araşdırma sözü azərbaycan dilində

araşdırma

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • araşdırma • 85.6179%
  • Araşdırma • 13.6502%
  • ARAŞDIRMA • 0.7320%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Araşdırma
Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. == Tədqiqat metodu == Tədqiqat metodları aşağıdakılardır: yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu; elmi faktların əldə edilməsi vasitəsi; məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu. == Tədqiqat mövzusu == Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey. == Tədqiqat obyekti == Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə. == Tədqiqatçı == Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Araşdırma mərkəzi
Araşdırma mərkəzi və ya siyasi tədqiqat institutu (ing. think tank; policy institute; research institute) — ölkələrin siyasi qərar qəbulu prosesində idarəçilərə doğru və həqiqi siyasətlər müəyyən etmək məqsədi ilə müxtəlif tövsiyələr və hesabatlar nəşr edən araşdırma mərkəzidir.
UFO araşdırma mərkəzləri
Dünyada UFO (NUO) ilə bağlı araşdırma və tədqiqatlar aparan və təhsil verən bəzi akademik qurumların siyahısını belədir: Staford Universiteti/ABŞ Alabama Universiteti/Montgomery - ABŞ Mississippi Universiteti, Oxford/Mississippi – ABŞ Edison Community College, Fort Myers/Philedelpdia – ABŞ Göttingen Universiteti/Almaniya Mains Universiteti/Almaniya Hamburq Universiteti/Almaniya Utrecht Universiteti/Hollandiya Glamorgan Universiteti/İngiltərəBundan əlavə Rusiyada, Fransada və İngiltərədə, Çində, Meksikada, Çilidə, Peruda, Braziliyada, İtaliyada, Avstraliyada və daha bir çox yerdə NUO-lara aid tədqiqat mərkəzləri və qurumlar vardır. Stanford Universitetində Prof.Peter Sturrockun başçılığı ilə qurulan NUO Fenomeni Arştırma Təşkilatı, araşdırmaların sonunda yazdığı “UFO Enigma” adlı kitabında NUO məsələsin ən diqqətdə olan məsələ kimi qeyd etmiş və buna qarşı heç bir diqqətsizlik edilməməsini söyləmişdir.
Birləşmiş Nüvə Araşdırma İnstitutu
Birləşmiş Nüvə Araşdırma İnstitutu (rus. Объединённый институт ядерных исследований) və ya qısaca: BNAİ (rus. ОИЯИ) — Moskva şəhərinin 120 kilometr şimal-şərqində, Moskva vilayətində yerləşən Dubna şəhərində yerləşən nüvə elminin beynəlxalq tədqiqat mərkəzidir. Qurucuları BNAİ-nun 18 üzv dövlətidir. Tərkibini Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan da daxil olmaqla, 18 üzv ölkədən 5,500 nəfər heyət və 1000 doktorant təşkil edir. BNAİ-nun nəzəri və eksperimental tədqiqatlarının əsas istiqamətləri nüvə fizikası, elementar hissəcik fizikası və maddənin qatılaşdırılmış vəziyyətinin tədqiqidır. Sovet İttifaqı və Rusiyada aşkar edilmiş kimyəvi elementlərin dövri sisteminin bütün transuran elementləri BNAİ-da sintez edilmiş və digər ölkələrdə aşkar edilmiş transuran elementlərinin sintezi təkrar edilmişdir.1991-ci ilədək edilən yeni elementlərin sintezi üzrə nailiyyətlər elmi kəşflər kimi qəbul edilmiş və SSRİ-nin Kəşfiyyatlarının Dövlət Reyestrinə daxil olmuşdur. BNAİ-nun qurulduğu gündən bəri, bu institutda dünyadakı aşkarlanmış 18 elementdən- onu aşkar edilmişdir. == Tarix == Birləşmiş Nüvə Araşdırma İnstitutu maddənin əsas xüsusiyyətlərini öyrənmək üçün elmi və maddi potensialını birləşdirmək məqsədi ilə on bir qurucu dövlətin hökumət nümayəndələri tərəfindən 26 mart 1956-cı ildə Moskvada imzalanmış Sazişin əsasında yaradılmışdır. Eyni zamanda, Sovet İttifaqı 50 faiz, Çin Xalq Respublikasının 20 faizini təşkil etmişdir.
Türkiyə Kosmos Texnologiyaları Araşdırma İnstitutu
Kosmos Texnologiyaları Araşdırma İnstitutu (TÜBİTAK KOSMOS) — 1985-ci ildə, Orta Şərq Texniki Universiteti (ODTÜ) və Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı (TÜBİTAK) arasında imzalanan bir protokolla, Ankara Elektron Araşdırma və İnkişaf İnstitutu adı altında Orta Şərq Texniki Universiteti ətrafında yaradılmışdır. İnstitut personalının böyük bir qisimini kompüter, elektron və sənaye mühəndislərin meydana çıxarılmasına kömək edir. Bir ictimai quruluşu olan TÜBİTAK KOSMOS, iş dünyası və ictimai sektorundan çox təşkilatla müqavilə araşdırmalar icra etməkdədir. İnstitut, bir çox fərqli araşdırma sahələrində artım göstərməkdə olan tələbləri qarşılaya məqsədiylə 1995-ci ildə, hələ daxilində olduğu qurumla günümüzə qədər gələn yenidən quruluşlanma müddətinə girmişdir. Bu gün 12 fərqli araşdırma qrupu, ən son texnoloji vasitə təchizatı və yüksək keyfiyyətli mühəndis heyətiylə NATO, EUREKA və Dünya Bankı kimi təşkilatlarla əlaqəli olaraq həyata keçirilən bir çox beynəlxalq ortaq araşdırma layihələrinin yanında, sənaye və ictimai sektorları tərəfindən icra edilməkdə olan saysız milli proyektdə vəzifə yerinə yetirir. == Xronologiya == 1984 TÜBİTAK - ODTÜ Protokol imzalanıb. 1985 Ankara Elektron Araşdırma İnkişaf İnstitutu (TAEAGE) 1995 Məlumat Texnologiyaları və Elektron Araşdırma İnstitutu (KOSMOS) 1998 ODTÜ yerleşkesindeki yeni bina.
Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu, TÜBİTAK) — 1963-cü ildə, Türkiyədə planlı iqtisadiyyat dövrünün başlanğıcında qurulmuşdur. Quruluş mərhələsində ən fundamental vəzifələri, xüsusilə təbiət elmlərində təməl və tətbiqli akademik araşdırmaları dəstəkləmək və gənc araşdırmaçıları təşviq etmək, etina etdirmək idi. Bu vəzifələri yerinə gətirə bilmək məqsədiylə, təməl elmlər, mühəndislik, tibb, əkinçilik və heyvandarlıq sahələrində dörd araşdırma qrupu (indi on araşdırma qrupunu ehtiva edən Araşdırma Dəstək Proqramları Başçılığı) ilə Elm Adamı Yetişdirmə Qrupu (indi Elm İnsanı Dəstəkləmə Dairə Başçılığı) yaradılmışdır. == Siyasət == Təşkilat, Türkiyədə müsbət elmlərdə araşdırma və inkişaf etdirmə fəaliyyətlərini ölkə inkişafındakı prioritetlərə görə inkişaf etdirmək, etina etdirmək, təşkil etmək və koordinasiya etmək; mövcud elmi və texniki məlumatlara çatmaq və çatılmasını təmin etmək məqsədi güdməkdədir. == Vahidlər == 2007 eetibarilə təşkilatın bünyəsində saxladığı vahidlər: Elm İnsanı Dəstəkləmə Dairə Başçılığı (BİDEB) Araşdırma Dəstək Proqramları Başçılığı (ARDEB) Elm və Cəmiyyət Dairə Başçılığı Elm, Texnologiya və Yenilikçilik Siyasətləri Dairə Başçılığı (BTYPD) Texnologiya və Yenilik Dəstək Proqramları Başçılığı (TEYDEB) Beynəlxalq Əlaqələr Dairə Başçılığı (UİDB) Təşkilati İnkişaf Vahidi (KGB) == Mərkəz və institutlar == === Tədqiqat-işləmə qurumları === Marmara Tədqiqat Mərkəzi (MAM) Çukurova Müasir Əkinçilik Texnologiyaları Tədqiqat İnstitutu (ÇİTTAGE) – Adana Müdafiə Sənayesi Tədqiqat və İşləmə İnstitutu (SAGE) – Ankara Türkiyə Sənaye İdarəetmə İnstitutu (TÜSSİDE) – Gebze TEKSEB və Texnopark – Gebze Fundamental Elmlər Tədqiqat İnstitutu (Fəza Gürsey İnstitutu) (TBAE) – İstanbul Milli Elektronik və Kriptoloji Tədqiqat İnstitutu (UEKAE) – Gebze, Ankara Milli Metrologiya İnstitutu (UME) – Gebze Kosmik Texnologiyalar Tədqiqat İnstitutu (UZAY) – Ankara == Nəşrlər == Təşkilat, Türkiyədə elmi məşhurlaşdırmaq və insanları şüurlandırmaq məqsədilə üç ədəd aylıq məşhur elm jurnalı (Elm və texniki jurnalı, Elm uşaq jurnalı, Maraqlı kiçik jurnalı) və illik təxminən 20 ədəd məşhur elm kitabı nəşr etməkdədir. (Tübitak Məşhur Elm Kitabları) == Köməklər == Təşkilat gərək lisans təhsili və gərək də sonrasındakı işləri üçün T. C. yurddaşlarına maddi qaynaq təmin etməkdədir. 2005 ÖSSdə ilk 5000ə girən şagirdlərə, fizika, kimya, biologiya, molekulyar biologiya və genetik, riyaziyyat, sosioloji, iqtisadiyyat, psixologiya, fəlsəfə və tarix hissələrindən birinə yerləşmələri halında, aylıq 250 YTL qarşılıqsız təqaüd verilmişdir. 50i aşan növü olan TÜBİTAK təqaüdləriylə əlaqədar (miqdarlar və müraciət şərtləri kimi) detallar təşkilatın şəbəkə səhifəsindən öyrənilə bilər.Ayrıca, doğrudan Türkiyədəki elm ictimaiyyətinə xitab edən 12 ədəd hakimli (Elmi Jurnal) çıxartmaqdadır.
ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi
ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi (ing. Defense Advanced Research Projects Agency, DARPA) — silahlı qüvvələrin maraqları və istifadə üçün yeni texnologiyaların hazırlanmasına cavabdeh olan Müdafiə Nazirliyi nəznində idarə. DARPA-nın məqsədi ABŞ silahlı qüvvələrinin texnoloji üstünlüyünü qorumaq, ABŞ üçün yeni texniki müharibə vasitələrinin meydana gəlməsinin qarşısını almaq, irəliləyişli araşdırmalara dəstək vermək, təməl tədqiqat və hərbi sahədə istifadə arasındakı boşluğu aradan qaldırmaqdır. == Tarixi == DARPA 1958-ci ildə SSRİ-də ilk süni Yer peykinin buraxılmasına cavab olaraq təsis edilmişdir. DARPA-ya ABŞ hərbi texnologiyasının inkişaf etdirilməsi tapşırıldı. DARPA şərti hərbi tədqiqat institutlarından asılı olmayaraq mövcuddur və birbaşa Müdafiə İdarəsinin rəhbərliyinə hesabat verir. DARPA-nın təxminən 240 işçisi var (onlardan təxminən 140 nəfər texniki mütəxəssisdir); Təşkilatın büdcəsi təxminən 3 milyard dollardır. Bu rəqəmlər təxmini olaraq verilir, çünki DARPA, podratçı şirkətlərin kiçik, xüsusi seçilmiş kooperasiyaları tərəfindən həyata keçirilən qısamüddətli proqramlara (iki ildən dörd ilədək) diqqət yetirir. Əvvəlcə İdarə ARPA adlandırıldı, sonra 1972-ci ildə DARPA olaraq dəyişdirildi (Müdafiə sözünün əlavə edilməsi ilə), daha sonra 1993-cü ildə yenidən ARPA, və nəhayət 11 mart 1996-cı ildə yenidən DARPA oldu . DARPA paylanmış kompüter şəbəkəsinin ARPANET (sonradan İnternet yaranan), həmçinin BSD (Berkli Universiteti) versiyası UNIX və TCP / IP protokol yığımının maliyyələşdirilməsinə cavabdeh idi.
Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi
Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi (rus. Уфимский федеральный исследовательский центр Российской Академии Наук, başq. Рәсәй Фәндәр академияһы Өфө федераль тикшеренеүҙәр үҙәге) — Rusiya Elmlər Akademiyasının Ufa şəhərində yerləşən Regional Elmi Mərkəzi. 1951-ci ildə SSRİ Elmlər Akademiyasının Başqırd filialı kimi qurulmuşdur. 2017-ci ildən müasir adını daşıyır. == Tarixi == 1951-ci il. SSRİ Elmlər Akademiyasının Başqırd filialının (SSRİ EA BF) yaradılması. Tərkibinə Biologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, Mədən və Geologiya İnstitutu, iqtisadi tədqiqatlar və kimya sektorunun daxil idi. 1961—1963-cü illər. SSRİ Elmlər Akademiyasının yenidən qurulması zamanı SSRİ EA BF-nın əksər qurumları SSRİ Dövlət Elm və Texnologiya Komitəsinə verildi.
İmarət Araşdırma Mərkəzi
İmarət Araşdırma Mərkəzi (ing. Research Centre Imarat; RCI) — Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatına bağlı laboratoriya. Telanqana ştatının Heydərabad şəhərində yerləşir. Laboratoriya Hindistan Silahlı Qüvvələri üçün raket sistemlərinin, idarə olunan silahların və qabaqcıl avionikaların tədqiqi və inkişafı üzrə məsuliyyət daşıyır. 1988-ci ildə Abdul Kalam tərəfindən təsis edilmişdir. Şri U Raca Babu hazırda "RCI" laboratoriyasının direktorudur.İmarət Araşdırma Mərkəzi raketlər üçün avionika və naviqasiya sistemlərinin hazırlanmasında dünya lideri hesab edilir.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi — Heydər Əliyev irsinin öyrənilməsi və təbliği ilə məşğul olan qurum. Mərkəz 10 may 2004-cü ildən etibarən ümummilli liderimizin zəngin irsini – çıxışları, müsahibələri, görüşləri, bəyanatları və məktublarının mətnlərini 50 dildə geniş auditoriyaya təqdim edən “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanasının əsasında yaradılmışdır. == Fəaliyyəti == Mərkəzinin portalında Heydər Əliyevin fəaliyyətinin — xarici və daxili siyasət, iqtisadiyyat, neft strategiyası, ordu quruculuğu, beynəlxalq terrorizmlə mübarizə, böyük siyasətə qayıdış və s. kimi sahələri geniş əhatə olub. Heydər Əliyev İrsini Araşdırma Mərkəzi “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanası, Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən regional bürolar, siyasətçilər, politoloqlar, diplomatlar və tarixçilər üçün ən müxtəlif dillərdə kitablar nəşr edən nəşriyyat qrupundan ibarətdir. Mərkəz həmçinin, orijinal tədris proqramları əsasında gənc müəllimlər, ali məktəblərin magistrantları və tələbələri üçün “Heydər Əliyev irsini öyrənirik” interaktiv kursları və yay məktəbləri təşkil edir, eləcə də planetin mühüm elmi mərkəzləri ilə internet körpülər yaradır. Oxucuların böyük əksəriyyətini dünyanın tanınmış elm mərkəzləri, rəsmi qərarların qəbul edildiyi dövlət qurumları, nüfuzlu KİV orqanları, transmilli şirkətlər təşkil edir. Mərkəzin fəaliyyəti ekspertlərdən ibarət Elmi-Redaksiya Şurası tərəfindən istiqamətləndirilir.
