Arpaçay sözü azərbaycan dilində

Arpaçay

Yazılış

  • Arpaçay • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arpaçay
Arpaçay — Ermənistanın hazırkı Vayotsdzor mərzindən və Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda axır. Araz çayının sol qolu və NMR-nın ən böyük və sulu çayıdır. Uzunluğu 126 km, hövzəsinin sahəsi 2630 km²-dir. Başlanğıcını Basarkeçər dağ silsiləsində Cermuk şəhərindən 12 km şimal-şərqdə, 2.985 metr hündürlükdəki yerləşən zirvədən (koordinatları: 39° 57′ 5.27″ şm. e. 45° 39′ 52.36″ ş. u.) götürür. Yeraltı sular, qar və qismən yağış suları ilə qidalanır. Suvarmada geniş istifadə edildiyindən yayda suyu Araza çatmır. Arpaçayından Göycə gölünə su axıtmaq məqsədi ilə 1970-ci ildə 48.6 km uzunluğunda tunel çəkilmişdir.
Arpaçay (Qars)
Arpaçay — Türkiyədə qəsəbə. Türkiyənin Qars ilinin Arpaçay ilçəsinin inzibati mərkəzi.
Arpaçay (dəqiqləşdirmə)
== Toponim == === Azərbaycan === Arpaçay — Ermənistandan və Naxçıvanın Şərur rayonundan axan çay. Arpaçay su anbarı — Naxçıvan Muxtar Respublikasında su anbarı. Arpaçay (Şərur) — Azərbaycanın Şərur rayonuda kənd. Arpaçay (Şörəyel) — Qərbi Azərbaycanın Şörəyel mahalında kənd. === Türkiyə === Arpaçay ilçəsi — Qars ilinin ilçələrindən biri. === İran === Arpaçay (Ərdəbil) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Digər == Arpaçay Dövlət Təbiət Yasaqlığı — Naxçıvan Muxtar Respublikasında qoruq. Arpaçay SES — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşən SES. Arpaçay Karate Klubu — karate-do idman növü üzrə klub.
Arpaçay (Şərur)
Arpaçay (əvvəlki adı: Sovetabad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərvişlər kənd inzibati ərazi dairəsi tərkibindəki Sovetabad kəndi Arpaçay kəndi adlandırılmışdır. == Toponimiası və tarixi == Arpaçayının sahilində şərur düzündədir. Əvvəlki adı Sovetabad olmuşdur. Oykonim sovet hakimiyyəti illərində "sovet kəndi" mənasinda yaranmışdır. Kəndin adı eyniadlı çayın adı ilə bağlıdır. SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, Keştaz və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib. 2017-ci il fevralın 1-də Arpaçay Kənd Mərkəzinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.
Arpaçay (Ərdəbil)
Arpaçay (fars. ارپاچايي‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 221 nəfər yaşayır (34 ailə).
Arpaçay FK
"Arpaçay" — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
Arpaçay SES
Arpaçay Su Elektrik Stansiyası — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşir. Açılışı 9 sentyabr 2013-cü ildə olub. Arpaçay Su Elektrik Stansiyası Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “2008-2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində inşa olunmuşdur. Stansiyanın tikintisinə 2011-ci ilin fevral ayında başlanılmış və qısa müddətdə başa çatdırılmışdır. Gücü 20,5 meqavat olan su elektrik stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir.
Arpaçay elçəsi
Arpaçay ilçəsi — Qars ilinin ilçəsi.
Arpaçay ilçəsi
Arpaçay ilçəsi — Qars ilinin ilçəsi.
Meydancıq (Arpaçay)
