Arq sözü azərbaycan dilində

Arq

Yazılış

  • Arq • 60.0000%
  • ARQ • 20.0000%
  • arq • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Arqo" əməliyyatı (film, 2012)
Arqo — 2012-ci ildə ABŞ-də ekranlaşdırılmış siyasi triller. Filmin rejissoru Ben Afflekdir. Filmin ssenarisi Toni Mendezin "The Master of Disguise" və Coşua Biermenin "Wired" jurnalında çıxmış "The Great Escape" məqaləsindən götürülmüşdür. Filmdə əsas rolda Ben Afflek, Mendez rolunu canlandırır, ondan əlavə isə Alan Arkin, Brayan Krenston və Con Qudman da filmdə yer alıblar. Filmin prodüserləri Ben Afflek, Qrant Heslov və Corc Klunidir. Film 85-ci Akademiya Mükafatı üzrə yeddi nominasiya alıb və üçündə laureat olub. Bu laureatların arasında Ən yaxşı film də var. Bundan əlavə beş Qızıl Qlobus mükafatına da nominasiya olmuş və bunlardan ikisini qazanmışdır. == Filmin xülasəsi == 4 noyabr 1979-cu ildə İran aktivistləri İran İslam İnqilabı zamanı ABŞ prezidenti Cimmi Karterin Şaha sığınacaq verdiyinə görə İrandakı ABŞ səfirliyinə hücum edirlər. Əllidən çox səfirlik işçisi girov götürülür, lakin altı işçi ordan qaçmağa nail olurlar və Kanada səfirliyində sığınırlar.
Arqan
Arqan (lat. Ricinus) — Ərəb ölkələrində yetişən 10 metrə boyunda olan ağac. Zeytuna bənzər meyvələri olur. Bu meyvənin çəyirdəyini kəndlilər qovurub, üyüdür. Bu yolla ortaya çıxan az miqdarda arqan yağından müalicəvi və kosmetik vasitə kimi istifadə edilir. == Təbabətdə == Arqan bitkisindən xalq təbabətində geniş isifadə olunur. Bu bitkidən alınan yağ müxtəlif dəri xəstəlikərində istifadə olunur. Onun antibakteriyal, nəmlədirici, sağaldıcı və yumuşaldıcı xüsusiyyətləri hələ qədim zamanlardan insanlara məlum idi.
Arqan yağı
Arqan yağı — arqan bitkisindən əldə olunan yağ. Arqan bitkisinin meyvəsinin çəyirdəyini qovurub üyüdürlər. Alınan yağ "Duru qızıl" adlandırırlar. == Xalq təbabətində əhəmiyyəti == Arqan yağı kosmetika yağlarının içərisində qidalandırma baxımından ən dəyərli və ən zəngin yağdır. Bu yağ saçda, dəridə, əldə və bədənin hər yerində isdifadə edə biləcəyiniz möcüzəvi bir yağdır. Arqan yağı tərkibli kremlər, şampunlar, əl kremləri dəri qırışıqlığının düzəlməsində möcüzəvi təsir göstərir. Bu möcüzəvi yağ dərini çox tez bir zamanda nəmləndirir və hüceyrələri yeniləşdirir. Dərinin quru və ya yağlı olmasından aslı olmayaraq hər kəs bu faydalı yağdan tərəddüd etmədən istifadə edə bilər. İstər səhər, istər gecə istifadə edilə bilən bu faydalı yağı hamilə qadınlar da hamiləlik zamanı və hamiləlikdən sonra bədəndə yaranan dəri süzülmələrinin müalicəsində istifadə edə bilər. Tez bir zamanda gözlə görünəbiləcək qədər təsir göstərir.
Arqatu (Həştrud)
Arqatu (fars. عرقطو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 182 nəfər yaşayır (37 ailə).
Arqau
Arqau (alm. Aargau‎, fr. Argovie, it. Argovia, romanş Argovia) — İsveçrənin şimalında kanton. Kantonun əvvəllər istifadə olunan adı - Aarqau, indi köhnəlmiş transkripsiyadır. Adını ərazisindən axan eyniadlı çaydan almışdır. Qərb tərəfində Bern, Zoloturn və Bazel torpaqlarının kantonları, Sürixin şərq tərəfində və Cənubi Lütsern və Suq yerləşir. İnzibati mərkəz Aarau şəhəridir. Sahəsi - 1403.8 km², əhalisi 627.340 nəfərdir (2012). == Tarixi == Qədim dövrlərdə Roma şəhəri Vindonissa kantonun ərazisində yerləşirdi.