"Cavidşünaslıq" araşdırmalar toplusu
=== Nəşr Tarixi === Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının rəhbərliyi və muzeyin əməkdaşları tərəfindən yüksək tədqiqatçılıq zəhməti hesabına müxtəlif illərdə (1912–1983) mətbuat orqanlarında filosof şair Hüseyn Cavid haqqında olan materiallar 2012-ci ildə sistemləşdirilərək "Cavidşünaslıq" adı ilə ayrı-ayrı toplular (10 cild) halında daha mükəmməl şəkildə yenidən nəşr olunmuşdur. === İdeya və Məzmunu === Sanballı və fundamental tədqiqat işi kimi toplunun tərtibçisi, əski əlifbada olan materialların transliterasiyası, lüğətini hazırlayanı və ön sözünün müəllifi Muzeyin direktoru, görkəmli cavidşünas alim, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır. Cavid yaradıcılığı hələ ədibin öz sağlığında tədqiq və təhlil olunmağa başlamış, onun yaradıcılığı araşdırma obyekti kimi mətbuat səhifələrində öz əksini tapmışdır. AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi fəaliyyətinin mühüm uğurlarından biri kimi hazırlanan "Cavidşünaslıq" toplusunun ideyası da məhz həmin araşdırmaların bir araya gətirilərək ayrı-ayrı toplular halında çap edilməsidir. Toplunun cildlərində Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında müxtəlif mətbu orqanlarda işıq üzü görmüş məqalə və araşdırmalarla yanaşı, həm də Cavidlə bağlı irili-xırdalı bütün məlumatlar öz əksini tapmışdır. Bunların sırasında teatr tamaşaları haqqında elanlardan tutmuş Hüseyn Cavid yaradıcılığı ilə bağlı rəngarəng tədbirlər haqqında informasiya verən yazılar da vardır. Toplunun tərtibi zamanı tarixi həqiqətin mümkün qədər təhrif edilməməsinə, Cavid haqqında istər müsbət, istərsə də tənqidi fikirlərin bütünlükdə əks olunmasına xüsusi diqqət göstərilmişdir. === Strukturu === Oncildlik nəşr hələlik böyük şair və dramaturq Hüseyn Cavid haqqında yazılmış 70 illik möhtəşəm bir dövrü 1920–1983-cü illəri əks etdirir və ədib haqqında dolğun tarixi-xronoloji məlumat almağa, onun ədəbi-bədii və fəlsəfi-estetik düşüncə tariximizdəki yerini görməyə və göstərməyə imkan verir. Toplunun ilk cildlərinə (I–III) daxil edilmiş 1912–1936-cı illərdə yazılan məqalələrin böyük bir qismi Hüseyn Cavidin əsərlərinin tamaşalarına olan təhlil və tənqidlərdən ibarətdir. Toplunun növbəti cildlərində (IV–VI) 20 illik (1936–1956) qadağa dövründən sonrakı 5 ildən başlayaraq 1970-ci ilin sonu qədər yazılmış məqalələr verilmişdir.
Anadolu Araşdırmaları
Anadolu Araşdırmaları — ing. Anatolian Studies , Türkiyə ve Qaradəniz bölgəsinin tarixi, arxeologiyası və sosial elmlərini əhatə edən illik hakimli akademik jurnaldır. 1951-ci ildə əsası qoyukmuşdur və Ankaradakı İngilis İnstitutu adından Cambridge University Press tərəfindən nəşr edilmişdir. Baş redaktoru Roger Matthews dir ( Reading Üniversiteti ). 2011-ci ildən bu tərəfə, BIAA həmçinin Heritage Turkey adı ilə hakimsiz, tam rəngli jurnal yayımlamışdır; daha əvvəl bu jurnal Anadolu Arxeologiyası adı verilmişdi.
Avrasiya Türk Araşdırmaları İnstitutu
Avrasiya Türk Araşdırmaları İnstitutu (kor. 유라시아투르크연구소, türk. Avrasya Türk Araştırmaları Enstitütüsü, ing. Institute for Eurasian Turkic Studies) — Koreyanın Seul şəhərində yerləşən Dongduk Qadınlar Universitetinin (ing. Dongduk Women's University) nəzdində fəaliyyət göstərən institut, elmi araşdırma mərkəzi. == Tarixi == Avrasiya Türk Araşdırmaları İnstitutunun əsası 2016-cı ildə qoyulmuşdur. === Faəliyyət istiqaməti === İnstitut Türk dilli ölkələrlə Koreya arasındakı əlaqələrin möhkəmlənməsi, dostluq bağlarının daha da güclənməsi istiqamətində fəaliyyət göstərir. Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru türkoloq, alim, professor Eunkyung Ohdur. İnstitutda 8 əməkdaş fəaliyyət göstərir. Burada Koreya alimləri ilə yanaşı, azərbaycanlı və özbək araşdırmaçılar da çalışır.
