Arauk sözü azərbaycan dilində

Arauk

Yazılış

  • Arauk • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arauka
Arauka — Kolumbiyanın Arauka deparatamentində yerləşən şəhər, Venesuela ilə sərhəddir. Tam adı Santa Barbara Araukadır. Şəhər dağlıq yerdədir və tez-tez daşqınlara məruz qalır. == Tarixi == Arauka ərazisi 1536-cı ildə Almaniyalı konkistador Xorxe de la Espira tərəfindən əsası qoyulmuşdur. Lakin kondistadorlar bu yerdə qalmadılar və Eldorado da axtarışa yolandılar. Daha sonra yezuitlər gəlidi və yaşayış məntəqələrini burda qurdular. Arauka şəhəri, 4 dekabr 1780-ci ildə Xuan İsidro Daboyn tərəfindən kiçik kənd Quaxironun yerində əsası qoyuldu. Burada kiçik bi hind ailəsi 10 ilə yaxın yaşadı. Arauca indi Venesueladan ayrılan və öz növbəsində yerli əhalinin özünə məxsus adını verən Arauca çayının adına verildi.Bir zamanlar şəhər Kasanare vilayətinin paytaxtı idi. Kasanare müasir Araukanın indiki departamentindən daha böyük idi.
Arauka (departament)
Arauka(isp. Arauca) — Kolumbiyanın departamentlərindən biri, ölkənin şimal-şərqində, Orinoko çayı hövzəsində yerləşir. Şimal və şərqdə Venesuela ilə sərhəddədir. İnzibati mərkəzi Arauka şəhəridir.
Araukani müharibəsi
Araukani müharibəsi (isp. Guerra de Arauco) — Uzun zaman sürən hərbi münaqişə İspaniya imperiyasına daxil olan Çili general-kapitanlıqda yaşayan kreol əhalisi ilə yerli əhali olan Mapuce xalqı və digər qəbilələrlər (Vilice, Pikunce və Kunko) arasında baş vermişdir. Hərbi əməliyyatların arialı Matakito çayıdan Relonkavi körfəzi arasında yerləşirdi. Əsas əməliyyatlar Konsepson şəhəri və sahil boyu ərazilərdə (Bio-Bio, Araukaniya bölgələri) gedirdi. Faktiki olaraq bu müharibə fasilələrlə 300-il davam etmişdir. Müharibə 1536-cı ildən başlamış və Çilinin mütəqiliyinin elan edilməsinə qədər 1817-ci ilə qədər davam etmişdir. Bu müharibədə ispanlar məğlub olaraq istilanı dayandırmaq məcburiyyətində qalmışdır. Çili müstəqiliyi elan etdikdən sonra müharibə artıq Çiliyə qarşı aparılır. Nəticədə isə Çili bölgəni istila etməyi bacarır. Bu tarixə Araukaniyanın işğalı kimi düsür.
Araukaninin istilası
Araukaniyanın işğalı ― hərbi hərəkat olub Çili hökuməti tərəfindən həyata keçirilmişdir. Bu hərəkat 1862–1886-cı illəri əhatə etmişdir. Nəticədə bölgə Çilinin ərazisinə cevrilmişdir. == Avropalıların ilk gəlişi == Yerli xalq olan Mapuce bölgəni Araukani adlandırır. Mapucelər uzun zaman İnk İmperiyasına qarşı mübarizə aparmışdır. Nəticədə isə bölgə öz istiqlaliyyətini qoruya bilmişdir. Bu ərazilərə ilk ayaq basan avropalılar İspanlar olmuşlar. Öz adətlərinə sadiq qalaraq ispanlarada boyun əyməmişdilər. Bu səbəbdən İspanlar Mapuce qəbilələrinə qarşı 300 il müharibə aparmışlar. Tarixə bu müharibə Araukaniya müharibəsi kimi düşür.
Araukaniyanın işğalı
