Arnold sözü azərbaycan dilində

Arnold

Yazılış

  • Arnold • 99.5232%
  • ARNOLD • 0.2384%
  • arnold • 0.2384%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arnold Böklin
Arnold Böklin (alm. Arnold Böcklin‎; 16 oktyabr 1827[…], Bazel[…] – 16 yanvar 1901[…], Fyezole, Toskana) – İsveçrə boyakarı. Düsseldorfda, Cenevrədə rəssamlıq akademiyalarında oxumuşdur. 1850–1857 illərdə İtaliyada işləmiş, neoidealizm istiqamətində əsərlər yaradan alman romalıları dərnəyinin üzvü olmuşdur. Tarixçi Burkhardtla dostluq etmişdir. Tarixi-mifoloji reminissensiyalar ilə zəngin peyzaj Böklin rəsmlərində daimi fon və çox vaxt yaradıcılığının əsas mövzusu olmuşdur . Böklin əsərlərində antik allahların obrazları əhəmiyyətli yer tutur.
Arnold Classic
Arnold Classic — Kaliforniya ştatının eks-qubernatoru Arnold Şvartsneqqer və onun biznes portnyoru Cim Lorimer tərəfindən keçirilən bodibildinq turniri Turnir əhəmiyyətinə görə bodibildinq üzrə dünya çempionatından daha üstündür və yalnız "Mister Olimpiya" turnirindən geri qalır. "Arnold Classic" kişi turniri ənənəvi olaraq Kaliforniya ştatının eks-qubernatoru Arnold Şvartsneqqer və onun biznes portnyoru Cim Lorimer tərəfindən keçirilir. İlk dəfə "Arnold Classic" turniri 1989-cu ilin martın 11-də təşkil edilib. 2011-ci ildə ABŞ-nin Ohayo ştatının Kolambus şəhərində keçirilən "Arnold Classic" turnirinin qalibləri arasında yarışda ilk dəfə iştirak edən Azərbaycan yığmasının üzvü Vüqar Verdiyev (85 kq) də olmuş və o, bu mötəbər yarışın bürünc mükafatını qazanmışdır. Bu, yarışda ilk dəfə iştirak edən Azərbaycan yığması üçün böyük nailiyyətdir.
Arnold Fank
Arnold Henrix Fank (alm. Arnold Heinrich Fanck‎; 6 mart 1889[…], Frankental[d], Bavariya – 28 sentyabr 1974[…], Frayburq im Breisqau, Baden-Vürtemberq) — alman kinorejissor, operator, montajçı və memuarist, dağ filmləri janrının banisi və ən böyük nümayəndəsi. 1920-1930-cu illərdə alman kinosunun ən görkəmli nümayəndələrindən biri. Arnold Funk yüksək təhsil almış, 1915-ci ildə geologiya üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Onun mövzusu Sankt-Qallen fosilləri idi. Fank ən məşhur filmlərini Veymar Respublikası illərində çəkib. Onlardan biri də “Müqəddəs dağ” əsəridir. Bu film Venesiya Film Festivalında Qızıl medala layiq görülmüşdür. Film tarixçiləri rejissorun Üçüncü Reyxdəki mövqeyini qiymətləndirməkdə fərqlənirlər. Onların bəziləri Fankı nasist rejiminin minionu kimi səciyyələndirirsə, digərləri onun o dövrdə persona non qrata olduğunu iddia edirlər.
Arnold Gelen
Arnold Gelen (29 yanvar 1904[…], Leypsiq, Saksoniya – 30 yanvar 1976[…], Hamburq) – alman filosofu və sosioloqu, fəlsəfi antropologiyanın əsas nümayəndələrindən biri. Leypsiq və Kölndə fəlsəfə təhsili almış, Leypsiq, Köniqsberq və Vyana universitetlərinin professoru olmuşdur. İkinci Dünya müharibəsi illərində Vermaxtın zabiti idi. Müharibədən sonrakı illərdə Şpayerdə İdarəetmə elmləri üzrə Ali məktəbdə, Axenin Ali texniki məktəbində sosiologiya professoru kimi çalışmışdır. Gelen "İnsan. Onun təbiəti və dünyadakı yeri" (alm. “Der Mensch. Seine Natur und seine Stellung in der Welt”‎) adlı əsas əsərində M. Şelerin və X. Plesnerin ardınca gedərək, insanın xüsusi təşkil olunmuş canlı varlıq kimi dünyadakı spesifik yerini aşkarlamağa çalışmışdır. O, insanı İ. Q. Herder kimi "qeyri-kafi varlıq" və Fridrix Nitsşe kimi "hələ müəyyənləşməmiş heyvan" adlandırırdı. Onun fikirincə heyvanlardan fərqli olaraq, insan bütöv halda instinktlərdən məhrumdur, müvafiq qıcıqlandırıcılara qarşı sabit reaksiyalar sistemindən kənardır, doğulan andan təbiətlə harmoniya halında deyil, özünün "ətraf mühiti"nə uy ğunlaşmayıb, dünya üçün "açıq"dır.