Azərbaycan Araşdırmaları (jurnal)
Xəzər Humanitar və Sosial Elmlər Jurnalı — Bakıda, Xəzər Universitetində nəşr edilən, Humanitar və Sosial Elmlər üzrə tədqiqatların nəticələrini özündə əks etdirən, ildə 4 dəfə dərc olunan beynəlxalq elmi jurnaldır. Çap versiyası: ISSN: 2223-2613 Elektron versiya: E-ISSN: 2223-2621 == Məqsəd və vəzifələri == "Xəzər Humanitar və Sosial Elmlər Jurnalı", humanitar, sosial, ictimai siyasi sahələr üzrə nəzəri və tətbiqi, ciddi elmi axtarışları, orijinallıq və aktuallığını saxlayan mövzular üzrə elmi məqalələri dərc edir. Eyni zamanda jurnal konfrans, simpozium kimi tədbirlər və kitab şərhlərinə də yer verir. Əsas məqsəd elmdə baş verən yenilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq, yerli və xarici alimlər arasında elmi ünsiyyət qurmaqdır. "Xəzər Humanitar və Sosial Elmlər Jurnalı" Web of Science (Thomson Reuters/Clarivate Analytics) bazası tərəfindən indeksləşdirilmişdir (bu mənada Humanitar və Spposial elmlər sahəsində Azərbaycanda tək elmi jurnaldır). Jurnal həmçinin Scirus (Elsevier), DuraSpace, DOAJ, İnfoseek, IndexCopernicus, Genamics və s. kimi çocsaylı nüfuzlu elmi bazalar tərəfindən indeksləşdirilir və beynəlxalq elmi ictimaiyyətə təqdim olunur. == Tarix və formatı == "Xəzər Humanitar və Sosial Elmlər Jurnalı 1998-ci ildən ildə 4 dəfə, "Azərbaycan Araşdırmaları Jurnalı" adı altında çap olunan jurnalın davamıdır. 2011-ci ilin birinci nömrəsindən başlayaraq,yeni ad altında çap olunan bu nəşr tarix, siyasət, beynəlxalq münasibətlər, təhsil, mədəniyyət, fəlsəfə, dil və ədəbiyyat, iqtisadiyyat və hüquq sahələrini əhatə edən elmi-tədqiqat jurnalıdır. Təqdim olunan məqalələr ilk növbədə redaksiya heyətinin ciddi nəzarətindən keçirilir və rəyə göndərilir.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək).2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. == Yaranma tarixi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. == Missiyası == Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək).2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. == Yaranma tarixi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. == Missiyası == Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək).2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. == Yaranma tarixi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. == Missiyası == Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
Beynəlxalq Elmi Araşdırmalar Jurnalı
INTERNATIONAL JOURNAL OF ACADEMIC RESEARCH (IJAR) ISSN 2075-4124 Elmin müxtəlif sahələri üzrə tədqiqatların nəticələrini özündə əks etdirən "Int. J. of Academic Research" (Beynəlxalq Elmi Araşdırmalar Jurnalı) ayaşırı dərc olunan beynəlxalq elmi jurnaldır. == Məqsəd və vəzifələr == Beynəlxalq Elmi Araşdırmalar Jurnalında elmin kompleks problemləri, humanitar və ictimai siyasi, tətbiqi, təbiyyat elmləri üzrə indiyədək dərc olunmayan, orijinallığı, yeniliyi və aktuallığı, ciddi elmi arqumentasiyası, qabaqcıl nəzəri və praktiki əhəmiyyəti ilə diqqəti cəlb edən elmi-texniki məqalələr dərc edilir. Jurnal eyni zamanda konfranslar, simpoziumlar, elmi məktəblər, ümumiyyətlə, elmi həyatda cərəyan edən hadisələr haqqında məlumatlara da səhifələrində yer verir.Azərbaycan elminin beynəlxalq ictimaiyyətə çatdırılması, yerli alimlərlə müxtəlif ölkələrin alimləri arasında elmi kommunikasiyaların yaradılması nəşrin qarşıya qoyduğu başlıca vəzifələrdəndir. == İcmal məlumat == Məqalələr yalnız beynəlxalq ekspertlər qrupu (Redaksiya heyəti) tərəfindən ən azı 2 dəfə yoxlanıldıqdan sonra dərc üçün təsdiqlənə bilər. Akademik və professorlarla yanaşı elmin müxtəlif sahələrində tədqiqat aparan gənc aspirant və doktorantlar, tədqiqatçılar da jurnalın müəllifi ola bilərlər.
Filoloji araşdırmalar (elmi toplu)
Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu
Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut national de la statistique et des études économiques, qıs. INSEE və ya Insee) — institut Fransada rəsmi statistika hesablamalarını və təhlilini həyata keçirir. İqtisadiyyat, Sənaye və məşğulluq Nazirliyi tərəfindən idarə olunur. Oktyabr ayından etibarən İnstitutun direktoru Jan-Filip Kotidir.
Marketinq araşdırmaları
Marketinq araşdırmaları (ing. marketing research) — bazarın diktə etdiyi iqtisadiyyatda istehlakçıların, rəqiblərin və bazarların davranışlarını, istəklərini və üstünlüklərini anlamağa yönəlmiş biznes tədqiqatının bir forması və tətbiqi sosiologiyanın istiqaməti. 1923-cü ildə ACNielsen şirkətinin yaradılması ilə statistik elm kimi marketinq tədqiqatı sahəsinə Artur Nilsen tərəfindən öncülük edilmişdir. == Marketinq tədqiqatı üsulları == Marketinq tədqiqatı metodları şirkətin mövcud olduğu marketinq mühitinin empirik, nəzəri və praktiki öyrənilməsi və təhlili üsulları, prosedurları və əməliyyatlarıdır [1]. === Tədqiqat üsullarının yerləşdiyi yerə görə təsnifatı === sahə tədqiqatı üsulları - təbii şəraitdə marketinq mühitinin tədqiqi (sorğular, sınaqlar); kreslo bazarının tədqiqi üsulları; === Tədqiqatın istifadə tezliyinə görə bazar tədqiqatı metodlarının təsnifatı === müntəzəm tədqiqat (dövri tədqiqat); təkrar tədqiqat - əvvəllər əldə edilmiş məlumatı dəqiqləşdirmək, təsdiqləmək məqsədi ilə aparılan tədqiqat; tək müşahidələr (məqsədli tədqiqatlar); === Aşağıdakı üsullar bazar əhatəsinə görə fərqlənir === davamlı tədqiqat; nümunə tədqiqatları;Müşahidə obyektindən asılı olaraq tədqiqat metodları fərqləndirilir. xarici marketinq obyektlərinin tədqiqi; özünü müşahidə (məsələn, müştəri xidmətinin keyfiyyətinin tədqiqi). === İnformasiya əldə etmə üsuluna görə aşağıdakı bazar tədqiqatı üsulları fərqləndirilir === sorğu hədəf auditoriyanın fikirlərini öyrənmək yolu ilə məlumat əldə etmək üsuludur; müşahidə müşahidə obyektinə heç bir təsir göstərmədən məlumat əldə etmək üsuludur; eksperiment müəyyən amillərin tədqiqat obyektinə təsirinin bir və ya bir neçə amildə idarə olunan dəyişikliklər metodu ilə öyrənildiyi və onların öyrənilən obyektə təsirinin izləndiyi bazar tədqiqatı üsuludur; simulyasiya modelləşdirmə tədqiqat obyektinin davranışını adekvat surətdə əks etdirən əvvəllər işlənmiş riyazi modeldən istifadə etməklə marketinq tədqiqatı üsuludur; ekspert qiymətləndirmələri üsulu - mütəxəssislərdən məlumat əldə etməyə, onun təhlilinə və ümumiləşdirilməsinə yönəlmiş prosedurlar məcmusudur.Auditoriya cəlb edilməsinin qanunauyğunluğuna görə bazar tədqiqatı üsullarının təsnifatı təsadüfi seçmə — hədəf auditoriyaya aid tədqiqat respondentləri üçün təsadüfi seçilmiş; giriş paneli marketinq sorğularında iştirak edən respondentlərin daimi bazasıdır.
Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin Hərbi Korpusu
== Personal ==
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu və ya qısaca MİMTA — Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatı. Fond qədim tarixə, yüksək mədəniyyətə malik Azərbaycanın tarixini, milli irsini, mənəvi dəyərlərini qoruyub-saxlamaq və inkişaf etdirməyə kömək məqsədilə təsis edilmişdir.31 yanvar 2005-ci ildən fəaliyyət göstərən fondun icraçı direktoru Pərviz Əmirovdur. == Məqsədlər == Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycanın milli irsi, mədəni, tarixi dəyərlərini tədqiq edib həm ölkədə, həm də ölkədən kənarda təbliğ etmək, xarici ölkələrdə Azərbaycanın milli irsini, mədəniyyətini, tarixini əks etdirən sərgilər, konfranslar və s. tədbirlər təşkil etmək, istedadlı gənclərə, yaşlı ziyalılara maddi və mənəvi kömək göstərmək, təhsil, səhiyyə, mədəniyyət və sosial sahədə xeyriyyə tədbirləri, simpoziumlar, seminarlar, müsabiqələr keçirmək və ayrı-ayrı şəxsləri Azərbaycan tarixi, mədəniyyəti, irsi üçün əhəmiyyətli olan uğurlara görə mükafatlandırmaqdan ibarətdir. == Fəaliyyət == === Nəşrlər === ==== Jurnallar ==== ===== Füyuzat jurnalı ===== 1906-cı il noyabrın 1-i Əli bəy Hüseynzadənin baş redaktorluğu ilə nəşrə başlayan, amma mütərəqqi və milli fikirləri təbliğ etdiyindən 1907-ci ilin noyabrında çar hökuməti tərəfindən çapı dayandırılan “Füyuzat” jurnalı 100 il sonra – 2007-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən bərpa edilmiş və “Füyuzat”ın davamı kimi 33-cü nömrədən nəfis şəkildə çap etdirilməyə başlanmışdır.MİMTA fondunun mətbu orqanı olan müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Jurnal milli dəyərlərə, irsimizə, zəngin mədəniyyətimizə, tarixi köklərimizə bağlılıq və bununla da dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiq qalmışdır. Jurnalın baş redaktoru filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur. ===== İşıq jurnalı ===== 1911-ci il yanvarın 22-də maarifpərvər ziyalı Xədicə Əlibəyovanın baş redaktorluğu və Mustafa bəy Əlibəyovun naşirliyi ilə çap olunan və milli mətbuatımızın ilk qadın mətbu orqanı kimi tarixə düşən “İşıq” qəzeti 68 nömrədən sonra – 1912-ci ildə fəaliyyətini dayandırsa da, 2012-ci ilin yanvar ayından etibarən Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsisçiliyi ilə “İşıq-qadın” jurnalı kimi bərpa edilmişdir. MİMTA fondunun mətbu orqanı olan “İşıq-qadın” jurnalı, tarixi “İşıq” qəzetinin varisidir. Nəfis şəkildə çap edilən bu jurnal ailə tərbiyəsi, qadın problemləri və bir sıra tarixi, mədəni-əxlaqi mövzulardan bəhs edən məqalələri ilə oxucuların dərin rəğbətini qazanmışdır.Jurnalın baş redaktoru Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovadır.