Arqayaş
Arqayaş (başq. Arƣajaş, rus. Аргая́ш) — Rusiya Federasiyasının Çelyabinsk vilayətində kənd. Arqayaş rayonunun inzibati mərkəzi. == Tarixi == Arqayaş kəndi 1896-cı ildə Çelyabinsk-Yekaterinburq dəmir yolunun tikintisi ilə əlaqədar olaraq yaradılmışdır. 17 yanvar 1934-cü ildə Ümumittifaq MİK Rəyasət Heyətinin qərarı ilə Çelyabinsk vilayətinin tərkibində yaradılmış Arqayaş milli mahalının mərkəzi olmuşdur. Həmin milli mahal Ümumittifaq MİK Rəyasət Heyətinin 17 noyabr 1934-cü il tarixli qərarına əsasən ləğv edilmişdir. == Əhalisi == Əhalisi əsasən başqırdlardan ibarətdir. == Mədəniyyət == Kənddə Arqayaş başqırd xalq teatrı fəaliyyət göstərir. == Həmçinin bax == Arqayaş milli mahalı == İstinadlar == == Xarici keçidlər == Сайт Аргаяшского Сельского поселения Официальный сайт Аргаяшского муниципального района Аргаяш // Башкирская энциклопедия.
Arqayaş milli mahalı
Arqayaş milli mahalı (başq. Arƣajaş milli okrugь, rus. Аргая́шский национа́льный о́круг) — SSRİ-də, Rusiya Sovet Federativ Sosialist Respublikasında qısa müddət mövcud olmuş inzibati ərazi vahidi. Başqırdların milli mahalı idi. Mərkəzi Arqayaş kəndi idi. == Tarixi == Ümumittifaq MİK Rəyasət Heyətinin 17 yanvar 1934-cü il tarixli qərarı ilə Çelyabinsk vilayətinin tərkibində yaradılmışdır. Ümumittifaq MİK Rəyasət Heyətinin 17 noyabr 1934-cü il tarixli qərarına əsasən ləğv edilmişdir. == Ərazisi == Sahəsi 6772 km², əhalisi 88,9 min nəfər olmuşdur. Mahala başqırdların kompakt yaşadıqları ərazilər – Başqırd Muxtar Sovet Sosialist Respublikasından alınıb Çelyabinsk vilayətinə verilən Arqayaş və Kunaşak rayonları daxil idi. == İstinadlar == == Xarici keçidlər == Аргаяшскому району Челябинской области — 75 лет.
Arqayl
Arqayl (ing. Argyll; şot.kelt Earra-Ghàidheal) — Şotlandiyanın qərbində tarixi region. 1889-cu ildən 1975-ci ilə qədər Arqayl, o vaxtdan isə Arqayl-end-Büt qrafılığının bir hissəsidir. Arqayl tarixi Kintayr, Napdeyl, Koval və Lorn, bəzən Ardnamurhan və Morvern ərazilərini əhatə edir. Təxminən VI əsrdə İrlandiyadan olan şotlandlar buraya köçərək Dal Riada krallığını yaratmışlar. VIII və IX əsrlərdə Haylend ərazilərin çox hissəsini müstəmləkə edən gel qəbilələrinin əksəriyyəti buradan gəlirdi. Arqayl IX əsrin ortalarından etibarən Alba dövlətinin tərkibində idi. XIV əsrdən burada Birinci Şotlandiya İstiqlaliyyət müharibəsi zamanı Robert I Brüsü dəstəkləyən Lox-Eyvin Kempbellər klanı üstünlük təşkil edirdi. == Əlavə ədəbiyyat == Omand, Donald (ed.) (2006). The Argyll Book.
Arqi yovşanı
Arqi yovşanı (lat. Artemisia argyi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Arqinus adaları
Arqinus adaları (lat. Arginussae) — arxipelaq antik Aiolis vilayətinin sahillərində, Lesbos adasının cənub-şərq qutaracağından bir qədər aralıda yerləşir. sahillərini Egey dənizinin suları yuyur. Arxipelaqa 3 kiçik ada daxildir. Onların birlikdə sahəsi 1 km²-dir. Arxipelaqın ən böyük torpaq parçası Qarip adasıdır. Onun sahəsi 0,35 km²-dir. Peloponnes müharibəsi zamanı, b.e.ə 406-cı ilin sentyabrında Adina və Sparta arasında böyük dəniz döyüşü baş vermişdir. Döyüş tarixə Arqinus döyüşü adı ilə düşmüşdür. Afinalılar döyüşü qalib gəlsələrdə müharidədə son uğurları olur.
