. Əvvəlcə sərhəd mübahisələri Sloveniya-Xorvatiya münasibətlərinə ciddi təsir göstərmir. 2000-ci illərin ikinci yarısında Sloveniya ərazi mübahisələrinin mövcudluğundan bəhanə gətirərək, iki dəfə (2008-ci ilin dekabrında və 2009-cu ilin sentyabr-oktyabr aylarında) Xorvatiyanın NATO-ya üzv olmaq üçün müraciətini əngəllədiyi zaman vəziyyət daha da pisləşməyə başlayır. Bu şəraitdə hər iki ölkə ərazi mübahisəsinin həllində kömək üçün dünya birliyinə müraciət etmək qərarına gəlir və beynəlxalq arbitrajla razılaşırlar. Arbitraj Sazişi 4 noyabr 2009-cu ildə Stokholmda imzalanır: Sloveniyanın Baş Naziri Borut Pahor, onun Xorvatiyalı həmkarı Yadranka Kosor və Avropa Şurasının Prezidenti Herman Van Rompöy imzalayır. 28 iyul 2015-ci ildə Xorvatiya Sloveniyanın arbitraj qaydalarını pozduğunu iddia edərək arbitrajdan çıxır. 29 iyun 2017-ci ildə Daimi Arbitraj Məhkəməsi mübahisənin hər iki tərəfi üçün məcburi olan sərhəd qərarını verir.
Qamalı xaç ilə Qızıl ulduz arasında
Qamalı Xaç ilə Qırmızı Ulduz arasında – 23 yanvar 2006-cı ildə TRT 2 kanalında nümayişə girən sənədli film. == Haqqında == İkinci Dünya müharibəsində ölən, itkin düşən, sürgünə göndərilən Sovet şərqi xalqlarının – qazaxların, kazanlıların, krımlıların, tatarların, qırğızların, türkmənlərin, Qafqaz xalqlarının, qaraçayların və balkarların həyatlarından bəhs edir. Sənədli film 8 bölümdən ibarət olmuşdur. Hər bölüm isə 30 dəqiqədir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor-prodüser: Neşe Sarısoy Karatay Ssenari müəllifi: Neşe Sarısoy Karatay Ümumi məsləhətçi: Zəfər Karatay Məsləhətçi: Prof.
Gürcüstan və Müstəqil Dövlətlər Birliyi arasında münasibətlər
Gürcüstan və Müstəqil Dövlətlər Birliyi (MDB) arasında münasibətlər üçüncü ölkə ilə dövlətlərüstü təşkilat arasında çoxtərəfli beynəlxalq əlaqələrdir. == Tarix == 3 dekabr 1993-cü ildə Dövlət Başçıları Şurasının qərarı ilə Gürcüstan Birliyə qəbul edildi və 9 dekabr 1993-cü ildə Gürcüstan MDB Nizamnaməsinə qoşuldu. Gürcüstan 3 fevral 2006-cı ildə MDB-nin Müdafiə Nazirləri üzvlüyündən çıxdı, çünki bu qrupa üzvlük NATO -da iştirakla uyğun gəlmirdi. === Gürcüstanın MDB-dən çıxması === 12 avqust 2008-ci ildə Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya-Gürcüstan müharibəsi səbəbindən MDB-dən çıxmaq istədiyini açıqladı. 2008-ci il avqustun 14-də Gürcüstan parlamenti yekdilliklə (117 səs) Gürcüstanın təşkilatdan çıxması barədə qərar qəbul edib. MDB Nizamnaməsinə (I fəslin 9-cu maddəsi) əsasən, üzv dövlətin Birlikdən çıxmaq hüququ vardır. Dövlət çıxışdan 12 ay əvvəl bu Xartiyanın depozitarisinə belə niyyət barədə yazılı məlumat verir. Eyni zamanda, bu Xartiyada iştirak müddətində yaranmış öhdəliklər müvafiq dövlətləri onların tam yerinə yetirilməsinə məcbur edir. 9 oktyabr 2008-ci ildə Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 2009-cu ilin avqustunda Gürcüstanın Birlik üzvlüyünə xitam verilməsi barədə rəsmi qərar qəbul etdiyini bildirdi. 2009-cu il avqustun 18-də Gürcüstan rəsmən MDB-dən çıxdı.
