Arazboyu sözü azərbaycan dilində

Arazboyu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Arazboyu • 96.8254%
  • arazboyu • 3.1746%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arazboyu əməliyyatlar
Arazboyu əməliyyatlar (erm. Արասի հովտի արշավ)) — 2020-ci ilin 27 sentyabrından başlamış və 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi ilə Azərbaycan-İran sərhədinin nəzarətə götürülməsinə kimi davam edən, Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan mühüm əməliyyatlar. Nəticədə Cəbrayıl və Zəngilan rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Üstəlik ordunun Qubadlı, Zəngilan və Dağlıq Qarabağın daxilinə doğru irəliləməsi üçün yollar açılır. Arazboyu əməliyyatlar Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. == Tarixi == 2020-ci ilin 27 sentyabrından başlamış əks hücun əməliyyatı ilkin olaraq Qarabağın şimal, şimal-şərq və cənub-şərq cəbhəsi boyunca gedir. Azərbaycan ordusunun cənub-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə azərbaycan ordusu Cəbrayıl rayonunun Araz boyu istiqamətində irəliləməyə başlayır. Elə ilk gündəcə Cəbrayıl rayonunun Arazboyunda yerləşən Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilir. 3 oktyabr tarixində bu əməliyyat istiqamətində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi tamamilə işğaldan azad edilir..
Arazboyu Dövlət Təbiət Yasaqlığı
Arazboyu Dövlət Təbiət Yasaqlığı – Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədrinin Sərəncamıilə 23 sentyabr 2005-ci ildə yaradılmışdır. Sahəsi 9118 hektar olmaqla, Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad inzibati rayonlarının Arazboyu əraziləri ərazilərindəki təbii komplekslərinin və onların komponentlərinin qorunmasılə yanaşı, buradakı ekoloji tarazlığın saxlanılmasını təmin etmək funksiyasını daşıyır. Ərazinin əsas özünəməxsus bitki növlərindən olan Araz palıdı, dağdağan, zərifsüsən, fauna növlərindən isə qıvrım lələk və çəhrayı qutan, ərsin dimdik, toğlugötürən, qamışpişiyi, manulpişiyi və s. qorunur.
Culfa-Ordubad Arazboyu düzənlikləri
Culfa -Ordubad Arazboyu düzənlikləri. Culfa -Ordubad Arazboyu düzənliyi Naxçıvan düzənliyindən cənub-qərbdə yerləşib, ondan Nehrəm yaylası ilə (Dərəşam dərəsi) ayrılır. Düzənlik Zəngəzur dağ silsiləsinin cənub ətəyi ilə Araz çayı arasında qalan ensiz zolaq şəklində olan sahə boyunca Muxtar Respublikanın cənub və qərb sərhəddinə, Həsəndağın qərb yamaclarınadək uzanır. Oroqrafik cəhətdən bu zolaq Araz çayının sol qolları olan Qaradərə, Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay və Gənzəçayın Arazboyu sahəsində yaratdıqları kiçik maili düzənliklərdən və gətirmə konuslarından ibarətdir. Bu düzənlik bir qədər yuxarıda bir-biri ilə dağ yolları ilə ayrılır və Araz boyu hissədə birləşərək ümumi düzənlik zolağı əmələ gətirir. Qaradərə çayının mənsəbində yerləşmiş Yaycı, Gilançayın yaratdığı Aza, Düylünçayın gətirmə konusuna təvafiq edən Dəstə, Ordubadçay və Əylisçayın gətirmə konuslarının birləşməsindən yaranan Ordubad düzənliyi o cümlədəndir. Qrunt sularının yatım dərinliyi dağ ətəyi hissədən Araz çayına doğru 10–12 m-dən 1,7–3,5 m-dək azalır. Suçəkmə əməliyyatı zamanı kəşfiyyat quyularının sərfi və xüsusi sərfi Arazboyu düzənlik daxilində müxtəlif qiymətlərə malik olmuşdur. Culfa düzənliyinin şimal-qərb və cənub-şərq hissələrində quyuların sərfi 0,3–10,7 l/san, xüsusi sərfi isə 0,04–0,2 ll/san-dir. Culfa şəhəri yaxınlığında qazılmış quyunun sərfi 20 l/san, xüsusi sərfi isə 15,29 ll/san təşkil edir.
Arazboyu maili düzənlik fiziki-coğrafi rayonu
Arazboyu maili düzənlik fiziki-coğrafi rayonu — rayon ərazisi Arazboyu, Cəbrayıl, Gəyən düzənliklərini əhatə edib, Zəngilan rayonundan başlamış şimal — şərqdə Xocavənd rayonu ərazisinə kimi uzanır və qərbdə, şimal – qərbdə Kiçik Qafqazın ətəklərinə təmas edir. Mütləq yüksəkliyi 200 m-lə 500–600 m arasında dəyişir. Qarabağ silsiləsinin Çaxmaxçayla, İncəçay arasında əyilməyə məruz qalan periklinal sahəsində Üst Abşeron, Dördüncü dövr çöküntüləri 700–800 m-ə kimi qalxmışdır. Denudasion akkumlyativ mənşəli bu düzənliklərin səthi yarğanlarla daha çox parçalanmışdır. Burada quraq iqlim şəraitində arid — denudasiya prosesləri daha çox inkişaf edib çılpaq yamaclar — bedlendlər əmələ gətirmışdir. Ərazidə başlıca olaraq kserofit kollu quru- çöl (400–600m mütləq yüksəkliklər arasında) və yarımsəhra (260–400m-də) landşaft kompleksləri inkişaf etmişdir. Quru – çöl landşaftı başlıca olaraq Gəyən və Cəbrayıl maili düzənliklərin əhatə edir.(Mikayılov, Əlizadə,1988). Fiziki Coğrafi rayon ərazisində kənd təsərrüfatının üzümçülük, taxılçılıq, heyvandarlıq, pambıqçılıq sahələri geniş inkişaf etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.39 dəfə / 1 mln.
2004 •••••••••• 0.67
2006 •••••••••••••••• 1.13
2007 ••• 0.21
2008 ••••••••••• 0.73
2009 •••••••••••••••••••• 1.44
2010 •••• 0.27
2011 •••••• 0.43
2012 ••••• 0.34
2013 ••••••• 0.44
2014 ••• 0.17
2015 •••••••••• 0.68
2019 •••• 0.28
2020 •••• 0.27

Oxşar sözlər

#arazboyu nədir? #arazboyu sözünün mənası #arazboyu nə deməkdir? #arazboyu sözünün izahı #arazboyu sözünün yazılışı #arazboyu necə yazılır? #arazboyu sözünün düzgün yazılışı #arazboyu leksik mənası #arazboyu sözünün sinonimi #arazboyu sözünün yaxın mənalı sözlər #arazboyu sözünün əks mənası #arazboyu sözünün etimologiyası #arazboyu sözünün orfoqrafiyası #arazboyu rusca #arazboyu inglisça #arazboyu fransızca #arazboyu sözünün istifadəsi #sözlük