Arqiroz
Arqiroz və ya arqiriya (q.yun. ἄργυρος — gümüş + -ia) — gümüşün, onun birləşmələrinin, gümüş tozunun, koloidal gümüşün və ya gümüş nanohissəciklərin bədənində uzun müddət çöküntü nəticəsində yaranan bir xəstəlik. Gümüşü və ya mavi-boz rəngli çalar alan dərinin güclü dönməz piqmentasiyası ilə xarakterizə olunur. Lazer terapiyası və ya dermabraziya məhdud kömək edə bilsə də, müalicəsi yoxdur. Arqirozun inkişafı gümüşə əsaslanan vəsaitlərin nəzarətsiz və səmərəsiz istifadəsi hallarında qeydə alınıb . Gümüşün istehsalı və emalı ilə məşğul olan işçilərdə də arqioz xəstəliyi barədə məlumat verilib. Kiçik dozalarda, gümüş bədən toxumalarına yerləşdirilə bilərsə də, birləşmələr təhlükəsizdir. Buna baxmayaraq, dəri və selikli qişaların boz-mavi rəng ilə ortaya çıxan və ömür boyu qalan bir kosmetik qüsur əhəmiyyətli psixoloji narahatlığa səbəb ola bilər. Bununla birlikdə, tədqiqatlar göstərir ki, gümüş ionlarının əlavə edilməsi ilə hazırlanan preparatlar xeyli güclü antibakterial təsir göstərə bilər. 20 dekabr 2007-ci il tarixində, evdə gümüşdən və distillə edilmiş sudan hazırlanan və gümüşü balzamdan istifadə edilən kolloid gümüşün uzun müddətli istehlakından sonra bütün dərisi boz-mavi rəngə çevrilmiş bir Kaliforniya sakini Pol Karason haqqında bir hekayə dərc edildi.
Arqirozavr
Arqirozavr (lat. Argyrosaurus; "Gümüşü kərtənkələ", ἄργυρος — Gümüş və σαῦρος — kərtənkələ) — Ot yeyən Dinozavr növü olaraq Titatozavr qrupuna daxildir. 70 milyon il öncə Təbaşir dövründə yaşamışlar. Onlar hazır ki, Cənubi Amerika ərazisində (Argentina və Uruqvay) yayılmışdır. Arqirozavr dünyanın ən iri dinozavrlarından biridir. Onun uzunluğu 20–30 metr, çəkisi 80 ton olmuşdur. Arqirozavrın tipik növü Argyrosaurus superbus — dır (А. Superbus). İlk dəfə 1893-cü ildə paleontoloq Richard Lydekker tərəfindən yazılmışdır.
Arqişti Kərəmyan
Arqişti Elbəyi Kərəmyan (Erm: Արգիշտի Էլբեկի Քյարամյան, Arqişti Elbeki Kyaramyan; 22 may 1991, Eranos, Aşağı Qaranlıq rayonu) — Ermənistan Milli Təhlükəsizlik Ximdətinin sabiq direktoru. == Həyatı == 2009–2011-ci illərdə hərbi xidmət olan Arqişti Kərəmyan, 2013-cü ildə İrəvan Dövlət Universitetinin hüquq fakultəsindən məzun olmuş, həmin ildən etibarən polis orqanlarında, 2014-cü ildən etibarən isə Ermənistan Respublikası İstintaq komitəsində müstəntiq olaraq fəaliyyət göstərmişdir. 2015-ci ildə Ermənistan Respublikasının Hüquq akademiyasında prokurorluq kurslarında iştirak etmiş, 2016-cı ildə İrəvan Dövlət Universitetində hüquq üzrə magistratura təhsilini tamamlamışdır. 2016-cı ildən 2018-ci ilə qədər Şirak rayonunda, daha sonra isə İrəvan şəhərində prokuror kimi fəaliyyət göstərmişdir. 2018-ci ilin iyun ayından etibarən müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışmış, 2020-ci ilin may ayında MTX-nın rəhbərliyinə gətirilmiş və 2020-ci ilin iyun ayında isə MTX-nin direktoru kimi təsdiqlənmişdir. A.Kərəmyan Ermənistanla Azərbaycan arasında yaşanan II Qarabağ Müharibəsinin gedişində (8 oktyabr 2020) MTX direktoru vəzifəsindən azad edilmişdir. O, 24 dekabr 2020-ci il tarixində Ermənistan İstintaq Komitəsinin sədr müavini təyin olunmuşdur. Evlidir, 2 övladı var.