Arnold Toynbi
Arnold Cozef Toynbi (ing. Arnold Joseph Toynbee; 14 aprel 1889[…], London – 22 oktyabr 1975[…], York, Nort-Yorkşir[d]) — ingilis tarixçisi, sosioloqu, tarix filosofu və kulturoloqdur. O, beynəlxalq tarixi və qloballaşma proseslərini öyrənmiş, avrosentrizm anlayışını tənqid etmişdir. O, daha çox 12 cildlik “Tarixin dərk edilməsi” əsəri ilə tanınır. London İqtisadiyyat Məktəbinin professoru, Britaniya Akademiyasının üzvü (1937), Amerika Fəlsəfə Cəmiyyətinin (1941), Fransa Əxlaq və Siyasi Elmlər Akademiyasının əcnəbi üzvü (1965). == Bioqrafiyası == Toynbi (14 aprel 1889-cu ildə Londonda anadan olub) Xeyriyyə Təşkilatları Cəmiyyətinin katibi Harri Uolpi Toynbinin (1861–1941) və həyat yoldaşı Sara Edit Marşalın (1859–1939) oğlu idi; onun bacısı Jocelyn Toynbee arxeoloq və sənət tarixçisi idi. Toynbi XIX əsr iqtisadçısı Arnold Toynbinin (1852-1883) qardaşı oğlu Cozef Toynbinin nəvəsi və görkəmli Britaniya ziyalılarının bir neçə nəslinin nəslindən idi. O, Oksfordda Winchester Kolleci və Balliol Kollecində təqaüd qazandı (Ədəbi Humanistlər, 1907–1911) və qısa müddət ərzində Afinadakı Britaniya Məktəbində oxudu, bu təcrübə sivilizasiyaların tənəzzülü ilə bağlı fəlsəfəsinin genezisinə təsir etdi. 1943-cü ildə İngiltərə Xarici İşlər Nazirliyinin dünyanın müharibədən sonrakı quruluşu üzrə tədqiqat şöbəsinin müdiri. 1913-cü ildə onun ilk həyat yoldaşı məşhur ingilis alimi, qədim Yunanıstan üzrə mütəxəssis Gilbert Murrayın qızı Rosalina Murray (1890-1967) olmuşdur.
Arnold rafflesiyası
Arnold rafflesiyası (lat. Rafflesia arnoldii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü. Tropik meşələrdə iqlim şəraitinə uyğun yaradılmış bu çiçəyin diametri 90 sm-dir və çəkisi 7-11 kq-dır. Dünyanın bu ən böyük çiçəyi açdıqdan sonra 3 gündən 1 həftəyə qədər həyatda qalır və ifraz etdiyi qoxu ilə böcəkləri özünə cəlb edir. 9 aydan bir çiçək açan bu bitki, dərhal növbənöv böcəkləri özünə cəlb edərək tozcuqlarını paylayır və beləliklə nəslini davam etdirir.
Arnold Çikobava
Arnold Çikobava (gürc. არნოლდ ჩიქობავა ; 14 (26) mart 1898 – 5 noyabr 1985, Tbilisi) — gürcü qafqazoloq, dilçi və filoloq. Nikolay Marrın "Yafetik" dil nəzəriyyəsinin ən fəal tənqidçilərindən biri. == Həyatı == Arnold Çikobava 14 mart 1898-ci ildə Gürcüstanın qərbində yerləşən Sameqrelo bölgəsinin Saçikobavo kəndində anadan olmuşdur. 1922-ci ildə Tiflis Dövlət Universitetində təhsilini başa vurmuşdur. Daha sonra həmin universitetdə müəllim kimi fəaliyyət göstərməyə başlamışdır. 1926-cı ildə dostent, 1933-cü ildə isə professor elmi dərəclərinə yüksəlmişdir. 1933–1960-cı illərdə Gürcüstan SSR Elmlər Akademiyasının Qafqaz Araşdırmaları bölməsinə, 1936–1985-ci illərdə isə Dilçilik İnstitutunun "İber-qafqaz dilləri" bölməsinə rəhbərlik etmişdir. Arnold Çikobava 1950–1952-ci illərdə Gürcüstan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutuna müvəqqəti olaraq rəhbərlik etmişdir. Sonradan həmin instituta onun adı verilmişdir.
