Arl sözü azərbaycan dilində

Arl

Yazılış

  • Arl • 83.3333%
  • arl • 8.3333%
  • ARL • 8.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arl
Arl (fr. Arles, oks. Arle) — Fransanın cənub-şərqindəki Provans-Alp-Kot-d'Azur regionun Buş-dü-Ron departamentində yerləşən şəhər və kommuna. == Coğrafiya == Rona çayı Kamarq deltasını meydana gətirən Arldan yuxarı olan iki filiala sürüklənir. Kamarqın böyük bir hissəsi Arlın tərkibində olduğundan, əhalisinin 50,000 mindən çox olmasına baxmayaraq, Böyükşəhər Fransanın ən böyük kommunasıdır. Şəhərin sahəsi 758,93 km²-dir. == Əhali == Əhalinin dinamikası: == İqtisadiyyat == 2010-cu ildə işləyən yaşda olan 33,137 (15–64 yaş) nəfərin, 22,479 nəfər iqtisadi cəhətdən aktiv, 10,658-i isə qeyri-aktiv idi (fəaliyyət göstəricisi 67,8%-dir). İşləyən yaşda olan 22,479 nəfərin 18,749-u (9,948 kişi və 8801 qadın) aktiv işləyir, 3,730-u isə işsiz(1,787 kişi və 1,443 qadın) idi. 10,658 əmək qabiliyyətli qeyri-aktiv vətəndaşlar 3,190-u şagird və ya tələbə olmaları, 3,017-i pensiyaçı olmaları, 4,451-isə digər səbəblərlə bağlı idi. == Qardaş şəhərlər == == Həmçinin bax == Provans-Alp-Kot-d'Azur == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Arles ilə əlaqədar mediafayllar var ville-arles.fr — Arl şəhərinin rəsmi saytı Арль // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Arl (rayon)
Arl (fr. Arles) — Fransanın Provans-Alp-Kot d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Buş-dü-Ron. Prefektura — Arl. Rayonun əhalisi 2006-cı ildə 19234 təşkil edirdi. Əhalinin sıxlığı — 84 nəfər / km². Rayon ərazisi — 2284 km².
Algis Arlauskas
Algis İozasoviç Arlauskas (lit. Algis Arlauskas; isp. Algis Arlauskas; 7 avqust 1957, Moskva) — Sovet və İspaniya kinoaktyoru, ssenaristi və rejissoru. Keçmiş SSRİ məkanında daha çox Leonid Qaydayın "İdman lotosu-82" filmində ifa etdiyi Kostya obrazı ilə tanınır. == Həyatı == Algis İozasoviç Arlauskas 7 avqust 1957-ci ildə Moskvada anadan olmuşdur. Atası litvalı, anası isə ispan olmuşdur. 1978-ci ildə Boris Şşukin adına Teatr İnstitutunu, 1987-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (hazırda S.A. Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti) rejissorluq fakültəsini bitirmişdir. 1982-ci ildə Leonid Qaydayın "İdman lotosu-82" filmində Kostya Lukov obrazını ifa edən Algis bu rolla SSRİ məkanında tanınmışdır.1991-ci ildə həyat yoldaşı aktrisa Marina Şimanskaya ilə Bilbaoya köçmüşdülər. Orada Algis bir neçə layihəyə rejissorluq etmişdir. 2008-ci ildən ruslarla yeni kino layihələrinə imza atmağa başlamışdır.
Amerika etüdləri. Arlinqton məzarlığı (film)
Amerika etüdləri. Arlinqton məzarlığı qısametrajlı sənədli televiziya filmi rejissor Xürrəm Sultan tərəfindən İctimai televiziyada istehsal edilmişdir. Film ABŞ-də ən böyük hərbi qəbiristanlıq-Arlinqton məzarlığı haqqındadır. == Məzmun == Film ABŞ-də ən böyük hərbi qəbiristanlıq, Virciniya ştatındakı Arlinqton şəhərində, Potomak çayının sahilində yerləşən, bir neçə görkəmli xadimlərin də burada torpağa tapşırıldığı Arlinqton məzarlığı və onun tarixindən bəhs edir.
Arlan Neft Yatağı
Arlan neft yatağı (başq. Арлан нефть ятҡылығы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının ərazisində olan neft yatağı. Paytaxt olan Ufa şəhərindən 125 km şimal-qərbdə, Volqa-Ural neftli-qazlı hövzəsində yerləşir. Sahəsi 2,3 min km2-dir. 1955-ci ildə kəşf olunmuşdur. Yataq çoxlaylıdır, 0,8–1,3 km dərinlikdə, Alt və Orta Karbon yaşlı süxurlardadır. Burada neftin sıxlığı 0,88–0,89 kq/m³, tərkibində kükürdün miqdarı 2,4–3,6 %-dir. == Ədəbiyyat == Газпром нефтехим Салават. Энциклопедия. Уфа.
Arlar (İşembay)