Arqo (film, 2012)
Arqo — 2012-ci ildə ABŞ-də ekranlaşdırılmış siyasi triller. Filmin rejissoru Ben Afflekdir. Filmin ssenarisi Toni Mendezin "The Master of Disguise" və Coşua Biermenin "Wired" jurnalında çıxmış "The Great Escape" məqaləsindən götürülmüşdür. Filmdə əsas rolda Ben Afflek, Mendez rolunu canlandırır, ondan əlavə isə Alan Arkin, Brayan Krenston və Con Qudman da filmdə yer alıblar. Filmin prodüserləri Ben Afflek, Qrant Heslov və Corc Klunidir. Film 85-ci Akademiya Mükafatı üzrə yeddi nominasiya alıb və üçündə laureat olub. Bu laureatların arasında Ən yaxşı film də var. Bundan əlavə beş Qızıl Qlobus mükafatına da nominasiya olmuş və bunlardan ikisini qazanmışdır. == Filmin xülasəsi == 4 noyabr 1979-cu ildə İran aktivistləri İran İslam İnqilabı zamanı ABŞ prezidenti Cimmi Karterin Şaha sığınacaq verdiyinə görə İrandakı ABŞ səfirliyinə hücum edirlər. Əllidən çox səfirlik işçisi girov götürülür, lakin altı işçi ordan qaçmağa nail olurlar və Kanada səfirliyində sığınırlar.
Arqon
Arqon (Ar) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 18-ci element. O, nəcib qazdır, 1894-cü ildə havadan ingilis fiziki Con Vilyam Rele (1842-1919) və şotland kimyaçısı Vilyam Ramzay tərəfindən ayrılmışdır. O, heç bir maddə ilə reaksiyaya girmir və buna görə də bu adı almışdır, yunanca argos - “fəaliyyətsiz”. Bu adı kimyaçı X.C.Madan təklif etmişdir. O, 1894-cü ilin avqustun 13-də Oksfordda Britaniya elmə dəstək assosiasiyasının iclasına sədrlik edirdi və həmin iclasda Reley və Ramzay yeni qazın kəşfi haqqında məlumat verirdi. 1904-cü ildə Vilyam Ramzay arqon və digər təsirsiz qazları kəşf etdiyi üçün kimya üzrə Nobel mükafatına layiq görülüb, fizik Con Vilyam Strett (lord Reley) həmin ildə mahiyyətcə eyni kəşfə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. Elektrikli işıqlandırma lampalarında və fluoressensiya balonlarda istifadə edilir. Elektrik arxlarıyla edilən kəsici və qaynaq əməliyyatlarında, həmçinin, silikon və germanium kristallarının istehsalında qoruyucu soyqaz olaraq istifadə edilir. Titan və bənzəri reaktiv elementlərin əldə edilməsində rol oynayır. Radiasiya səviyyələrini ölçən Geiger sayğaclarında da istifadə edilir.
Arqonavtlar
Arqonavtlar (q.yun. Ἀργοναύται, Αργώ-dan yaranmış gəmi adı və ναύτης — dənizçi) — Qədim yunan mifologiyasında Arqo gəmisində Kolxidaya üz tutan gəzinti iştirakçıları.
Arqos
Arqos (q.yun. Ἄργος, yun. Άργος, translit. Árgos) — Yunanıstanın cənub-şərqində şəhər. Qədim yunan şəhərlərindən biri olub, Mora yarımadasındadır. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 24.700 nəfər yaşyır.
Arqument
Arqument ― yönəldilmə və nəticəçıxarmadan ibarət bir sıra təsdiq cümlələr (mühakimələr). Məişət dilində arqument (sübut) — məntiq mühakiməsi, hansı ki ya ayrıca, ya da digərləri ilə birlikdə müəyyən bir ifadənin (tezisin) həqiqiliyini sübut etmək məqsədi ilə istifadə olunur. Bir tezisin doğru hesab edilməsi üçün, düzgün məntiqi hökmlərin köməyi ilə tezisi sübut etmək üçün kifayət edən bütün arqumentlər özündə həqiqi məlumatları ehtiva etməlidir.
