arpa-buğda sözü azərbaycan dilində

arpa-buğda

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • arpa-buğda • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Buğda
Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik. Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır.
Arpa
Arpa (bitki) — Taxıllar fəsiləsindən bitki cinsi. Arpa (ölçü vahidi) — riyaziyyatda çəki ölçü vahidi.KəndlərArpa (Dərələyəz) — Dərələyəz mahalında kənd. Arpa — Qızıl Qoç rayonunda kənd.DigərArpa dərəsi — Dərələyəz mahalının Paşalı (Əzizbəyov, Vayk) rayonunda qala.
Buğda tripsi
Buğda tripsi lat. Haplothrips tritici Kurd.-Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. == Quruluşu == Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. Qarıncığın axırıncı buğumu boru halında uzanaraq, konusvari forma almışdır. Sürfə xarici görünüşünə görə yetkin formaya çox oxşayır. O, ancaq qırmızı rəngdə olur. Buğda tripsi deşib-soran ağız aparatına malik olub, taxıl bitkilərinin, o cümlədən payızlıq və yazlıq buğdanın zərərvericisidir. == Biologiyası == Buğda tripsinin xarakterik bioloji xüsusiyyətindən biri ondan ibarətdir ki, o, müxtəlif amillərdən (o cümlədən mikroiqlimdən) asılı olaraq bütün taxıl sahələrində eyni dərəcədə yayılmır və onun yayılması müəyyən ocaqlar şəklində olur. Azərbaycanda buğda tripsinin yaşayış tərzinə dair olduqca az elmi-tədqiqat işləri aparılmışdır. Buna baxmayaraq onun biologiyasının aşağıdakı bəzi cəhətlərini göstərmək olar: Sürfələr gövdə daxilində və torpağın üst qatında qışlayır.
Buğda təpə
Buğdatəpə (kənd) — İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonu ərazisində kənd. Buğdatəpə (dağ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında dağ. Buğdatəpə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ. Buğdatəpə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında aşırım.
Buğda yarması
Buğda yarması — iki müxtəliflikdə istehsal olunur: mannı yarması və buğda yarması. Buğda yarması poltava və artek çeşidində buraxılır. Ümumi xassələrinə, quruluşuna, kimyəvi tərkibinə və bioloji dəyərliliyinə görə buğda yarmaları buğda unundan çox az fərqlənir. Poltava yarmasını bərk buğdadan istehsal edirlər. Buğda çiçək qişasından təmizlənir və cilalanır. Ölçüsündən asılı olaraq dörd nömrədə buraxılır. İri ölçülü (1 və 2 №-li) yarmalar duru xörəklərin, xırda ölçülü (3 və 4 №-li) yarmalar isə sıyıqların hazırlanmasında istifadə olunur. Artek yarması (5 №-li) ən xırda hissələrə bölünmüş nüvədən ibarət olub dairəvi formaya qədər cilalanmış olur. Artek yarması mannı yarmasına yaxındır. Duru və özlü südlü sıyıqların hazırlanmasında istifadə edilir.
Təkdənli buğda
Triticum monococcum (lat. Triticum monococcum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin buğda cinsinə aid bitki növü. == Statusu == Çox nadir növdür. == Yayılması == Şuşakənd, Topxana ətrafında və Laçın, Şuşa, İsmayıllı, Yardımlı rayonlarında rast gəlir. Azərbaycandan kənarda – Krım, Ermənistan, Balkan yarımadası və Ön Asiya. == Bitdiyi yer == Quru, çınqıllı, gilli, qumlu yamaclar, az münbit torpaqlarda. == Ehtiyatı == Azdır. Tək-tək, bəzən qrup halında rast gələn sahələri məlumdur. == Çoxalması == Toxumla çoxalır. == Ehtiyatının dəyişilməsi səbəbləri == Ərazidən təsərrüfat üşün istifadə etdikdə asanlıqla yox ola bilər.
Yumşaq buğda
Yumşaq buğda (lat. Triticum aestivum) - buğda cinsinə aid bitki növü. == SInonim == Frumentum triticum E.H.L.Krause Triticum aestivum subsp. aestivum aestivum Triticum aestivum var. albinflatocapitatum Udachin Triticum aestivum var. australianum Udachin & Schachm. Triticum aestivum var. brezhnevii Udachin & Shakhm. Triticum aestivum var. dorofeevii Udachin & Shakhm.
Adi arpa
Adi arpa (lat. Hordeum vulgare) — qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. == Təbii yayılması == Arpanın vətəni Qədim Misir olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi. == Botaniki təsviri == == Ekologiyası == == Azərbaycanda yayılması == Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal kimi istifadə olunur. == İstifadəsi == Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər. Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır. Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür.
Arpa (Dərələyəz)
Arpa — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə, Arpa çayının yanında yerləşir. Burada 1321-cı ildə tikilmiş qədim alban abidəsinin-məbədinin qalıqları indi də durur. Mənbələrdə Arpanyal, Arbanyal kimi də xatırlanır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Arpa türk şəxs adı əsasında formalaşmışdır. Görünür, sonralar tayfa adı kimi sabitləşmişdir. H.Mirzəyev toponimin türk tayfa adından əmələ gəldiyini göstərir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə dəyişdirilib Areni qoyulmuşdur. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 34 nəfər, 1926-cı ildə 15 nəfər azərbaycanlı yaşamışdır.
Arpa (bitki)
Arpa (lat. Hordeum) — qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Arpa əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Onun dənindən perlova yarması və un hazırlanır. Unundan ehtiyac olduqda 20-25% buğda ununa qatırlar. Dənin tərkibində 12% zülal, 5,5% sellüloza, 58-64% nişasta, 2,1% yağ, 1,3% su, 2,8% kül olur. Dənin 1 kq-ı 1,2 yem vahidinə bərabərdir. Arpa insanlara qədimdən daş dövründən məlumdur. Bizim eradan 4-5 min il əvvəl yalnız ərzaq məqsədi üçün becərilirdi. Sonralar yem və daha sonralar isə pivə məqsədi üçün becərməyə başlamışlar.
Arpa Kavun
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336). == Həyatı == Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı. == Hakimiyyəti == Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.
Arpa xan