Arlar (başq. Арлар, rus. Арларово) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Sayran kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 32 km, kənd sovetliyindən (Sauran): 2 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 52 km.
Arlberq
Arlberq — Avstriya ərazisində olan dağ sistemi. Ən yüksək zirvəsi- Valluqa dağıdır(2809 m). Dağ öz adını hündürlüyü 1793 metr olan Arlberq aşırımından götürüb. Digər bir versiyaya görə isə dağı bu ərazidə geniş yayılmış «Arlenbushes» adlı kol bitkilərinin adı ilə adlandırıblar. Ərazidə bir çox yaşayış məntəqələri və dağ-xizək istirahət mərkəzləri var: Lex, Syurs, Stuben, Sankt-Kristof və Sankt-Anton-am-Arlberq. == Ümumi məlumat == Bu dağlar Avstryanın təbiətinin və iqliminin müxtəlifliyi ilə fərqlənən ərazisidir. Arlberq yüksək nival qayalıqları, alp çəmənliyi, buzlaq mənşəli gölləri və əlverişli xizək istirahət mərkəzləri diqqəti cəlb edir. Əraziyə qar çox düşdüyü üçün çoxda yüksək olmayan dağlar həvəskar xizəkçilərin sevimli məkanıdır. Xizək mövsümü daha qısa çəkir, nəyin ki, şərq bölgəsində. Bölgədə XIV əsrdən bəri bir çox heyvan cığırlarının keçidləri məlum idi.
Arlda yataq otağı (tablo)
Arlda yataq otağı (nid. Slaapkamer te Arles) – holland postimpressionist rəssam Vinsent van Qoqun məşhur rəsm əsərlərindən biri. Qeyd etmək lazımdır ki, bu rəsm əsərinin üç versiyası mövcuddur. == Əsərin versiyaları == == Maraqlı faktlar == Belə hesab edilir ki, Van Qoq dahi olub. Nə onu nə bunu həmvətənliləri zamanında görə bilmədilər. Ayı 15 Franka dörd otaqlı fligel (əsas binanın yanında tikilmiş ev və ya əlavə tikili, bina) kirayələyən rəssam evə 300 franklıq mebel almışdır. Hec vaxt pulu olmayan van Qoqun pula belə münasibəti təəccüb doğurur. O zaman mehmanxanada 5 franka otaq tutmaq olardı. Təsadüfi əldə edilən miras ona arzusunu həyata keçirməyə imkan vermişdir. 1888-ci ilin mayında fransanın cənubu Arlda emalatxana tutaraq Van Qoq onu anlamayan Paris tənqidçilərindən və rəssamlardan qaçır.
Arlekin
Arlekin (it. Arlecchino) – 16 əsrin II yarısında Dzan Qanassa ləqəbli italyan aktyoru tərəfindən yaradılmış ənənəvi del-arte komediyası maskası. Adının orta əsrlər fransız misteriyasındakı Erlekin, yaxud Ellekin adlı komik iblis obrazından alındığı ehtimal olunur. Del arte komediyasında arlekin çox vaxt nökərdir.Əvvəllər arlekin obrazı tamaşanın intriqasını inkişaf etdirən şən, sadəlövh ac adam idi; atributları kasıblıq bildirən rəngbərəng yamaqlı ağ kostyum, alnında fırı (orta əsrlərin təsəvvürlərindəki şeytanın xırda buynuzlarını xatırladan) olan tünd rəngli tüklü maska, dovşanquyruqlu ağ papaq (qorxaqlıq əlaməti) və taxta qılınc olmuşdur. 17 əsrdə maskanın estetikləşməsi italyan aktyoru D. Byan kolellinin adı ilə bağlıdır: Arlekin obrazı nəcibləşmiş, yamaqlar al-əlvan üçbucaq və romblara çevrilmiş, maskanın tüklülüyü itmiş, plastikası rəqsə yaxınlaşmışdır; Arlekinin özü daha bic, diri baş, bəzən isə acıdil olmuşdur. İtalyan aktyorlarından T. Martinelli, A. Konstantini, E. Gerardi, 20 əsrdə M. Moretti və F. Soleri arlekin maskasının görkəmli ifaçıları olmuşlar. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010.
Arli (departament)
Arli — Nigeriyanın Aqadez regionuna daxil olan departament. Mərkəzi Arli şəhəridir. 2012-ci ilə görə departamentin ümumi əhalisi 105025 nəfər olmuşdur.
Arlinqton (dairə)
Arlinqton (ing. Arlington) — ABŞ-nin şəhər dairəsi, ABŞ paytaxtı Vaşinqtonun ətrafı, Potomak çayının sağ sahilində yerləşir. Əhalisi — 209,300 nəfər. Federal hökumətin qurumlarına sahibdir; ABŞ ordusu - Pentaqon, çap sənayesi, geofiziki alətlər və tikinti materialları istehsalı burada yerləşir. 1801-ci ildən 1920-ci ilə qədər İsgəndəriyyə dairəsi adlanırdı; 1846-cı ilə qədər İsgəndəriyyə şəhəri ilə birlikdə Kolumbiya federal dairəsinin bir hissəsi idi, sonra dairə və ondan ayrılan şəhər Virciniya ştatına qaytarıldı. Arlinqton Milli Qəbiristanlığında 1-ci və 2-ci Dünya Müharibələrində ölən əsgərlər dəfn olunub. 1931-ci ildə "Naməlum əsgər məzarı" abidəsi qoyulmuşdur. 1963-cü ildə ABŞ Prezidenti Con Kennedi, 1968-ci ildə isə onun qardaşı senator Robert Kennedi dəfn edilmişdir. == Görməli yerləri == Pentaqon Dəniz Piyadasına Hərbi Abidə == Tanınmışlar == Sandra Bullok — amerikalı aktrisa. Reyçel Yamaqata — amerikalı müğənni və pianoçu.