Araukaniyanın işğalı ― hərbi hərəkat olub Çili hökuməti tərəfindən həyata keçirilmişdir. Bu hərəkat 1862–1886-cı illəri əhatə etmişdir. Nəticədə bölgə Çilinin ərazisinə cevrilmişdir. == Avropalıların ilk gəlişi == Yerli xalq olan Mapuce bölgəni Araukani adlandırır. Mapucelər uzun zaman İnk İmperiyasına qarşı mübarizə aparmışdır. Nəticədə isə bölgə öz istiqlaliyyətini qoruya bilmişdir. Bu ərazilərə ilk ayaq basan avropalılar İspanlar olmuşlar. Öz adətlərinə sadiq qalaraq ispanlarada boyun əyməmişdilər. Bu səbəbdən İspanlar Mapuce qəbilələrinə qarşı 300 il müharibə aparmışlar. Tarixə bu müharibə Araukaniya müharibəsi kimi düşür.
Araukanlar
Araukanlar və ya Mapuçe (özlərini hərfi mənası "torpağın adamları" olan mapuche adlandırırlar) — Çilidə və Argentinada yaşayan hindu xalqı. Müxtəlif hesablamalara görə sayları 1,5 milyon (1,3 milyon Çilidə və 200 min Argentinada) nəfərdir. Təcrid olunmuş araukan dilində danışırlar, çoxu ispan dilini bilir. Araukanların böyük əksəriyyəti katolikdir, XX əsrin 90-cı illərindən başlayaraq ənənəvi kultlarını yenidən bərpa etməyə başlamışlar. == Etnonim == Bu hindu xalqı "mapuçe" ilə müqayisədə "araukanlar" adı ilə daha çox tanınır. "Araukanlar" kəlməsinin bir neçə izahı mövcuddur. Birinci izaha görə, bu kəlmə keçua dilindəki "düşmən", "rəqib" mənalarını verən awqa kəlməsi ilə bu dildə cəm şəkilçisi olan -kuna şəkilçisinin (awqakuna — düşmənlər, rəqiblər) birləşməsindən yaranmışdır. Son variant olan araucano isə bu kəlmənin ispanların danışıq dilində qalmış formasıdır. İkinci izaha görə, kəlmə arauco kəlməsindən meydana gəlmişdir. Bu kəlmə ilə ispanlar mapuçelərin yaşadıqları əraziləri adlandırırdılar.
Araukariya
Araukariya (lat. Araucaria) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin araukariyakimilər fəsiləsinə aid bitki cinsi. Həmişəyaşıl, adətən ikievli, 30–60 m hündürlüyündə olan ağacdır. Çətiri piramidaşəkilli, yaxud çətirə bənzərdir; yaşlı ağacların gövdələrinin səthi halqa şəklində qalınlaşmışdır. Yarpaqları (iynələri) coddur, tikanlıdır, uzunluğu 10 sm-ədək, eni 3 sm-dir və 10–40 il yaşayır. Növlərə görə yarpaqlar da müxtəlif ölçüdə və formada olur. Toxumları iri və qanadsızdır, çoxusu yeyilir. Araukariyalar 400-500 il yaşayır. 20-ədək növü var. Cənubi Amerika, Avstraliya, Yeni Qvineya və ona yaxın adaların təmiz və qarışıq meşələrində bitir.
Araukariyakimilər
Araukariyakimilər (lat. Araucariaceae) i̇ynəyarpaqlılar dəstəsinə aid çılpaqtoxumlu bitki fəsiləsi. Həmişəyaşıl ağaclardır. Hündürlüyü 70 m-ədək, gövdəsinin diam. 3 m-ədəkdir. Yarpaqları (iynələri), əsasən, xətvarı, yaxud enlidir; tək-tək iri qozaları olur. Dişi qozalarda toxum pulcuqları tamamilə və ya qismən ötürücü pulcuqlara bitişmişdir.Toxum pulcuğunun üst tərəfində bir ədəd yeməli toxum inkişaf edir. Digər iynəyarpaqlılardan fərqli olaraq Araukariyakimilərin tozcuqları toxum başlanğıcına deyil, dişi qozanın pulcuq qoltuğuna düşür və burada başlanğıcına doğru hərəkətsiz spermilər çatdıran tozcuq borusu kimi inkişaf edir. İki müasir cinsi var: aqatis və araukariya. Araukariya meşələri oduncaq, həmçinin yüksək keyfiyyətli qatran almaq üçün əsas mənbədir.İynəyarpaqlı bitkilərin qədim fəsiləsindən olan Araukariyakimilər Yura dövründə meydana gəlmişdir.