Arpa yarması
Arpa yarması – çiçəк qişasından tamamilə, meyvə və toхum qılafından, eləcə də aleyron təbəqəsindən qismən təmizlənmiş arpa nüvəsindən ibarətdir. Forma və quruluşundan asılı olaraq 2 növ arpa yarması istehsal edilir: arpa yarması (perlovaya) хırdalanmış arpa yarması (yaçnevaya).Arpa yarması istehsal etdiкdə çiçəк qişasından təmizlənmiş arpa pardaqlayıcı və cilalayıcı maşında emal olunur. Bu zaman dəndən meyvə və toхum qılafı, rüşeym, aleyron təbəqəsinin bir hissəsi təmizlənir, yarma oval və ya dairəvi forma alır. Yarma ələnir və ölçüsünə görə sortlaşdırılır. Arpa yarması ölçülərinə görə beş nömrədə (1 №-li 3,5 mm; 2 №-li 3-2,5 mm; 3 №-li 2,5–2 mm; 4 №-li 2-1,5 mm; 5 №-li 1,5-0,56 mm) buraхılır. Iri ölçülü yarma duru хörəкlərin və dənəvər sıyıqların hazırlanmasında, хırda ölçülü yarmalar isə daha tez bişməsinə görə duru sıyıqların hazırlanmasında istifadə olunur. Хırdalanmış arpa yarması üç nömrədə (yaçnevaya) çiçəк qişasından azad edilmiş хırdalanmış arpadan ibarətdir. Yarma ələnir, təmizlənir və ölçülərinə görə üç nömrədə (1 №-li 2,5–2 mm; 2 №-li 2-1,5 mm; 3 №-li 1,5-0,56 mm) sortlaşdırılır. Bütöv arpa yarmasından fərqli olaraq cilalanmır və ona görə də tərкibində sellüloza nisbətən çoхdur. Əsasən sıyıqların hazırlanmasında istifadə edilir.
Arpa çayı
Qovrulmuş arpa çayı (yap. mugicha; (麦茶 むぎちゃ)), (çin. dàmàichá; (大麦茶) ya màichá (麦茶 ya 麥茶)), (kor. boricha (보리차)), Muqiça, Damaiça, Maiça ya Boriça, kafeinsiz və qovrulmuş-taxıl əsaslı bitki mənşəli çaydır ki, arpadan hazırlanır və Yaponiya, Çin və Koreyada populyardır.
Ağ arpa
Ağ arpa — Azərbaycanın qədim payızlıq arpa sortu. Sünbülləri ağ, altıcərgəli, seyrəkdənli və qılçıqlıdır. Küləşi sarı, dəni aq, azca yaşılaçalan, uzunsov və iri olur. Ağ arpanın 1,000 dəninin çəkisi 39–50 qramdır. Dəni tökülmür, yerə az yatır. Orta müddətdə yetişir. Soyuğa, quraqlığa (orta dərəcədə), sürmə xəstəliklərinə davamlıdır. Sentyabrın 2-ci, oktyabrın 1-ci yarısında torpağa səpilir. Vegetasiya dövrü 230–250 gündür. 1 hektardan 20–35 sentner məhsul yığılır.
Arpa məbədi
Arpa məbədi — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonunun Arpa (10.09.1046-cı ildən — Areni) kəndində, Yelpiçay çayı ilə Arpa çayının qovuşduğu yerdə yerləşən alban-türk xristian abidəsidir. == Haqqında == Məbədin kitabəsində onun Burtel Orbelianın, onun arvadı Vağağın, oğlanları Başken və İvanın şərəfinə Siyuni hakimi Darsaiçin əmri ilə yepiskop Ovanes Orbelian tərəfindən 1322-ci ildə tikdirildiyi göstərilmişdir. Elxani hökmdarı Arpa xanın (1335–1336) adını daşıyan Arpa kəndində tarixən Türk-Oğuz tayfaları yaşamışlar. Daha sonra kəndə Türkiyədən və İrandan ermənilər köçürülüb gətirilmişlər.
Buğda dağı (Bukan)
Buğda dağı (fars. بوغداداغي‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (20 ailə).
Torağayılı buğda tarlası
1887-ci ildə, Vinsent van Qoq Parisdə ikən yağlı boya ilə hamı tərəfindən Torağayılı buğda tarlası olaraq bilinən rəsm əsərini çəkdi. Orta hissədə, yüngül buludlarla bəzədilmiş səma altında qismən biçilmiş buğda tarlası göstərilir. Rəsmin sol tərəfinə doğru torağayı uçur. Rəsmin ölçüləri 54 x 65.5 sm-dir və Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Muzeydə əsər Korenveld met patrijs adı ilə bilinir.