Qadınlar arasında şahmat üzrə SSRİ çempionatı 1963
Qadınlar arasında şahmat üzrə SSRİ çempionatı —1963-cü ildə keçirilən Qadınlar arasında şahmat üzrə SSRİ çempionatı SSRİ-nin qadınlar arasında şahmat üzrə yeddinci çempionatıdır. Noyabrın 15-dən dekabrın 15-dək Bakıda keçirildi. Çempionat eyni vaxtda FİDE bölgə turnirində keçirildi. Turnirdə iştirak etmək hüququ Ranniku, Zatulovskaya və Kuşnir qazandı.
Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyi
Bakirə zanbaqlar arasında
"Bakirə zanbaqlar arasında" (fr. La Vierge au lys) — fransız akademik rəssamı Vilyam Buqronun 1899-cu ildə işlədiyi rəsm əsəri. Əsərdə zanbaqlar arasında öz taxtında əyləşmiş Məryəm ana təsvir olunmuşdur. O, qucağında balaca İsanı tutmuşdur. Arxa fon isə tamamilə güllərlə örtülmüş şəkildə təsvir edilmişdir.
Ailə Arasında (film, 2017)
Ailə Arasında (türk. Aile Arasında) — Ozan Açıktanın rejissoru və Gülsə Birsəlin müəllifi olduğu komediya tipli bir türk filmi. Filmin baş rollarında Engin Günaydın, Demet Evqar, Ərdal Özyağcılar, Devrim Yaqut, Fateh Artman, Şövkət Çoruh, Gülsə Birsəl, Dərya Qaradaş, Su Kutlu və Ayta Sözeri yer alıb. Film 1 dekabr 2017-ci ildə yayımlanmışdır. == Məzmunu == Fikrət və Solmazın 21 illik münasibətləri eyni gündə bitir və ikisi bir-biri ilə görüşürlər. Solmazın qızı Zeynəb ailəsi haqqında yalan danışdığı Adanalı olan sevgilisi Əmirxanla evlənmək istəyir. Fikrətə Solmazın polis rəisinin atası kimi davranmağı təklif edir. Ailənin arasında keçiriləcəyi düşünülən toy, kürəkənin ailəsinin istəyi ilə böyüyür. Beləliklə, Fikrət əsl həyatının rolunu canlandırmaq məcburiyyətində qalır. == Rollarda == == İstehsal mərhələsi == === İnkişafı === Filmin müəllifi Gülsə Birsəl, ssenarinin 3-4 ayda ortaya çıxdığını bildirdi.
Dövlətlər arasında siyasət (kitab)
Dövlətlər arasında siyasət – Hans Morgentaunun yazdığı kitab. Bu kitab ilk dəfə 1948-ci ildə "McGraw-Hill" nəşriyyatı tərəfindən "Politics Among Nations. The Struggle for Power and Peace" adı ilə nəşr edilib, sonrakı illərdə isə dəfələrlə yenidən nəşr olunub. Əsər "McGraw-Hill" nəşriyyatının 2006-cı ildə nəşr olunan orijinalı əsasında TEAS Press Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb. Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ TEAS Press Nəşriyyat evində məxsusdur. Hans Morgentaun Çikaqo Universitetinin siyasi elmlər və müasir tarix üzrə mərhum professoru idi, həmçinin Çikaqo Universitetində Amerika Xarici Siyasətinin Araşdırılması Mərkəzinin mərhum direktoru idi. Hans Morgentaunun bu klassik əsəri realizmi beynəlxalq münasibətlərə dair düşüncənin fundamental üsulu kimi müəyyən etdi. Realizmin öz tənqidçiləri olsa da, "Dövlətlər arasında siyasət" əsərinin beynəlxalq münasibətlərə dair kurslarda istifadə olunmaqda davam etməsi onun hələ də böyük dəyər kəsb etdiyini göstərir. Bəziləri deyir ki, yarım əsr ərzində beynəlxalq münasibətlərin tədqiqi Morgentau ilə onun tərəfdarları arasında dialoqdan başqa bir şey olmayıb. Morgentaunun ideyaları ilə müxtəlif ölkələrdən olan alimlər arasındakı dialoq, – hətta beynəlxalq terrorçuluğun dünyada əsas problemə çevrildiyi bir dövrdə də, – 50 ildən sonra da zamana uyğun formada davam edir.
