Aristotel sözü azərbaycan dilində

Aristotel

Yazılış

  • Aristotel • 98.3333%
  • aristotel • 1.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aristotel
Aristotel (yun. Ἀριστοτέλης, tarixi mənbələrdə Ərəstu; e.ə. 384[…], Stagir[d], Xalkidiya liqası[d] – e.ə. 322[…], Stagir[d], Makedoniya İmperiyası[d][…]) — Qədim yunan filosofu və ensiklopediyaçı alimi və astronomiya elmini tapan alim,Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi. Spontan Absurte nəzəriyyəsinin banisi. Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınır. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman "Staqirit" deyirdilər). Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.
Poetika (Aristotel)
Poetika (yunan dilində: Περὶ ποιητικῆς) incəsənət haqqında olan baxışlarını bütövlükdə təqdim edən Aristotelin poeziya sənəti haqqında nəzəriyyələrini özündə cəmləşdirən və tarixdəki incəsənət fenomenini tədqiq edən ilk əsər olması ilə bərabər, həm də estetika tarixi baxımından da, çox mühüm bir əsərdir. Estetika anlayışı çərçivəsində; İncəsənətlərin müqayisəsini və faciənin üstünlüyünü vurğuladığı poetika əsərində Aristotel realizmlə yanaşı yaradıcı təxəyyülü də ön plana çıxarmışdır.Aristotel öz ümumi fəlsəfəsində mövcud olanlardan kənarda olan ideyanın mövcudluğunu qəbul etmədiyi kimi, Platonun incəsənət sahəsində irəli sürdüyü transsendent gözəllik “ideyasını” da qəbul etməmişdir. Aristotetə görə gözəllik anlayışı mövcud olduğuna görə gözəl gördüyümüz əşyalar ilə incəsənət əsərləri öz varlıqlarını əldə etmirlər, əksinə, sənət əsərləri mövcud olduğuna görə biz gözəllik anlayışından danışa bilirik.Poetika teatr sənəti haqqında yazılmış ən mühüm əsərlərdən biri hesab olunur. Əsərdə müəyyənləşdirilmiş incəsənətin tərifi Qədim Yunan klassik incəsənətinin fərqli xüsusiyyətlərini özündə ehtiva edir. Aristotel Poetikasına “Epos, Tragediya, Komediya, Ditrambos poeziyası və Fleyta ilə Kifara sənətinin böyük bir hissəsi, bütün bunlar ümumilikdə təqliddir” deyərək başlayır.Aristotelə görə, poeziya sənətini üzə çıxaran iki təbii səbəb mövcuddur: Təqlid etmək və təqliddən həzz almaq insan təbiətinin xüsusiyyətidir. Bunun səbəbi isə insanın öyrənməkdən aldığı həzzdir. İnsanlar təqlid olunan obyektin biliyini öyrənmək və ya təqlid edənin istedadını qavramaq istəklərinə görə təqliddən həzz alırlar. Harmoniya və ritm instinkti də insanın ekzistensial (anadangəlmə) xüsusiyyətlərindən biridir. Həyatın hər yerində mövcud olan harmoniya və ritm insan yaradıcılığında və yaradıcılığında olduğuna görə də onun yaratdığı hekayələrində də özünə yer tapır.Aristotelin Poetikadakı fikirləri Bertolt Brextin epik teatr hərəkatı tərəfindən tənqid edilmişdir.
Heyvanlar tarixi (Aristotel)
Heyvanlar tarixi (yun. Τῶν περὶ τὰ ζῷα ἱστοριῶν, Ton peri ta zoia historion, "Heyvanlar haqqında sorğular"; lat. Historia Animalium, "Heyvanlar tarixi") — Afinada Platon Akademiyasında təhsil almış qədim yunan filosofu Aristotelin biologiyaya dair əsas mətnlərindən biri. Eradan əvvəl IV əsrdə yazılmışdır. Aristotel özü eradan əvvəl 322-ci ildə vəfat etmişdir. Ümumi mənzərədə zoologiyanın pioneri hesab edilən əsərdə Aristotel nəyi (heyvanlar haqqında mövcud faktları) araşdırdığını izah etmiş, ardınca niyəni (bu xüsusiyyətlərin səbəblərini) müəyyən etmişdir. Beləliklə, kitabda fəlsəfəni təbii dünyanın bir hissəsinə tətbiq etməyə cəhd edilmişdir. Əsər boyu Aristotel həm fərdlər, həm də qruplar arasında fərqləri müəyyən etməyə çalışmışdır. Bütün üzvlərin eyni fərqləndirici xüsusiyyətlərə malik olduğu müşahidə edilirsə, bu, bir qrupdur. Məsələn, bütün quşların lələkləri, qanadları və dimdiyi var.
Aristotel Homerin büstü ilə