Arnold Şvarseneqer
Arnold Alois Şvartsenegger (alm. Arnold Schwarzenegger‎; 30 iyul 1947[…], Tal[d]) — Avstriya mənşəli ABŞ aktyoru, bodibilder və ABŞ-nin Kaliforniya ştatının keçmiş (38-ci) qubernatoru. == Həyatı == Arnold Alois Şvartsenegger (almanca Arnold Alois Schwarzenegger) 30 iyul 1947-ci ildə Avstriyanın Qrats şəhəri yaxınlığında yerləşən Tal kəndində anadan olub. Polis zabiti olan atası Qustav, 1938-ci ildən Nasional-Sosialist partiyasının üzvü idi. Atası Qustav oğlunu futbolçu kimi görmək istəyirdi. Arnold isə uşaqlıqdan bəri ağırlıq qaldırma ilə məşğul olurdu. 1965-ci ildə Arnoldu hərbi xidmətə çağırırlar. Elə həmin ildə o bodibildinq üzrə "Mister Avropa" yarışmasında iştirak etmək üçün özbaşına hərbi hissəni tərk edir və həmin yarışmada iştirak edərək qalib gəlir. İki il sonra isə, o dünyanın ən gənc "Mister Olimpiya" titulunu qazanmış idmançı olur. Sonradan o bu titulu daha 4 dəfə əldə edir.
Arnold Şvarseneqqer

Arnold Şvartsenegger

Arnold Şönberg
Arnold Frans Valter Şönberq (alm. Arnold Franz Walter Schoenberg‎, əvvəlcə Schönberg; 13 sentyabr 1874 — 13 iyil 1951) — avstriyalı və amerikalı bəstəkar, pedaqoq, musiqişünas, dirijor. Musiqidəki ekspressionizmin görkəmli nümayəndəsi, Yeni Vyana Məktəbinin banisi, dodekafoniya (12 tonluq) və seriyalı texnika kimi musiqi texnikalarının müəllifi. == Həyatı == Arnold Şönberq 13 sentyabr 1874-cü ildə Vyanada dünyaya gəlib. 8 yaşında skripkada çalmağı öyrənəndən sonra musiqi bəstələməyə başlayıb. Musiqi sahəsindəki nəzəri biliklərinin əksəriyyətinə heç kimin köməkliyi olmadan təkbaşına yiyələnib. 1894-cü ildə özündən 3 yaş böyük bəstəkar Aleksandr fon Semlinskidən kontrapunkt dərsləri alıb. 1901-1903-cü illərdə Berlində orkestr drijoru işləyib. 1904-cü ildən də Vyanada müəllimlik etməyə başlayıb. Anton Vebern, Alban Berq onun tələbələri olublar.
Arnold Şönberq

Eve Arnold
İv Arnold(21 aprel,1912, Filadelfiya — 4 yanvar, 2012 , London) — ABŞ fotoqrafı və fotojurnalisti.,Magnum Photos agentliyinin ilk qadın üzvü(1957). == Həyatı == Fotolarının əsas qəhrəmanlarının kubalı balıqçılar, afrikalı qaçqınlarla yanaşı, Hollivudun məşhur ulduzları və dünyanın aparıcı siyasətçilərinin də olduğu bir fotoqraf. Müharibədən sonrakı dövrlərdə rəsmi olmasa da fotojurnalistikanın əsas simalarından biri sayılırdı. Haqlı olaraq xəbər fotojurnalistikasının yaradıcılarından hesab olunur. Evenın Merlin Monro ilə xüsusi bağlılığı var idi. Hətta onun portretlərindən ibarət bütöv bir albom nəşr etdirmişdi. Fotoqraf ulduzları ən gözlənilməz anlarda çəkdiyi fotolarla təccübləndirirdi. Bununla bərabər onun Yohanessburqun gecəqondularından, Havananın bordellərindən və hətta Moskvanın ruhi xəstəxanalarından etdiyi fotoreportajları da var. Eva Koen Filadelfiyada 1912-ci ilin aprelində dünyaya gəlib. 16 yaşında Nyu-Yorka köçüb və orada fotolaboratoriyada işə düzəlib.