Qadın araşdırmaları
Qadın tədqiqatları (ing. women’s studies, həmçinin feminologiya) — müəyyən bir tarixi dövrdə qadınların dünya səviyyəsində, müəyyən cəmiyyətdə və ya mədəniyyətdə vəziyyətini və mövqeyini öyrənən bir elmi intizamdır. Bu elmi fəaliyyət sahəsində qadınların həyat təcrübəsi sosial və mədəni reallıq sistemində nəzərə alınır. Qadın tədqiqatlarında dörd mərhələ var: 1960-cı illərin sonları — 1970-ci illər, qadın təcrübəsi, faktların, proseslərin və fenomenlərin təhlilinə qadın yanaşması əyani şəkildə göstərildi. Yeni bir qadın yanaşmasının tətbiqi ənənəvi sosial və humanitar fənlərin gender baxımından kor olduğunu, qadınların təcrübələrini laqeyd yanaşdıqlarını və kişilərin qərəzliliyini əks etdirdiyini göstərdi. Bu mərhələ yeni bir akademik sahə yaratmaq səyləri ilə xarakterizə edildi. 1977-ci ildə ABŞ-də Yeni Təhsil Proqramlarının yayılmasına kömək edən Milli Qadın Araşdırmaları Birliyi quruldu. Dərnək NWSA Jurnalı (indiki Feminist Formasyonları) nəşr etdirdi, illik konfranslar təşkil etdi, proqramları izlədi və ali təhsil müəssisələrinə məlumat göndərdi. 1980-ci illərin əvvəlləri — ənənəvi bilik və təhsil kurslarına yenidən baxılması mərhələsi idi. Bu zaman yeni bilik sahələri (ataerkilliyin mahiyyəti, şəxsi həyat, zorakılıq və s.) haqqında sual qaldırıldı.
Siyasi Araşdırmalar İnstitutu (Paris)
Siyasi Araşdırmalar İnstitutu (Paris) (fr. Institut d'études politiques de Paris), qıs. Sciences Po — Fransanın siyasi və diplomatik elitasının qurucusu. Yalnızca siyasi və iqtisadi elmlərə deyil, hüquq, rabitə, maliyyə, sahibkarlıq, şəhər siyasəti, menecment və jurnalistika sahələrinə də diqqət yetirir. İnstitut, Sena yaxınlığında, Sen-Jermen və Raspay bulvarları arasında, Parisin Paris Notr-Dam, Panteon və Milli Məclis kimi əsas görməli yerlərinin əksəriyyətinə piyada məsafədə yerləşir. İnstitut, Sena çayının sol sahilindəki yeddinci bölgədə yerləşən XVII və XVIII əsrlərdə malikanələrdə yerləşir. == Tarixi == Science Po adı üç ayrı, lakin bir-birini tamamlayan qurumları nəzərdə tutur: 1945-ci ildə əvəz edilmiş Azad Siyasi Elmlər Məktəbi: Siyasi Elmlər üçün Milli Təqdimat (FNSP), bir araşdırma mərkəzi; və Paris Siyasi Araşdırmalar İnstitutu (IEP Paris), tələbələrin birbaşa öyrədildiyi yerdir. === 1872—1945 === Sciences Po 1872-ci ilin fevralında bir qrup Fransız alimləri, siyasətçiləri və iş adamları tərəfindən Sərbəst Siyasi Elmlər Məktəbi (École Libre des Sciences Politiques) olaraq quruldu; bunlar arasında İppolit Ten, Ernest Renan, Alber Sorel, Pyer Pol Lerua-Bolye, Emil Butminin rəhbərlik etdiyi Fransua Qizo vardı. 1870-ci ildə müharibədə məğlubiyyətdən, III Napoleonun, Paris Kommunasından ayrılmasından sonra bu insanlar Fransız siyasətçilərinin hazırlanması sistemində islahatlar aparmağa çalışdılar. Bu istək Fransanın siyasi və diplomatik korpuslarının yetərincə təhsili olmadığı üçün beynəlxalq siyasi və iqtisadi statusunun azalması qorxusundan irəli gəlirdi.
Strateji Araşdırmalar Mərkəzi (Azərbaycan)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək).2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. == Yaranma tarixi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. == Missiyası == Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
Xəzər Universiteti Şərq dilləri və Din Araşdırmaları Departamenti
== Yaranma tarixi == Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin nəzdində olan Şərq Dilləri və Din Araşdırmaları Departamenti, Xəzər Universitetində uzun müddət fəaliyyət göstərən Şərqşünaslıq və İslam Araşdırmaları departamentinin əsası üzərində 2008-ci ildə qurulmuşdur. == Məqsəd == Departamentin hədəfi Yaxın və Orta Şərq, eləcə də Şimali və Şərqi Asiya xalqlarını dil, din, tarix, sənət, ədəbiyyat və mədəniyyətin digər aspektlərindən tədqiq və tədris etməkdir. Müvafiq dillər sahəsində Departament Ərəb, Fars, Türk, İbri, Yapon, Çin, Koreya və Urdu dilləri kimi qeyri-Avropa dillərini əhatə edir. Qeyd olunan dillərdən Ərəb və Fars dilləri, hal-hazırda Sosial və Bəşəri Elmlər fakültəsinin tələbələrinə ikinci ixtisas fənni kimi, digər dillər isə seçmə fənn kimi tədris olunur. Departament həmçinin yuxarıda qeyd olunan dillərin vətənində doğulmuş və daha sonra dünya mədəniyyətinin mühim bir parçasına çevrilmiş Orta Şərq mənşəli Yəhudilik, Xristianlıq və İslamla yanaşı Buddizm, Konfüçianizm, Hinduizm, Jainizm, Şintoizm, Taoizm kimi Şimali və Şərqi Asiya dinlərini də tədqiq edir. Dini Araşdırmalar sahəsinin hədəflərindən biri də bu ənənəvi dinlərin tarixini tədqiq etməklə yanaşı onlardan da bəhrələnərək meydana çıxmış yeni dini hərəkatları, dini plüralizm, dinlərarası münasibətlər və dialoq, din və qloballaşma münasibətinin tədqiqi və tədrisidir. Departamentin təklif etdiyi fənnlərdən bəziləri bunlardır: Ərəb dili və Ədəbiyyatı, Fars dili və Ədəbiyyatı, Türk dili və Ədəbiyyatı, İbri dili, Yapon dili, Çin dili, Koreya dili, Urdu dili, Dinlər Tarixi, Din və Qloballaşma, Dinlərarası Münasibətlər, Din Fəlsəfəsi, Müqəddəs Kitabların Tədqiqi, Qur’an Araşdırmaları, İslam Tarixi, İslam mədəniyyəti, İslam fəlsəfəsi, İslam Hüququ, İslam Əxlaqı, Təsəvvüf (Sufizm) Departament, Universitetin müvafiq digər departament və mərkəzləri ilə əməkdaşlıq etməklə Orta Şərq, eləcə də Şimali və Şərqi Asiya Araşdırmalarına dair bakalavr səviyyəsində (graduate-level) sahə araşdırmaları həyata keçirir, eləcə də tələbələr və sahənin mütəxəssisləri üçün açıq mühazirə (public seminare) və seminarlar keçirir. == Fəaliyyəti == Departament eyni zamanda Dini Araşdırmalar və Şərq dilləri sahəsində müxtəlif yayınlar nəşr etməkdədir. Departamentin əsas hədəflərindən biri də Universitetdəki Tərcümə Araşdırmaları Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq edərək müxtəlif məqalə və kitabların xüsusilə Ərəb və Fars dillərindən Azərbaycan dilinə və əksinə tərcümə edilməsidir. Departament xaricdə (Türkiyə, İran, İraq, Yaponiya, ABŞ, AB ölkələri) Ph.