Ailə arasında (film, 2017)
Ailə Arasında (türk. Aile Arasında) — Ozan Açıktanın rejissoru və Gülsə Birsəlin müəllifi olduğu komediya tipli bir türk filmi. Filmin baş rollarında Engin Günaydın, Demet Evqar, Ərdal Özyağcılar, Devrim Yaqut, Fateh Artman, Şövkət Çoruh, Gülsə Birsəl, Dərya Qaradaş, Su Kutlu və Ayta Sözeri yer alıb. Film 1 dekabr 2017-ci ildə yayımlanmışdır. == Məzmunu == Fikrət və Solmazın 21 illik münasibətləri eyni gündə bitir və ikisi bir-biri ilə görüşürlər. Solmazın qızı Zeynəb ailəsi haqqında yalan danışdığı Adanalı olan sevgilisi Əmirxanla evlənmək istəyir. Fikrətə Solmazın polis rəisinin atası kimi davranmağı təklif edir. Ailənin arasında keçiriləcəyi düşünülən toy, kürəkənin ailəsinin istəyi ilə böyüyür. Beləliklə, Fikrət əsl həyatının rolunu canlandırmaq məcburiyyətində qalır. == Rollarda == == İstehsal mərhələsi == === İnkişafı === Filmin müəllifi Gülsə Birsəl, ssenarinin 3-4 ayda ortaya çıxdığını bildirdi.
1993 Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları ilk dəfə 1993-cü ildə İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdi. Oyunlarda 10 ölkədən 407 idmançı, 46 komanda, 190 hakim və 2 beynəlxalq müşahidəçi iştirak etmişdilər. == İştirakçılar == Azərbaycan Banqladeş Qırğızıstan İran Malayziya Oman Pakistan Suriya Tacikistan Türkmənistan == İdman növləriİlk İslam Qadın Oyunlarında idmançılar yeddi müxtəlif idman növündə mübarizə aparırdılar: yüngül atletika, badminton, qılıncoynatma, həndbol, cüdo, üzgüçülük, voleybol. ==
1997 Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları ikinci dəfə 1997-ci ildə İranın Tehran şəhərlərində keçirilmişdi. Oyunlarda 21 ölkədən 748 idmançı, 95 komanda, 290 hakim və 8 beynəlxalq müşahidəçi iştirak etmişdilər. Ən çox medal qazanan ev sahibi İran komandası oldu. == İştirakçılar == == İdman növləri == Oyunlarda keçirilən idman növləri arasında atletika, badminton, qılıncoynatma, həndbol, cüdo, üzgüçülük və voleybol var idi.
2001 Qadınlar arasında İslam Oyunları
Qadınların İslam Oyunları üçüncü 2001-ci il noyabr ayının 2–8 tarixlərində İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdir. Oyunlarda 23 ölkədən 795 idmançı və 84 komanda 15 fərqli idman növündə iştirak etmişdilər. Yarışda 34 ölkə iştirak edirdi, lakin ABŞ-də 11 sentyabr hücumları və Əfqanıstan müharibəsi səbəbiylə beynəlxalq müşahidəçilərin sayı kimi ölkələrin sayı da azaldı. Yarışa 389 hakim və 9 beynəlxalq müşahidəçi nəzarət edirdilər. Ən çox medal qazanan 185 medalla ev sahibi İran oldu, bu da oyunlarda təqdim olunan medalların təxminən yarısı qədər idi. == İştirakçılar == == İdman növləri == Yarışda idmançılar 15 müxtəlif idman növündə mübarizə aparırdılar: badminton, basketbol, şahmat, qılıncoynatma, futzal, gimnastika, həndbol, karate, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, tennis və voleybol.