Arlinqton milli qəbiristanlığı
Arlinqton milli qəbiristanlığı — ABŞ-də ən böyük hərbi qəbiristanlıq. Virciniya ştatındakı Arlinqton şəhərində, Potomak çayının sahilində yerləşir. Ərazisi təqribən 250 hektardır. 1864-cü ildə yaradılan bu qəbiristanlıqda 260 mindən çox şəxs dəfn olunub. 1921-ci ildə Birinci dünya müharibəsinin Naməlum Amerika Əsgərinin dəfni burada icra edilmişdir. 1958-ci il mayın 30-da İkinci dünya və Koreya müharibəsinin, 1984-cü il mayın 28-də isə Vyetnam müharibəsinin Naməlum Hərbi Qulluqçusunun dəfnləri yerinə yetirilmişdir. ABŞ-nin bir neçə görkəmli xadimləri də burada torpağa tapşırılmışdır: Con Kennedi, Herbert Huver, Vilyam Taft, həmçinin Vətəndaş müharibəsi zamanı Virciniyada həlak olmuş 2111 döyüşçü. == İstinadlar == == Xarici keçidlər == Arlinqton milli qəbiristanlığının rəsmi veb-saytı Siyavuş Əmirli. "Maraq və qorxu yaradan qəbiristanlıqlar" (az.). lacin.info.
Arlinqton milli qəbiristanı
Arlinqton milli qəbiristanlığı — ABŞ-də ən böyük hərbi qəbiristanlıq. Virciniya ştatındakı Arlinqton şəhərində, Potomak çayının sahilində yerləşir. Ərazisi təqribən 250 hektardır. 1864-cü ildə yaradılan bu qəbiristanlıqda 260 mindən çox şəxs dəfn olunub. 1921-ci ildə Birinci dünya müharibəsinin Naməlum Amerika Əsgərinin dəfni burada icra edilmişdir. 1958-ci il mayın 30-da İkinci dünya və Koreya müharibəsinin, 1984-cü il mayın 28-də isə Vyetnam müharibəsinin Naməlum Hərbi Qulluqçusunun dəfnləri yerinə yetirilmişdir. ABŞ-nin bir neçə görkəmli xadimləri də burada torpağa tapşırılmışdır: Con Kennedi, Herbert Huver, Vilyam Taft, həmçinin Vətəndaş müharibəsi zamanı Virciniyada həlak olmuş 2111 döyüşçü. == İstinadlar == == Xarici keçidlər == Arlinqton milli qəbiristanlığının rəsmi veb-saytı Siyavuş Əmirli. "Maraq və qorxu yaradan qəbiristanlıqlar" (az.). lacin.info.
Corc Arliss
Corc Arliss (ing. Augustus George Andrews, 10 aprel 1868 — 5 fevral 1946) — Böyük Britaniya kinoaktyoru."Oskar" mükafatına layiq görülüb.
Friederike Arlt
Friederike Arlt (7 sentyabr 1984) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Friederike Arlt Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Senecio arleguianus
Senecio arleguianus (lat. Senecio arleguianus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
V-Arli-Pencari kompleksi
V-Arli-Pencari kompleksi və ya VAP kompleksi — Benin, Burkina Faso və Niger ərazisində transsərhəd qorunan ərazi və UNESCO-nun Ümumdünya irsidir. Kompleks üç Milli Parkı əhatə edir: Burkina-Fasodakı Arli Milli Parkı Benindəki Pencari Milli Parkı Hər üç ölkənin paylaşdığı V Milli Parkı2005-ci ildən etibarən qorunan ərazi Qərbi Afrika Aslanı Qoruma Birliyi və potensial bir aslan istinadgahı hesab olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2003 ••••••••• 0.39
2004 •••••••• 0.34
2006 •••••••••••••••••••• 0.90
2007 ••••• 0.21
2014 •••• 0.17

arl sözünün fransız dilinə tərcüməsi

"arl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#arl nədir? #arl sözünün mənası #arl nə deməkdir? #arl sözünün izahı #arl sözünün yazılışı #arl necə yazılır? #arl sözünün düzgün yazılışı #arl leksik mənası #arl sözünün sinonimi #arl sözünün yaxın mənalı sözlər #arl sözünün əks mənası #arl sözünün etimologiyası #arl sözünün orfoqrafiyası #arl rusca #arl inglisça #arl fransızca #arl sözünün istifadəsi #sözlük