Arqun ağa Oyrot
Arqun ağa (1210 – 17 iyun 1275) — Monqolların ilk dövründə Azərbaycanın canişini. == Həyatı == 1252-ci ildə ulu xan Məngu qağanın (1251-1259) Azərbaycandakı canişini Oyrot ulusundan Arqun ağa idi. Arqun ağa Hülaku xanın (1256-1265) hakimiyyəti dönəmində yüksək vəzifə tutmuşdu. Abaqa xanın (1265-1282) dövründə baş vəzir vəzifəsinə ucalmışdı. Arqun ağa 17 iyun 1275-ci ildə vəfat еdib. == Arqun ağa və Xaçın knyazı Həsən Cəlal == Orta əsr tarixçilərinin verdiyi məlumata görə Xaçın knyazı Həsən Cəlal Sartak ilə birlikdə Məngu xanın (1251-1259) yanında olarkən Azərbaycan canişini Arqun ağadan ona şikayət etmişdi Məngu xan isə onun təhlükəsizliyini təmin etmək üçün Həsənə xüsusi vəkalətnamə vermişdi. Bunu eşidən Arqun ağa Həsən Cəlal vətənə qayıdan kimi, bəhanə ilə onun bir neçə qohumunu əsir tutdu. Bu zamaı Həsənin qızı Rzukan atasını azad etmək üçün bir dəstə atlı ilə gecə ikən Monqolustana Məngu xanın yanına yola düşür. Bundan xəbər tutan Arqun ağa Həsənin qızı Məngu xanın yanına çatmamış, Həsənin haqqında ölüm hökmü çıxarır. Salnaməçilərin yazdığına görə Arqun ağa Həsənin boynuna qəlib, ayağına isə dəmir qandal vüraraq Qəzvinə aparır və orada onu gecə ikən bütün oynaçaqlarından doğratdıraraq böyük əzabla öldürdür.
Arqun dərəsi
Arqun dərəsi — Qafqazın ən uzun dərələrindən biri. == Coğrafiyası == Çeçenistan ərazisində Arqun dərəsi Arqun çayının geoloji fəaliyyəti nəticəsində formalaşmış. Arqun çayı Baş Qafqaz dağlarının şimal yamacında olan Qara dağlar silsiləsini kəsərək bu dərəni meydana gətirmiş. Arqun dərəsinin hündürlüyü 1100-4800 metr arasında dəyişir. Şatoy kəndi bölgəsində, dərə boyunca Çeçenistanın və Qafqazın ən böyük qoruqlarından biri yerləşir. Sahəsi 233 800 hektar olan bu qoruqada müxtəlif mədəni və təbii abidələr mövcuddur — Arqun dövlət tarixi-memarlıq və təbiət muzey-qoruğu bu ərazidə yerləşir. Arqun dərəsində çoxlu erkən və orta əsr, eləcə də eramızdan əvvələ aid olan abidələr mövcuddur. Ərazidə daş dövrünə və mağara həyat tərzinə aid məkanlar mövcuddur. XVIII-XIX əsr Qafqaz müharibələri öncəsi Arqun dərəsində 4000 qədim memarlıq tikilisi qeydə alınmış. Bunların çoxu hərbi, yarım hərbi, gözətçi tikililəri olmuş.
Arqun xan
Arqun xan (1258, Monqolustan – 10 mart 1291 və ya 7 mart 1291, Arran) — Hülakülər sülaləsindən dördüncü elxan, Abaqa xan və onun xristian xanımı Haymaş xatunun oğlu. Atası kimi inanclı buddist olsa da, xristianpərəst olmuşdur. O, Avropaya bir neçə də elçilər göndərmiş və Müqəddəs Torpaqlardakı müsəlman hakimiyyətinə qarşı Franko-Monqol ittifaqı təşkil etməyə çalışmışdır. O, arvadı Buluğan Xatun öldükdən sonra Xubilay xandan eyni tayfadan olmaqla yeni bir arvad göndərməsini istəmiş, buna cavab olaraq da, Xubilay xan Kököçini Marko Polonun müşayiəti ilə göndərmişdir. Çinin cənubundan yola çıxan Kököçin Sumatra adasına, oradan Şri-Lankaya, Hindistana gedərək nəhayət Elxanilər dövlətinə gəlib çatmışdır. Lakin bu zaman Arqun xan artıq vəfat etmişdi. Buna görə də o, Arqunun oğlu Qazan xanla evlənmişdir. == Həyatının erkən dövrü == Bəzi mənbələrə görə 1250, bəzi mənbələrə görə isə 1259-cu ildə Beyləqan yaxınlığında doğulmuşdur. Atası Abaqa xan, anası isə Onqut tayfasından olan Qayıtmış Egeçi olmuşdur. Anasının xristian olması ehtimal edilir.