2005 Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları dördüncü dəfə 2005-ci il sentyabr ayında İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdir. Oyunlarda 45 ölkədən 1316 idmançı və 200 komanda 15 fərqli idman növündə iştirak etmişdilər. Yarışa 12 ölkədən olan 516 hakim və 15 beynəlxalq müşahidəçi nəzarət edirdilər. Bir çox ölkə budəfəki yarışa ilk dəfə qatılmışdır, o cümlədən ABŞ, Şərqi Asiya, Avropa və Afrikadan olan ölkələr. Ən çox medal qazanan 102 medalla ev sahibi İran oldu. == İştirakçı ölkələr == == İdman növləri == Yarışda idmançılar 15 müxtəlif idman növündə mübarizə aparırdılar: atletika, badminton, basketbol, qılıncoynatma, futzal, qolf, gimnastika, həndbol, cüdo, karate, skvoş, üzgüçülük, stolüstü tennis, taekvondo, tennis və voleybol.
Albaniyada kişilər arasında basketbol çempionatı
Albaniyada kişilər arasında basketbol çempionatı 1946-cı ildən keçirilir. Hazırda A liqasında olduğu kimi B liqasında da 6 komanda iştirak edir. Albaniyada ən nüfuzlu basketbol klubu ölkə çempionatında 33 dəfə qalib olan "Partizan" komandasıdır. İlk vaxtlar milli basketbol çempionatı yaz-payız sistemi üzrə oynanılırdı, 1966-1967-ci il mövsümündən başlayaraq payız-yaz sistemi üzrə oynanılır. Son illərdə çempionatda ən çox fərqlənən komanda "Vlazniya" komandasıdır.. == İstinadlar == == Çempionlar == == Xarici keçid == "Kampionët meshkuj" (alban). Federata Shqiptare e Basketbollit. 2012-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-15.
Azərbaycan–Ermənistan arasında toqquşma (2014)
2014-cü il avqust döyüşləri — Azərbaycan və Ermənistan arasında 2014-cü ildə baş vermişdir. İtkilərin sayına görə 1994-cü il Atəşkəs müqaviləsindən sonra ən diqqət çəkənlərdən biridir. == Reaksiyalar == Ermənistan Ermənistanın baş naziri Hovik Abrahamyan bildirdi ki, Serj Sarkisyan yaxında İlham Əliyevlə Soçidə vəziyyəti sakitləşdirmək üçün görüşəcək. Azərbaycan Qənirə Paşayeva beynəlxalq təşkilatları Azərbaycan və Ermənistan arasında baş verən son hadisələrdə laqeydliklərinə görə tənqid etdi. Qarabağ FK komandasının oyunçuları Rəşad Sadıqov, Ansi Aqolli, Reynaldo, Qara Qarayev, keçmiş türk futbolçu Hakan Şükür, Fənərbaxça PFK komandasının azarkeşləri, Azərbaycan qadın milli voleybol komandasıın oyunçuları Oksana Parxomenko, Valeriya Korotenko, Kseniya Kovalenko, Ayşən Əbdülməzimova və baş məşqçi Onat Kurt, Türkiyəli müğənni Sibel Can ölən insanların ailələrinə öz baş sağlıqlarını ifadə etdilər. Rusiyalı Serebro qrupu hadisələrdən əziyyət çəkən ailələrə hörmət əlaməti olaraq Bakıdakı konsertlərini təxirə saldı. Azərbaycanlı futbolçu Rauf Əliyev Futbol üzrə Azərbaycan çempionatı 2014/2015də ilk qolunu müharibənin qurbanlarına təzim edərək qeyd etdi.
Adam cinsi arasında cins adam
Adam cinsi arasında cins adam — qısametrajlı sənədli televiziya filmi rejissor Vahid Mustafayev 1998-ci ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın milli qəhrəmanı, reportyor Çingiz Mustafayev haqqında kinoxatirədir. Müəllifin Çingiz haqqında xatirələri üzərində qurulan filmdə onun vaxtilə İnşaat Mühəndisləri İnstitutunda baş həkim işlədiyi dövrlər, cins geyimdə dramatik qaynar süjetlərə əsaslanan reportyorluq fəaliyyəti ilə qəhrəmanlıq zirvəsinə yüksəlməsi bir daha xatırlanır. == Məzmun == Film Azərbaycanın milli qəhrəmanı, reportyor Çingiz Mustafayev haqqında kinoxatirədir. Müəllifin Çingiz haqqında xatirələri üzərində qurulan filmdə onun vaxtilə İnşaat Mühəndisləri İnstitutunda baş həkim işlədiyi dövrlər, cins geyimdə dramatik qaynar süjetlərə əsaslanan reportyorluq fəaliyyəti ilə qəhrəmanlıq zirvəsinə yüksəlməsi bir daha xatırlanır. Çingiz söz adamı deyildi, şəkil adamıydı. Onun işləməsinə hər şeydən əvvəl vətənpərvərliyi mane olurdu. (müəl.