Rusiya İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası
Rusiya İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası (rus. Российская ассоциация научно-исследовательских институтов общественных наук; РАНИОН) — RSFSR-nin elmi araşdırma institutları birliyi. Assosiasiya 1924-cü ildən 1930-cu ilədək fərqli formda mövcud olmuşdur. 1929–1930-cu illərdə RİEEAİA-nın institutlarının çoxu Kommunist Akademiyanın tərkibinə daxil olmuşlar. == Tarix == Xalq Maarif Komissariatı Dövlət Elm Sovetinin 15 may 1924-cü il tarixli qərarıyla Moskva Dövlət Universiteti İctimai Elmlər Fakültəsi nəzdində sosial-iqtisadi profil — iqtisadiyyat, sovet hüquqları, ədəbiyyat tarixi və dilşünaslıq, arxeologiya və incəsənətşünaslıq, fəlsəfə, eksperimental psixologiya, müqayisəli ədəbiyyat tarixi və Şərq-Qərb dilləri üzrə fəaliyyət göstərən 7 ilkin elmi araşdırma institutlarını birləşdirən İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası yaradılıb. Daha sonralar isə assosiasiyanın tərkibinə SSRİ Xalq Yazıları və Dilləri İnstitutu, torpaq inzibatı, köçürmə və kənd təsərrüfatı iqtisadiyyatı institutları daxil edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 225.18 dəfə / 1 mln.
2002 13.70
2003 •• 21.65
2004 •••• 53.56
2005 •••• 65.45
2006 ••••• 88.97
2007 •••••• 90.91
2008 ••• 52.13
2009 •••••••• 142.07
2010 •••••••••••••••••••• 356.19
2011 ••••••••••••••• 262.44
2012 ••••••••••••• 222.86
2013 •••••••••••••••••••• 352.43
2014 •••••••••••••••• 274.23
2015 ••••••••• 158.72
2016 ••••••••••• 178.23
2017 •••••••••••• 206.00
2018 ••••••••••••••••• 295.16
2019 •••••••••••••••••••• 352.18
2020 ••••••••••••••• 249.70

araşdırma sözünün leksik mənası və izahı

araşdırma sözünün sinonimləri (yaxın mənalı sözlər)

araşdırma sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. от глаг. araşdırmaq 1. поиск. Yaradıcı araşdırmalar творческие поиски 2. расследование 3. исследование, изыскание. Elmi araşdırmalar научные исследования II прил. 1. исследовательский, изыскательский. Araşdırma işləri исследовательские работы 2. поисковый

    Azərbaycanca-rusca lüğət / araşdırma

araşdırma sözünün inglis dilinə tərcüməsi

  • 1 fi. 1. search, investigation, examination; hüq. inquest, inquiry; ~ aparmaq to hold* an inquiry (into); 2. research, analy sis; (ölkəni) exploration; qanı ~ blood analysis / test; elmi ~ scientific research; kosmik fəzanı ~ exploration of (outer) space; 3. reconnaissance; ay səthinin ~ lunar reconnaissance

    Azərbaycanca-ingiliscə lüğət / araşdırma

araşdırma sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) recherches f pl (elmi araşdırma) ; quête f ; investigation f ; examen m analyse f ; exploration f ; 2) sif. d’investigation scientifique ; de recherche scientifique ; de prospection

    Azərbaycanca-fransızca lüğət / araşdırma

araşdırma sözünün ləzgi dilinə tərcüməsi

"araşdırma" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#araşdırma nədir? #araşdırma sözünün mənası #araşdırma nə deməkdir? #araşdırma sözünün izahı #araşdırma sözünün yazılışı #araşdırma necə yazılır? #araşdırma sözünün düzgün yazılışı #araşdırma leksik mənası #araşdırma sözünün sinonimi #araşdırma sözünün yaxın mənalı sözlər #araşdırma sözünün əks mənası #araşdırma sözünün etimologiyası #araşdırma sözünün orfoqrafiyası #araşdırma rusca #araşdırma inglisça #araşdırma fransızca #araşdırma sözünün istifadəsi #sözlük