Argentina
Argentina (isp. Argentina) rəsmi adı: Argentina Respublikası (isp. República Argentina) 34' 36 Cənub paralelləri və 58' 27 Qərb meridianları arasında, Cənub Amerika qitəsində yerləşən ölkə.
Argentinanın ümumi sahəsi 2,791,810 km²-dir , əhalisi isə 2012-ci ildə aparılmış rəsmi siyahıyaalmanın nəticələrinə əsasən 41 281 631 nəfərdir.
Argentina Cənubi Amerika qitəsinin cənub seqmentində, And dağları və Atlantik okeanı arasında yerləşəir; sahil xəttinin uzunluğu 4989 kilometrdir. Ərazisinin böyüklüyünə görə Argentina Cənubi Amerika materikinin ikinci, dünyanın səkkizinci dövlətidir. Çili (5308 km), Boliviya (832 km), Paraqvay (1880 km), Braziliya (1261 km) və Uruqvay (580 km) ilə sərhəddi vardır.
Ölkə əhalisinin böyük əksəriyyəti ispan və italyan mühacirlərinin törəmələridir.
== Adın etimologiyası ==
Çoxları Argentinanın adının – latınca "argentum" mənası "gümüş" deməkdir deyirlər, Amma bunu vurğulamaq lazımdır ki adı gümüşlə bağlı deyil, ölkə də heç bir gümüş ehtiyatı yoxdur. Bəzi insanlar Argentinada gümüş ehtiyatı çoxdur və ölkənin də adı bununla bağlıdır deyir.