Braziliya araukariyası
Braziliya araukariyası (lat. Araucaria angustifolia) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin araukariyakimilər fəsiləsinin araukariya cinsinə aid bitki növü.
Pataqoniya və Araukaniya krallığı
Pataqoniya və Araukaniya krallığı (fr. Royaume d’Araucanie et de Patagonie; bəzən Yeni Fransa) — Krallıq 1860-ci ildə fransız vəkil və dolandırıcı Oreli-Antuan de Tuman tərəfindən Cənubi Amerikanın cənub hissəsində yaradılmışdılır. Dövlət qısa müddət ərzində müstəqil olmuşdur. Arakuanilərin yaşadığı Çili ərazilərində və indiki Argentinanın cənub ərazilərində yayılmış qəbilə başçılarının birliyi sayəsində meydana gəlmişdir. Dövlətin yaradılmasını zəruri edən Argentina və Çili hökumətlərinin həyata keçirdiyi istilasına qarşı yaradılmışdır. 1860-ci ildə de Tunan Cənubi Amerikanı mapuçe xalqının mübarizəsini yüksək qiymətləndirmişdir. Bu zaman yeri qəbilələrin başçıları de Tunanı kral elan edirlər. De Tunana onları təmsil etmək və avropa ölkələri ilə əlaqə yaratmaq hüququ verilir. 16 noyabr 1860-cı ildə de Tunan rəsmən kral elan edilmişdir. Bir müddət sonra konstitusiya qəbul edilir.
Çili araukariyası
Çili araukariyası (lat. Araucaria araucana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin araukariyakimilər fəsiləsinin araukariya cinsinə aid bitki növü. Hündürlüyü 30–40 m-ə, gövdəsinin diametri 1-1,5 m-ə çatan piramida formalı həmişəyaşıl ağacdır. Cavan ağacların çətiri enlipiramida formalı, yan budaqları üfüqi və ya bir az meyllidir. Ağac yaşlandıqca aşağı budaqları tökülür. Qabığı boz-qonur, qatranlıdır. Tökulməyən yarpaqları oval-nizəşəkilli, məsaməli və hər iki tərəfdə zolaqlıdır, uzunluğu 30–50 mm, eni 8-25 mmdir ikievli və birevli olub, 10-15 il yaşayır. Yumurtacıq toxum pulcuğunda olur və örtücü pulcuqlarla birlikdə inkişaf edir. Dişi qozaları Şarşəkilli, tünd-qonur rəngli olub, uzunluğu 10-18 sm, eni 8-15 sm-ə qədərdir, 2-3 ilə yetişir. Erkək qozaları şaquli yerləşir, sarımtıl-qonurdur, uzunluğu 7-15 sm, eni 5 sm-ə qədərdir, tək və topalarla yerləşir, mikrosporofilləri birdir.

Oxşar sözlər

#arauk nədir? #arauk sözünün mənası #arauk nə deməkdir? #arauk sözünün izahı #arauk sözünün yazılışı #arauk necə yazılır? #arauk sözünün düzgün yazılışı #arauk leksik mənası #arauk sözünün sinonimi #arauk sözünün yaxın mənalı sözlər #arauk sözünün əks mənası #arauk sözünün etimologiyası #arauk sözünün orfoqrafiyası #arauk rusca #arauk inglisça #arauk fransızca #arauk sözünün istifadəsi #sözlük