Aristotel Homerin büstü ilə (nid. Aristoteles peinzend bij een borstbeeld van Homerus) — Rembrandtın italyan kolleksiyasıçısının sifarişi ilə 1653-cü ildə çəkdiyi iri ölçülü (143,5x136,5 sm) rəsm əsəri. Rəssamın yaradıcılığı üçün ənənəvi olan bu portret tarixi süjet kimi qələmə verilmişdir. == Rəsmin tarixi == Siciliyalı zadəgan Antonio Ruffo (1610/11- 1678) Rembrandtin ofortlarını Romada görmüş və onları yüksək qiymətləndirmişdi. 1652-ci ildə o özünün Amsterdamdakı agenti vasitəsilə Aristoteli təsvir edəcək rəsm əsərinə görə Rembrandta 500 florin təklif etmişdi. O dövr üçün bu çox böyük məbləğ idi (Rəsmlərin İtaliyadakı orta qiymətindən 8 dəfə çox). O dövrkü Amsterdamda isə bu məbləğ rəssam və ya dükan sahibinin ailəsi ilə birlikdə 1 il yaşaması üçün kifayət idi.Lakin Rembrandt üçün bu daha böyük məbləğ idi, çünki Amsterdamda o artıq dəbdən düşmüşdü. Bundan əlavə, Rembrandt böyük fəlakət astanasında idi: hətta belə böyük məbləğ onu müflisləşmədən xilas edə bilmirdi Rembrandt sifarişi yerinə yetirərək rəsmi dəniz yolu ilə Messinaya göndərdi. Ruffo rəsmi çox bəyəndiyindən daha sonra Rembrandta Makedoniyalı İskəndəri (1661, dövrümüzədək gəlib çatmamışdır) və “İliada”nı pəsdən öz şagirdlərinə oxuyan Homeri (1663, Mauritsxeys) təsvir edən daha iki rəsm sifariş etmişdi. == Rəsmin təsviri == Aristotel rəsmin mərkəzində tünd pərdə və küncdə bir qalaq kitabın fonunda dayanmışdır.
Aristotelizm
Aristotelizm və ya Aristotelçi, dar mənada Aristotelin davamçılarının təlimi (peripatetik məktəb anlayışı ilə üst-üstə düşmür, çünki Teofrastdan sonra e.ə. 1 əsrədək qədim peripatetiklərin əslində Aristotel ilə heç bir əlaqəsi yoxdur); daha geniş mənada Aristotelin əsərlərinin şərhi, tərcüməsi, yayılması və təsiri tarixi, həmçinin müxtəlif orta əsrlər teoloji ənənələrində Aristotel təliminin mənimsənilməsi kimi başa düşülür. "Aristotelizm" termininin özü yeni Avropa mənşəlidir, lakin αριστοτελιζειν ("aristotelləşdirmək") yunan feilinə ilk dəfə e.ə. 1 əsrdə Aristotelizmin dirçəldilməsi ilə əlaqədar Strabonda rast gəlinir. Erkən Şərq patristikası neoplatonizmdən çıxış edir və Emesli Nemesi ilə İoann Filopon istisna olmaqla, Aristotelin təsirindən azaddır. Aristotelin anlayışlar aparatının və terminologiyasının xristian teologiyasına nüfuz etməsi Bizanslı Leontinin əsərindən bəlli olur. Aristotelin məntiqi ("teologiyanın xidmətçisi" qismində) Dəməşqli İoannın "Dialektika"sında rəsmi tanınmışdır. 11-ci əsrdə şərhetmə ənənəsinin canlanması platonçu Mixail Psell və onun şagirdləri – Efesli Mixailin və İoann İtalın fəaliyyəti ilə bağlıdır. Sonralar şərhetmə ənənələrini Feodor Prodrom və İoann Sesis (12-ci əsr), Nikifor Vlemmid (13-cü əsr, onun aristotelçi məntiq və fizika dərslikləri Bizansda geniş yayılmışdı), Georgi Paximer ("Aristotel fəlsəfəsinin qısa oçerki"), Manuil Holobol (1267-ci ildən Konstantinopol məktəbində dərs demişdir), Feodor Metohit və b. davam etdirmişlər.
Aristotelçi

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.35 dəfə / 1 mln.
2004 ••••••••• 0.34
2005 •••••••••••••••••• 0.67
2006 •••••••••••• 0.45
2007 •••••• 0.21
2008 ••••••• 0.24
2009 ••••••••••••••••• 0.64
2010 ••••• 0.18
2011 ••••••••• 0.34
2012 •••••••••••••••••••• 0.77
2013 •••••••••••••••• 0.58
2014 •••••••••••••• 0.51
2015 ••••• 0.17
2016 ••••• 0.17
2017 ••••••••• 0.33
2018 •••• 0.15
2019 •••••••• 0.28

"aristotel" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aristotel nədir? #aristotel sözünün mənası #aristotel nə deməkdir? #aristotel sözünün izahı #aristotel sözünün yazılışı #aristotel necə yazılır? #aristotel sözünün düzgün yazılışı #aristotel leksik mənası #aristotel sözünün sinonimi #aristotel sözünün yaxın mənalı sözlər #aristotel sözünün əks mənası #aristotel sözünün etimologiyası #aristotel sözünün orfoqrafiyası #aristotel rusca #aristotel inglisça #aristotel fransızca #aristotel sözünün istifadəsi #sözlük