Kişilər arasında rus daması üzrə SSRİ çempionatı 1988
Kişilər arasında rus daması üzrə 48-ci SSRİ çempionatı 1988-ci ilin oktyabrında, Bakı şəhərinin mərkəzi sayılan Beş Mərtəbə adlanan yerin yaxınlığında, yenicə açılan respublika şahmat mərkəzində keçirilmişdir. Yarışma iki mərhələdə aparılırdı. Birinci mərhələ 10–20 oktyabr aralığında 32 damaçının iştirakı ilə keçirilmişdir. İsveçrə sistemi üzrə 9- yur keşirilmişdir. İkinci mərhələ 21–30 oktyabr aralığında dairəvi sistem üzrə keçirilmişdir. Bu mərhələdə 10 qrosmeyster və 2 master iştirak edirdi. Birinci və ikinci yerləri moskvalı Nikolay Abasıyev və kiyevli Mixayil Raxunov, bürünc medalı isə mariyampoleli Arunas Norvayşas tutmuşdur. == Yarış cədvəli == == Ədəbiyyat == Методическое пособие СЛШИ. "От Медкова до Иванова". Авторы Ю.А. Арустамов, В.М. Высоцкий, С.Н. Горбачёв. 1990.
Kormoran və Sidney HMAS kreyserləri arasında dəniz döyüşü
II Dünya müharibəsinin döyüş arealı yalnız Avrasiya, Amerika və Afrikanı deyil, Yer kürəsinin insan yaşayışı olan hər bir yerini, o cümlədən gözdən iraq düşmüş uzaq Avstraliyanı da əhatə etmişdi. Belə ki, 19 noyabr 1941-ci ildə Qərbi Avstraliya sahillərində Almaniya Donanmasının yardımçı Kormoran kreyseri ilə Avstraliya Kral Donanmasının Sidney HMAS adlı yüngül kreyseri arasında təkbətək döyüş baş vermişdir. 399 nəfərlik şəxsi heyəti olan alman gəmisinə Teodor Detmers, 645 nəfərlik avstraliyalı heyətə Cozef Barnett komandanlıq edirdi. Döyüş yarım saat qarşılıqlı atışma şəklində davam edərək, hər iki gəminin batırılmasıyla nəticələndi. Döyüş ev sahibi Avstraliyaya yaxın ərazidə baş verdiyindən almanlar psixoloji üstünlük qazanmışdı. Çünki Almaniya 82 nəfər itki verməklə uzaq sahillərdə müttəfiqlər tərəfində vuruşan Avstraliyanın çoxnəfərlik gəmisini batırmışdı. Xilasedici gəmilərin bir neçəsi ticarət gəmiləri tərəfindən xilas olmuş, ikisi isə Avstraliyanın Karnarvon limanına yan almışdı. Beləliklə, almanların 399 nəfərlik heyətindən 317 nəfər sağ qalmışdı. Sidney kreyserindən isə heç bir xəbər-ətər yox idi. Sonra məlum oldu ki, avstraliyalı şəxsi heyətdən bir nəfər də olsun, salamat qalmayıb.