Vladimir Arnold
Vladimir İqoreviç Arnold (rus. Влади́мир И́горевич Арно́льд, 12 iyun 1937[…], Odessa[…] – 3 iyun 2010[…], XII arondisman (Paris)[d]) — elmin dinamik sistemlər, hamar inikasların məxsusiyyət nəzəriyyəsi, topologiya, cəbri həndəsə və klassik mexanika kimi sahələrində çalışmış Rusiya riyaziyyatçısı. == Həyatı == Atası, riyaziyyatçı İqor Vladimiroviç Arnold (1900—1948) RSFSR Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü və Moskva Dövlət Universitetinin professoru olmuşdur. Anası, mədəniyyətşünas Nina Aleksandrovna Arnold (1909—1986) Puşkin muzeyində işləmişdir. Hələ Moskva Dövlət Universitetinin üçüncü kursunda təhsil alarkən müəllimi Andrey Kolmoqorov ilə birlikdə Hilbertin on üçüncü problemini həll edərək dünya riyaziyyat ictimaiyyəti tərəfindən tanınmağa başlayan Arnold 1961-ci ildə namizədlik, 1963-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun "Klassik və səma mexanikasında hərəkətin dayanıqlılığı məsələləri" adlı doktorluq dissertasiyası sonralar yaradıcıları Kolmoqorov, Arnold və Mozerin şərəfinə adlandırılmış KAM-nəzəriyyənin əsas mənbələrindən biri olmuşdur. Arnold 1961-ci ildən 1986-cı ilə qədər Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində, 1986-cı ildən ömrünün sonuna qədər Steklov adına Riyaziyyat İnstitutunda, 1993-cü ildən 2004-cü ilə qədər isə paralel olaraq Paris-Dofin Universitetində işləmişdir. Rusiyalı alimlər arasında ən çox istinad olunan alimdir. == Əsas mükafatları == Moskva riyaziyyat cəmiyyətinin mükafatı (1958) Lenin mükafatı (1965, Andrey Kolmoqorov ilə birgə) Kraford mükafatı (1982, Luis Nirenberq ilə birgə) Volf mükafatı (2001) Rusiya Federasiyasının Dövlət mükafatı (2007) Şao mükafatı (2008, Lüdviq Faddeyev ilə birgə) == Fəxri adları == Arnold 1984-cü ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1990-cı ildə isə həqiqi üzvü seçilmişdir. Həmçinin London Riyaziyyat Cəmiyyətinin (1976) fəxri üzvü, ABŞ Milli Elmlər Akademiyasının (1983), Paris Elmlər Akademiyasının (1984), London Kral Cəmiyyətinin (1988), Amerika Fəlsəfə Cəmiyyətinin (1990) xarici üzvü olmuşdur.
İv Arnold
İv Arnold(21 aprel,1912, Filadelfiya — 4 yanvar, 2012 , London) — ABŞ fotoqrafı və fotojurnalisti.,Magnum Photos agentliyinin ilk qadın üzvü(1957). == Həyatı == Fotolarının əsas qəhrəmanlarının kubalı balıqçılar, afrikalı qaçqınlarla yanaşı, Hollivudun məşhur ulduzları və dünyanın aparıcı siyasətçilərinin də olduğu bir fotoqraf. Müharibədən sonrakı dövrlərdə rəsmi olmasa da fotojurnalistikanın əsas simalarından biri sayılırdı. Haqlı olaraq xəbər fotojurnalistikasının yaradıcılarından hesab olunur. Evenın Merlin Monro ilə xüsusi bağlılığı var idi. Hətta onun portretlərindən ibarət bütöv bir albom nəşr etdirmişdi. Fotoqraf ulduzları ən gözlənilməz anlarda çəkdiyi fotolarla təccübləndirirdi. Bununla bərabər onun Yohanessburqun gecəqondularından, Havananın bordellərindən və hətta Moskvanın ruhi xəstəxanalarından etdiyi fotoreportajları da var. Eva Koen Filadelfiyada 1912-ci ilin aprelində dünyaya gəlib. 16 yaşında Nyu-Yorka köçüb və orada fotolaboratoriyada işə düzəlib.