Arqunovlar
Arqunovlar — Rusiya xalqının tanınmış soylarından biri,rus rəssam və memarları ailəsi; qraf Şeremetyevlərin təhkimli kəndliləri. == Soyun yaranması == == Soyun məşhur nümayəndələri == ) İvan Petroviç (1723 və 1728 illər arasında, Moskva – 27.3.1802, Moskva) – portretçi rəssam. “Rus geyimində naməlum kəndli qadın” (1784), memar M.N.Vetoşnikov (1787) və onun arvadının (1786) portretlərini (hər üçü Tretyakov qalereyasındadır) və s. əsərləri yaratmışdır; ) Fyodor Semyonoviç (dekabrın sonları, 1732, S.-Peterburq – təqr. 1768, orada) – memar. İvan Petroviçin əmisi oьlu. S.Peterburqda, ehtimal ki, memar S.İ. Çevakinski ilə işləmişdir (Fontankada Şeremetevlərin evi, 1750–55). Şeremetevlərin Moskva yaxınlıьındakı Kuskovo malikanəsində bir sıra tikililərin: mətbəx fligeli (1755), “Qrot” köşkü (1755–75) və s. müəllifidir; ) Pavel İvanoviç (təqr. 1768, S.-Peterburq – 1806, orada) – memar.
Arqın (Xudabəndə)
Arqın (fars. ارقين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 936 nəfər yaşayır (209 ailə).
Arqınbulaq (Xudabəndə)
Arqınbulaq (fars. ارقين بلاغ‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 954 nəfər yaşayır (204 ailə).
Bank-d'Arqen Milli Parkı
Bank-d'Arqen Milli Parkı (ərəb. حوض أركين‎) — Qərbi Afrikada, Mavritaniyanın qərb sahilindəki Nuakşot və Nuadibu şəhərləri arasında yerləşən milli park. UNESCO-nun Ümumdünya irsi olan park, köçəri quşlar, o cümlədən qızılqaz, qaraca qumluqca, qutan və susüpürənlər üçün əsas böyümə yeridir. Quşların yaşayış yerlərinin çox hissəsi qumlu sahillərdədir. Ətraf sular Afrikanın qərbindəki ən zəngin balıq ovu yeridir və bütün qərb bölgəsi üçün yuva yeri kimi xidmət edir. Bank-d'Arqen Milli Parkı həm təbii sərvətləri, həm xalq təsərrüfatına əhəmiyyətli dərəcədə töhfə verən balıqçılığı qorumaq və elmi və estetik cəhətdən dəyərli geoloji ərazilər kimi, geniş ictimaiyyətin maraqları və istirahəti üçün 1976-cı ildə qurulmuş təbiət qoruğudur. Parkın geniş vattaları, Avropanın şimalından, Sibirdən və Qrenlandiyadan gələn iki milyondan çox köçəri sahil quşunu ev ilə təmin edir. Bölgənin mülayim iqlimi və insan fəaliyyətinin olmaması parkı bu növlər üçün dünyanın ən vacib yerlərindən birinə çevirir. Parkda yuva quran quş populyasiyası da çox sayda olması və müxtəlifliyinə görə diqqət çəkir. Ərazidə yaşayan 15 növə aid 25.000 ilə 40.000 cüt arasındakı quş populyasiyası Qərbi Afrikadakı su quşlarının ən böyük koloniyasının təşkil edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.24
2011 •••••••• 0.09

"arq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#arq nədir? #arq sözünün mənası #arq nə deməkdir? #arq sözünün izahı #arq sözünün yazılışı #arq necə yazılır? #arq sözünün düzgün yazılışı #arq leksik mənası #arq sözünün sinonimi #arq sözünün yaxın mənalı sözlər #arq sözünün əks mənası #arq sözünün etimologiyası #arq sözünün orfoqrafiyası #arq rusca #arq inglisça #arq fransızca #arq sözünün istifadəsi #sözlük