Kuba ilə Haiti arasında dəniz sərhədi haqqında müqavilə
Kuba ilə Haiti arasında dəniz sərhədi haqqında müqavilə — 1977-ci ildə iki dövlət arasında beynəlxalq dəniz sərhədi quran Kuba ilə Haiti arasında bağlanmış beynəlxalq müqavilə. Razılaşma 27 oktyabr 1977-ci ildə Havanada imzalanmışdır. Sənədin mətni iki dövlət arasındakı sərhədi Külək üstü boğazındakı hər iki adadan təxminən bərabər məsafədə qurur. Sərhəd 51 vahid nöqtənin koordinatlarını istifadə edərək müəyyən edilmiş 50 düz dəniz seqmentinə bölünür. Haiti və ABŞ-nin mübahisəli olduğu Haiti'nin qərb sahilində yerləşən Navassa adası, dövlət sərhədi nəzərə alınarkən nəzərə alınmadı. Müqavilə hər iki ölkə tərəfindən təsdiqləndikdən sonra 6 yanvar 1978-ci ildə qüvvəyə minmişdir. Müqavilənin tam adı, Haiti Respublikası ilə Kuba Respublikası arasında, hər iki dövlətin dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair Dəniz Sərhədləri Müqaviləsidir. == İstinadlar == == Mənbə == Эван В. Андерсон (2003). Международные границы: Геополитический атлас. Routledge: Нью-Йорк.
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri — Anton Denikinin Könüllü ordusunun işğal etdiyi ərazilərdə Azərbaycan Xalq Cümhuriyyəti arasında müəyyən olunmuş sərhəd nişanları. Könüllü ordunun işğalı nəticəsində Dağlılar Respublikasının süqutu Azərbaycan üçün ciddi təhlükə yaradırdı. == Demarkasiya xəttinin yaradılması == Denikin Azərbaycan sərhədlərinə yaxınlaşırdı. Bunu nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi müttəfiq qoşunların komandanlığına müraciət edərək, cənuba doğru irəliləyən bu ordunun qarşısının alınması və onun hissələrinin Dağıstandan çıxarılması üçün tədbirlər görülməsini tələb etdi. 1919-cü ilin, yanvarında Bakıdakı Böyük Britaniya qoşunlarının baş komandanı general Uilyam Tomson Qafqaz dağları boyunca Dağıstanın şimal hissəsindən keçən demarkasiya xəttini müəyyənləşdirmişdi. Lakin buna məhəl qoymayan Denikinin Könüllü ordusu Dərbəndi tutdu. Azərbaycanla Könüllü ordu arasında demarkasiya xətti pozuldu. Yeni demarkasiya xəttinin müəyyənləşdirilməsinə və Könüllü ordunun bu xətdən geri çəkilməsi haqqında ingilis komandanlığının tələbinə baxmayaraq, Denikinin hərbi qüvvələri Dərbənddə və bütün Dağıstanda qalmaqda davam edirdi. Bundan ciddi narahat olan Cümhuriyyət hökümətinin başçısı Nəsib bəy Yusifbəyli Cənubi Qafqazda ingilis qoşunlarının komandanı general Q.Kori ilə görüşmüşdü. General Q.Kori 1919-cu il iyunun 11-də Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubunda general Denikinlə Cənubi Qafqaz respublikaları arasında yeni demarkasiya xəttinin keçdiyi əraziləri müəyyənləşdirmişdi.
Nasazlıqlar arasındakı orta zaman (İnformatika)
Nasazlıqlar arasındakı orta zaman (İnformatika) (MTBF (ing. mean time between failures, ru. среднее время безотказной работы) - qurğunun etibarlılığının ölçü vahidi, qurğunun ilk nasazlığınadək olan orta zaman aralığı; adətən, minlərlə və ya onlarla min saatla ifadə olunur. Məsələn, MTBF göstəricisi 25000 saat olan qurğunun heç bir qəza olmadan təxminən 25000 saat işləməsi gözlənilir. Bəzi sərt disklərin MTBF göstəricisi 800000 saatdan (90 ildən) yuxarıdır. Ancaq, nəzərə almaq lazımdır ki, MTBF yalnız orta göstəricidir; qurğunun hər hansı hissəsinin daha tez sıradançıxma ehtimalı var. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Olumla ölüm arasındakı ömür... Hamlet Qurbanov (film, 2015)
Olumla ölüm arasındakı ömür. Hamlet Qurbanov — rejissor Sənan Sultanovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti Hamlet Qurbanovun həyat və yaradıcılığına həsr olunur. == Film haqqında == Filmdə Azərbaycan radiosunda radio müsahibədən, "Dəli yığınacağı", "Əliqulu evlənir" teatr tamaşalarının, Azərbaycan Televiziyasında "Mehmanxana sahibəsi", "Yollar görüşəndə...", "Atayevlər ailəsi", "Evləri köndələn yar", "Topal Teymur", "Qapalı orbit" televiziya tamaşalarının, eləcə də "Dağ meşəsindən keçərkən...", "Sevil", "Dədə Qorqud", "Anlamaq istəyirəm", "Babamızın babasının babası", "Cin mikrorayonda", "Bağ mövsümü", "O dünyadan salam" filmlərinin kadrlarından istifadə edilmişdir.