Arpa (ölçü vahidi)
Arpa – əsasən türk xalqlarının məişətində çəki ölçü vahidi. == Ümumi məlumat == Arpa türk sözü olub, ondan bir çəki vahidi kimi əsasən türk xalqlarının məişətində istifadə olunmuşdur. Başqa xalqlar bu çəki vahidini türklərdən götürmüşlər. Arpanın tibbi ədəbiyyatlarda 37,5 qr-a bərabər olduğu göstərilir. Azərbaycanda əski çağlardan bəri daha çox qızıldan, az hallarda isə gümüşdən hazırlanan qadın boyunbağısı da "arpa" adlanmışdır. Həmin boyunbağının xırda hissələri arpaya bənzəməklə, hər birinin çəkisi də 1 arpaya bərabər olmuşdur. Xalq çəki və ölçü vahidlərinin öyrənilməsində folklora və yazılı ədəbiyyata müraciət etmədən keçinmək mümkün deyil, çünki bu zəngin söz xəzinəsində xalq çəki və ölçü vahidləri haqqında çox geniş bilgilər var. Həmin ölçü vahidlərindən istifadə olunması XIX əsrin axırları və XX əsrin əvvəllərində eyni əhəmiyyət kəsb edirdi. Nizami Gəncəvi "Yeddi gözəl" poemasında deyirdi: == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə.
Qovrulmuş arpa çayı
Qovrulmuş arpa çayı (yap. mugicha; (麦茶 むぎちゃ)), (çin. dàmàichá; (大麦茶) ya màichá (麦茶 ya 麥茶)), (kor. boricha (보리차)), Muqiça, Damaiça, Maiça ya Boriça, kafeinsiz və qovrulmuş-taxıl əsaslı bitki mənşəli çaydır ki, arpadan hazırlanır və Yaponiya, Çin və Koreyada populyardır.
Sultan Arpa xan
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336). == Həyatı == Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı. == Hakimiyyəti == Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.
Sübh çağı buğda tarlası
1887-ci ildə, Vinsent van Qoq Parisdə ikən yağlı boya ilə hamı tərəfindən Torağayılı buğda tarlası olaraq bilinən rəsm əsərini çəkdi. Orta hissədə, yüngül buludlarla bəzədilmiş səma altında qismən biçilmiş buğda tarlası göstərilir. Rəsmin sol tərəfinə doğru torağayı uçur. Rəsmin ölçüləri 54 x 65.5 sm-dir və Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Muzeydə əsər Korenveld met patrijs adı ilə bilinir.
Torağayılı buğda tarlası (rəsm əsəri)

arpa-buğda sözünün rus dilinə tərcüməsi

arpa-buğda sözünün fransız dilinə tərcüməsi

arpa-buğda sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Tabasaran) göy qurşağı II (Qazax, Şəmkir) növbə ilə oğlan və ya qız (doğmaq, olmaq). – Sona arpa-buğda doğor, nişil oğlan doğdu, biyil də qız doğuf (Qazax); – Navatın uşağı həmişə arpa-buğda olur, gəh oğlan, gəh qız doğur (Şəmkir)

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#arpa-buğda nədir? #arpa-buğda sözünün mənası #arpa-buğda nə deməkdir? #arpa-buğda sözünün izahı #arpa-buğda sözünün yazılışı #arpa-buğda necə yazılır? #arpa-buğda sözünün düzgün yazılışı #arpa-buğda leksik mənası #arpa-buğda sözünün sinonimi #arpa-buğda sözünün yaxın mənalı sözlər #arpa-buğda sözünün əks mənası #arpa-buğda sözünün etimologiyası #arpa-buğda sözünün orfoqrafiyası #arpa-buğda rusca #arpa-buğda inglisça #arpa-buğda fransızca #arpa-buğda sözünün istifadəsi #sözlük