Frensis Arnold
Frensis Hamilton Arnold — (25 iyul 1956-cı ildə anadan olub, Edjvud, Pensilvaniya) amerikalı alim , fermentlərin yönəldilmiş təkamülünün inkişafına mühüm töhfələr vermiş, zülal mühəndisi və alimidir. İstiqamətləndirilmiş təkamül üzərindəki işinə görə 2018-ci il Kimya üzrə Nobel Mükafatı laureatı. Hər üç ABŞ Milli Akademiyasının üzvü: Elmlər Akademiyası (2008), Mühəndislik (2000) və Tibb (2004), həmçinin Amerika Fəlsəfə Cəmiyyətinin (2018), London Kral Cəmiyyəti nin xarici üzvi (2020), Linus Pauling Caltech-də Kimya Mühəndisliyi, Biomühəndislik və Biokimya professoru, Milli Texnologiya və İnnovasiya Medalı ilə təltif edilib (2013) və Milli İxtiraçıların Şöhrət Zalına daxil edilib (2014). == Həyatı == Frensis Arnold nüvə fizikı Villiam Hovard Arnoldun qızı, general Villiam Hovard Arnoldun nəvəsi idi. O, Pitsburqda böyüyüb. 1974-cü ildə şəhər məktəbini bitirmiş, 1979-cu ildə Prinston Universitetinin Mexanika və Aerokosmik Mühəndislik Fakültəsinin bakalavr dərəcəsini almışdır. Atası ilə birlikdə ABŞ Milli Mühəndislik Akademiyasının üzvləri arasında ilk sülalə olmuşdular. O, David və Lusile Paskard Foundation Elm və Mühəndislik Məsləhətçi Qrupunda Təqaüdlərə sədrlik edir və Qordon Araşdırma Konfranslarının qəyyumudur. 2005-ci ildə və Provivi, Inc. 2014-cü ildən Gevo, Inc-in həmtəsisçisidir.
Henri Harli Arnold
Henri Harli Arnold (25 iyun 1886 – 15 yanvar 1950), amerikalı general. "Hap" (azərb. Şans‎) təxəllüsü ilə də tanınan Henri, 1938–1941 illəri arasında Quru qoşunları Komandanlığı və 1942–1945 arasında Amerika Hərbi Hava Qüvvələri Komandanlığı vəzifələrində olmuşdur.
Trent Aleksandr-Arnold
Trent Aleksandr-Arnold (7 oktyabr 1998, Liverpul) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Crataegus arnoldiana
Crataegus arnoldiana (lat. Crataegus arnoldiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Klas Arnoldson
Klas Arnoldson (21 oktyabr 1844 – 20 fevral 1916[…]) — İsveçli yazıçı, jurnalist və siyasətçi. == Həyatı == Dayanıqlılığı və pasifistliyi iəl bilinən Arnoldson 1908-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür. Arnoldson eyni zamanda İsveç Sülh və Arbitraj Dərnəyinin qurucu üzvü və başçısıdır.
Rafflesia arnoldii
Arnold rafflesiyası (lat. Rafflesia arnoldii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü. Tropik meşələrdə iqlim şəraitinə uyğun yaradılmış bu çiçəyin diametri 90 sm-dir və çəkisi 7-11 kq-dır. Dünyanın bu ən böyük çiçəyi açdıqdan sonra 3 gündən 1 həftəyə qədər həyatda qalır və ifraz etdiyi qoxu ilə böcəkləri özünə cəlb edir. 9 aydan bir çiçək açan bu bitki, dərhal növbənöv böcəkləri özünə cəlb edərək tozcuqlarını paylayır və beləliklə nəslini davam etdirir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.19 dəfə / 1 mln.
2003 •••• 1.57
2004 ••••••• 2.70
2005 •••••••••••••• 5.40
2006 ••••••••••••••• 5.63
2007 •••••••••• 3.81
2008 ••••• 1.71
2009 ••••••••••••••••• 6.72
2010 •••••••• 3.18
2011 •••••••••••••••••••• 7.98
2012 •••••••• 2.93
2013 ••••••••••• 4.23
2014 •••••••••• 3.78
2015 ••• 1.19
2016 •• 0.52
2017 •• 0.65
2018 •••• 1.20
2019 ••• 0.83
2020 ••• 0.93

Oxşar sözlər

#arnold nədir? #arnold sözünün mənası #arnold nə deməkdir? #arnold sözünün izahı #arnold sözünün yazılışı #arnold necə yazılır? #arnold sözünün düzgün yazılışı #arnold leksik mənası #arnold sözünün sinonimi #arnold sözünün yaxın mənalı sözlər #arnold sözünün əks mənası #arnold sözünün etimologiyası #arnold sözünün orfoqrafiyası #arnold rusca #arnold inglisça #arnold fransızca #arnold sözünün istifadəsi #sözlük