Olumla ölüm arasındakı ömür. Hamlet Qurbanov (film, 2015)
Olumla ölüm arasındakı ömür. Hamlet Qurbanov — rejissor Sənan Sultanovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti Hamlet Qurbanovun həyat və yaradıcılığına həsr olunur. == Film haqqında == Filmdə Azərbaycan radiosunda radio müsahibədən, "Dəli yığınacağı", "Əliqulu evlənir" teatr tamaşalarının, Azərbaycan Televiziyasında "Mehmanxana sahibəsi", "Yollar görüşəndə...", "Atayevlər ailəsi", "Evləri köndələn yar", "Topal Teymur", "Qapalı orbit" televiziya tamaşalarının, eləcə də "Dağ meşəsindən keçərkən...", "Sevil", "Dədə Qorqud", "Anlamaq istəyirəm", "Babamızın babasının babası", "Cin mikrorayonda", "Bağ mövsümü", "O dünyadan salam" filmlərinin kadrlarından istifadə edilmişdir.
Qamalı Xaç ilə Qızıl Ulduz arasında (film, 2006)
Qamalı Xaç ilə Qırmızı Ulduz arasında – 23 yanvar 2006-cı ildə TRT 2 kanalında nümayişə girən sənədli film. == Haqqında == İkinci Dünya müharibəsində ölən, itkin düşən, sürgünə göndərilən Sovet şərqi xalqlarının – qazaxların, kazanlıların, krımlıların, tatarların, qırğızların, türkmənlərin, Qafqaz xalqlarının, qaraçayların və balkarların həyatlarından bəhs edir. Sənədli film 8 bölümdən ibarət olmuşdur. Hər bölüm isə 30 dəqiqədir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor-prodüser: Neşe Sarısoy Karatay Ssenari müəllifi: Neşe Sarısoy Karatay Ümumi məsləhətçi: Zəfər Karatay Məsləhətçi: Prof.
Siyasi liderlərin Münhendə Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı "sərt söhbəti"
"Siyasi liderlərin Münhendə Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı "sərt söhbəti". Tarixi, siyasi, beynəlxalq hüquqi və humanitar təhlil" (ing. The Political Leaders' "Hard Talk" in Munich on the Conflict Between Armenia and Azerbaijan: A Historical, Political, International Law and Humanitarian Analysis) — Almaniya siyasi eksperti Matias Dornfeldtin 2020-ci ildə yazdığı kitab. Əsər "Verlag Dr. Köster" nəşriyyatı tərəfindən Berlində buraxılmışdır. == Məzmunu == Kitabda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Qarabağ münaqişəsi ilə bağlı tarixdə ilk debatı təhlil edir. Bu debat 15 fevral 2020-ci ildə Münhen Təhlükəsizlik Konfransında baş tutmuşdur. Müzakirələr zamanı qaldırılan mövzular və məsələlər əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi, siyasi, beynəlxalq hüquqi və humanitar aspektləri nəzərdən keçirilir. Beynəlxalq vasitəçilik səyləri, Almaniya və digər Avropa siyasətçilərinin mövqeləri də müzakirə olunur. Nəhayət, BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsasında münaqişənin həlli variantları təqdim olunur.