Meydancıq (türk. Meydancık) — Qars ilinin Arpaçay ilçəsində kənd. == Tarixi == Kənd əhalisi Oğuzlardan olan Azərbaycanlılardır. Kənd əhalisi əsasən 1918-ci ildə Göyçə mahalındakı erməni qırğınlarından canını sağ qurtaran azərbaycanlılar Türkiyəyə keçərək Arpaçayın sahilindəki Meydancıq kəndində məskunlaşanlardır. Köç edən əhalinin bir hissəsi Qars vilayətinin müxtəlif nahiyələrinə səpələnmişlər. == Mədəniyyəti == Kənddə ibtidai məktəb fəaliyyət göstərir. İçməli su şəbəkəsi yoxdur, Sanitariya qovşağı quraşdırılımışdır. Kəndin asfalt yolu, daimi elektriki və telefon qovşağı vardır. == Coğrafiyası == Kənd Qars ilindən 45;km, Arpaçay ilindən isə 3;km məsafədədir. == İqlimi == == Əhalisi == === Tanınmışları === Abbas Göyçə (türk.
Qərbi Arpaçay
Qərbi Arpaçay (erm. Ախուրյան, osm. ارپه چاى, türk. Arpaçay) — Ermənistan yaylası ərazisində Kiçik Qafqaza doğru axan çay. Araz çayının sol qolunu təşkil edir. Şimal axarlarda Ermənistab ərazisindən axsa da aşağı axarlareda Türkiyə Ermənistan sərhəddindən axır. Ərpiliç su anbarından axan çay Baqaran kəndin yaxınlığında Araza birləşir. == Adı == Ermənilər çayı Axuryan adlandırırlar. B.e.ə VIII əsrdə Sarıqamış şəhərində aşkarlanmış Urartuya aid Axuriani şəhərinin adı çəkilir. Çayın adını bunla əlaqələndirirlər.
Arpaçay (film, 2006)
Arpaçay qısametrajlı sənədli televiziya filmi rejissor Tahir Əliyev tərəfindən 2006-cı ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Naxçıvan Muxtar Respublikasının ən böyük və sulu çayı olan Arpaçaydan bəhs edir. == Məzmun == Film Araz çayının sol qolu və Naxçıvan Muxtar Respublikasının ən böyük və sulu çayı olan Arpaçayın tarixindən və bu günündən, Arpaçay üzərində inşa edilən Arpaçay su anbarı və Arpaçay Su Elektrik Stansiyasından bəhs edir.
Arpaçay Karate Klubu
Arpaçay Karate Klubu — karate-do idman növü üzrə klub. Klubun prezidenti Azərbaycan Milli Karate Federasiyasının Naxçıvan Muxtar Respublikasındakı Nümayəndəliyinin rəhbəri, IV dan qara kəmər sahibi, Əməkdar məşqçi Yavər Ənvər oğlu Hüseynov, klubun birinci vitse-prezidenti Əməkdar bədən tərbiyəsi və idman xadimi Hidayət Mikayıl oğlu Şabanov, baş məşqçisi beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi Vüqar Kərimovdur. Klubun Azərbaycanın 10 yaxın regionunda filialı var. Həmin filiallarda məşqçilər Rasim Ağayev (Bakı), Mehman Əlirzayev (Bakı, Sumqayıt), Toğrul Adilli (Bakı), Pərviz Quliyev (Buta-Sumqayıt), İsa Qasımov (Sumqayıt), Yasin Cəfərov (Gəncə), Mahir Məmmədov (Gəncə), Samir Ələkbərov (Ağstafa), Niyazi Cəndirli (Ağstafa), Füzuli İsmayılov (Xaçmaz) və digərləri karate idman növü üzrə idmançılar hazırlayırlar. == Tarixi == Arpaçay Karate Klubu 2015-ci ildə təsis olunub. Azərbaycanın aparıcı karate klublarından biri olan Arpaçay Karate Klubu qısa müddətdə Azərbaycan Milli Karate Federasiyasının yeniyetmələrdən ibarət yığma komandasına ən çox idmançı yetişdirən kluba çevrilib. 2020-ci il ərzində əldə etdiyi uğurlara görə "MA Media Group" və "Lider" televiziya kanalının "İlin ən yaxşısı" nominasiyası üzrə keyfiyyət simvolu seçilib. 2020-ci ilin yekunlarına görə, Arpaçay Karate Klubu karate-do idman növünün inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə Bakı Karate-do Akademiyası tərəfindən də fəxri diplomla təltif edilib. 2021-ci ilin yanvarında Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov Azərbaycanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində və idman sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin Fəxri Fərmanı ilə təltif edilib. == Yarışlar == Klub tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ilk beynəlxalq yarış 2016-cı ilin yanvarında keçirilib.