İtaliya ilə Albaniya arasında dəniz sərhədi haqqında razılaşma
İtaliya ilə Albaniya arasında dəniz sərhədi haqqında razılaşma — iki dövlət arasında beynəlxalq dəniz sərhədini quran İtaliya Respublikası ilə Albaniya Respublikası arasında 1992-ci ildə bağlanmış beynəlxalq müqavilə. Müqavilə 18 dekabr 1992-ci ildə Tiranada imzalanmışdır . Müqavilənin mətni Otranto Boğazında, 17 ayrı koordinat nöqtəsi ilə təyin olunmuş 16 düz xəttli dəniz hissəsindən ibarət sərhədi müəyyənləşdirir. Sərhəd, İtaliya ilə Albaniya arasındakı təxmini bərabərlik xəttidir. Sərhədin ən şimal nöqtəsi Çernoqoriya ilə sərhəd qovşağını təşkil edir; və ən cənub nöqtəsi Yunanıstanla qovşağı təşkil edir . Bu müqavilə, dəniz sərhədlərinə dair müqavilələr arasında unikaldır, çünki hər iki ölkənin sərhədlə bağlı hər hansı bir mübahisəni dörd ay ərzində diplomatik yolla həll etmədiyi təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinə göndərməsinə imkan verir . Sazişin tam adı Albaniya Respublikası ilə İtaliya Respublikası arasında, hər iki dövlətin dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair Dəniz Sərhədləri haqqında Müqavilədir.
Şahmat üzrə milli komandalar arasında 17-ci Avropa çempionatı
=== Ümumi məlumat === 21 oktyabr 2009 cu il Serbiyanın ikinci ən böyük şəhəri olan Novi-Sad şəhərində kişilər və qadınlar arasında şahmat üzrə Avropanın komanda çempionatının açılış mərasimi olmuşdur. Azərbaycan hər iki turnirdə təmsil olundu. Kişilərin mübarizəsinə 38 kollektiv qatıldı. Turnir isveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olub. I turda şahmatçılarımız avstriyalı həmkarları ilə gürüşüblər. Qadınların yarışında isə 28 komanda çıxış edib. Avropa çempionatı İsveçrə sistemi üzrə keçirilib və doqquz turdan ibarət olub. Açılış turunda xanım idmançılarımız Fransa yığması ilə qüvvəsini sınayıblar. Oktyabrın 30-dək davam edən bu yarışda kişilər 17-ci, qadınlar isə 8-ci dəfə qitənin ən yaxşı komandalarını müəyyənləşdirdi. === Kişilər arasında şahmat üzrə milli komandaların çempionatı === Azərbaycan milli komandası (kşilər) Kapitan funksiyasını FİDE-nin vitse-prezidenti Zurab Azmayparaşvilinin yerinə yetirdiyi kişilərdən ibarət komandanın tərkibi Teymur Rəcəbov (2757) Vüqar Həşimov (2740) Şəhriyar Məmmədyarov (2721) Qədir Hüseynov (2667) Rauf Məmmədov (2626) Qrosmeysterlərimiz 2007-ci ildə Yunanıstanın Heraklio şəhərində keçirilmiş Avropa çempionatında göstərdikləri nəticəni (həmin il komandamız öz tarixində ilk dəfə qitə birinciliyinin mükafatçısı olmuş, bürünc medal qazanmışdır) yaxşılaşdırmışlar.

arasında sözünün inglis dilinə tərcüməsi

  • 1 qoş. between, among, amidst, amid: qapı ilə pəncərənin ~ between the door and the window: onların ~ between them; Bakı ilə Summqayıtın ~ between Baku and Sumgait; təpələr ~ kənd a vil lage among hills; ağacların ~ amid / amidst the trees

    Azərbaycanca-ingiliscə lüğət / arasında

arasında sözünün fransız dilinə tərcüməsi

"arasında" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#arasında nədir? #arasında sözünün mənası #arasında nə deməkdir? #arasında sözünün izahı #arasında sözünün yazılışı #arasında necə yazılır? #arasında sözünün düzgün yazılışı #arasında leksik mənası #arasında sözünün sinonimi #arasında sözünün yaxın mənalı sözlər #arasında sözünün əks mənası #arasında sözünün etimologiyası #arasında sözünün orfoqrafiyası #arasında rusca #arasında inglisça #arasında fransızca #arasında sözünün istifadəsi #sözlük