Arpaçay su anbarı
Arpaçay su anbarı — Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Şərur rayonunun Gümüşlü kəndində yaradılmış su anbarı 1977-ci ildə istifadəyə verilmişdir. Sonrakı illərdə Arpaçay sağ və sol sahil kanalları çəkilib. Dəryaçadan Şərur, Kəngərli və Sədərək rayonlarında 20 min hektardan artıq əkin sahələrinin suvarılmasında istifadə olunur. 2007-ci ilin dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına 18,6 milyon manat məqsədli vəsait ayrılmışdır. Bu vəsait sənaye və tikinti xərclərinin tərkib hissəsi kimi ayrılıb. Vəsaitin 15 milyon manatı Naxçıvanın qazlaşdırılması işinin növbəti mərhələsinin həyata keçirilməsinə, 3,6 milyon manatı isə Arpaçay su anbarının yenidən qurulması və əsaslı təmirinə xərclənib. 2008-ci ildə su anbarında yenidənqurma işləri aparılıb. Arpaçay su anbarının ümumi su tutumu artırılıb. Dəryaçada bir sıra avadanlıqların istismar müddətinin bitməsi, bənddə sızmaların qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma və əsaslı bərpa işləri çərçivəsində su anbarında qülləli suburaxıcının elektrik avadanlığı və avtomatlaşdırma sistemi yenidən qurulub, suburaxıcı şaxtaya gedən yol təmir edilib. Faydalılıq həcmi 140 mln kubmetr olan dəryaçada aparılan əsaslı və yenidənqurma işləri onun maksimal həddə-150 mln kubmetr su ilə doldurulmasına imkan verəcək.
Arpaçay Dövlət Təbiət Yasaqlığı
Arpaçay Dövlət Təbiət Yasaqlığı — 2005-ci ilin əvvəllərində Naxçıvan Muxtar Respublikasının 9118 hektar ərazisində yaradılmışdır.
Arpaçay Su Elektrik Stansiyası
Arpaçay Su Elektrik Stansiyası — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşir. Açılışı 9 sentyabr 2013-cü ildə olub. Arpaçay Su Elektrik Stansiyası Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “2008-2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində inşa olunmuşdur. Stansiyanın tikintisinə 2011-ci ilin fevral ayında başlanılmış və qısa müddətdə başa çatdırılmışdır. Gücü 20,5 meqavat olan su elektrik stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir.
Arpaçayı
Arpaçayı (Ərdəbil)
Arpaçayı (Takab)
Arpaçayı (fars. ارپاچايي‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.30 dəfə / 1 mln.
2003 •••••••••••• 2.36
2004 ••••• 1.01
2006 ••••••• 1.35
2007 ••••• 1.06
2008 ••••••••••••• 2.68
2009 ••••••• 1.44
2010 •••• 0.82
2011 •••• 0.86
2012 ••••••••••• 2.24
2013 •••••• 1.17
2014 •••••••••••••••••••• 4.29
2015 0.17
2017 •• 0.33
2018 •• 0.30
2019 •••••• 1.11
2020 •••••••••• 2.12

Oxşar sözlər

#arpaçay nədir? #arpaçay sözünün mənası #arpaçay nə deməkdir? #arpaçay sözünün izahı #arpaçay sözünün yazılışı #arpaçay necə yazılır? #arpaçay sözünün düzgün yazılışı #arpaçay leksik mənası #arpaçay sözünün sinonimi #arpaçay sözünün yaxın mənalı sözlər #arpaçay sözünün əks mənası #arpaçay sözünün etimologiyası #arpaçay sözünün orfoqrafiyası #arpaçay rusca #arpaçay inglisça #arpaçay fransızca #arpaçay sözünün istifadəsi #sözlük